Ümumi tarix 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə19/25
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#3783
1   ...   15   16   17   18   19   20   21   22   ...   25

Nə üçün
Avropada
ticarətin
inkişafında
Bizans başlıca
yer tuturdu?
Emalatxanadan dükan kimi də istifadə olunurdu. Ticarət şəhərlilərə böyük gəlir
gətirirdi. Tacirlər uzaq ölkələrə gedərkən yollarda soyğunçular, dənizdə isə dəniz
quldurları tərəfindən qarət edilirdilər. Tacirlər soyğunçulardan qorunmaq üçün tacir
birlikləri yaradırdılar.
IX əsrdə İtaliyada və Fransanın cənubunda şəhərlər yenidən dirçəldi. Bu şəhərlər
ticarət və sənət mərkəzləri idi.
Əvvəllər Şərqlə Qərb arasında gedən ticarətdə başlıca yeri Bizans tuturdu. Sonra bu
ticarət İtaliyanın Venesiya və Genuya şəhərlərindən olan tacirlərin əlinə keçdi.
İtaliyada hansı
şəhərlər
yarandı?
Avropalılar Aralıq dənizi vasitəsilə Suriya və Misirlə, Qara dəniz vasitəsilə Krım və
Qafqazla ticarət əlaqələri saxlayırdılar. Venesiya və Genuya tacirlərinin ən geniş əlaqə
saxladığı ölkələrdən biri də Azərbaycan idi.
Avropada ən qızğın ticarət yerləri yarmarkalar idi. XIII əsrdə Avropada ən məşhur
yarmarka Fransanın Şampan şəhərindəki yarmarka idi.
Şəhər-respublikalar. X—XI əsri ərdən İtal iya şəhərliləri baş - lıca düşmənləri olan
senyorlara qarşı mübarizə aparırdılar. İtaliyada mərkəzləşmiş dövlət olmadığından
şəhərlərin bütün iqtisadi və



siyasi həyatı senyorların nəzarəti altında idi. Bu mübarizənin nəticəsində İtaliyanın
Milan, Piza, Bol onya kimi varlı şəhərləri gücləndi. Bu şəhərlər tədricən ətraf əraziləri
də öz tərkiblərinə daxil edərək müstəqil şəhər- dövlətlərə və ya şəhər-respublikalara
çevrilirdilər.
Klassik feodalizm dövründə İtaliyanın ən varlı və böyük şəhəri Florensiya idi. Bu
şəhərdə artıq XIV əsrin 30-cu illərində çoxlu sayda iri mahud emalatxanaları var idi. Bu
emalatxanalarda muzdlu əmək də tətbiq edilirdi. XV əsrdə İtaliyanın Milan, Florensiya,
Bolonya və digər şəhərlərində ayrı-ayrı varlı ailələr hakimiyyəti ələ keçirdilər.
Florensiyanın bir neçə varl ı ailəsi arasında uzunsürən mübarizədən sonra Mediçi ailəsi
qalib gələrək, hakimiyyəti ələ keçirdi. Varlı bankirlər və tacirlər olan Mediçilər
şəhərlilərin geniş təbəqələrinin vergi yükünü yüngülləşdirir, yoxsullara kiçik məbləğdə
pul yardımı edirdilər. Onlar şəhərdə böyük tikinti işləri aparmaqla çoxsaylı
sənətkarların işləməsinə şərait yaradırdılar.
II Mehmet nə
üçün
imperiyasının
paytaxt şəhəri
kimi İstanbulu
seçdi?
Venesiyanı nə
üçün dənizlər
kraliçası
adlandırırdılar?
XII—XV əsrlərdə Venesiya respublikası Egey dənizi hövzəsində və Konstantinopolda
geniş ticarət məntəqələri ələ keçirmişdi. Venesiyanı «dənizlər kraliçası» adlandırırdılar.


Venesiyanın ticarət donanması o dövrün qüdrətli donanmalarından hesab edi l irdi.
Venesiya tacirləri bütün Avropanı Çindən, Hindistandan, Azərbaycandan, eləcə də
digər Yaxın və Orta Şərq ölkələrindən gətirilən müxtəlif mallarla təmin edir ı dilər.
Venesiya respublikasının Şərq ölkələri ilə ticarət əlaqələ


İtaliya şəhərinin
Azərbaycanla
hansı əlaqələri var
idi?
rində Qara dənizdəki ticarət mərkəzləri də mühüm rol oynayırdı. Venesiya və Genuya
tacirləri Qara dəniz bazarlarında, xüsusilə Trabzonda Azərbaycan tacirləri ilə görüşür,
quru yolla Təbrizə və başqa Azərbaycan şə - hərlərinə gə-irdilər. Venesiya XIV əsrdə
öz yeganə rəqibi olan Genuya respublikasını Şərqlə ticarətdə vasitəçilikdən tədricən
sıxışdırıb çıxartdı.
Şərqlə ticarət Venesiyada ayrı-ayrı manufakturaların* inkişafına təkan verirdi.
Şərqdən, xüsusilə Azərbaycandan gətirilən xam ipək, habelə müxtəlif ölkələrdən
gətirilən pambıq, yun burada toxunur və başqa Avropa ölkələrində baha qiymətə
satılırdı. Bunun nəticəsində XV əsrdə bir çox İtaliya şəhərlərində toxuculuq
manufakturaları tənəzzülə uğradığı halda, Venesiyada həmin sahə inkişaf etməkdə idi.
Venesiya güzgüləri təkcə Avropada deyil, bütün Şərqdə, o cümlədən Azərbaycanda da
məşhur idi.
*manufaktura — əl əməyinə əsaslanan, əmək bölgüsü və muzdlu əmək tətbiq


olunan kiçik müəssisə


Venesiyada hələ XII əsrdən veksel* və çek sistemi* tətbiq olunurdu. 1156-cı ildən
burada dövlət bankı fəaliyyət göstərirdi. Bu, Avropada ilk bank idi.
Klassik feodalizmə keçid dövründə müsəlman İspaniyası Avropanın çiçəklənən hissəsi
idi. Ərəblər burada çəltik, şəkər qamışı, xur - ma, nar, tut ağacı kimi yeni bitkilər
becərirdilər. Ərəblər vətənlərində olduğu kimi, burada da uzun- yunlu qoyun cins-əri
yetişdirirdilər. Filiz çıxarılması, ipək istehsalı, mahud toxunması, silah, şüşə, saxsı, dəri
məmulatı, zinət əşyaları və kağız is - tehsalı ölkənin iqtisadi inkişafında əhəmiyyətli rol
oynayırdı.
Kordova xilafəti nə
zaman yaranmışdı?
Kordova şəhəri Kordova xilafətinin paytaxtı olmaqla yanaşı, həm də sənət, ticarət və
elm mərkəzinə çevrilmişdi. Güclü ticarət donanmasına malik olan Kordova xilafəti
Afrika, Abbasilər xilafəti, İtaliya və Bizansla geniş ticarət əlaqələri saxlayırdı.
Əndəlüsdə istehsal edilən sənətkarlıq malları ərəb tacirləri tərəfindən Hindistana və
Mərkəzi Asiyaya aparılırdı. Əndəlüsdə elmi biliklər inkişaf edir, müsəlman memarlığının
nadir inciləri yaradılırdı. Sevilyada Əlkəsar saray-qalası (XII əsr), Qranada- dakı
Əlhəmra sarayı (XIII—XIV əsrlər) belələrindən idi.
1.  Orta əsr şəhəri haqqında təqdimat hazırla.
2.  İtaliya şəhərlərinin yerini xəritədə müəyyənləşdir. Onların coğrafi mövqeyini təhlil
et.
3.  Emalatxanaların ticarətin inkişafına təsirini dəyərləndir.
4.  «Kordova—Avropada İslamın mərkəzi kimi» mövzusunda esse yaz.
5.  İtaliya şəhərinə dair buklet hazırla.
*veksel — pul götürən şəxsin yazılı öhdəlik sənədi 
*çek sistemi — qiymətli kağızların tətbiqi sistemi


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə