Ticarət Gəmiçiliyi Məcəlləsi Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar



Yüklə 5,39 Kb.
Pdf görüntüsü
səhifə30/35
tarix02.06.2018
ölçüsü5,39 Kb.
#47353
1   ...   27   28   29   30   31   32   33   34   35

269.2.3. əgər xilas edənin tələbi ağlabatandırsa, təhlükəsiz yerə çatdırılandan 
sonra gəmini və ya digər əmlakı qəbul etməlidirlər. 
Maddə 270. Mükafat  
270.1. Faydalı nəticəsi olan xilasetmə əməliyyatları mükafat almağa hüquq verir. 
270.2. Xilasetmə əməliyyatlarının faydalı nəticəsi olmadıqda, bu Məcəllənin 271-ci 
maddəsində nəzərdə tutulan hal istisna olmaqla, heç bir mükafat verilmir. 
270.3. Mükafat xilasetmə əməliyyatlarını həvəsləndirmə məqsədi ilə aşağıdakı meyarlar 
(ardıcıllıqlarından asılı olmayaraq) nəzərə alınmaqla müəyyənləşdirilir: 
270.3.1. gəminin və digər əmlakın xilas edilmiş dəyəri; 
270.3.2. ətraf mühitə vurulan zərərin qarşısının alınmasında və ya azaldılmasında 
xilas edənin ustalığı və səyi; 
270.3.3. xilas edənin nail olduğu müvəffəqiyyət; 
270.3.4. təhlükənin xarakteri və dərəcəsi; 
270.3.5. gəminin, insanların və digər əmlakın xilas edilməsində xilas edənin 
ustalığı və səyi; 
270.3.6. xilas edənin çəkdiyi xərclər, sərf etdiyi vaxt və ona vurulan zərər
270.3.7. xilas edənin və ya onun avadanlığının məruz qaldığı məsuliyyət riski və 
digər risklər; 
270.3.8. xilasetmə xidmətlərinin göstərildiyi tezlik; 
270.3.9. xilasetmə əməliyyatları üçün nəzərdə tutulmuş gəmilərin və ya digər 
avadanlığın mövcudluğu və onlardan istifadə; 
270.3.10. xilas edənin avadanlığının hazırolma vəziyyəti və belə avadanlığın 
səmərəliliyi və dəyəri. 
270.4. Bu Məcəllənin 270.3-cü maddəsinə müvafiq olaraq müəyyənləşdirilmiş mükafat 
gəmidə və başqa əmlakda marağı olan bütün şəxslər tərəfindən gəminin və başqa əmlakın 
xilas edilmiş müvafiq dəyərinə mütənasib olaraq ödənilir. 
270.5. Mükafat, mükafatla bağlı ödənilə bilən məhkəmə xərcləri və hər hansı faizlər 
istisna olmaqla, gəminin və başqa əmlakın xilas edilmiş dəyərindən çox olmamalıdır. 
Maddə 271. Xüsusi kompensasiya  
271.1. Xilas edən ətraf mühitə zərər vurulması təhlükəsi yaradan gəmi və ya yükə 
münasibətdə xilasetmə əməliyyatlarını həyata keçirdikdə və bu Məcəllənin 270.3-270.5-
ci maddələrinə müvafiq olaraq, heç olmazsa, bu Məcəllənin 271-ci maddəsinə uyğun 
müəyyənləşdirilən xüsusi kompensasiya miqdarında mükafat qazana bilmədikdə, onun 


gəmi sahibindən xilas edənin bu Məcəllənin 271.3-cü maddəsində göstərilən xərclərinə 
bərabər olan xüsusi kompensasiya almaq hüququ vardır. 
271.2. Əgər bu Məcəllənin 271.1-ci maddəsində nəzərdə tutulan halların olduğu təqdirdə 
xilas edən həyata keçirdiyi xilasetmə əməliyyatı nəticəsində ətraf mühitə zərər 
vurulmasının qarşısını alıb və ya azaldıbsa, bu Məcəllənin 271.1-ci maddəsinə əsasən 
gəmi sahibinin xilas edənə verdiyi xüsusi kompensasiyanın miqdarı onun çəkdiyi 
xərclərin maksimum 30 faizi qədər artırıla bilər. Məhkəmə bu Məcəllənin 270.3-cü 
maddəsində nəzərdə tutulmuş müvafiq meyarları nəzərə alaraq xüsusi kompensasiyanı 
artıra bilər, lakin ümumi artırma xilas edənin çəkdiyi xərclərin 100 faizindən artıq ola 
bilməz. 
271.3. Bu Məcəllənin 271.1 və 271.2-ci maddələrinin məqsədləri üçün xilas edənin 
xərcləri xilasetmə əməliyyatını həyata keçirərkən xilas edənin faktik çəkdiyi ağlabatan 
xərclərdir, habelə bu Məcəllənin 270.3.8-270.3.10-cu maddələrində göstərilən meyarları 
nəzərə almaqla xilasetmə əməliyyatında faktik və ağlabatanlıqla istifadə edilmiş 
avadanlığa və personala görə ədalətli haqdır. 
271.4. Bu Məcəllənin 271-ci maddəsinə əsasən ümumi xüsusi kompensasiya yalnız belə 
kompensasiyanın xilas edənin bu Məcəllənin 270.3-270.5-ci maddələrinə uyğun olaraq 
ala biləcəyi hər hansı bir mükafatdan artıq olan halda və miqdarda verilir. 
271.5. Əgər xilas edən etinasızlıq göstəribsə və bunun nəticəsi kimi ətraf mühitə vurulan 
zərərin qarşısını ala və ya azalda bilməyibsə, belə halda o, xüsusi kompensasiyadan tam 
və ya qismən məhrum edilə bilər. 
Maddə 272. Mükafatın bölüşdürülməsi  
272.1. Bu Məcəllənin 270.3-270.5-ci maddələrinə müvafiq olaraq müəyyənləşdirilmiş 
mükafatın xilas edənlər arasında bölüşdürülməsi həmin maddələrdə göstərilən meyarlar 
nəzərə alınmaqla həyata keçirilir. 
272.2. Xilasetmə əməliyyatının yerinə yetirilməsi nəticəsində qazanılmış istənilən 
mükafatın gəmi sahibi və gəmi heyəti üzvləri arasında bölüşdürülməsi xilasetmə 
əməliyyatı ilə əlaqədar onların çəkdikləri xərclər çıxılandan sonra aşağıdakı qaydada 
həyata keçirilir: 
272.2.1. mükafatın netto dəyərinin beşdə üç hissəsi gəmi sahibinə çatır, beşdə iki 
hissəsi isə gəmi heyəti üzvləri arasında bölüşdürülür; 
272.2.2. bu Məcəllənin 272.2.1-ci maddəsinə əsasən gəmi heyəti üzvlərinə 
çatacaq pay onların arasında hər birinin xilasetmə əməliyyatında göstərdiyi səy və 
əmək haqları nəzərə alınmaqla bölüşdürülür. 
272.3. Bu Məcəllənin 272.2-ci maddəsində müəyyən edilmiş qaydalar xilasetmə 
əməliyyatlarını peşəkar fəaliyyət qaydasında yerinə yetirən gəmilərin qazandıqları 
mükafatın bölüşdürülməsinə şamil edilmir. 
Maddə 273. İnsanların xilas edilməsi  
273.1. Xilas edilmiş insanlardan heç bir mükafat alınmır. 


273.2. Xilasetmənin zəruriliyinə səbəb olmuş hadisə ilə bağlı xidmətlərin göstərilməsində 
iştirak etmiş insanları xilas edənlər, gəmini və ya başqa əmlakı xilas etdiklərinə və yaxud 
ətraf mühitə vurula biləcək zərərin qarşısını almaqlarına və ya azaltmaqlarına görə xilas 
edənlərə verilən məbləğdən ədalətli pay almaq hüququna malikdirlər. 
Maddə 274. Xilas edənin tələbinə təminatın təqdim edilməsi vəzifəsi  
274.1. Xilas edənin xahişi ilə mükafatın və ya xüsusi kompensasiyanın ödənilməsinə 
məsul olan şəxs, faizlər və məhkəmə xərcləri də daxil olmaqla, xilas edənin tələbinə 
lazımi təminat təqdim edir. 
274.2. Bu Məcəllənin 274.1-ci maddəsində müəyyən edilmiş qaydadan asılı olmayaraq, 
xilas edilmiş gəminin sahibi, yük verilənə kimi, yük sahiblərinin onlara qarşı irəli 
sürdükləri tələblərə lazımi təminatın (faizlər və məhkəmə xərcləri də daxil olmaqla) 
təqdim edilməsi üçün bütün imkanlardan istifadə edir. 
274.3. Xilas edənin müvafiq gəmiyə və ya əmlaka olan tələblərinə lazımi təminat təqdim 
edilməyənədək, xilas edilmiş gəmi və ya digər əmlak limandan və ya belə gəminin və ya 
əmlakın xilasetmə əməliyyatları başa çatdıqdan sonra ilk dəfə aparıldığı yerdən xilas 
edənin razılığı olmadan başqa yerə aparıla bilməz. 
Maddə 275. Səlahiyyətli hakimiyyət orqanlarının nəzarət etdikləri xilasetmə 
əməliyyatları  
275.1. Xilasetmə əməliyyatları səlahiyyətli hakimiyyət orqanları tərəfindən və ya onların 
nəzarəti altında yerinə yetirildikdə, belə əməliyyatları həyata keçirən xilas edənlər bu 
fəsildə nəzərdə tutulmuş hüquqlardan və müdafiə vasitələrindən istifadə edə bilərlər. 
275.2. Xilasetmə əməliyyatlarını yerinə yetirməyə borclu olan səlahiyyətli hakimiyyət 
orqanları, əgər bu onların adi vəzifələrinin həyata keçirilməsi ilə bağlı deyilsə, bu fəsildə 
nəzərdə tutulmuş hüquqlardan və müdafiə vasitələrindən istifadə edə bilərlər. 
275.3. Xilasetmə əməliyyatlarının əlaqələndirilməsi müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən həyata keçirilir. (
7

XXI fəsil. Dəniz tələbləri üzrə məsuliyyətin 
məhdudlaşdırılması 
Maddə 276. Məsuliyyətin məhdudlaşdırılmasına hüququ olan şəxslər  
276.1. Bu fəsildə müəyyən edilmiş qaydalara müvafiq olaraq gəmi sahibinin və xilas 
edənin bu Məcəllənin 277-ci maddəsində nəzərdə tutulmuş tələblər üzrə məsuliyyəti 
məhdudlaşdırılır. 
276.2. Bu fəsildə müəyyənləşdirilmiş qaydaların tətbiq edilməsi məqsədləri üçün xilas 
edən xilasetmə əməliyyatları ilə, o cümlədən bu Məcəllənin 277.1-ci maddəsində nəzərdə 
tutulan əməliyyatlar ilə bilavasitə bağlı xidmətlər göstərən istənilən şəxsdir. 
276.3. Bu Məcəllənin 277-ci maddəsində nəzərdə tutulmuş tələblərdən hər hansı biri, 
hərəkətinə və ya hərəkətsizliyinə görə məsuliyyəti bu Məcəllənin 276.1-ci və 276.2-ci 
maddələrində göstərilən şəxslərin daşıdığı şəxsə qarşı irəli sürüldükdə, belə şəxs bu 


Yüklə 5,39 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə