Ümumi tarix 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə18/25
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#3783
1   ...   14   15   16   17   18   19   20   21   ...   25

ortalarından etibarən Bizansa hücum etməyə başt adılar. Slavyanlar əvvəlcə Balkan
yarımadasının şimalını, sonra Makedoniya və


Yunanıstanı işğal etdilər. Slavyanlar burada icmalar ha 1 ında məskən saldılar və
Bizans imperiyasının əhalisinə çevrildilər. Orduda xidmət etməyə, dövlətə vergi
verməyə başladılar. Sonralar slavyanlar üç qrupa: şərq, cənub və qərb slavyanlarına
ayrıldılar.
Slavyanların başlıca məş 1 ğuliyyəti əkinçilik olmuşdur. Əkinçiliklə yanaşı, onlar
təsərrüfatın digər sahələri ilə də məşğul olurdular. Slavyanlarda sənətkarlıq inkişaf
etmişdi. Onl ar saxsı qabl ar, bəzək əşyaları, silah hazırlayırdılar.


Slavyan dövlətlərinin, meydana gəlməsi. Slavyanlar ibtidai icma quruluşunda
yaşayırdılar. Feodalizmə keçidlə əlaqədar IX—X əsrlərdə slavyanlarda dövlətlər
yarandı.
Mərkəzləşmiş Rus dövlətinin yaranması. IX əsrdə şərq slavyanlarının dövləti
meydana gəldi. Bu, Kiyev dövləti idi. Kiyev dövləti geniş əraziyə malik olsa da,
daxildən möh 1 kəm deyildi. Natural təsərrüfatın hökm sürdüyü bölgələr arasında
iqtisadi əlaqələr olduqca zəif idi.


Şəhərlər nə üçün
Kiyev knyazlı- ğına
tabe olmaq
istəmirdilər?
Ölkədə çox böyük torpağa sahib olan knyazlar meydana gəlirdi. Şəhərlər feodal
torpağında salınır, feodalın hakimiyyəti altında olurdu və onun xüsusi mülkiyyətinə
daxil edilirdi. Şəhərlərin ərazisi böyüyür, əhalisinin sayı artırdı. Onlar Kiyev dövlətinə
tabeçilikdən boyun qaçırır, öz knyazlıqlarını yaradırdılar.
 
Rus torpaqlarının
Moskva ətrafında
birləşməsi hansı
amillərlə bağlı idi?
XIII əsrdə monqollar rus torpaqlarına hücum etdilər. Bu zaman şəhərlər və təsərrüfat
ziyan çəkdi. Rus torpaqlarından xərac alan Qızıl Ordu xanları daha yürüşlər etmirdilər.
Şəhər həyatında yenidən canlanma baş verdi. Moskva iri sənətkarlıq mərkəzinə
çevrilmişdi. Artıq Moskva və başqa knyazl ıqlar Qızıl Ordu ilə hesab l aşmır, xəracı
vaxtlı-vaxtında ödəmirdilər.
Moskva knyazı III İvanın dövründə rus torpaqlarının Moskva ətrafında birləşdirilməsi
çox sürətlə davam edirdi. Moskva knyaz- lığı geniş işğallar yo l u ilə öz ərazisini geniş l
əndirmək siyasəti yeridirdi. Nəticədə mərkəzləşmiş dövlət yarandı.


Rus dövlətində təhkimçilik hüququ bərqərar olurdu. Bu, kəndlilərin boyarlardan
(feodallardan) tam asılı hala salınması demək idi. Kəndli artıq boyar torpağını tərk
edib gedə bilməzdi. Onun bütün hüququ boyarda idi. Qəddarlığı ilə məşhur olan çar IV
İvan Qroznı (1533—1584) boyarlara ağır zərbə vuraraq yeni qaydalar tətbiq etdi.
Yeni qaydalar mərkəzi hakimiyyət əleyhinə olan boyar qüvvələrini ləğv etmək məqsədi
güdürdü.
XVI əsrin 50-ci illərində türk xanlıqları olan Qazan xanlığı və Həştərxan xanlığı
Rusiyaya tabe edildi. Əsrin sonlarında Sibir torpaqları da Rusiyanın tərkibinə qatıldı.
Beləliklə, Rusiya böyük imperiyaya çevrildi.
Qərb slavyanlarının dövlətləri. X əsrdə qərb slavyanlarının da dövlətləri yarandı.
Həmin əsrin əvvəlində Çexiya dövləti meydana gəldi. Onun ərazisi mühüm ticarət
yollarının üstündə yerləşirdi. Bu da dövlətin inkişafına müsbət təsir göstərirdi. Elə buna
görə də Praqa Avropanın ən böyük şəhərlərindən birinə çevrilmişdi.
X əsrin ortalarında Polşa dövləti meydana gəldi. Knyaz I Bo- leslavın dövründə Polşa
dövləti qüvvətləndi. İgid Boleslav ləqəbi daşıyan bu knyaz bütün Polşa torpaqlarını öz
hakimiyyəti altında birləşdirmişdi.
1.  Konstantinopol, indiki İstanbul şəhərinin digər şəhərlərdən üstün cəhətlərini
göstər.
2.  IX əsrə qədər slavyanların hansı quruluşda yaşadıqlarını faktlarla sübut et.
3.  Yeni təsərrüfat formasının mahiyyətini aç. Bu ifadə adı altında nəyi başa
düşdüyünü izah et.
4.  Moskva knyazlığının işğalçılıq siyasətinə əsaslandırılmış münasibət bildir.
5.  Moskva knyazlığının işğalçılıq siyasəti ilə Rusiya dövlətinin işğalçılıq siyasətini
müqayisə et və onlara qiymət ver.
6.  Slavyanların yaşadıqları əraziləri müasir xəritədə göstər.


17. «DƏNİZLƏR KRALİÇASI» VƏ 
DİGƏR ŞƏHƏR-RESPUBLİKALAR
Senyor emalatxana Florensiya Venesiya respublikası Genuya respublikası veksel
Əlhamra Əlkəsar
Şərqdən fərqli olaraq, Avropada feodal münasibətləri nisbətən gec
yarandı. Amma buna baxmayaraq, Qərbdə bu münasibətlər daha
sürətlə inkişaf etdi. Bu inkişafın nəticəsi olaraq, Avropada şəhərlər
meydana gəldi. Bu gün turistləri öz gözəl memarlıq nümunələri ilə
cəlb edən bir çox Avropa şəhərləri orta əsrlərdə yaranmışdır.
Avropada ilk şəhərlər necə yarandı? Orta əsr Avropa şəhərləri o
dövrün Şərq şəhərlərindən nə ilə fərqlənirdi?
Erkən orta əsr şəhərlərinin meydana gəlməsi. Sənətin kənd təsərrüfatından
ayrılması nəticəsində Avropada şəhərlər meydana gəlirdi. Sənətkarların hazırladıql arı
mallara ehtiyac çox idi. Sənətkarlar öz mallarını satmaqdan ötrü və ya feodal
zülmündən qurtulmaq üçün kənddən çıxıb başqa yerlərə gedirdilər. Onlar çay
bərələrinin yanında, dəniz limanları yaxınlığında, yolların kəsişdiyi yerlərdə məskən
salırdılar. Böyük monastırların və iri feodal qəsrlərinin divarları yanında, qədim Roma
qalalarının xarabalıqları içərisində də özlərinə ev tikirdilər. Şəhərdə ərazi az olduğuna
görə çoxmərtəbəli evlər tikilirdi. Şəhərin mərkəzində bazar meydanı, baş kilsə və şəhər
şurasının binası yerləşirdi.
Bura Şərq ölkələrindən tacirlər gəlirdilər. Onlar nadir şərq malları ilə bərabər, dəmir,
duz, dəri və yun gətirir, özlərinə lazım olan malları isə alıb aparırdılar.
Erkən orta əsr şəhərləri qala divarları ilə əhatə olunurdu. Bir sıra Şərq şəhərlərindən
fərqli olaraq, su kəməri və kanalizasiya xətləri olmadığına görə şəhərlər natəmiz
olurdu. Şəhərdə yeganə geniş yer bazar meydanı idi. Qala divarlarından xaricdə əkin
sahələri, bağ və bostanlar, otlaqlar yerləşirdi.
Azərbaycan şəhərləri
orta əsr Avropa
şəhərlərindən nə ilə
fərqlənirdi?
Şəhərlər, əsasən, feodalların torpağında salınırdı. Feodal buna görə şəhər əhalisindən
vergi toplayırdı. Bu feodallara senyor deyirdilər. Şəhərdə malların əksəriyyəti sənətkar
emalatxanalarında hazırlanırdı.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə