Ümumi tarix 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə14/25
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#3783
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

işini davam etdirdi. 1453-cü ilin yazında-


zında Konstantinopolu mühasirəyə aldı. Zəifləmiş Bizans son dayaq nöqtəsi olan
Konstantinopolu ciddi şəkildə qoruyurdu. Gəmiləri Konstantinopolun limanına sala
bilməyən Osmanlılar yeni çıxış yol u fikirləşməli oldular. II Mehmet vəziyyətdən çıxış
yolu tapdı. Gəmiləri piy sürtülmüş taxtaların üzəri ilə sürüyərək Qızıl Buynuz limanına
gətirdilər. Həlledici hücum 1453-cü ilin may ayında oldu. Konstantinopol fəth edildi.
Avropa ilə Asiyanı birləşdirən və tarixdə «Qızıl körpü» adlandırılan bu şəhərin adı
dəyişdirilərək İstanbul edildi. Bu qələbə II Mehmeti «Fateh» təxəllüsü ilə tanıtdı. O,
İstanbulu Osmanlı imperiyasının paytaxtı elan etdi. Beləliklə, Bizans imperiyasının
varlığına son qoyuldu.
Aramsız yürüş və müharibələr dövründə Osmanlı sultanı
I Səlim digər bir türk imperatoru, Azərbaycan Səfəvi dövlətinin başçısı I Şah İsmayılla
da toqquşmalı oldu. 1514-cü ildə Çaldıran düzündə Osmanlılarla Səfəvilər arasında
döyüş oldu. Döyüş Osmanlıların qələbəsi ilə başa çatdı. Bunun ardınca I Səlim Misiri də
tabe etdi. Osmanlı gəmilərinin Qırmızı dənizə yolu açıldı.
1521—1526-cı illərdə Sultan Süleyman Qanuni Belqradı, Cənubi və Mərkəzi Macarıstanı
tutdu. Osmanlılar Bağdadı da tutub Mesopotamiya üzərində nəzarəti ələ keçirdilər və
İran körfəzinə çıxdılar.
II Mehmet nə


üçün
imperiyasının
paytaxt şəhəri
kimi İstanbulu
seçdi?
Böyük imperiya necə idarə olunurdu? Osmanlı dövlətində hakimiyyət sultanın
əlində cəmləşmişdi. Baş vəzir ondan sonra


ikinci şəxs idi. O, siyasi işlərə rəhbərlik edirdi. Dövlətin möhürü baş vəzirdə idi.
Vəzirlər, bəylər və sancaqbəyilər ona tabe idilər. Maliyyə işinə rəhbərlik edən məmura
dəftərdar deyilirdi. Sultanın yanında Divan fəaliyyət göstərirdi. Divan Ali Məsi əhət
Şurası rolunu oynayım dı. Orxan Qazi dövründə ölkə inzibati vahidlər olan paşaiıqlara
və san- caqlıqlara bö i ündü. Paşalıgın başında sultan tərəfindən təyin olunmuş paşalar
durur, sancaqlara isə sancaqbəyilər başçılıq edirdilər.
Osmanlı ordusunun əsasını akınçı adlanan atlı feodal qoşun təşkil edirdi. Orxan Qazi
ordunu möhkəmlətmək üçün hərbi islahatlar
Yeniçeri necə
qoşun növü idi ?
da keçirdi. O, ilk dəfə olaraq muzdlulardan ibarət piyada və süvari qoşunlar yaratdı.
Yeniçəri adlanan yeni qoşun növü formalaşdırıldı. Onlar xüsusi təlim nəticəsində
yetişdirilirdi. Muzdlu qoşunlara xidmət əvəzində əvvəllər maaş verilsə də, sonralar
timar ad i andırılan torpaqlar paylanıldı. Vergi verən bütün əhali reaya adlandı.
1.  Orxan Qazinin islahatlarının dövlət üçün əhəmiyyətini açıqla.
2.  Osmanlı fəthlərini asanlaşdıran səbəbləri göstər.
3.  Osmanlıların Konstantinopolu ələ keçirməsinə münasibət bildir.
4.  Böyük əraziləri və əhalini bir arada saxlamaq üçün Osmanlıların atdığı addımların
nəticələrini izah et.
5.  Osmanlı imperiyasının idarəçilik sisteminin sxemini qur.
6.  Osmanlı və Monqol imperatorluqlarının idarə sistemini müqayisə et.


13. ŞƏRQİN BÖYÜK FATEHİ — 
ƏMİR TEYMUR
Mavəraən nəhr Xarəzm Toxtamış Səmərqənd Uluqbəy Qaraqoyunlu dövləti Şahrux
Ağqoyunlular Şeybani xan
Sənin artıq Çingiz xanın nəvələrinin yaratdığı Hülakülər imperiyası
və Qızıl Ordu haqqında məlumatın var. Bunlar Böyük Monqol
imperiyasının şimalında və Ön Asiyadakı ərazilərində yaranmış
nəhəng dövlətlər idi. Monqol imperiyasının Mərkəzi Asiya ulusunda
isə Şərqin böyük fatehi Əmir Teymur öz dövlətinin əsasını qoydu.
Səncə, Əmir Teymuru da Çingiz xa- nın davamçısı hesab etmək
olarmı? Hadisələri araşdıraq.
Teymur dövlətinin yaranması. Teymur Çingiz xanın yürüşləri zamanı Mərkəzi
Asiyaya gəlmiş Barlas qəbiləsindən idi.
Teymur türk-müsəlman adət-ənənələri ruhunda tərbiyə almışdı. O, Quranı mükəmməl
bilir, əla şahmat oynamağı bacarırdı. Bu gənc olduqca cəsur, çevik, ağıllı, yüksək
sərkərdəlik istedadına malik idi. Atası onu Səmərqənd və Bəlx hakimi Əmir Qazanın
xidmətinə vermişdi. Bacarıq və sədaqəti ilə Teymur hakimin rəğbətini qazanmışdı.
Çingiz xan öz imperiyasını oğ - lanları arasında bölərkən Mərkəzi Asiyanı Cığatay adlı
oğluna bağışlamışdı. Böyük Monqol imperatorlu- ğunun dağılması Mərkəzi Asiyada
feodal ara müharibələrini güclən - dirdi. Mərkəzi Asiya ulusu şərqdə Moğolustan,
qərbdə isə Mavəraənnəhr* olmaqla iki yerə ayrıldı. Cığatay xanın davamçıları
Mavəraən- nəhri geri qaytarmaq üçün Toğluq Teymur xanın başçılığı altında
* Mavəraənnəhr — müasir Özbəkistanda Sırdərya və Amudərya çayları arasındakı


ərazi


Əmir Teymur
tarixdə başqa
hansı adlarla
qalmışdır?
mübarizəyə başladılar. Səmərqənd şəhəri tutuldu. Teymur Toğluq Teymur xanın
yanında xidmət etməyə başladı. Lakin onunla xanın oğlu arasında ixtilaf yarandı.
Teymur qiyam qaldıraraq Xarəzmə, Sistana yürüş etdi. Döyüşlərin birində gənc
Teymur yaralandı və bu hadisədən sonra ayağı ömürlük zədəli qaldı.
1370-ci ildə Teymur Səmərqəndə qoşun yeridib çevriliş etdi. Səmərqənd və ətraf
bölgələr Teymurun ixtiyarına keçdi. Elə həmin ildə qurultay çağırıldı. Yeni dövlət
yarandı, Teymur isə Əmir elan edildi. Səmərqənd yeni dövlətin paytaxtı oldu. Beləliklə,
Monqol imperiyasından sonra Teymur Mərkəzi Asiyada böyük bir imperatorluğun
əsasını qoydu.
Əmir Teymur böyük yürüşlərə başlamaq üçün güclü süvari ordu yaratdı. Onun ilk
yürüşü Xarəzmə oldu. Ürgənc şəhərinin tutulması ilə Xarəzm tamamilə tabe edildi.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə