Ümumi tarix 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə23/25
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#3783
1   ...   17   18   19   20   21   22   23   24   25

21. KİLSƏNİN YOLLARI 
NECƏ AYRILDI
Martin Lüter reformasiya Tomas Münser «protestantlar» Jan Kalvin Cenevrə yezuitlər
ordeni «Varfolomey gecəsi»
İlahiyyat professoru Martin Lüter katolik kilsəsi ilə mübarizə
aparırdı. Keşişlər onu kilsəni parçalamaqda günahlandırırdılar.
Amma Martin Lüter onlara sübut etməyə çalışırdı ki, o, dinə qarşı
deyil, katolik kilsəsinin zülmünə qarşı çıxır. Elə bu çıxışları ilə də
Lüter kilsənin tarixində yeni bir hərəkatın əsasını qoydu.
Kimə «protestant» deyirdilər? «Var- folomey gecəsi» kimin
həyatını qaralt- dı? Gəlin hadisələri izləyək.
Almaniyada reformasiyanın başlanması. XVI əsrin əvvəllərində Almaniyada
feodal dağınıqlığı hələ də qalırdı. İmperator hakimiyyəti zəifləmişdi. Katolik kilsəsi
ölkədə hökmranlıq edirdi. Ölkə ərazisinin xeyli hissəsini kilsə mülkləri təşkil edirdi.
Kilsə əhalidən məhsulun onda bir hissəsini vergi kimi alır, vəzifələr və indulgensiyalar
satırdı. Almaniyada əhalinin bütün təbəqələri katolik kilsəsindən narazı idi.
1517-ci ildə Vittenberq şəhərindəki universitetin
ilahiyyatçı professoru Martin Lüter «cənnət qəbzləri» ilə
alver olunması əleyhinə çıxış etdi. Papa Lüteri bidətçi-
likdə təqsirləndirdi və Almaniyaya xüsusi fərman
göndərib onu lənətlədi. Martin Lüter Papanın fərmanını
universitet təl əbələrinin gözləri qarşısında tonqalda
yandırdı. Roma Papasının tərəfini saxlayan imperator
Lüteri Vorm şəhərində
Nə üçün Martin Lüter kilsənin yenidən qurulmasını zəruri
hesab edirdi?


keçirilən qurultaya çağırdı. Burada Lüteri həbs etməyə cəhd göstərdilər. Lakin
cəngavərlər buna imkan vermədilər.
Martin Lüter çıxışları ilə reformasiyanın, yəni kilsənin yenidən qurulması uğrunda
mübarizənin başlanğıcını qoydu. Re- formasiyanı şəhərlilər, kəndlilər və knyazlar
müdafiə edirdilər. Şəhərlilər kilsə vergilərinin azaldılmasını, monastırların bağlanmasını
tələb edirdilər. Cəngavərlər isə kilsə torpaql arına sahib olmaq istəyirdilər. Knyazlar
kilsənin Papaya deyil, onlara tabe olmasına çalışırdılar. Kəndlilər və yoxsul şəhərlilər


isə katolik kilsəsinə qarşı çıxmaqla yanaşı, feodal qaydalarına qarşı da mübarizə
aparırdılar. Bu artıq feodal cəmiyyətinə qarşı xalq reformasiyası idi.
Almaniyada kəndli müharibəsi. Xalq reformasiyasının rəhbəri keşiş Tomas Münser
feodal qaydalarını silahlı mübarizə ilə məhv etməyə çağırırdı. 1524-cü ilin yayında
Almaniyada kəndli üsyanları başladı. Üsyan ölkənin əksər hissəsini bürüdü. Üsyançı
dəstələr vahid bir qüvvə halında birləşə bilmədilər. Üsyançıların dağınıq dəstələri
muzdlu qoşun tərəfindən bir-birinin ardınca darmadağın edildilər.


Kəndli
müharibəsinin
məğlub olması
feodal qaydalarını
nə üçün
sərtləşdirdi?
Kəndli müharibəsinin məğlubiyyəti feodal qaydalarını daha da sərtləşdirdi. Azad olan
kəndlilər də təhkimli halına salındılar. Ölkədə feodal pərakəndəliyi hələ uzun müddət
davam etdi.
Reformasiyanın yayılması. Almaniyada reformasiyaya qarşı atılan addımlaı ra
knyazlar və bir çox şəhərlər etiraz (protest) etdi. Buna görə də o zamandan etibarən
Lüterə tərəfdar olanlara, «protestant» deyilməyə başlandı. Yeni kilsə isə protestant
kilsəsi adlandırıldı. Protestant və katolik knyazl ar arasında 1555-ci ildə Auqsburq
şəhərində saziş imzalandı. Sazişə görə, protestantların etiqad azadlığı tanındı. Ancaq
bu din azadlığı yalnız knyazl ara aid idi. Hər bir knyaz kilsə başçısı oldu. Əhali knyazın
qəbul etdiyi etiqadı (məzhəbi) qəbul etməzdisə, 
Protestant kilsəsinə nə üçün lüteran
kilsəsi deyirdilər? 
knyazlığın ərazisindən başqa yerə köçə bilərdi. Katolik kilsəsinə
mənsub torpaqlar zəbt edildi. Beləliklə, Almaniyada katolik kilsəsi ilə yanaşı,
protestant kilsəsi də yaranmış oldu. Yeni kilsəni lüteran kilsəsi adlandırmağa
başladılar. Bu kilsədə bahalı mərasimlər, ikonaya sitayiş, lüzumsuz bayramlar ləğv
edildi.
Almaniyadan sonra Avropanın başqa ölkələrində də reformasiya başlandı. İngiltərə,
Danimarka və İsveçdə kilsə islahatını kral özü həyata keçirdi. Kral bu ölkələrdə kilsə
başçısı oldu. Reformasiya kral hakimiyyətini gücləndirdi.
Fransa, İsveçrə və Niderlandda kilsə islahatını varlı və nüfuzlu şəhərlilər həyata keçirdi.
İsveçrənin Cenevrə şəhərində protestant kil ı səsinin başçısı fransız Jan Kalvin oldu.
Onun əsasını qoyduğu kilsə kalvin kilsəsi adlandı. Kalvin kilsəsi insanlara müxtəlif
əyləncələri,



Yezuitlər ordeni
nə üçün
yaradılmışdı?
oyunları qadağan etmişdi. Dindarların hamısı kilsəyə getməli, axşam tez yatmalı, sübh
tezdən işə başlamalı idilər.
Katolik kilsəsinin reformasiyaya qarşı mübarizəsi.. Roma Papası katolik
kilsəsinin əvvəlki qüdrətini bərpa etmək məqsədilə reformasiyaya qarşı bir sıra
tədbirlər görməyə baş 1 adı. Papa «İsa cəmiyyəti» və ya yezuit- lər ordeni* yaratdı.
Orden hərbi qaydada yaradılmışdı, ona general başçılıq edirdi. Yezuitlər reformasiya
tərəfdarlarını izləyir, topladıqları məlumatları ordenin başçısına çatdırırdılar. Papanın
qərarlarına əməl etməyən şəxslər, hətta hökmdarlar belə müx 1 təlif vasitələrlə
aradan götürülürdü. Katolik kilsəsi reformasiyaya qarşı mübarizə apararkən öz
əleyhdarlarını kütləvi surətdə qırmaqdan da çəkinmirdi. Reformasiya hərəkatına çoxlu
zadəgan və şəhərlilərin qoşulmuş olduğu Fransada katoliklər qırğınlar törətdilər. Onlar
protestantların rəhbərlərini aldadıb Parisə kralın bacısının toyuna çağırdılar. 1572-ci il
23 avqust axşamı,
* Yezuit (latınca) - İsa deməkdir; orden - orta əsrlərdə rahib təşkilatları belə
adlanırdılar


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə