Ümumi tarix 7-ci sinif


İslamın dövlət dininə çevrilməsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə13/25
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#3783
1   ...   9   10   11   12   13   14   15   16   ...   25

İslamın dövlət dininə çevrilməsi. Əsasən, bütpərəstlərdən ibarət olan monqollar
ilk vaxtlardan başlayaraq işğal olunmuş vilayətlərdə bütpərəstliyin yayılması və
möhkəmlənməsi üçün əməli tədbirlər görməyə başladılar. İlk elxanların dini siyasətləri
yerli əhali ilə gəlmələrin arasında ziddiyyətin artmasına, son nəticədə, ölkədə
vəziyyətin gərginləşməsinə gətirib çıxartdı. Məhz bu baxımdan Qazan xan hakimiyyətə
gəldikdən sonra yerli müsəlman zadəganları və ruhaniləri öz tərəfinə çəkmək qərarına
gəldi. O, İslam dinini qəbul etdi və özünü Mahmud adlandırdı. Qazan xanın
hakimiyyəti dövründə torpaq, vergi, ticarət, rabitə və məhkəmə sahələrində islahatlar
həyata keçirildi. Orduda xidmət edənlərə iqta olaraq torpaq sahələri verildi. Vergi
islahatı monqol feodallarının özbaşınalığına son qoymağa, dövlətin vergi sistemini
yenidən qurmağa kömək etdi.
İslahatlardan sonra ölkənin iqtisadi və siyasi inkişafı uzun sürmədi. Vəzir Rəşidəddinin
öldürülməsindən sonra hərbçi əyanlar yenidən əvvəlki siyasət xəttinə döndülər. Beşinci
ulus 1357-ci ildə süqut etdi.


Qızıl Ordu dövləti. Dövlətin banisi Batı xan olmuşdur. Qızıl Ordu çox geniş bir əraziyə
malik dövlət idi. İşğal edilən rus knyazlıqları coğrafi cəhətdən Qızıl Orduya daxil
deyildi. Onlar Qızıl Ordu dövlətindən yarımasılı idilər. Ölkənin paytaxtı əvvəl Batı xan
tərəfindən əsası qoyulmuş Saray-Batı, sonra isə Saray- Bərkə şəhəri oldu.
Qızıl Ordu qoşununun əsas hissəsini türk tayfalarından ibarət qüvvələr təşkil edirdi.
Ölkədə İslam dini rəsmi dövlət dini elan olundu. Ölkədə verilən xan fərmanları türk
dilində yazılırdı. XIII əsrin sonunda Qızıl Ordu Monqol imperatorluğu ilə əlaqəni kəsib
müstəqil siyasət yürütməyə başladı.
Dövlət quruluşu. Qızıl Orduda hökmdar və onun ailə üzvləri ən böyük torpaq sahibi
sayılırdı. Onlardan sonra noyonlar, türk dilində deyildiyi kimi bəylər gəlirdi. Noyonlara
xidmət müqabilində böyük torpaq sahələri verilirdi. Feodallardan asılı olan köçəri
maldarlar, əkinçiliklə məşğul olan kəndlilər töycü ödəyir, ağır mükəlləfiyyətlər yerinə
yetirirdilər. Bəzi feodallar xandan fərmanlar alırdılar. Torpağa sahib olmaq, məcburi
işlərdən azad edilmək üçün xanın verdiyi belə fərmanlar yarlıq adlanırdı. Belə imtiyazlı
şəxslərə isə tarxan deyilirdi. Qızıl Ordu feodal-monarxiya dövləti idi. Ölkəyə xan
başçılıq edirdi. İşğal edilmiş ərazilərdə xanın nümayəndəsi baskak adlanırdı. Baskaklar
vergi yığılmasına rəhbərlik edirdilər.
Qızıl Ordunun zəifləməsi və süqutu. Qızıl Orduda daxili çəkişmələrin
güclənməsindən istifadə edən rus knyazları tabe olmaqdan boyun qaçırırdılar. İtaət
etməyən rus knyazları üzərinə yürüş təşkil edildi. Lakin knyaz Dmitrinin başçılığı ilə
1380-ci ildə Kulikovo çölündə Qızıl Ordu qoşunları məğlub edildi. Hakimiyyətə gələn


Toxtamış xan (1380—1395) cavab olaraq Moskvanı tutub talan etdi. O, Əmir
Teymurdan asılı olan ərazilərə, o cümlədən Azərbaycana talançı yürüşlərə başladı.
Əmir Teymur 1395-ci ildə Terek çayı sahilində Toxtamış xanın ordusunu darmadağın
etdi və Qızıl Ordunun şərq torpaqlarını öz imperiyasına qatdı.
Uzunsürən feodal çəkişmələri, hakimiyyət dəyişiklikləri Qızıl Ordunun parçalanmasına
səbəb oldu. XV əsrdə Volqa çayı boyunda Qazan, Həştərxan xanlıqları yarandı. Krımda
və Qərbi Sibirdə müstəqil dövlətlər meydana gəldi. Rus knyazlıqları Qızıl Ordudan
asılılığa son qoydular. Feodal dağınıqlığına düçar olan Qızıl Ordu dövləti XVI əsrin
əvvəlində süqut etdi.
1.  Xəritədə monqolların yaşadıqları əraziləri göstər.
2.  «Böyük Yasa»nın tərtib edilməsinin səbəblərini izah et.
3.  Çingiz xanı dövlət başçısı kimi xarakterizə et. Onu tarixdən tanıdığın dövlət
başçıları ilə müqayisə et.
4.  Qazan xanın islahatları haqqında təqdimat hazırla.
5.  Qızıl Ordunun süqutunun səbəblərini sadala.
6.  Qızıl Ordunu Azərbaycanla bağlayan cəhətləri təyin et. Qızıl Ordu dövlətinin necə
yaranmasını Böyük Monqol dövləti ilə müqayisə et.


12. KONSTANTİNOPOL İSTANBUL OLDU
Türkiyənin İstanbul şəhəri dünyanın ən qədim
mədəniyyət mərkəzlərindən biridir. XV əsrədək
Bizansın paytaxtı olmuş bu şəhərin siması islam-türk
mədəniyyətinin verdiyi töhfələrlə daha da
gözəlləşmişdir.
Bəs necə oldu ki, Konstantinopolun adı dəyişib
İstanbul oldu?
Konya I Osman
Maltəpə döyüşü I
Bəyazid Ankara
döyüşü I Səlim I Şah
İsmayıl Fateh Mehmet
yeniçəri
Osmanlı dövlətinin yaranması. Böyük Səlcuq
imperiyası süquta uğradıqdan sonra onun ərazisində
Kirman, Konya, Suriya, İraq Səlcuq sultanlıqları,
Azərbaycan Atabəyləri, Kiçik Asiyada bir sıra əmirliklər
meydana gəldi.
Konya sultanlığı dağıldıqdan sonra onun ərazisində
müstəqil bəyliklər yarandı. Bu bəyliklərdən birinə I
Osman başçılıq edirdi. O, 1299-cu ildə gələcəkdə
Osmanlı adlanacaq dövlət yaratdı.
Osman Qazinin ölümündən sonra hakimiyyətə gələn
Orxan Qazi (1326—1356) dövlətin ərazisini
genişləndirməyi davam etdirdi. Ölkənin paytaxtı Bursa
şəhəri oldu. O, Maltəpə adlı yerdə baş vermiş döyüşdə
Bizans ordusunu məğlub etdi. Osmanlı dövlətinin
sərhədləri onun dövründə Egey dənizindən
Konstantinopoladək genişləndi.
Osmanlı tarixində ilk sultan titulunu qəbul edən Sultan
I Murad Balkan yarımadasına yürüşləri davam etdirdi.
O, Ədirnə- ni tutaraq ölkənin paytaxtını ora köçürdü.
XIV əsrdə feodal ara müharibələri Balkan dövlətlərini
zəif salmışdı. Bundan
 


 
istifadə edən I Murad Bolqarıstanı özündən asılı hala saldı. Serbiya 1371-ci ildə Çirmən
döyüşündə Osmanlılarla vuruşmada məğlub oldu. Osmanlılardan asılılığı qəbul edib
onlara xərac veməyə başladı.
İki böyük türk hökmdarı üz-üzə. Osmanlı sultanı I Bəyazid Konstanti- nopolu ələ
keçirmək üçün hazırlaşdığı bayrağı bir vaxtda yeni yaranmış Teymuri dövləti onun
planlarını pozdu. 1402-ci ildə Teymur Şərqi Anadoluya yürüş edərək Dəməşqədək
irəlilədi. Elə həmin ildə Ankara dü - zündə Əmir Teymurla I Bəyazidin orduları üz-üzə
gəldi. Ankara döyüşü Osmanlıların məğlubiyyəti ilə nəticələndi. Əmir Teymur
Osmanlıların hakimiyyəti altında olan torpaqları Bəyazidin dörd oğlu arasında böldü.
Buna baxmayaraq, XV—XVI əsrlərdə Osmanlı dövlətinin əraziləri daha da genişləndi.
«Qızıl körpü»yə gedən yol. Hakimiyyətə gələn II Mehmet (1451—1481) sələflərinin


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə