Ümumi tarix 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə3/25
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#3783
1   2   3   4   5   6   7   8   9   ...   25

İltəris xaqan dövləti
möhkəmləndirmək
üçün hansı tədbirləri
gördü?
«İltəris xaqan». VII əsrin 80-ci illərində türk sərkərdəsi Qutluq xanın başçılığı ilə Çinə
qarşı yeni bir hərəkat başlandı. Nəticədə 682-ci ildə İkinci Göytürk imperatorluğu
yarandı. Qutluq xan «İltəris» (eli xilas edən) adı ilə xaqan elan edildi. İltəris xaqan
dövləti gücləndirmək üçün bir sıra tədbirlər gördü. Dövrünün tanınmış alimi Tonyukuk
baş məsləhətçi təyin edildi. Orduda süvari hissələrinin sayı artırıldı. İltəris qurd başlı
bayraq altında ayrı- ayrı türk xaqanlarını birləşdirdi. Onun dövründə ölkədə sabitlik,
əmin-amanlıq yarandı.
İltəris xaqanın vəfatından sonra hakimiyyətə qardaşı Qapağan xaqan gəldi. Çünki
İltərisin oğlanları Bilgə və Kül tigin azyaşlı idilər. Qapağan xaqanın başlıca siyasəti
ordunu daha da gücləndirmək, təsərrüfatı canlandırmaq və Mərkəzi Asiya türklərini
vahid dövlətdə birləşdirmək idi. Bu yolda Çin başlıca maneə olduğu üçün o, Çinə yürüş
etdi. Göytürk ordusu Sakit okeana qədər irəlilədi. Çin Göytürklərdən asılılığı qəbul
etməyə məcbur oldu.
Qapağan xaqandan sonra hakimiyyətə Bilgə xaqan gəldi. O, kiçik qardaşı Kül tigin və
müdrik Tonyukukla birlikdə dövləti bacarıqla idarə etməyə başladı. Bilgə xaqanın əsas
məqsədi türkləri bir xalq kimi qoruyub saxlamaq idi. Döyüşlərin birində Kül tigin həlak
oldu. Bilgə xaqan qardaşını təntənə ilə dəfn edib, ona möhtəşəm abidə ucaltdırdı.
Həmin abidə bu gün də əzəmətini itirməmişdir. Qardaşının ölümündən bir neçə il sonra
Bilgə xaqan sui-qəsd nəticəsində öldürüldü.
Sonralar uyğurların və digər türk tayfalarının üsyanları nəticəsində Göytürk dövləti
zəiflədi və 744-cü ildə dağıldı.
Uyğur xaqanlığının yaranması. Göytürk imperatorluğu dağıldıqdan sonra Qutluq
Bilgə Gül xaqan 744-cü ildə Uyğur xaqanlığının əsasını qoydu. Dövlətin paytaxtı Orxon
çayı sahilində yerləşən Ordu şəhəri idi. Dövlətin ərazisi Altaydan Mancuriyaya, Xəzər
dənizindən Qobi səhrasmadək uzanırdı.



Türk dilində
«uyğur» müttəfiq və
ya uyuşan
deməkdir.
Atasının ölümündən sonra Moyon Çur (745—759) xaqan oldu. O, Çinin paytaxtını tutub
devrilmiş Çin imperatorunun hakimiyyətini bərpa etdi. Əldə edilən razılığa görə, Çin
Uyğur dövlətinə hər il ipəklə bac verməli idi. Bögü xaqanın (759—779) hakimiyyəti
dövründə Çinin bütün ticarət əlaqələrinə nəzarət uyğurların əlinə keçdi. Bögü xaqan
Çinə hücum edən tibetliləri darmadağın etdi.
Çətin coğrafi şəraitə baxmayaraq, uyğurlar zəngin təsərrüfat həyatına malik idilər.
Maldarlıq və əkinçilik təsərrüfat həyatında mühüm yer tuturdu. Dəmirçilik, zərgərlik,
toxuculuq, xüsusilə xalçaçılıq sahəsi inkişaf etmişdi. Böyük İpək yolu buradan keçdiyi
üçün bir çox ölkələrlə ticarət əlaqələri qurulmuşdu. Uyğurlar böyük şəhərlər
salmışdılar. Şəhərlər arasında çox abad yollar çəkilmişdi. Bu yollardan indi də istifadə
edilir.
Moyon Çur xaqan öz
hakimiyyətini
möhkəmlətmək
üçün hansı tədbirlər
gördü?
Uyğurlar avropalılardan xeyli əvvəl kağız istehsal etmiş və mətbəə yaratmışdılar. Onl
ar kitab çap edirdilər. Bağa Tarkanın (779—789) hakimiyyəti dövründə iqtisadiyyat
daha da yüksəldi. Lakin IX əsrin birinci yarısından başlayaraq Uyğur xaqanlığı
zəifləməyə başladı. 842-ci ildə
 



Hazırda uyğurların əksəriyyəti Çinin
Sintszyan-Uyğur əyalətində yaşayır.
qırğızlar üsyan qaldıraraq Uyğur
dövlətinə son qoydular.
Oğuz dövlətinin yaranması. Uyğur
dövləti dağıldıqdan sonra Seyhun çayı
və Xəzər dənizi arasında yerləşən türk
boyları birləşib tarixi mənbələrdə Oğuz
dövləti və ya Yabqu dövləti kimi
qeyd olunan dövlət yaratdılar.
Ölkənin mərkəzi Yenikənd şəhəri idi.
Dövlətin başında yabqu adlanan
hökmdar dururdu. Yabqudan sonra
səlahiyyət sahibi olan subaşı orduya
baş-


çılıq edirdi. Gülərgin deyilən məmur yabqunun vəkili sayılırdı. Dövlət başçısının
yanında divan fəaliyyət göstərirdi. Şəhərlərdən vergiyığan məmurlar təhsildar
adlanırdı. Oğuz dövlətində ordunun əsasını mükəmməl silahlanmış atlı qoşun təşkil
edirdi.
 
Uyğur xaqanlığının
zəifləməsini nə ilə
izah etmək olar?
Oğuzların İslam dinini qəbul etməsi. Oğuz axınları. İslam dinini qəbul edənə
qədər oğuzlar Göy tanrıya inanırdılar. 950-ci ildə oğuzlar İslam dinini qəbul etdilər. Bu
dini qəbul edən oğuzları türkmən adlandırmağa başladılar. İslam dini oğuzlar arasında
hakim dinə çevrildi. Türk xalqlarının mədəniyyəti daha da inkişaf etdi, İslam və türk
ənənələri birləşdi.
Oğuzların İslam dinini
qəbul etməsinin
əhəmiyyəti nə idi?
Daxili çəkişmələr Oğuz dövlətini zəiflədirdi. Bu vəziyyətdən istifadə edən qıpçaqlar
1000-ci ildə Oğuz dövlətinə son qoydular. Dövlət süqut etdikdən sonra oğuzların
müxtəlif istiqamətlərə yeni axınları başladı. Onların bir hissəsi Qara dənizin şimalında
məskun- aşdı, digər qismi isə İran, İraq, Azərbaycan və Anadoluya yayıldı.
 
 
1.  Göytürk imperatorluğunun yaranmasının türk dünyası üçün əhəmiyyətini izah et.
2.  Birinci Göytürk imperatorluğunun dağılmasının səbəblərini göstər.
3.  İkinci Göytürk imperatorluğunun yaranması haqqında esse yaz.
4.  Uyğurların dünyaya bəxş etdiyi töhfələri araşdır.
5.  Oğuz dövlətinin yaranma tarixini mənbələrə əsasən araşdır.


3. AVARLAR, XƏZƏRLƏR VƏ BULQARLAR
Avar bulqar Bayan xaqan Kubrat xan Asparux xan Xəzərlər İdil bulqarları Bulqar şəhəri
Bəs Göytürklər Jujan dövlətinin varlığına son qoyduqdan sonra jujanların taleyi necə
oldu? Bundan sonra onların həyatında çox maraqlı hadisələr baş verdi. Bu hadisələrin
sədası Avropadan gəldi. Avropanın müasir xəritəsinin formalaşmasında türklər mühüm
rol oynadılar.
 
Qərbi Hun imperiyasından sonra Avropada hansı türk dövlətləri yarandı?
Avar xaqanlığı. Jujanlar Göytürklərə məğlub olduqdan sonra onların bir qismi qərbə
çəkildi və Qafqazda məskən saldılar. Onlara avar deyirdilər. Türkcə bu söz «dirənən,
duruş gətirən, qarşı gələn» mənasını verirdi.
Avarlar 558-ci ildə Qafqazdan köçərək
Şərqi Avropaya getdilər və Şərqi
Avropanın digər türk tayfaları ilə
birlikdə Avar dövlətini yaratdılar. Bu
dövlətin əsasını 565-ci ildə Bayan
xaqan qoydu. Qısa bir vaxtda Avar
dövləti güclü xaqanlığa çevrildi.
Bizansdan xərac tələb etməyə başladı.
Bizans vergi verməyə razı oldu.
VI əsrin sonlarında artıq imperatorluğa
çevrilmiş Avar xaqanlığının ərazisinə
Şərqi və Qərbi Avropanın böyük bir
hissəsi — indiki Macarıstanın,
Çexiyanın, Slovakiyanın, Avstriyanın və
Almaniyanın cənub bölgələrinin bir
hissəsi daxil idi. Alman və slavyan


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə