Ticarət Gəmiçiliyi Məcəlləsi Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar



Yüklə 5,39 Kb.
Pdf görüntüsü
səhifə29/35
tarix02.06.2018
ölçüsü5,39 Kb.
#47353
1   ...   25   26   27   28   29   30   31   32   ...   35

mülkiyyətçisi bu Məcəllənin 262.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətin 
məhdudlaşdırılması hüququnu itirir. 
Maddə 263. Məsuliyyətin məhdudlaşdırılması fondu  
263.1. Gəmi mülkiyyətçisi bu Məcəllənin 262.1-ci maddəsinə müvafiq olaraq 
məsuliyyətini məhdudlaşdırmaq məqsədi ilə vurulan zərərin əvəzinin ödənilməsinə dair 
ona qarşı iddianın verildiyi məhkəmədə, yaxud belə iddia verilmədikdə, onun verilə 
biləcəyi məhkəmədə gəmi mülkiyyətçisinin məsuliyyətinin həddinə bərabər olan 
məbləğdə məsuliyyətinin məhdudlaşdırılması fondunu yaratmalıdır. 
263.2. Məsuliyyətin məhdudlaşdırılması fonduna bu Məcəllənin 254-cü maddəsində 
müəyyən edilmiş qaydalar tətbiq edilir. 
Maddə 264. Məsuliyyətin sığortalanması və ya digər maliyyə təminatı  
264.1. Təhlükəli və zərərli maddələri faktiki olaraq daşıyan gəminin mülkiyyətçisi, bu 
fəsildə müəyyən edilmiş qaydalara əsasən vurulan zərərə görə öz məsuliyyətini örtmək 
üçün, bu Məcəllənin 262.1-ci maddəsinə müvafiq olaraq vurulan zərərə görə 
məsuliyyətinin həddi məbləğində məsuliyyətini sığortalamalı və ya digər maliyyə 
təminatı (kredit təşkilatlarının zəmanətini) təqdim etməlidir. 
264.2. Bu Məcəllənin 264.1-ci maddəsinə müvafiq olaraq sığortalanma və ya digər 
maliyyə təminatı ilə qarantiya verilmiş istənilən məbləğ yalnız bu fəsildə müəyyən 
edilmiş qaydaların əsasında irəli sürülən tələblərin ödənilməsi üçün istifadə edilməlidir. 
Maddə 265. Təhlükəli və zərərli maddələrin vurduğu zərərə görə məsuliyyətin 
sığortalanması və ya digər maliyyə təminatı haqqında şəhadətnamə  
265.1. Məsuliyyətin sığortalanmasının və ya digər maliyyə təminatının mövcudluğunu 
təsdiqləyən və bu fəsildə müəyyən edilmiş qaydalara müvafiq qüvvəsi olan təhlükəli və 
zərərli maddələrin vurduğu zərərə görə məsuliyyətin sığortalanması və ya digər maliyyə 
təminatı haqqında şəhadətnamə (bundan sonra — şəhadətnamə), əgər bu Məcəllənin 
264.1-ci maddəsində nəzərdə tutulan tələblər yerinə yetirilibsə, hər bir gəmiyə onu 
qeydiyyata almış orqan tərəfindən verilir. 
265.2. Şəhadətnamədə aşağıdakı məlumatlar olmalıdır: 
265.2.1. gəminin adı, onun çağırış siqnalı və qeydiyyata alındığı liman (yer); 
265.2.2. gəmi mülkiyyətçisinin adı və əsas fəaliyyət yeri; 
265.2.3. beynəlxalq dəniz təşkilatının gəmiyə verdiyi identifikasiya nömrəsi; 
265.2.4. məsuliyyətin maliyyə təminatının növü və onun qüvvədəolma müddəti; 
265.2.5. şəxsin məsuliyyətinin sığortaçısının və ya digər maliyyə təminatını 
verənin adı və əsas fəaliyyət yeri, müvafiq hallarda isə məsuliyyətin sığortalandığı 
və ya maliyyə təminatının verildiyi yer. 
265.2.6. şəhadətnamənin məsuliyyətin sığorta və ya digər maliyyə təminatının 
müddətindən artıq olmayan qüvvədəolma müddəti. 


265.3. Şəhadətnamə gəmidə olmalıdır, onun surəti isə qeydiyyat orqanına saxlama üçün 
təhvil verilməlidir. 
265.4. Şəhadətnamələrin şərtləri, verilmə və yoxlanılması qaydaları 
müvafiq icra 
hakimiyyəti orqanı
 tərəfindən təsdiq edilir. 
Maddə 266. Vurulan zərərin əvəzinin ödənilməsi haqqında iddia  
266.1. Zərərin əvəzinin ödənilməsi haqqında iddia gəminin mülkiyyətçisinə yalnız bu 
fəsildə müəyyən edilmiş qaydalara uyğun olaraq verilə bilər. 
266.2. Zərərin əvəzinin ödənilməsi haqqında iddiaya bu Məcəllənin 257-ci maddəsində 
müəyyən edilmiş qaydalar tətbiq edilir. 
XX fəsil. Gəmilərin və digər əmlakın xilas edilməsi 
Maddə 267. Bu fəsildə müəyyən edilmiş qaydaların tətbiq edilməsi  
267.1. Bu fəsildə müəyyən edilmiş qaydalar, xilasetmə haqqında müqavilədə birbaşa və 
ya dolayı başqa hal nəzərdə tutulmayıbsa, bütün xilasetmə əməliyyatlarına tətbiq edilir. 
Tərəflərin öz müqavilələri ilə bu Məcəllənin 268.2-ci maddəsinin tətbiqini istisna etmək
habelə bu Məcəllənin 269-cu maddəsində nəzərdə tutulmuş ətraf mühitə vurulan zərərin 
qarşısını almaq və ya azaltmaq vəzifəsindən kənara çıxmaq hüquqları yoxdur. 
267.2. Bu fəslin məqsədləri üçün: 
267.2.1. xilasetmə əməliyyatı — istənilən sularda təhlükə altında olan hər hansı 
bir gəmiyə və ya digər əmlaka kömək göstərilməsi məqsədi ilə həyata keçirilən 
istənilən hərəkət və ya istənilən fəaliyyətdir; 
267.2.2. əmlak — bilərəkdən və daimi olaraq sahilə təhkim edilməmiş əmlak və 
riskdə olan fraxtdır; 
267.2.3. ətraf mühitə vurulan zərər — çirkləndirmə, yanğın, partlayış və ya digər 
oxşar hadisələr nəticəsində daxili sularda, sahilboyu sularda, yaxud onlara yanaşı 
olan rayonlarda insanın sağlamlığına, dəniz flora və faunasına və ya ehtiyatlarına 
vurulmuş əhəmiyyətli real zərərdir. 
267.3. Bu fəsildə müəyyən edilmiş qaydalar, bu Məcəllənin 272.2-ci maddəsində 
müəyyən edilmiş qayda istisna olaraq, habelə aşağıdakılara şamil edilir: 
267.3.1. Azərbaycan Respublikasının mülkiyyətində olan hərbi gəmilərə, 
yardımçı hərbi gəmilərinə və digər gəmilərə, habelə xilasetmə əməliyyatları 
aparılan anda yalnız qeyri-kommersiya hökumət xidməti üçün istismar və istifadə 
edilənlərə; 
267.3.2. dövlətin mülkiyyətində olan qeyri-kommersiya yüklərinə. 
267.4. Bu fəsildə müəyyən edilmiş qaydalar aşağıdakılara şamil edilmir: 


267.4.1. stasionar və ya üzən platformalara, yaxud dəniz səyyar qazma 
qurğularına, əgər belə platformalar və ya qurğular olduqları yerdə dəniz təkinin 
mineral ehtiyatlarının kəşfiyyatı, işlənməsi və ya hasilatı ilə məşğuldurlarsa; 
267.4.2. tarixi və ya arxeoloji əhəmiyyəti olan mədəni xarakterli dəniz əmlakına, 
əgər o, dənizin dibindədirsə. 
Maddə 268. Xilasetmə haqqında müqavilələr  
268.1. Gəmi kapitanının gəmi sahibinin adından xilasetmə əməliyyatlarının aparılması 
üçün xilasetmə haqqında müqavilələr bağlamaq hüququ vardır. Gəmi kapitanının və ya 
gəmi sahibinin gəmidə olan əmlakın sahibi adından belə müqavilələr bağlamaq hüququ 
vardır. 
268.2. Xilasetmə haqqında müqavilə və ya onun hər hansı bir şərti aşağıdakılara görə 
etibarsız hesab edilə və ya dəyişdirilə bilər: 
268.2.1. müqavilə həddindən artıq təsir və ya təhlükə altında bağlandıqda və onun 
şərtləri ədalətli olmadıqda; 
268.2.2. müqavilə ilə nəzərdə tutulmuş mükafat faktik göstərilmiş xidmətlərə 
münasibətdə həddən artıq qaldırıldıqda və ya azaldıldıqda. 
Maddə 269. Xilas edənin, gəmi sahibinin və gəmi kapitanının vəzifələri  
269.1. Təhlükə altında olan gəminin və ya digər əmlakın sahibinə münasibətdə xilas edən 
aşağıdakıları etməyə borcludur: 
269.1.1. xilasetmə əməliyyatlarını lazımi qayğı ilə həyata keçirməlidir; 
269.1.2. bu Məcəllənin 269.1.1-ci maddəsində nəzərdə tutulmuş vəzifəni yerinə 
yetirərkən ətraf mühitə vurulan zərərin qarşısını almaq və ya azaltmaq üçün 
lazımi qayğı göstərməlidir; 
269.1.3. halların tələbi ağlabatan olduqda kömək üçün digər xilas edənlərə 
müraciət etməlidir; 
269.1.4. təhlükə altında olan gəminin kapitanının və ya sahibinin, yaxud təhlükə 
altında olan digər əmlakın sahibinin tələbi ağlabatan olduqda, əgər bu, mükafatın 
miqdarına təsir göstərməyəcəkdirsə, digər xilas edənlərin iştirakına razılıq 
verməlidir. 
269.2. Xilas edənə münasibətdə təhlükə altında olan gəminin kapitanı və sahibi və ya 
təhlükə altında olan digər əmlakın sahibi aşağıdakıları etməyə borcludurlar: 
269.2.1. xilasetmə əməliyyatlarının gedişində onunla tam əməkdaşlıq etməlidirlər
269.2.2. bu Məcəllənin 269.2.1-ci maddəsində nəzərdə tutulmuş vəzifəni yerinə 
yetirərkən ətraf mühitə vurulan zərərin qarşısını almaq və ya azaltmaq üçün 
lazımi qayğı göstərməlidirlər; 


Yüklə 5,39 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə