Ümumi tarix 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə24/25
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#3783
1   ...   17   18   19   20   21   22   23   24   25

*«Varfolomey gecəsi» —
Fransada «Müqəddəs
Varfolomey gecəsi» ad 1 ı
müqəddəs bayram gecəsində
protestantlara divan
tutulmuşdu.
«Müqəddəs Varfolomey gecəsi»* Parisdə və başqa yerlərdə katoliklər 30 mindən çox
protestantı vəhşicəsinə öldürdülər. Protestantların bu dəhşətli qırğını «Varfolomey
gecəsi» adlandırıldı. Roma Papası bu qırğınları nəinki bəyəndi, hətta qırğınlardan xatirə
olaraq xüsusi medal düzəldilməsi əmrini verdi.
Katolik kilsəsinin həyata keçirdiyi bu sərt tədbirlər reformasiyanın qarşısını ala bilmədi.
Yalnız Polşa, İtaliya və Cənubi Almaniyada Papa reformasiya hərəkatına qalib gələ
bildi.
Azərbaycanda da dinc
əhalinin
öldürülməsinə səbəb
olan hadisələr baş
vermişdir. Bu hansı
hadisələrdir?
Avropada reformasiya nəticəsində katolik kilsəsinin qüdrəti sarsıldı. Ayrılmış protestant
kilsələri daha Roma Papasına tabe olmadı.
1.  Kalvin kilsəsinin dindarlar üçün qoyduğu qaydaları dəyərləndir.
2.  «Varfolomey gecəsi»ni Xocalı faciəsi ilə müqayisə et.
3.  Katolik kilsəsi ilə protestant kilsəsini müqayisə et.
4.  Almaniyadakı kəndli müharibəsinin XIV əsrdə İngiltərə və Fransadakı kəndli
üsyanlarından fərqli cəhətlərini göstər.


22. AVROPALILAR SƏRVƏT AXTARIŞINDA
Domna sobası Karavella inklər mayyalılar asteklər X.Kolumb Ameriqo Vespuççi
F.Magellan
İnklər, mayyalılar, asteklər öz gözəl dünyalarında yaşayırdılar. Dəniz səyyahı Xristofor
Kolumb Hindistanı axtara-axtara gedib Amerika qitəsinə çıxana qədər avropalıların
onların varlığından xəbəri yox idi. Hindistan avropalıları çox cəlb edirdi. Səyyahlar bu
yolu tapana qədər sakitləşmədilər və nəhayət, istəklərinə çatdılar.
XIV—XVI əsrlərdə insanlar elm və texnika sahəsində hansı uğurları qazandılar? Böyük
coğrafi kəşflərin hansı nəticələri oldu?
XIV—XVI əsrlərdə
Avropada hansı
texniki kəşflər və
ixtiralar edildi?
Bunu şaxələn-
dirmə tərtib
etməklə necə təsvir
edə bilərsən?
Odlu silahın
istehsalının
nəticələri nə oldu?
Texniki kəşflər və ixtiralar. XIV—XVI əsrlərdə texnikanın inkişafında böyük
nailiyyətlər qazanıldı. Bu uğurların əsasında su çarxlarından istifadə dururdu. Hələ
qədim dövrl ərdə su çarxından dəyirmanlarda istifadə olunurdu. Suyun təzyiqi ilə çarx
fır l anırdı. Bu, aşağıdan fırlanan çarx adl anırdı. Təcrübə əsasında yu ı xarıdan fır l
anan çarx ixtira olundu. Belə su mühərrikləri vasitəsilə daha çox filiz çıxarılmağa,
metal döyməyə, kağız istehsalına şərait yarandı.
Filiz istehsalında domnaların tikilməsinə başlanıldı. Domnalar metal əridən iri sobalar
idi. Domnalar su mühərriki ilə işləyirdi. Su mühərriklərindən istifadə daş-kömür
istehsalını artırmağa imkan verdi.
XVI əsrdə Avropada ağır və yüngül top is i tehsalı artdı. Odlu silahlar təkmilləşdi.
Tapançalar və müşketlər meydana çıxdı. Odlu silahın istehsalı və yayılması hərbi işdə
yeni mərhələ açdı.
Kompasın əldə edilməsi, gəminin olduğu yeri müəyyən edən cihazların ixtirası
dənizçilərin işini yüngüll əşdirdi. XV əsrdə karavellaların yaradılması uzaq dəniz
səyahətləri üçün geniş


imkanlar açdı. Karavella yelkənli yüngül gəmi idi. Gəmi sürətlə hərəkət edirdi, həm də
tutumlu idi. Karavellanın əsas üstünlüyü ondan ibarət idi ki, onun çoxlu yelkənləri
vardı. Karavella küləyin hansı tərəfdən əsməsindən asılı olmayaraq, lazımi istiqamətə
hərəkət edə bilirdi. Gəmiqayırmanın inkişafı, odlu silahların meydana gəlməsi,
dənizçiliyə aid cihazların təkmilləşməsi dəniz səyahətlərinə geniş imkanlar açdı.
Amerika xalqları XV əsrdə. Amerika əhalisinin əksəriyyəti icma quruluşunda
yaşayırdı. Lakin Mərkəzi və Cənubi Amerikada dövlət qurmuş, mədəniyyətə malik
xalqlar da var idi. Bu xalqların becərdiyi bir çox bitkilərdən, o cümlədən qarğıdalı,
kartof, günəbaxan, pomidor, kakao və tütündən avropalılar xəbərsiz idilər.
Mayyalıların,
asteklərin və ink-
lərin həyat tərzi bir-
birindən necə
fərqlənirdi?
Mayyalılar, asteklər və inklər inkişaf səviyyəsinə görə fərqlənirdilər. Mayyalıların
yaratdıqları dövlətlər şəhər-dövlətlər idi. Onlarda sənət inkişaf edir, gözəl saray və mə
- bədlər tikilirdi.
Asteklər Meksikada yaşayırdılar. Astek - lərdə hərb sənəti inkişaf etmişdi. Ölkənin
paytaxtı Mexiko Amerikanın ən zəngin şəhəri sayılırdı.
 



İnklərin ölkəsi Peru idi. Ölkənin paytaxtı Kusko
Amerikanın ilk şəhərlərindən sayılırdı. Inklərin
dövlətində hər şey müharibənin tələblərinə tabe
edilmişdi. Ölkədə kimin əkinçiliklə, kimin isə hərbi işlə
məşğul olması dövlət tərəfindən müəyyən edilirdi.
Peru dağlıq ölkə olduğundan yollar, əsasən, tunell
ərdən və asma körpülərdən ibarət idi. Ölkənin ayrı-
ayrı əyalətləri arasında poçt rabitəsi yaradılmışdı.
Kolumbun Amerikanı kəşf etməsi. XV əsrdə Yerin
kürə şəklində olması haqqındakı qədim fikirlər
gerçəkləşməkdə idi. Bəzi alimlər hesab edirdilər ki,
qərbə tərəf üzməklə gedib Hindistana çıxmaq olar.
Hindistana səfərə çıxmaq arzusu əslən italyan olan
Xristofor Kolumbu İspaniyaya köçməyə vadar etmişdi.
O bu məqsədlə İspaniya kralına müraciət edir. Kral
Kolumba müsbət cavab verib, onu gələcəkdə ələ
keçirəcəyi ərazilərə hakim təyin edir və maddi kömək
göstərir.
X.Kolumb 1492-ci ilin yayında 3 karavellada
İspaniyadan Atlantik okeanı vasitəsilə qərbə doğru
yola düşdü. 70 gündən sonra Kolumb
Kolumbun yeni torpaqları kəşf etməsi, səncə, xeyirxah
məqsədlər daşıyırdımı?


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə