Ticarət Gəmiçiliyi Məcəlləsi Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar



Yüklə 5,39 Kb.
Pdf görüntüsü
səhifə27/35
tarix02.06.2018
ölçüsü5,39 Kb.
#47353
1   ...   23   24   25   26   27   28   29   30   ...   35

müəyyənləşdirilir. Toqquşmanın baş verdiyi şəraitdən hər bir gəminin təqsir dərəcəsini 
müəyyənləşdirmək mümkün olmadıqda, zərərə görə məsuliyyət onların arasında bərabər 
bölüşdürülür. 
248.3. Toqquşmada təqsiri olan gəmilərin sahibləri insanların ölümü və ya 
sağlamlıqlarının pozulması nəticəsində vurulan zərərə görə üçüncü şəxslər qarşısında 
birgə məsuliyyət daşıyırlar. Bu Məcəllənin 248.2-ci maddəsinə müvafiq olaraq ödəməli 
olduğu məbləğdən artıq məbləğ ödəmiş gəmi sahibinin digər gəmi sahiblərinə reqress 
hüququ vardır. 
248.4. Gəmilərin toqquşması dəniz bələdçisinin təqsiri nəticəsində baş verdiyi halda da 
bu Məcəllənin 248.2-ci maddələrində müəyyən edilmiş məsuliyyət yaranır. 
Maddə 249. Təqsirsizlik prezumpsiyası  
Toqquşan gəmilərin heç biri, əgər bunun əksi sübuta yetirilməyibsə, təqsirkar hesab 
edilmir. 
XVIII fəsil. Gəmilərdən neftlə çirkləndirmədən vurulan zərərə 
görə məsuliyyəti 
Maddə 250. Gəmi mülkiyyətçisinin məsuliyyətinin əsaslandırılması  
250.1. Gəmi mülkiyyətçisi, bu Məcəllənin 251-ci maddəsində nəzərdə tutulmuş hallar 
istisna olmaqla, hadisə baş verdiyi andan çirkləndirmə nəticəsində gəmi tərəfindən 
vurulan hər hansı bir zərərə görə məsuliyyət daşıyır. 
250.2. Bu fəslin məqsədləri üçün: 
250.2.1. gəmi — faktiki olaraq nefti yük kimi daşıyan, habelə belə daşımadan 
sonra gələn hər hansı bir səfər zamanı, əgər belə neft daşınmasından sonra gəmidə 
neft qalıqlarının olmadığı sübuta yetirilməyibsə, neftin daşınması üçün nəzərdə 
tutulan və ya neftin yük kimi daşınması üçün istifadə edilən istənilən gəmidir; 
250.2.2. zərərçəkən şəxs — vətəndaş, hüquqi şəxs, dövlət və ya onun hər hansı bir 
tərkib hissəsidir; 
250.2.3. gəmi mülkiyyətçisi — gəminin mülkiyyətçisi kimi qeydiyyatdan keçmiş 
şəxsdir. Gəmi dövlətə məxsus olduqda və gəmi sahibi kimi qeydiyyatdan keçmiş 
təşkilat tərəfindən istismar edildikdə, gəminin mülkiyyətçisi belə təşkilatdır; 
250.2.4. neft — istənilən karbohidrogenli mineral qarışıqdır, o cümlədən, yük 
kimi bura gəmidə və ya gəminin yanacaq tanklarında daşınmasından asılı 
olmayaraq, xam neft, mazut, ağır dizel yanacağı və sürtkü yağları daxildir; 
250.2.5. çirkləndirmədən vurulan zərər — gəmidən kənara neftin axması və ya 
axıdılması nəticəsində, belə axmanın və ya axıdılmanın baş verdiyi yerdən asılı 
olmayaraq, ətraf mühitə vurulan zərərə görə kompensasiyanın ağlabatan bərpa 
tədbirləri üçün çəkilən xərclərlə məhdudlaşdırılması şərti ilə, vurulan zərərdir
habelə qarşıalma tədbirləri üçün çəkilən xərclər və belə tədbirlərin nəticəsində 
vurulan zərərdir; 


250.2.6. qarşıalma tədbirləri — hadisədən sonra çirkləndirmədən dəyən zərərin 
azaldılması üçün hər hansı bir şəxs tərəfindən həyata keçirilən istənilən ağlabatan 
tədbirlərdir; 
250.2.7. hadisə — nəticəsində çirkləndirmədən vurulan zərər və ya belə zərərin 
vurulması üçün ciddi və bilavasitə təhlükə yaradan istənilən hadisədir və ya eyni 
mənşəli bir sıra hadisələrdir. 
Maddə 251. Gəmi mülkiyyətçisinin məsuliyyətdən azad edilməsi  
251.1. Gəmi mülkiyyətçisi, aşağıdakıları sübuta yetirə bilsə, çirkləndirmədən vurulan 
zərərə görə məsuliyyət daşımır: 
251.1.1. hərbi əməliyyatlar, düşmənçilik hərəkətləri və ya xalq iğtişaşları, yaxud 
qarşısıalınmaz qüvvə nəticəsində zərərin vurulmasını; 
251.1.2. çirkləndirmədən zərər vurmaq niyyəti ilə üçüncü şəxslərin hərəkətləri və 
ya hərəkətsizliyi nəticəsində zərərin vurulmasını; 
251.1.3. işıqların və digər naviqasiya vasitələrinin qaydada saxlanmasına 
cavabdeh olan səlahiyyətli hakimiyyət orqanlarının göstərilən funksiyanı həyata 
keçirdikləri zaman etinasızlıqları və ya digər qanunazidd hərəkətləri nəticəsində 
zərərin vurulmasını. 
251.2. Əgər gəmi mülkiyyətçisi çirkləndirmədən vurulan zərərin tam və ya qismən 
zərərçəkən şəxsin qəsdən və ya kobud ehtiyatsızlığı nəticəsində vurulmasını sübuta yetirə 
bilsə, gəmi mülkiyyətçisi belə şəxs qarşısında məsuliyyətdən tam və ya qismən azad edilə 
bilər. 
Maddə 252. İki və ya daha çox gəmi mülkiyyətçisinin birgə məsuliyyəti  
252.1. İki və ya daha çox gəminin cəlb olunduğu hadisə nəticəsində çirkləndirmədən 
zərər vurulduqda, hadisə ilə bilavasitə əlaqəsi olan gəmilərin mülkiyyətçiləri onların 
arasında ağlabatan qaydada bölüşdürülə bilməyən çirkləndirmədən vurulan bütün zərərə 
görə, əgər onlar bu Məcəllənin 251-ci maddəsinə əsasən məsuliyyətdən azad edilmirlərsə, 
birgə məsuliyyət daşıyırlar. 
252.2. Hadisəyə cəlb olunmuş gəmilərin mülkiyyətçiləri onların hər birinə bu Məcəllənin 
253.1-ci maddəsinə müvafiq olaraq tətbiq edilə bilən məsuliyyətin məhdudlaşdırılması 
hüququna malikdirlər. 
Maddə 253. Gəmi mülkiyyətçisinin məsuliyyətinin məhdudlaşdırılması hüququ və 
bu hüququn itirilməsi  
253.1. Gəmi mülkiyyətçisinin bir hadisəyə münasibətdə öz məsuliyyətini aşağıdakı kimi 
hesablanan ümumi məbləğlə məhdudlaşdırmaq hüququ vardır: 
253.1.1. tutumu 5000 tondan artıq olmayan gəmi üçün 3 000 000 hesablaşma 
vahidi ilə; 
253.1.2. tutumu 5000 tondan artıq olan gəmi üçün, ümumi məbləğin heç bir halda 
59,7 milyon hesablaşma vahidindən çox olmaması şərti ilə, bu Məcəllənin 


253.1.1-ci maddəsində göstərilən məbləğə tutumun sonrakı hər tonu üçün 420 
hesablaşma vahidi əlavə edilir. 
253.2. Əgər çirkləndirmədən vurulan zərərin gəmi mülkiyyətçisinin qəsdən və ya kobud 
ehtiyatsızlığından öz hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulduğu sübuta 
yetirilibsə, gəmi mülkiyyətçisi bu Məcəllənin 253.1-ci maddəsində nəzərdə tutulmuş 
məsuliyyətin məhdudlaşdırılması hüququnu itirir. 
Maddə 254. Məsuliyyətin məhdudlaşdırılması fondu  
254.1. Gəmi mülkiyyətçisi çirkləndirmədən vurulan zərərə görə bu Məcəllənin 253.1-ci 
maddəsinə müvafiq olaraq məsuliyyətini məhdudlaşdırmaq məqsədi ilə çirkləndirmədən 
vurulan zərərin əvəzinin ödənilməsinə dair ona qarşı iddianın verildiyi məhkəmədə
yaxud belə iddia verilmədikdə, onun verilə biləcəyi məhkəmədə gəmi mülkiyyətçisinin 
məsuliyyətinin həddinə bərabər olan məbləğdə məsuliyyətinin məhdudlaşdırılması 
fondunu yaratmalıdır. Belə fond məhkəmənin depozitinə məbləğin köçürülməsi vasitəsi 
ilə və ya məqbul olan bank və ya digər maliyyə təminatının təqdim edilməsi yolu ilə 
yaradıla bilər. 
254.2. Gəmi mülkiyyətçisinin çirkləndirmədən vurulan zərərin qarşısını almaq və ya 
azaltmaq məqsədi ilə çəkdiyi ağlabatan və könüllü xərclər və itirdiyi əmlak ona 
məsuliyyətin məhdudlaşdırılması fonduna münasibətdə digər kreditorların hüquqları ilə 
bərabər hüquqlar verir. 
254.3. Bu Məcəllənin 254.1-ci maddəsinə müvafiq yaradılan məsuliyyətin 
məhdudlaşdırılması fonduna bu Məcəllənin 284-cü maddəsində müəyyən edilmiş 
məsuliyyətin məhdudlaşdırılması fondunun bölüşdürülməsi qaydaları şamil edilir. 
254.4. Gəmi mülkiyyətçisi hadisədən sonra məsuliyyətin məhdudlaşdırılması fondunu 
yaratdığı və məsuliyyətinin məhdudlaşdırılmasına hüququ olduğu halda: 
254.4.1. bu hadisə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edən 
heç bir şəxsin belə tələbin gəmi sahibinin digər əmlakının hesabına ödənilməsinə 
hüququ yoxdur; 
254.4.2. məhkəmə bu hadisə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsinə 
dair tələb üzrə həbs qoyulmuş gəminin və ya gəmi mülkiyyətçisinə məxsus olan 
digər əmlakın azad edilməsi barədə qərar qəbul edir, həmçinin belə həbs 
qoyulmasının qarşısını almaq üçün verilən hər hansı bir girovu və ya digər 
təminatı azad edir. 
254.5. Bu Məcəllənin 254.4-cü maddəsində müəyyən edilmiş qaydalar çirkləndirmədən 
vurulan zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin məsuliyyətin məhdudlaşdırılması 
fonduna sərəncam verən məhkəmədə müdafiəyə hüququ olduğu halda tətbiq edilir. 
Maddə 255. Məsuliyyətin sığortalanması və ya digər maliyyə təminatı  
255.1. 2000 tondan artıq nefti dolduraraq yük kimi daşıyan gəminin mülkiyyətçisi, bu 
fəsildə müəyyən edilmiş qaydalara əsasən, çirkləndirmədən vurulan zərərə görə öz 
məsuliyyətini örtmək üçün bu Məcəllənin 253.1-ci maddəsinə müvafiq olaraq 
çirkləndirmədən vurulan zərərə görə məsuliyyətinin həddi məbləğində məsuliyyətini 


Yüklə 5,39 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə