Ticarət Gəmiçiliyi Məcəlləsi Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar



Yüklə 5,39 Kb.
Pdf görüntüsü
səhifə32/35
tarix02.06.2018
ölçüsü5,39 Kb.
#47353
1   ...   27   28   29   30   31   32   33   34   35

281.1.3. xilasetmə xidmətləri göstərilən gəmidən hərəkət etməyən və ya müstəsna 
olaraq gəmidə hərəkət edən xilas edənə, habelə hərəkətinə və ya hərəkətsizliyinə 
görə xilas edənin məsuliyyət daşıdığı istənilən şəxsə; 
281.1.4. bu Məcəllənin 280.3-cü maddəsinə əsasən müəyyən edilən məsuliyyət 
həddi bir hadisədən irəli gələn bütün tələblərin cəmi üçün gəmi sahibinə, habelə 
hərəkətinə və ya hərəkətsizliyinə görə gəmi sahibinin məsuliyyət daşıdığı 
istənilən şəxsə. 
Maddə 282. Məsuliyyətin məhdudlaşdırılması fondunu yaratmadan məsuliyyətin 
məhdudlaşdırılması  
282.1. Gəmi sahibinin və xilas edənin bu Məcəllənin 283-cü maddəsində nəzərdə tutulan 
məsuliyyətin məhdudlaşdırılması fondunu yaratmadan bu fəsildə müəyyən edilmiş 
qaydalara uyğun olaraq öz məsuliyyətini məhdudlaşdırmaq hüququ vardır. 
282.2. Əgər məsuliyyətin məhdudlaşdırılması məsuliyyətin məhdudlaşdırılması fondu 
yaradılmadan həyata keçirilirsə, müvafiq olaraq bu Məcəllənin 284-cü maddəsinin 
qaydaları tətbiq edilir. 
Maddə 283. Məsuliyyətin məhdudlaşdırılması fondu  
283.1. üzərinə məsuliyyət qoyula biləcək şəxs məsuliyyətinin məhdudlaşdırıla biləcəyi 
tələb üzrə ona qarşı iddianın verildiyi məhkəmədə məsuliyyətinin məhdudlaşdırılması 
fondunu yarada bilər. 
283.2. Məsuliyyətin məhdudlaşdırılması fondu bu Məcəllənin 280-cı maddəsinə uyğun 
hesablanan məbləğ miqdarında və bu məbləğə hadisənin baş verdiyi gündən fondun 
yaradılma gününədək faizlər əlavə edilməklə yaradılır. Bu qaydada yaradılan hər hansı 
bir fond yalnız məsuliyyətin məhdudlaşdırılmasına səbəb olan tələblərin ödənilməsi üçün 
nəzərdə tutulur. 
283.3. Məsuliyyətin məhdudlaşdırılması fondu bu Məcəllənin 283.2-ci maddəsində 
göstərilən məbləğin məhkəmənin depozitinə ödənilməsi vasitəsi və ya Azərbaycan 
Respublikasının qanunvericiliyinə görə bank zəmanətinin və ya digər maliyyə 
təminatının təqdim edilməsi yolu ilə yaradıla bilər. 
283.4. Bir hadisədən irəli gələn tələblər üzrə bir neçə gəmi sahibinin və ya xilas edənlərin 
məsuliyyətin məhdudlaşdırılmasına hüquqları olduqda, belə şəxslərin hər hansı birinin 
yaratdığı məsuliyyətin məhdudlaşdırılması fondu bütün gəmi sahiblərinin və ya xilas 
edənlərin yaratdığı fond hesab edilir. 
Maddə 284. Məsuliyyətin məhdudlaşdırılması fondunun bölüşdürülməsi  
284.1. Məsuliyyətin məhdudlaşdırılması fondunun bölüşdürülməsinə dair bütün 
məsələləri yalnız belə fondun yaradıldığı məhkəmə həll etməyə səlahiyyətlidir. 
284.2. Məsuliyyətin məhdudlaşdırılması fondu həmin fonda tələbləri olan şəxslər 
arasında onların tələblərinin müəyyənləşdirilmiş miqdarına mütənasib surətdə 
bölüşdürülür. 


284.3. Əgər məsuliyyətin məhdudlaşdırılması fondunun bölüşdürülməsinə kimi tələb 
üzrə cavabdeh olan şəxs və ya onun sığortaçısı bu fonda olan tələb üzrə kompensasiyanı 
ödəyibsə, belə şəxs ödədiyi məbləğ həddində kompensasiyanı almış şəxsin hüquqlarını 
subroqasiya qaydasında əldə edir. 
Maddə 285. Digər iddialar üçün maneələr  
Məsuliyyətin məhdudlaşdırılması fondu yaradıldıqda, heç bir şəxsin, kimin ki tələblərinin 
təmin edilməsi üçün fond nəzərdə tutulub, belə fondu yaratmış şəxsin və ya şəxslərin 
digər əmlakına həmin tələblər üzrə hər hansı bir hərəkət etmək hüququ yoxdur. Məhkəmə 
məsuliyyətin məhdudlaşdırılması fondu yaradıldıqdan sonra göstərilən şəxsə və ya 
şəxslərə məxsus olan və fonda verilə bilən tələblər üzrə həbs qoyulmuş gəminin və ya 
digər əmlakın azad edilməsi barədə qərar qəbul edir, həmçinin belə həbs qoyulmasının 
qarşısını almaq üçün verilən hər hansı bir təminatı azad edir. 
Maddə 286. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq edilməsi  
286.1. Bu fəsildə müəyyən edilmiş qaydalar aşağıdakılara da şamil edilir: 
286.1.1. hərbi, yardımçı hərbi və sərhəd gəmiləri istisna olmaqla, Azərbaycan 
Respublikasının mülkiyyətində olan və ya tələb yaranan anda yalnız qeyri-
kommersiya hökumət xidməti üçün istismar və ya istifadə edilən gəmilərə; 
286.1.2. qazma işləri üçün inşa edilmiş və ya uyğunlaşdırılmış və belə işləri görən 
gəmilərə. 
286.2. Bu Məcəllədə müəyyən edilmiş qaydalar dəniz dibinin və ya təkinin mineral və 
digər ehtiyatlarının kəşfiyyatı üçün nəzərdə tutulmuş üzən platformalara şamil edilmir. 
XXII fəsil. Gəmiyə dəniz girovu. Gəminin və ya inşa edilməkdə 
olan gəminin ipotekası 
Maddə 287. Gəmiyə dəniz girovu ilə təmin edilən tələblər  
287.1. Gəmi sahibinə dair tələblər gəmiyə dəniz girovu ilə təmin edilir: 
287.1.1. gəmi kapitanına və gəmi heyətinin digər üzvlərinə gəmidə işlərinə görə 
çatacaq əmək haqqına və digər məbləğlərə, o cümlədən repatriasiya xərclərinə və 
gəmi kapitanının və gəmi heyətinin digər üzvlərinin adından verilən sosial sığorta 
ödənişlərinə; 
287.1.2. bilavasitə gəminin istismarı nəticəsində vətəndaşın həyatına və ya 
sağlamlığına vurulan zərərin əvəzinin ödənilməsinə; 
287.1.3. gəminin xilas edilməsi üçün mükafata; 
287.1.4. liman, kanal və dəniz bələdçi yığımlarına; 
287.1.5. gəminin istismarı zamanı gəmidə daşınan yük, konteyner və sərnişinlərin 
əşyalarından fərqli olan digər əmlakın itirilməsi və ya zədələnməsi nəticəsində 
vurulmuş real zərərin əvəzinin ödənilməsinə. 


287.2. Bu Məcəllənin 287.1.2 və 287.1.5-ci maddələrində nəzərdə tutulmuş tələblər 
aşağıdakı hallar nəticəsində yarandıqda, belə tələblər dəniz girovu ilə təmin edilmir: 
287.2.1. bu Məcəllənin 18 və 19-cu fəsillərində müəyyən edildiyi kimi, gəmidən 
neftlə çirkləndirmədən və ya dənizlə təhlükəli və ya zərərli maddələrin daşınması 
ilə bağlı vurulan zərərdən; 
287.2.2. nüvə yanacağının radioaktiv xassələrinin və ya digər radioaktiv 
maddələrin təsirindən. 
Maddə 288. Gəmiyə dəniz girovu ilə təmin edilmiş tələblərin ödənilməsində 
üstünlük  
288.1. Bu Məcəllənin 287.1-ci maddəsinə müvafiq gəmiyə dəniz girovu ilə təmin edilmiş 
tələblər, gəminin qeydə alınmış ipotekası ilə təmin edilmiş öhdəliklərdən yaranan 
tələblərə qarşı ödənilməkdə üstünlüyə malikdir. Bu Məcəllənin 298.3-cü maddəsində 
nəzərdə tutulmuş tələb istisna olmaqla, heç bir tələb göstərilmiş tələblərə qarşı 
ödənilməkdə üstünlüyə malik deyil. 
288.2. Bu Məcəllənin 287.1-ci maddəsinə müvafiq gəminin dəniz girovu ilə təmin 
edilmiş tələblər həmin maddədə göstərilən qaydada növbə ilə təmin edilir. 
Maddə 289. Gəmiyə dəniz girovunun xüsusiyyəti  
Gəminin məcburi satılması halı istisna olmaqla, gəmiyə mülkiyyət hüququnun 
keçməsindən, onun qeydiyyatının və ya bayrağının dəyişdirilməsindən asılı olmayaraq, 
dəniz girovu gəmini yüklü etməkdə davam edir. 
Maddə 290. Gəmiyə dəniz girovuna xitam verilməsi  
290.1. Bu Məcəllənin 287.1-ci maddəsində nəzərdə tutulmuş gəmiyə dəniz girovu ilə 
təmin edilmiş tələblər yarandıqdan bir il sonra gəmiyə dəniz girovuna, gəmi göstərilən 
müddət bitənədək gəminin məcburi satılmasına səbəb olan həbsin predmeti olduqda 
xitam verilir. 
290.2. Bu Məcəllənin 290.1-ci maddəsində müəyyən edilmiş müddət aşağıdakı qaydada 
hesablanır: 
290.2.1. bu Məcəllənin 287.1.1-ci maddəsinə müvafiq gəmiyə dəniz girovu ilə 
təmin edilmiş tələblər üzrə — belə tələbi olan gəmi heyəti üzvünün gəmidən azad 
edilməsi anından; 
290.2.2. bu Məcəllənin 287.1.2-287.1.5-ci maddələrinə müvafiq gəmiyə dəniz 
girovu ilə təmin edilmiş tələblər üzrə — belə tələbin yaranma anından. 
Maddə 291. Tələblərin güzəşt edilməsi və ya keçməsi  
291.1. Gəmiyə dəniz girovu ilə təmin edilmiş tələblərin güzəşt edilməsi və ya keçməsi 
eyni zamanda dəniz girovu hüququnun güzəşt edilməsinə və ya keçməsinə səbəb olur. 


Yüklə 5,39 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə