Ticarət Gəmiçiliyi Məcəlləsi Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar



Yüklə 5,39 Kb.
Pdf görüntüsü
səhifə34/35
tarix02.06.2018
ölçüsü5,39 Kb.
#47353
1   ...   27   28   29   30   31   32   33   34   35

Maddə 298. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satışının nəticələri  
298.1. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satışı halında gəminin və ya 
inşa edilməkdə olan gəminin qeydiyyata alınmış bütün ipotekaları, ipoteka saxlayanların 
razılığı ilə alıcının öz üzərinə götürdüyü ipotekalar istisna olmaqla, bütün girovları və 
digər növ yüklülükləri gəmiyə və ya inşa edilməkdə olan gəmiyə münasibətdə öz 
qüvvəsini itirirlər. 
298.2. Gəminin və ya inşa edilməkdə olan gəminin həbsi və sonrakı satışı ilə əlaqədar 
çəkilən xərclər onların satışından əldə edilən məbləğdən birinci növbədə ödənilir. Belə 
xərclərə, xüsusilə, gəmi üzərinə həbs qoyulması anından gəminin və gəmi heyətinin 
saxlanılmasına, habelə əmək haqqına çəkilən xərclər və bu Məcəllənin 287.1.1-ci 
maddəsində göstərilən digər məbləğlər və xərclər aid edilir. Gəminin və ya inşa 
edilməkdə olan gəminin satışından əldə edilən məbləğin qalığı müvafiq tələblərin 
ödənilməsi üçün müəyyən edilmiş zəruri həddləri nəzərə almaqla bu fəsildəki qaydalara 
uyğun olaraq bölüşdürülür. İrəli sürülmüş bütün tələblər ödənildikdən sonra gəminin və 
ya inşa edilməkdə olan gəminin məcburi satışından əldə edilən məbləğ, əgər o qalıbsa, 
gəminin və ya inşa edilməkdə olan gəminin mülkiyyətçisinə verilir və belə məbləğ 
sərbəst köçürülə bilər. 
298.3. Dəniz üzgüçülüyü təhlükəsizliyini və ya dəniz mühitini çirkləndirmədən qorumaq 
məqsədi ilə liman hakimiyyəti orqanlarının qaldırdığı batmış gəminin məcburi satışı 
halında, gəminin qaldırılması üçün çəkilən xərclər, gəminin dəniz girovu ilə təmin 
edilmiş hər hansı bir tələbin ödənilməsinədək, gəminin satışından əldə edilmiş məbləğdən 
ödənilir. 
Maddə 299. Gəminin və ya inşa edilməkdə olan gəminin ipotekasının xitamı  
299.0. Gəminin və ya inşa edilməkdə olan gəminin ipotekasına aşağıdakı hallarda xitam 
verilir: 
299.0.1. pul öhdəliyi ödənildikdə; 
299.0.2. pul öhdəliyinə borcun ödənilməsindən fərqli olan digər üsulla xitam 
verildikdə (məcburi satış və s.); 
299.0.3. gəminin və ya inşa edilməkdə olan gəminin məhv olması ilə əlaqədar 
dəniz sığorta müqaviləsinə müvafiq olaraq, gəminin və ya inşa edilməkdə olan 
gəminin ipotekasını saxlayan öz tələbini sığorta ödənişinə verə bildiyi hallar 
istisna olmaqla, gəmi və ya inşa edilməkdə olan gəmi məhv olduqda. 
XXIII fəsil. Gəminin üzərinə həbs qoyulması 
Maddə 300. Gəminin üzərinə həbs qoymaq səlahiyyəti  
300.1. Gəmi üzərinə həbs qoyulması onun Azərbaycan Respublikasının yurisdiksiyası 
hüdudlarında olduğu zaman məhkəmənin və ya dəniz işləri üzrə qanunla həbs etmək 
səlahiyyəti verilmiş münsiflər məhkəməsinin qətnaməsi əsasında dəniz tələblərini təmin 
etmək üçün hər hansı bir saxlanılmasını və ya hərəkətinin məhdudlaşdırılmasını bildirir, 
məhkəmənin və ya münsiflər məhkəməsinin qanuni qüvvəyə minmiş qərarının icrası ilə 
bağlı gəmi üzərinə həbs qoyulması halları istisna təşkil edir. 


300.2. gəmi üzərinə yalnız dəniz tələbi üzrə həbs qoyula bilər. 
300.3. Gəmi üzərinə, hətta limandan çıxmağa hazır olduğu zaman da həbs qoyula bilər. 
300.4. Bu fəsildə müəyyən edilmiş qaydalar dəniz limanı kapitanının bu Məcəllənin 64-
cü maddəsinə müvafiq olaraq, gəminin dəniz limanından çıxmağına icazə verməmək 
hüququnu məhdudlaşdırmır. 
Maddə 301. Dəniz tələbi  
301.0. Aşağıda göstərilənlərlə bağlı olan istənilən tələb dəniz tələbidir: 
301.0.1. gəminin istismarı zamanı zərərin vurulması ilə; 
301.0.2. bilavasitə gəminin istismarı ilə əlaqədar olaraq quruda və ya suda 
vətəndaşın həyatına və ya sağlamlığına zərərin vurulması ilə; 
301.0.3. vurula biləcək zərərin, o cümlədən ətraf mühitə vurulan zərərin qarşısını 
almaq və ya azaltmaq üçün hər hansı bir şəxsin həyata keçirdiyi tədbirlərə çəkdiyi 
xərclərlə, əgər belə tələb Azərbaycan Respublikasının qanunundan və ya 
beynəlxalq müqaviləsindən irəli gəlirsə, habelə belə tədbirlər nəticəsində vurulan 
və ya vurula biləcək zərərlə; 
301.0.4. xilasetmə tədbirlərinin həyata keçirilməsi və ya xilasetmə haqqında hər 
hansı bir müqavilə ilə; 
301.0.5. batmış gəminin qaldırılması, uzaqlaşdırılması və ya məhv edilməsi üçün 
çəkilən xərclərlə; 
301.0.6. gəminin istismarı və ya təmin edilməsi üçün ərzaq məhsulları, 
materiallar, yanacaq, avadanlıq, o cümlədən konteynerlərin verilməsi ilə
301.0.7. gəminin istifadəsinə dair hər hansı bir müqavilə ilə; 
301.0.8. dənizlə yük daşınması və ya dənizlə sərnişin daşınmasına dair hər hansı 
bir müqavilə ilə; 
301.0.9. gəmidə daşınan yükün, o cümlədən baqajın itirilməsi və ya zədələnməsi 
ilə; 
301.0.10. ümumi qəza ilə; 
301.0.11. dəniz bələdçisi keçirməsi ilə; 
301.0.12. yedəkləmə ilə; 
301.0.13. gəminin inşası, təmiri, yenidən qurulması və ya yenidən təchiz edilməsi 
ilə; 
301.0.14. liman, kanal haqqları və digər su yollarında ödənişlər ilə; 


301.0.15. gəmidə işlədikləri üçün gəmi kapitanına və gəmi heyətinin digər 
üzvlərinə çatacaq əmək haqqı və başqa məbləğlərlə, o cümlədən repatriasiya 
xərcləri və gəmi kapitanının və gəmi heyətinin digər üzvlərinin adından verilən 
sosial sığorta ödənişləri ilə; 
301.0.16. gəmiyə münasibətdə çəkilən disbursment xərcləri ilə; 
301.0.17. sığorta mükafatı ilə; 
301.0.18. gəmi mülkiyyətçisi və ya berbout-çarter üzrə gəmini fraxtedən 
tərəfindən və yaxud onların adından ödənilən hər hansı bir komisyon, broker və 
ya agent mükafatları ilə; 
301.0.19. gəmiyə olan mülkiyyət və ya onun üzərində sahiblik hüququna dair hər 
hansı bir mübahisə ilə; 
301.0.20. gəminin istifadəsinə və ya mənfəətin bölüşdürülməsinə dair iki və ya bir 
neçə gəmi mülkiyyətçisi arasında yaranan hər hansı bir mübahisə ilə; 
301.0.21. gəminin qeydiyyata alınmış ipotekası və ya qeydiyyata alınmış həmin 
xarakterli yüklü edilməsi ilə; 
301.0.22. gəminin alqı-satqı müqaviləsindən irəli gələn hər hansı bir mübahisə ilə. 
Maddə 302. Gəminin həbsdən azad olunması  
302.1. Münasib formada kifayət miqdarda təminat təqdim olunduqda, gəmi məhkəmənin 
və ya münsiflər məhkəməsinin qətnaməsinə əsasən həbsdən azad oluna bilər. 
302.2. Tərəflərin arasında təminatın miqdarı və forması barəsində razılaşma olmadıqda, 
məhkəmə və ya münsiflər məhkəməsi təminatın, gəminin qiymətindən çox olmamaq şərti 
ilə, miqdarını və formasını müəyyənləşdirir. 
302.3. Gəminin həbsdən azad olunması haqqında hər hansı bir müraciət məsuliyyətin 
tanınmasını, müdafiə vasitələrindən və ya məsuliyyətin məhdudlaşdırılması hüququndan 
imtinanı bildirmir. 
302.4. Bu Məcəllənin 302.2-ci maddəsinə uyğun olaraq təminat təqdim etmiş şəxs 
istənilən vaxt təminatı azaltmaq, dəyişdirmək və ya ləğv etmək haqqında ərizə ilə 
məhkəməyə və ya münsiflər məhkəməsinə müraciət edə bilər. 
Maddə 303. Gəminin əsassız həbs edilməsinə görə məsuliyyət  
Gəmi sahibinə qarşı dəniz tələblərində irəli sürülən təqsirin sübuta yetirilməməsinə görə 
gəminin həbsdən azad olunduğu, habelə gəminin limanda əsassız saxlandığı hallarda 
gəmi sahibinə həbs qoyulma və ya saxlanılma ilə vurulan zərər üçün məsuliyyəti o 
şəxslər daşıyır ki, onların tələbləri ilə gəminin üzərinə həbs qoyulmuşdur və ya gəmi 
saxlanılmışdır. 
XXIV fəsil. Dəniz protestləri 


Yüklə 5,39 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə