Ümumi tarix 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə22/25
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#3783
1   ...   17   18   19   20   21   22   23   24   25

20. DUMANLI ALBİON ORTA ƏSRLƏRDƏ
Vilhelm «qalxan pulu» parlament Uot Tayler Tüdorlar sülaləsi «çəpərləmələr»
«Məğlubedilməz armada»
Orta əsrlərdə «Dumanlı Albion»da* — Britaniya adalarında elə
dəyişikliklər baş verdi ki, bunlar ingilis xalqının, həm də bütün
Avropanın həyatına ciddi təsir etdi. İngiltərə siyasi və iqtisadi
sahədə çoxlu yeniliklərə imza atdı və bununla da cəmiyyətin
inkişafında təzə cığırlar açdı.
Orta əsrlərdə İngiltərədə hansı hadisələr baş verdi?
«Məğlubedilməz ar- mada»nı kim məğlubiyyətə uğratdı?
Onda bir vergisi Ərəb
xilafətində necə
adlanırdı?
Normand işğalı. Mərkəzləşdirilmiş dövlətin yaradılması. «Xalqların böyük köçü»
dövründə alman tayfalarından anqlar və sakslar Britaniya adalarında məskunlaşdılar.
Onların yerli keltlərlə qaynayıb-qarışması nəticəsində ingilis xalqı yarandı. İngiltərədə
feodal münasibətləri VII əsrdə meydana gəldi. Lakin bu münasibətlər möhkəm deyildi.
1066-cı ildə Fransanın Normandiya vilayətinin hersoqu Vilhelm Britaniya adalarına
ordu çıxartdı. Qastinqs adlı yerdə şiddətli döyüş baş verdi. Normandiya cəngavərləri
ingilis qoşununu mühasirəyə alıb məğlub etdi. Vilhelm yeni sülalənin əsasını qoydu və
Fateh Vilhelm adı ilə kral oldu. O, İngiltərədə mərkəzləşdirilmiş dövlətin əsasını qoyt
du. Yeni vergi sistemi yaradıldı. Ən ağır vergi töycü və ruhanilər üçün ödənilən onda
bir vergisi sayılırdı.
Kral II Henrix (1154—1189) bir sıra islahatlar keçirdi. Hərbi yürüşlərdə iştirak etməyən


feodallar krala xüsusi haqq ödəməli idilər. Buna «qalxan pulu» deyilirdi. Kral bu vəsait
hesabına daimi və nizami ordu qurdu.
*Dumanlı Albion - iqliminə görə Britaniya adaları qədimdə belə adlandırılırdı


İngiltərədə parlamentin yaradılması. 1265-ci ildə İngiltərədə ilk dəfə parlament,
yəni qanunverici orqan yaradıldı. XIV əsrdə parlament lordlar (ağalar) və
nümayəndələr (icmalar) palatalarına bölündü. Lordlar palatasına ali ruhanilər,
zadəganlar, nümayəndələr palatasına isə cəngavərlər və varlı şəhərlilər daxil idi.
Kəndlilər parlamentdə təmsil olunmurdular.
İngiltərə parlamenti Fransadakı Baş Ştatlara nisbətən dövlət işlərinə böyük təsir
göstərə bil irdi. Ona görə ki, İngiltərədə təbəqələr arasında — ruhani, zadəgan, varlı
şəhərlilər arasında çəkişmə, demək olar ki, yox idi.
 
İngiltərə
parlamentinin dövlət
işlərinə təsir
göstərməsini
mütərəqqi hal hesab
etmək olarmı?
Uot Tayler üsyanı
Jaklar üsyanından nə
ilə fərqlənirdi?
1381-ci il Uot Taylerin başçılığı ilə üsyan. Fransa ilə müharibə böyük vəsait tələb etdiyi
üçün xalq ağır vergilər ödəməyə məcbur olurdu. Yoxsulların güzəranını daha da
pisləşdirən qanunların verilməsi də ölkədə narazılığı artırırdı. 1381-ci ildə İngiltərədə
kənd sənətkarı Uot Taylerin başçılığı ilə kəndli üsyanı baş verdi. Üsyançıların əsas
tələbləri vergilərin azaldılması və bəzi mükəlləfiyyətlərin ləğv edilməsi idi. Danışıqlar
zamanı üsyanın başçısı Uot Tay- ler xaincəsinə öldürüldü, üsyan yatırıldı. Yoxsullara
qarşı amansız qanunlar yumşaldıldı.


Yüzillik müharibə başa çatdıqdan sonra ölkədə hakimiyyət uğrunda iki feodal nəsli
arasında müharibə başladı. Bu müharibə 30 il (1455—1485) davam etdi. Tarixə Al və
Ağ qızıl-


gül müharibələri kimi düşən bu mübarizə hər iki nəsli məhv etdi. Vəziyyətdən istifadə


edən hersoq VII Henrix hakimiyyəti ələ aldı. Onun taxta çıxması ilə İngiltərədə
Tüdorlar sülaləsi dövrü başladı (1485—1603). Bu sülalənin sonuncu nümayəndəsi I
Yelizaveta 45 il hakimiyyətdə oldu. Onun hakimiyyətini İngiltərə tarixinin «qızıl dövrü»
adlandırırlar.
Manufaktura yeni istehsal üsuludur. XVI əsrin əvvəlində İngiltərədə yun istehsalı
artırdı. Sahibkarlar kəndlərdə emalatxanalar düzəldir, yun istehsalı ilə


Manufaktura
nədir?
«Çəpərləmələr»
ölkənin təsərrüfat
sisteminə necə
təsir göstərdi?
məşğul olan təcrübəli kəndliləri bu emalatxanalara toplayırdılar. Emalatxanada işləyən
kəndli muzdlu işçiyə çevrilirdi. Emalatxananın sahibi kapitalist, işçi isə muzdlu fəhlə
adlanırdı. Bu cür müəssisələr kapitalist manufakturası adlanırdı. Manufakturada işlər əl
əməyinə əsaslanırdı. Sənətkar emalatxanasından fərqi i olaraq, burada əmək bölgüsü
aparılırdı.
«Qoyunlar adamları yeyirlər». Manufakturalara daha çox yun tələb olunurdu. Yun
əldə etmək üçün də qoyun sürüləri və geniş otlaqlar lazım gəlirdi. Ona görə də iri
torpaq sahibləri — lordlar kəndlilərin torpaqlarını əllərindən alırdılar. Alınmış torpaqlar
çəpərlənir və burada qoyun sürüləri saxlanırdı. Torpaqsız qalan kəndlilər səfil günə
düşür, onların çoxu xəstəlikdən, aclıqdan ölürdü. İngiltərədə o vaxt bu hadisə
haqqında deyirdilər: «qoyunlar adamları yeyirlər». Bütün XVI əsr boyu İngiltərə
kəndində aparılan bu siyasət tarixə «çəpərləmələr» kimi daxil oldu.



İngiltərənin
dəniz dövlətinə
çevrilməsinə
hansı amillər
təsir göstərirdi?
İngiltərə qüdrətli dəniz dövlətinə çevrilir. İngiltərədə təsərrüfatın inkişafı
ticarətin yüksəlişini təmin edirdi. Ölkə adalarda yerləşdiyi üçün xarici ölkələrlə əlaqələr
dəniz ticarəti vasitəsilə aparılırdı. Dəniz ticarətini artırmaq məqsədilə sahibkarlar
ticarət şirkətləri yaradırdılar. Şirkətlərin içərisində ən böyüyü Ost- Hind şirkəti idi.
Dəniz ticarətində İngiltərənin əsas rəqibi İspaniya krallığı idi. İngiltərə dənizlərdə
hökmranlığı ələ keçirmək üçün hazırlıq işləri gördü. Buna cavab olaraq İspaniya
«Məğlubedilməz armada» adlı böyük donanmasını İngiltərə üzərinə göndərdi. İngilis
gəmiləri toplarla daha yaxşı təmin olunmuşdu.
1588-ci ildə La-Manş boğazında çevik və sürətli ingilis gəmiləri «Məğlubedilməz
armada»ya qəfil hücum etdi. İspan donanması döyüşdə məğlub oldu. Dənizlərdə
hökmranlıq İngiltərənin əlinə keçdi. İngiltərə güclü dəniz dövlətinə çevrildi.
1.  İngiltərənin coğrafi mövqeyini xəritəyə əsasən müəyyənləşdir.
2.  Əlavə informasiya mənbələrindən istifadə etməklə I Yelizaveta haqqında təqdimat
hazırla.
3.  İngilis parlamenti ilə Fransanın Baş Ştatlarını müqayisə et.
4.  Fransa və İngiltərədə mərkəzləşmiş dövlət yaradılmasının oxşar və fərqli
cəhətlərini müəyyən et.
5.  Uot Tayler üsyanı ilə Usta Bəndərin başçılığı ilə olan Gəncə üsyanını müqayisə et.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə