Ümumi tarix 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə15/25
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#3783
1   ...   11   12   13   14   15   16   17   18   ...   25


Teymur müəyyən iqtisadi məqsədlər güdürdü. O, Qafqaz və Ön Asiyanı tutmağa
çalışırdı. Çünki iki qitəni birləşdirən ticarət yolları Qafqazdan və Ön Asiyadan keçirdi.
Teymur istila etdiyi ölkələrin hesabına dövlətini inkişaf etdirir, yeni şəhərlər saldırırdı.
Ən yaxşı sənətkarları, memarları Səmərqəndə köçürürdü.
Teymur Çingiz xanın nəslindən olan Toxtamışın Qızıl Ordu dövlətində hakimiyyətə
gəlməsinə kö - mək etdi. Bununla da onu öz vassalına çevirdi. Lakin bir qədər
Toxtamış sonra Toxtamış da Böyük Monqol imperiyasının Qafqaz və Ön Asiya üzərində
hakimiyyətini bərpa etmək fikrinə düşdü. Bu məqsədlə dəfələrlə bu ərazilərə yürüşlər
etdi. Toxtamışın Teymurun himayəsi altında olan Azərbaycana hücum etməsi və
paytaxt Təbrizə
Toxtamış nə
üçün
Azərbaycana
hücum etdi?
qədər gəlməsi Teymurun qəzəbinə səbəb oldu. Azərbaycan Toxtamışla Əmir
Teymurun maraqlarının kəsişdiyi məkan idi. Teymur Azərbaycandan digər ərazilərə
hücum üçün dayaq nöqtəsi kimi istifadə edirdi. Ona görə də böyük oğlunu bu ərazilərə
hakim təyin etmiş, Şirvanşah I İbrahimlə ittifaq bağlamışdı. Toxtamışın hücum xəbərini
alan Teymur Azərbaycana yetişmək üçün 1387-ci ildə İrana yürüş etdi. Teymurla
birlikdə onun müttəfiqi olan Şirvanşahlar dövlətinin döyüşçüləri də Toxtamışa qarşı
vuruşurdu.
Əmir Teymur 1395-ci ildə Toxtamışı məğlubiyyətə uğratdı. Qızıl Ordu dövləti zəifləyib
sonralar xanlıqlara parçalandı.
Bundan sonra Əmir Teymur Ön Asiya, Kiçik Asiya, Qafqaz, Suriya üzərinə yürüşlərə
başladı. Hindistana edilən yürüş Teymur üçün uğurlu oldu. Dehlini tutub böyük
sərvətlə Səmərqəndə qayıtdı. Növbəti yürüş Osmanlılar üzərinə oldu.
Osmanlı qoşunları Avropanın içərilərinə doğru irəliləyir və Osmanlı dövləti


imperatorluğa çevrilirdi. Ankara döyüşündə


Ankara
döyüşü türk
dünyasına nə
verdi?
Əmir Teymur I Bəyazidə qalib gəldi. İldırım Bəyazid əsir alındı. İmperiyanın torpaqları I
Bəyazidin oğlanları arasında bölündü.
1405-ci ildə Çinə səfəri ərəfəsində Teymur Otrar şəhərində vəfat etdi. Vəsiyyətinə
uyğun olaraq, Səmərqənddə dəfn edildi.
Teymur imperatorluğunun idarə olunması. Böyük sərkərdə sağlığında qurduğu
dövləti oğlanları və nəvələri arasında bölüşdürmüşdü.
Ölkə uluslara bölünmüşdü. Uluslara valilər başçılıq edirdi. Dövlət işlərini divanxanalar
yerinə yetirirdi. Maliyyə işlərini vəzir həyata keçirirdi.
Teymur imperatorluğu dövründə ölkənin paytaxtı Səmərqənd sənətkarlıq və ticarət
mərkəzinə çevrilmişdi. Teymurun nəvəsi Uluqbəy Mavəraənnəhrə vali təyin edildikdən
sonra Səmərqənd daha da abadlaşdı. Dünyanın hər yerindən, xüsusilə Azərbaycandan
sənətkarlar gətirilərək şəhərdə möhtəşəm imarətlər, məscidlər, mədrəsələr tikilmişdi.


Əmir Teymur
Səmərqəndi nə üçün
abadlaşdırırdı? Bunu
onun sənətin
inkişafına qayğısı kimi
qiymətləndirmək
olarmı?
Teymur imperatorluğunun zəifləməsi və dağılması. Əmir Teymurun vəfatından
sonra daxili çəkişmələr və ara müharibələri ölkəni zəiflədirdi.
Teymurun oğlu Şahrux paytaxtı Herat şəhərinə köçürdü. O, Qaraqoyunluları özündən
asılı hala saldı. Şahruxun ölümündən sonra dövlət tamam zəiflədi. Teymurilərin
zəifləməsindən istifadə edən Azərbaycan hökmdarı Qaraqoyunlu Cahan şah onların
asılılığından çıxdı.
Teymur imperiyasında hakimiyyətə gələn Əbu Səid Teymur imperiyasını bərpa etməyə
çalışdı.
Bu zaman Azərbaycanda qüvvətlənmiş Ağqoyunlular Qaraqoyunlu dövlətinin varlığına
son qoydular. Cahan şah öldürüldü. Əbu Səid bir zamanlar Teymurilərin vassalı olmuş
Cahan şahın öldürülməsini bəhanə edib Ağqoyunlulara müharibə elan etdi.
Azərbaycana yürüş edən Əbu Səid Ağqoyunlu hökmdarı Uzun Həsən tərəfindən məğlub
edildi.
Bu dövrdə Mərkəzi Asiyada Şeybanilər dövləti yarandı. Şey- banilər Buxara və
Səmərqəndi tutdular. Hakimiyyətə gələn Hüseyn Bayqara Şeybaniləri ölkədən çıxardıb
Teymur imperatorluğunu bərpa etdi. Lakin 1507-ci ildə Şeybani xan Xorasanı tutub,
Teymur imperatorluğuna son qoydu.
1.  « Dünyanı idarə etməyə çalışan Teymur» adlı esse yaz.
2.  Çingiz xanla Əmir Teymuru Venn diaqramında müqayisə et.
3.  Teymuri imperatorluğunun idarəçilik sisteminə aid sxem və ya şaxələnmə qur.
4.  Əmir Teymurun türk dünyasına müsbət və mənfi təsirlərini təhlil et.
5.  Mövzuya aid xronoloji cədvəl hazırla.


14. ŞƏRQİN NADİR İNCİLƏRİ
Ömər Xəyyam Mahmud Qaşğari darüşşəfa Nəsirəddin Tusi Cəlaləddin Rumi, Yunis
İmrə, İmadəddin Nəsimi, Əlişir Nəvai, Məhəmməd Füzuli
«İnsan bütün inkişaf imkanlarından istifadə etməmişdir. Onun gələcək inkişafı ictimai,
mənəvi və zehni kamilləşmə istiqamətlərində baş verməlidir. Bir vaxt dünya daha
ədalətli, insan isə daha kamil olacaq». Bu fikirlər Şərqin böyük mütəfəkkiri, dünya
elminə misilsiz töhfələr vermiş Nəsirəddin Tusiyə aiddir. Elm, təhsil və incəsənət
insanı, insan isə cəmiyyəti irəli aparır. Klassik feodal dövlətlərində hökmdarların çoxu
ədəbiyyatla, incəsənətlə, elmlə məşğul olurdular. Onlar anlayırdılar ki, şahlıq
məqamına yüksəlmək üçün yalnız şahzadə olmaq kifayət deyil.
Bu dövrdə Şərq bəşəriyyətə hansı inciləri bəxş etdi?
 
Təhsil. Elm. Klassik feodalizm dövründə türk xalqları ümum- dünya mədəniyyətinə
bənzərsiz incilər bəxş etmişdilər. Qüdrətli türk imperatorları Alp Arslan, I Məlikşah,
Əmir Teymur, Uluq- bəy, I Süleyman Qanuni və başqaları bu incilərin ərsəyə
gəlməsində mühüm rol oynamışlar.
Alp Arslan tərəfindən 1066-cı ildə Bağdadda açılan «Nizamiyyə» adlı ali mədrəsə
dünyanın ilk universitetlərindən sayı - ırdı. Universitetdə dini biliklərlə yanaşı, həm də
hüquq, ədəbiyyat, riyaziyyat, astronomiya elmləri tədris edilirdi.
Nizamiyyə universitetindən sonra Təbrizdə yaradılan ali mədrəsə Şərqdə ikinci ali
təhsil ocağı idi. Teymuri hökmdarı Uluqbəy Səmərqənddə çoxlu mədrəsələr tikdirmişdi.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə