Ticarət Gəmiçiliyi Məcəlləsi Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar



Yüklə 5,39 Kb.
Pdf görüntüsü
səhifə28/35
tarix02.06.2018
ölçüsü5,39 Kb.
#47353
1   ...   24   25   26   27   28   29   30   31   ...   35

sığortalamalı və ya digər maliyyə təminatı (kredit təşkilatlarının qarantiyasını) təqdim 
etməlidir. 
255.2. Bu Məcəllənin 255.1-ci maddəsinə müvafiq olaraq sığortalanma və ya digər 
maliyyə təminatı ilə qarantiya verilmiş istənilən məbləğ yalnız bu fəsildə müəyyən 
edilmiş qaydaların əsasında irəli sürülən tələblərin ödənilməsi üçün istifadə edilməlidir. 
Maddə 256. Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyətin 
sığortalanması və ya digər maliyyə təminatı haqqında şəhadətnamə  
256.1. Məsuliyyətin sığortalanmasının və ya digər maliyyə təminatının mövcudluğunu 
təsdiqləyən və bu fəsildə müəyyən edilmiş qaydalara müvafiq qüvvəsi olan neftlə 
çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyətin sığortalanması və ya digər 
maliyyə təminatı haqqında şəhadətnamə (bundan sonra — şəhadətnamə), əgər bu 
Məcəllənin 255.1-ci madəsində nəzərdə tutulan tələblər yerinə yetirilibsə, hər bir gəmiyə 
onu qeydiyyata almış orqan tərəfindən verilir. 
256.2. Şəhadətnamədə aşağıdakı məlumatlar olmalıdır: 
256.2.1. gəminin adı və onun qeydiyyata alındığı liman (yer); 
256.2.2. gəmi mülkiyyətçisinin adı və əsas fəaliyyət yeri; 
256.2.3. məsuliyyətin maliyyə təminatının növü; 
256.2.4. şəxsin məsuliyyətinin sığortaçısının və ya digər maliyyə təminatını 
verənin adı və əsas fəaliyyət yeri, müvafiq hallarda isə məsuliyyətin sığortalandığı 
və ya maliyyə təminatının verildiyi yeri; 
256.2.5. şəhadətnamənin məsuliyyətin sığorta və ya digər maliyyə təminatının 
müddətindən artıq olmayan qüvvədəolma müddəti. 
256.3. Şəhadətnamə gəmidə olmalıdır, onun surəti isə qeydiyyat orqanına saxlama üçün 
təhvil verilməlidir. 
256.4. Şəhadətnamələrin şərtləri, verilmə və yoxlanılması qaydaları müvafiq icra 
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 
Maddə 257.Çirkləndirmədən vurulan zərərin əvəzinin ödənilməsi haqqında iddia  
257.1. Çirkləndirmədən vurulan zərərin əvəzinin ödənilməsi haqqında iddia gəminin 
mülkiyyətçisinə yalnız bu fəsildə müəyyən edilmiş qaydalara uyğun olaraq verilə bilər. 
257.2. Bu Məcəllənin 257.3-cü maddəsində müəyyənləşdirilmiş qaydaya riayət etmək 
şərti ilə çirkləndirmədən vurulan zərərin əvəzinin ödənilməsi haqqında iddia bu fəslin 
qaydaları əsasında aşağıda göstərilən şəxslərə qarşı verilə bilməz: 
257.2.1. gəmi mülkiyyətçisinin işçilərinə, o cümlədən gəmi heyətinin üzvlərinə və 
ya dəniz agentlərinə; 
257.2.2. dəniz bələdçisinə və ya gəmi heyətinin üzvü olmayıb gəmidə iş icra edən 
hər hansı bir digər şəxsə; 


257.2.3. hər hansı bir fraxtedənə, o cümlədən berbout-çarter üzrə fraxtedənə və 
vəkalətli idarə edənə; 
257.2.4. gəmi mülkiyyətçisinin razılığı və ya səlahiyyətli hakimiyyət orqanlarının 
göstərişi əsasında xilasetmə əməliyyatlarını həyata keçirən hər hansı bir şəxsə; 
257.2.5. zərərin qarşısını almaq məqsədi ilə tədbirlər görən hər hansı bir şəxsə; 
257.2.6. bu Məcəllənin 257.2.3-257.2.5-ci maddələrində göstərilmiş şəxslərin 
işçilərinə və ya dəniz agentinə, əgər çirkləndirmədən zərərin vurulması onların 
etdikləri hərəkətlər qəsdən və ya kobud ehtiyatsızlığın və ya hərəkətsizliyin 
nəticəsi deyilsə. 
257.3. Bu fəsildə müəyyən edilmiş qaydalar gəmi mülkiyyətçisinin üçüncü şəxslərə qarşı 
reqress hüququna toxunmur. 
257.4. Çirkləndirmədən vurulan zərərin əvəzinin ödənilməsi haqqında iddia bilavasitə 
sığortaçıya və ya gəmi mülkiyyətçisinin məsuliyyətinə maliyyə təminatı vermiş digər 
şəxsə qarşı irəli sürülə bilər. Cavabdeh bütün hallarda gəmi mülkiyyətçisinin ikinci 
cavabdeh qismində işə cəlb olunmasını tələb edə bilər. 
XIX fəsil. Dənizlə təhlükəli və zərərli maddələrin daşınması ilə 
bağlı vurulan zərərə görə məsuliyyət 
Maddə 258. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq edilməsi  
258.1. Bu fəsildə müəyyən edilmiş qaydalar, dənizlə yük daşınması müqaviləsindən və 
dənizlə sərnişin daşınması müqaviləsindən irəli gələn tələblər istisna olmaqla, dənizlə 
təhlükəli və zərərli maddələrin daşınması ilə bağlı vurulan zərərin əvəzinin ödənilməsi 
tələblərinə tətbiq edilir. 
258.2. Bu fəsildə müəyyən edilmiş qaydalar aşağıdakılara tətbiq edilmir: 
258.2.1. kompensasiyanın ödənilməsindən asılı olmayaraq, bu Məcəllənin 
250.2.5-ci maddəsində müəyyən edildiyi kimi çirkləndirmədən vurulan zərərə; 
258.2.2. dənizlə təhlükəli yüklərin daşınması haqqında Beynəlxalq Məcəllədə 
göstərilən 7-ci sinifə aid olan radioaktiv maddənin vurduğu zərərə. 
Maddə 259. Gəmi mülkiyyətçisinin məsuliyyətinin əsasları  
Gəmi mülkiyyətçisi, bu Məcəllənin 260-cı maddəsində nəzərdə tutulan hallar istisna 
olmaqla, hadisə baş verdiyi andan təhlükəli və zərərli maddələrin dənizlə daşınması ilə 
bağlı vurduğu zərərə görə məsuliyyət daşıyır. 
Maddə 260. Gəmi mülkiyyətçisinin məsuliyyətdən azad edilməsi  
260.1. Gəmi mülkiyyətçisi, əgər aşağıdakıları sübuta yetirsə, təhlükəli və zərərli 
maddələrin vurduqları zərərə görə məsuliyyət daşımır: 


260.1.1. hərbi əməliyyatlar, düşmənçilik hərəkətləri, xalq iğtişaşları və ya 
qarşısıalınmaz qüvvə nəticəsində zərərin vurulmasını; 
260.1.2. zərər vurmaq niyyəti ilə üçüncü şəxslərin hərəkətləri və ya hərəkətsizliyi 
nəticəsində zərərin vurulmasını; 
260.1.3. işıqların və digər naviqasiya vasitələrinin qaydada saxlanmasına 
cavabdeh olan səlahiyyətli hakimiyyət orqanlarının göstərilən funksiyanı həyata 
keçirdikləri zaman qanuna zidd hərəkətləri nəticəsində zərərin vurulmasını; 
260.1.4. gəmiyə yüklənmiş maddələrin təhlükəli və zərərli xarakteri haqqında 
yükgöndərən və ya hər hansı digər şəxs tərəfindən məlumatın verilməməsi 
nəticəsində tam və ya qismən zərərin vurulmasını və ya gəmi mülkiyyətçisinin bu 
Məcəllənin 264-cü maddəsinə müvafiq olaraq sığorta ödənişini ala bilməməsinə 
səbəb olmasını. Əgər gəmi mülkiyyətçisinin, onun işçilərinin və ya dəniz 
agentlərinin gəmiyə yüklənmiş maddələrin təhlükəli və zərərli olması barədə 
məlumatları yoxdursa və ağlabatan hallarda bu barədə məlumatları ola da 
bilməzdi, gəmi mülkiyyətçisi vurulan zərərə görə məsuliyyətdən azad oluna bilər. 
260.2. Əgər gəmi mülkiyyətçisi zərərin tam və ya qismən zərərçəkən şəxsin qəsdən və ya 
kobud ehtiyatsızlığı nəticəsində vurulmasını sübuta yetirsə, gəmi mülkiyyətçisi belə şəxs 
qarşısında məsuliyyətdən tam və ya qismən azad edilə bilər. 
Maddə 261. İki və ya daha çox gəmi mülkiyyətçisinin birgə məsuliyyəti  
261.1. Hər biri təhlükəli və zərərli maddələr daşıyan iki və ya daha çox gəminin cəlb 
olunduğu hadisə nəticəsində zərər vurulduqda, hadisə ilə bilavasitə əlaqəsi olan hər bir 
gəminin mülkiyyətçisi, əgər o bu Məcəllənin 260-cı maddəsinə əsasən məsuliyyətdən 
azad edilmirsə, zərərə görə məsuliyyət daşıyır. Gəmi mülkiyyətçiləri onların arasında 
ağlabatan qaydada bölüşdürülə bilməyən zərərə görə birgə məsuliyyət daşıyırlar. 
261.2. Hadisəyə cəlb olunmuş gəmilərin mülkiyyətçiləri bu Məcəllənin 262.1-ci 
maddəsinə müvafiq olaraq onların hər birinə tətbiq edilə bilən məsuliyyətin 
məhdudlaşdırılması hüququna malikdirlər. 
Maddə 262. Gəmi mülkiyyətçisinin məsuliyyətinin məhdudlaşdırılması hüququ və 
bu hüququn itirilməsi  
262.1. Gəmi mülkiyyətçisinin bir hadisəyə münasibətdə öz məsuliyyətini aşağıdakı kimi 
hesablanan ümumi məbləğlə məhdudlaşdırmaq hüququ var: 
262.1.1. tutumu 2000 tondan artıq olmayan gəmi üçün 10 000 000 hesablaşma 
vahidi ilə; 
262.1.2. tutumu 2000 tondan artıq olan gəmi üçün, ümumi məbləğin heç bir halda 
100 milyon hesablaşma vahidindən çox olmamaq şərti ilə, bu Məcəllənin 262.1.1-
ci maddəsində göstərilən məbləğə tutumun sonrakı hər tonu üçün tutumu 2001 
tondan 50000 tonadək olan gəmiyə 1,5 min, tutumu 50000 tondan artıq olan 
gəmiyə isə 360 hesablaşma vahidi əlavə edilir. 
262.2. Əgər zərərin gəmi mülkiyyətçisinin qəsdən və ya kobud ehtiyatsızlığından, öz 
hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulduğu sübuta yetirilibsə, gəmi 


Yüklə 5,39 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə