Ticarət Gəmiçiliyi Məcəlləsi Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar



Yüklə 5,39 Kb.
Pdf görüntüsü
səhifə31/35
tarix02.06.2018
ölçüsü5,39 Kb.
#47353
1   ...   27   28   29   30   31   32   33   34   35

fəsildə müəyyən edilmiş qaydalara müvafiq olaraq məsuliyyətin məhdudlaşdırılması 
hüququna malikdir. 
276.4. Bu Məcəllənin 277-ci maddəsində nəzərdə tutulmuş tələblər üzrə məsuliyyətin 
sığortaçısı məsuliyyəti sığortalanmış şəxsdə olduğu dərəcədə, bu fəsildə müəyyən edilmiş 
qaydalara müvafiq olaraq, məsuliyyətin məhdudlaşdırılması hüququna malikdir. 
276.5. Məsuliyyətin məhdudlaşdırılmasına yönəldilmiş hərəkət məsuliyyətin tanınmasını 
bildirmir. 
Maddə 277. Məsuliyyətin məhdudlaşdırılmasına səbəb olan tələblər  
277.1. Aşağıdakı tələblər bu Məcəllənin 278-ci maddəsində müəyyənləşdirilmiş 
qaydaları gözləmək şərti ilə, məsuliyyətin əsasından asılı olmayaraq, məsuliyyətin 
məhdudlaşdırılmasının təsiri altına düşür: 
277.1.1. gəmidə və yaxud bilavasitə gəminin istismarı və ya xilasetmə 
əməliyyatları ilə əlaqədar vətəndaşın ölümü və ya sağlamlığının pozulmasından, 
yaxud əmlakın, o cümlədən liman qurğularının, su hövzələrinin, gəmiçilik 
yollarının və naviqasiya avadanlığı vasitələrinin itirilməsi və ya zədələnməsindən 
yaranan tələblər, habelə bunun nəticəsində sonradan vurulan hər-hansı bir zərərin 
əvəzinin ödənilməsi üzrə tələblər; 
277.1.2. dənizlə yüklərin, sərnişinlərin və ya onların baqajının daşınması zamanı 
baş vermiş gecikdirilmə nəticəsində vurulan zərərin əvəzinin ödənilməsi üzrə 
tələblər; 
277.1.3. bilavasitə gəminin istismarı və ya xilasetmə əməliyyatları ilə bağlı olan 
və müqavilədən irəli gəlməyən hər hansı bir hüququn pozulması nəticəsində 
vurulan zərərin əvəzinin ödənilməsi üzrə tələblər; 
277.1.4. əgər zərərə görə cavabdeh olan şəxs bu fəsildə müəyyən edilmiş 
qaydalara müvafiq olaraq öz məsuliyyətini məhdudlaşdıra bilərsə, zərərin 
qarşısını almaq və ya onu azaltmaq məqsədi ilə zərərə görə cavabdeh olan 
şəxsdən fərqli olan digər şəxsin gördüyü tədbirlər nəticəsində vurulan zərər üzrə 
və belə tədbirlərin səbəb olduğu sonrakı zərər üzrə tələblər. 
277.2. Bu Məcəllənin 277.1-ci maddəsində nəzərdə tutulan tələblər reqress qaydasında və 
ya müqavilədə göstərilən zəmanətlər əsasında irəli sürüldükdə belə, məsuliyyətin 
məhdudlaşdırılmasının təsiri altına düşür. bu Məcəllənin 277.1.4-cü maddəsində nəzərdə 
tutulmuş tələblər zərərə görə cavabdeh olan şəxslə bağlanmış müqaviləyə əsasən verilən 
mükafata aid olan hissədə məsuliyyətin məhdudlaşdırılmasının təsiri altına düşmür. 
Maddə 278. Məsuliyyətin məhdudlaşdırılmasından istisnalar  
278.1. Bu fəsildə müəyyən edilmiş qaydalar aşağıdakı tələblərə şamil edilmir: 
278.1.1. xilasetmə əməliyyatının yerinə yetirilməsi ilə bağlı mükafata, o cümlədən 
xüsusi kompensasiyaya və ya ümumi qəza üzrə ödənişə; 
278.1.2. gəmilərdən neftlə çirkləndirmədən vurulan zərərin əvəzinin 
ödənilməsinə


278.1.3. dənizlə təhlükəli və zərərli maddələrin daşınması ilə bağlı vurulan zərərin 
əvəzinin ödənilməsinə; 
278.1.4. batmış gəminin, o cümlədən bu gəmidə olan və ya olmuş hər şeyin 
qaldırılması, uzaqlaşdırılması və ya məhv edilməsi ilə bağlı; 
278.1.5. nüvə zərərinin əvəzinin ödənilməsinə; 
278.1.6. gəmidən yükün uzaqlaşdırılması, məhv edilməsi və ya 
zərərsizləşdirilməsi ilə bağlı; 
278.1.7. vəzifələri gəmi və ya xilasetmə əməliyyatları ilə bağlı olan gəmi 
sahibinin və ya xilas edənin işçilərinin həyatına, sağlamlığına və ya əmlakına, 
habelə belə işçilərin vərəsələrinin, himayələrində, yaxud onlardan təminat almaq 
hüquqları olan şəxslərə vurulmuş zərərin əvəzinin ödənilməsinə, əgər həmin 
işçilərin əmək müqaviləsinə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq 
edilirsə; 
278.1.8. gəmi sahibi və sərnişin Azərbaycan Respublikasının təşkilatı və ya 
vətəndaşı olduğu halda, sərnişinin həyatına və ya sağlamlığına vurulan zərərin 
əvəzinin ödənilməsinə; 
278.1.9. gəminin istismarı və ya xilasetmə əməliyyatları ilə bilavasitə bağlı olan 
hallarda vətəndaşın həyatına, sağlamlığına və ya əmlakına vurulan zərərin 
əvəzinin ödənilməsinə, əgər gəmi sahibi və vətəndaş, yaxud xilas edən və 
vətəndaş Azərbaycan Respublikasının təşkilatları və ya vətəndaşlarıdırsa. 
278.2. Zərərə görə cavabdeh olan şəxsin, əgər zərərin onun hərəkəti və ya hərəkətsizliyi 
(qəsdən və ya kobud ehtiyatsızlıq) nəticəsində vurulduğu sübuta yetirilibsə, məsuliyyətin 
məhdudlaşdırılmasına hüququ yoxdur. 
Maddə 279. Qarşılıqlı tələb  
Bu fəsildə müəyyən edilmiş qaydalara uyğun olaraq məsuliyyətin məhdudlaşdırılmasına 
hüququ olan şəxs ona tələb irəli sürmüş şəxsə həmin hadisədən irəli gələn qarşılıqlı tələb 
irəli sürərsə, ilkin və qarşılıqlı tələb qarşılıqlı ödənilir və bu fəsildə müəyyən edilmiş 
qaydalar yalnız əmələ gələn qalığa tətbiq edilir. 
Maddə 280. Məsuliyyətin ümumi hədləri  
280.1. Bu Məcəllənin 280.3-cü maddəsində göstərilən tələblərdən fərqli olan və bir 
hadisədən irəli gələn tələblər üzrə məsuliyyətin həddi aşağıdakı qaydada hesablanır: 
280.1.1. Vətəndaşın həyatına və ya sağlamlığına vurulan zərərin əvəzinin 
ödənilməsinə dair tələblər üzrə: 
280.1.1.1. tutumu 500 tondan artıq olmayan gəmi üçün — 333 min 
hesablaşma vahidi; 
280.1.1.2. tutumu 501 tondan 3000 tona qədər olan gəmi üçün — bu 
Məcəllənin 280.1.1.1-ci maddəsində göstərilən məbləğə tutumunun 500 
artıq olan hər tonu üçün 500 hesablaşma vahidi əlavə edilir


280.1.1.3. tutumu 3001 tondan 30 000 tona qədər olan gəmi üçün — bu 
Məcəllənin 280.1.1.1-ci maddəsində göstərilən məbləğə tutumunun 500 
artıq olan hər tonu üçün 333 hesablaşma vahidi əlavə edilir; 
280.1.1.4. tutumu 30 001 tondan 70 000 tona qədər olan gəmi üçün — bu 
Məcəllənin 280.1.1.1-ci maddəsində göstərilən məbləğə tutumunun 500 
artıq olan hər tonu üçün 250 hesablaşma vahidi əlavə edilir; 
280.1.1.5. tutumu 70 000 tondan artıq olan gəmi üçün — bu Məcəllənin 
280.1.1.1-ci maddəsində göstərilən məbləğə tutumunun 500 artıq olan hər 
tonu üçün 167 hesablaşma vahidi əlavə edilir; 
280.1.2. Hər hansı digər tələblər üzrə: 
280.1.2.1. tutumu 500 tondan artıq olmayan gəmi üçün — 167 min 
hesablaşma vahidi; 
280.1.2.2. tutumu 501 tondan 3000 tona qədər olan gəmi üçün — bu 
Məcəllənin 280.1.2.1-ci maddəsində göstərilən məbləğə tutumunun 500 
artıq olan hər tonu üçün 167 hesablaşma vahidi edilir; 
280.1.2.3. tutumu 3001 tondan 70 000 tona qədər olan gəmi üçün — bu 
Məcəllənin 280.1.2.1-ci maddəsində göstərilən məbləğə tutumunun 500 
artıq olan hər tonu üçün 125 hesablaşma vahidi edilir; 
280.1.2.4. tutumu 70 000 tondan artıq olan gəmi üçün — bu Məcəllənin 
280.1.2.1-ci maddəsində göstərilən məbləğə tutumunun 500 artıq olan hər 
tonu üçün 83 hesablaşma vahidi əlavə edilir. 
280.2. Əgər vətəndaşın həyatına və ya sağlamlığına vurulan zərərin əvəzinin 
ödənilməsinə dair tələblər üzrə bu Məcəllənin 280.1-ci maddəsinə əsasən hesablanmış 
məbləğ belə tələblərin tam ödənilməsi üçün kifayət deyilsə, bu Məcəllənin 280.2-ci 
maddəsinə əsasən digər tələblər üzrə hesablanmış məbləğ vətəndaşın həyatına və ya 
sağlamlığına vurulan zərərin əvəzinin ödənilməsinə dair tələblərin ödənilməmiş hissəsinə 
yönəldilir. 
280.3. Sərnişinlərin həyatına və ya sağlamlığına vurulan zərərin əvəzinin ödənilməsinə 
dair tələblər üzrə, əgər onlar bir hadisədən irəli gəlirsə, gəmi sahibinin məsuliyyətinin 
həddi 175 min hesablaşma vahidinin sərnişin şəhadətnaməsinə əsasən gəmiyə daşımağa 
icazənin verildiyi sərnişinlərin sayına vurulmaqla müəyyənləşdirilir. 
Maddə 281. Tələblərin birləşdirilməsi  
281.1. Bu Məcəllənin 280.1 və 280.2-ci maddələrinə əsasən müəyyən edilən məsuliyyət 
həddi bir hadisədən yaranan bütün tələblərin məcmusuna tətbiq edilir: 
281.1.1. gəmi sahibinə, habelə hərəkətinə və ya hərəkətsizliyinə görə gəmi 
sahibinin məsuliyyət daşıdığı istənilən şəxsə; 
281.1.2. gəmidən xilasetmə üzrə xidmətlər göstərən gəmi sahibinə, bu gəmidən 
hərəkət edən xilas edənə, habelə hərəkətinə və ya hərəkətsizliyinə görə gəmi 
sahibi və ya xilas edən məsuliyyət daşıdığı istənilən şəxsə; 


Yüklə 5,39 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə