Ümumi tarix 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə21/25
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#3783
1   ...   17   18   19   20   21   22   23   24   25

libçilər öz aral arındakı daxili müharibələrdə zəifləmiş müsəlman əmirləri üzərində
asanlıqla qələbə çaldılar. Sə- libçilər Şərqdə olduğu kimi, burada da dinc müsəlman
əhaliyə qarşı kütləvi qırğınlar həyata keçirdilər. Pireney yarımadasında Kastiliya,
Araqon, Navarra və Portuqaliya krallıqları yarandı. XIV əsrdə burada müsəlmanların
əlində yalnız İspaniyanın ən varlı vilayəti olan Qranada əmirliyi qalmışdı.
 
Pireney
yarımadasının
siyasi və
mədəni
vəziyyəti necə
dəyişdi?
1479-cu ildə Kastiliya və Araqon krallıqları vahid İspaniya dövlətində birləşdirildi.
Navarra krallığı İspaniya ilə Fransa arasında bölüşdürüldü. Mərkəzləşdirilmiş dövlətin
yaradılması xristianlara müsəlmanlar üzərinə qəti hücuma keçmək üçün imkanlar
yaratdı. 1492-ci ildə İspaniya ordusu Qranadanı işğal etdi. Qranadanın süqutu ilə
Portuqaliyadan başqa, bütün Pireney yarımadası İspaniyanın əlinə keçdi.
1.  Səlib yürüşlərinin məqsədlərini sadala və oxşar cəhətlərini göstər.
2.  Xaç yürüşlərinin əsas təşkilatçıları kimlər idi və onların məqsədlərini göstər.
3.  Səlib yürüşlərini təsnif edib şaxələndirmə qur.
4.  Səlib yürüşlərinin nəticələrinə qiymət ver.
5.  Səlib yürüşlərinin Avropa üçün nəticələrini dəyərləndir.
6.  Səlib yürüşlərinin Şərq üçün nəticələrini dəyərləndir.
7.  Səlibçilərin o zaman Şərqdə türk-müsəlman əhaliyə qarşı törətdikləri kütləvi
qırğınları ermənilərin Qarabağda törətdikləri kütləvi qırğınlarla, o cümlədən Xocalı
soyqırımı ilə müqayisə et, bu qırğınlara qiymət ver.


19. YÜZİLLİK MÜHARİBƏ
Yüzillik müharibə IV Flipp «jaklar» Janna d'Ark igid Karl XI Lüdoviq
Qərbi Avropanın ilk ən böyük orta əsr dövləti olan Frank imperiyası Karlın nəvələri
arasında bölüşdürüldü. Yeni yaranmış krallıqlar üç böyük Avropa ölkəsinin sələfi oldu.
Bunlardan biri Fransa idi. Fransa öz torpaqlarını qoruyub saxladı və mərkəzləşmiş
Fransa dövlətini yaratdı.
Orleanda nə baş vermişdi? Orleanda baş verənlər nə üçün Fransanın taleyində dönüş
nöqtəsi sayılır?
Baş Ştatlar nə
üçün dövlət
işlərinə ciddi
təsir göstərə
bilmirdi?
Fransada idarəçilik. Fransada feodal münasibətlərinin özünəməxsus xüsusiyyətləri
vardı. Kralın hakimiyyəti zəif idi: o bütün ölkə üçün ümumi qanunlar verə bilmir, öz
mülklərindən əldə etdiyi gəlir hesabına yaşayırdı. Fransa əhalisi üç təbəqəyə
bölünürdü: ruhanilər, zadəganlar və bütün qalan əhali. Fransada ruhanilər, zadəganlar
və şəhər varlılarının nümayəndələrinin daxil olduğu Baş Ştatlar mövcud idi. Təbəqələr
arasında ixtilaflar olduğuna görə Baş Ştatlar dövlət işlərinə ciddi təsir göstərə bilmirdi.
XIV əsrin əvvəllərində Fransanın çox hissəsi birləşdirildi. IV Gözəl Filippin hakimiyyəti
dövründə kilsə torpaqlarına vergi qoyulduğu üçün kralla Roma Papası arasında


münaqişə baş verdi.
Kral Papaya qarşı silklərdən kömək almaq məqsədilə 1302-ci ildə Baş Ştatlar çağırdı.
O, qalib gəldi, Papanın Fransada nüfuzu sarsıldı.
Fransa—İngiltərə müharibəsi. Bu dövrdə Fransanın İngiltərə ilə münasibətləri sabit
deyildi. Fransa torpaqlarının bir hissəsi İngiltərə krallığına daxil idi. XIII əsrdə
Normandiya, daha sonra isə Tuluza qraflığı Fransaya qaytarıldı.


Vəliəhdi olmadığı üçün kralın vəfatından sonra Fransada hakimiyyət boşl uğu yarandı.
Ölkədə boş qalmış taxt-tac uğrunda mübarizə başlandı. Bu vəziyyətdən bəhanə kimi
istifadə edən İngiltərə krallığı Fransaya qoşun yeritdi. Fransa ilə İngiltərə arasında
müharibə başladı. Bu müharibə fasilələrlə yüz il davam etdi. Ona görə də bu
müharibəni tarixdə Yüzillik müharibə (1337—1453) adlandırırlar. Müharibəyə səbəb:
Puatye şəhəri
yaxınlığında
franklar hansı
dövlətə qalib
gəlmişdilər?
«Jaklar» üsyanı
nə üçün
məğlub oldu?
ingilis kralının Fransada itirdikləri mülk ı ləri geri qaytarmaq istəyi;
Flandriyanı və onun zəngin sərvətlərini ələ keçirmək uğrunda rəqabət;
İngiltərə kralının Fransa taxtına olan iddiaları idi.
Yaxşı təşkil edilmiş orduya və donanmaya malik İngiltərə ordusu Normandiyanı tutdu.
Kresi və Puatye döyüşlərində fransızlar məğlub oldu. Onların məğlub olmasına səbəb
cəngavərlərin özlərinə çox güvənməsi və intizamsız şəkildə vuruşması idi.
Müharibənin törətdiyi fəsadlar və feodal zülmünün güclənməsi 1358-ci ildə Fransada
«Jaklar»* üsyanına səbəb oldu.
Kortəbii və plansız xarakter daşıyan üsyanın iştirakçıları arasında birlik yox idi. Şəhər
əhalisi «jaklar»a qoşulmadı. Hərbi işi bilməyən «jaklar» darmadağın edildi. Üsyan
məğlub olsa da, nəticəsiz qalmadı: qorxuya
*Jaklar - Fransada feodallar kəndliləri həqarətlə belə adlandırırdılar


düşən feodallar vergi və mükəlləfiyyətləri artırmağa cürət etmədilər. Hətta kəndlilərin
ödənc alınaraq şəxsi asılılıqdan azad edilməsi başlandı.
Yüzillik müharibə davam edirdi. Fransanın taleyi Orleanda həll olunurdu. Xalq öz
vətəninin müdafiəsinə qalxdı. İngilislərə qarşı partizan mübarizəsinə Janna d'Ark adlı
gənc bir qız başçılıq edirdi. Orleanın müdafiəsindən sonra müharibədə dönüş yarandı.
Üstünlük fransızların tərəfinə keçdi. İngilislər ölkədən qovuldu.
1453-cü ildə Fransa və İngiltərə arasında sülh bağlandı və Yüzillik müharibə başa
çatdı. Fransa torpaqlarından yalnız Kale limanı ingilislərin əlində qaldı. Fransa yadelli
işğalından xilas oldu.
 



1. 
Fransada feodal münasibətlərinin xüsusiyyətlərini izah et.
2.  Yüzillik müharibənin əvvəllərində Fransanın məğlub
olmasının səbəblərini təhlil et.
3.  Yüzillik müharibənin əslində neçə il davam etdiyini
hesabla.
4.  Jaklar üsyanı ilə məzdəkilər hərəkatını müqayisə edib,
oxşar və fərqli cəhətləri müəyyən et və esse yaz.
Səncə, əhalinin sayının
çox olması ölkənin
iqtisadi inkişafına necə
təsir göstərir?
Fransada mərkəzləşdirilmiş dövlətin yaranması.
XI Lüdoviqin dövründə (1461—1483) Fransada
mərkəzi hakimiyyətə qarşı iri feodalların çıxışı baş
verdi. Burqundiya hersoqu İgid Karl XI Lüdo- viqə
qarşı açıq müharibə apardı. Sülh bağlanmasına
baxmayaraq, XI Lüdoviq hiylə ilə İgid Karlı məğlub
edib öldürtdü. Burqundiya, Marsel və Bretan vilayətləri
birləşdirildi. Beləliklə, XV əsrin sonlarında Fransa
mərkəzləşdirilmiş dövlətə çevrildi.
XVI əsrdə əhalisinin sayına görə Fransa Avropada ən
böyük dövlət idi. Böyük coğrafi kəşflərdən sonra
ticarət yolları Atlantik okeanına keçdi. Ona görə də
Fransanın qərbindəki liman şəhərlərinin rolu artdı.
Ölkədə manufakturalar yarandı. Silahlar, parçalar,
zinət əşyaları istehsal edən bu müəssisələr çoxlu vergi
ödəyirdi. Bu vergilər hesabına kral sarayı varlanırdı.
Kral istədiyi zaman vergiləri artırırdı. Bu isə müəssisə
sahiblərinin narazılığına səbəb olurdu. Buna
baxmayaraq, çoxlu sərvət toplamaq məqsədi güdən
müəssisə sahibləri kralı müdafiə edirdilər. Çünki kral
onları dəstəkləyirdi. Fransada tədricən feodal
münasibətlər yerini yeni kapitalist münasibətlərinə
verirdi.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə