291.2. Vətəndaşların həyatına və ya sağlamlığına vurulan zərərin əvəzinin
ödənilməsinə
dair tələbin, habelə dəniz sığorta müqaviləsinə əsasən gəmi mülkiyyətçisinə çatacaq
sığorta ödənişinə dair tələbin gəmiyə dəniz girovu hüququ olan şəxsə güzəşt edilməsinə
və ya keçməsinə yol verilmir.
Maddə 292. Gəmini və ya inşa edilməkdə olan gəmini saxlamaq hüququ
292.1. Gəminin inşa edilməsindən, habelə onun təmir edilməsindən yaranan
tələbləri
təmin etmək üçün gəmiqayırma və ya gəmi təmiri təşkilatlarının, gəmi onların
sahibliyində olduğu dövr ərzində, gəmini saxlamaq hüququ vardır.
292.2. Gəmi və ya inşa edilməkdə olan gəmi gəmiqayırma və ya gəmi təmiri
təşkilatlarının sahibliyindən çıxandan sonra bu Məcəllənin 292.1-ci maddəsində nəzərdə
tutulmuş gəmini saxlamaq hüququ, gəmiyə həbs qoyulması halı istisna olmaqla, itir.
292.3. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satılması halında
gəmiqayırma və ya gəmi təmiri təşkilatlarının gəminin satışından əldə edilmiş
məbləğ
hesabına öz tələblərinin ödənilməsinə hüququ vardır.
Maddə 293. Gəminin və inşa edilməkdə olan gəminin ipoteka ilə yüklü edilməsi
293.1. Gəminin və ya inşa edilməkdə olan gəminin ipotekası pul öhdəliyinin təmin
edilməsi məqsədi ilə gəmi və ya inşa edilməkdə olan gəmi mülkiyyətçisinin (ipoteka
verən) və kreditorun (ipoteka saxlayan) müqavilələri ilə müəyyən edilir.
293.2. Gəmiyə təsərrüfat idarəetmə hüququ olan şəxs gəmi və ya inşa edilməkdə olan
gəmi mülkiyyətçisinin razılığı əsasında ipoteka verən ola bilər.
293.3. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir və gəminin qeydiyyata
alındığı reyestrdə qeydə alınmalıdır.
Maddə 294. Gəminin və ya inşa edilməkdə olan gəminin ipotekasının predmeti
294.1. Müqavilədə başqa hal nəzərdə tutulmadıqda, gəminin ipotekası
gəminin həmin
gəmi mülkiyyətçisinə məxsus olan ləvazimatlarına, habelə gəminin məhv olması və
zədələnməsinə görə məsuliyyət şərtləri ilə bağlanmış dəniz sığorta müqaviləsi üzrə
çatacaq sığorta ödənişinə də şamil edilir. Gəminin ipotekası fraxta şamil edilmir.
294.2. Müqavilədə başqa hal nəzərdə tutulmadıqda, inşa edilməkdə olan gəminin
ipotekası gəminin inşası üçün nəzərdə tutulmuş, gəmiqayırma təşkilatının ərazisində olan
və aydın şəkildə markalanmış və eyniləşdirilmiş material və avadanlığa,
habelə inşa
edilməkdə olan gəminin məhv olması və zədələnməsinə görə məsuliyyət şərtləri əsasında
bağlanmış dəniz sığorta müqaviləsi üzrə çatacaq sığorta ödənişinə də şamil edilir.
Maddə 295. İpoteka saxlayanların tələblərinin ödənilməsi növbəliyi
Əgər bir neçə ipoteka saxlayan varsa, ipoteka ilə yüklü edilmiş gəminin və ya inşa
edilməkdə olan gəminin satışından əldə edilmiş xalis gəlirdən ipoteka saxlayanların
tələbləri onların hüquqlarının qeydiyyat tarixinə uyğun olaraq növbə ilə ödənilir. Daha
əvvəl qeydiyyata alınmış ipoteka sonradan qeydiyyata alınmış ipotekaya qarşı
ödənilməkdə üstünlüyə malikdir. Eyni gündə qeydiyyata alınmış ipotekalar eyni qüvvəyə
malikdir.
Maddə 296. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satılmasının
əsasları
İpoteka verən borcun ödənilməsi
vəzifəsini yerinə yetirmədikdə, ipoteka ilə yüklü edilmiş
gəmi və ya inşa edilməkdə olan gəmi üzərinə həbs qoyulmuş gəminin və ya inşa
edilməkdə olan gəminin olduğu yer üzrə məhkəmənin qərarı əsasında satıla bilər.
Maddə 297. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satılması
haqqında bildiriş
297.1. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satılması üçün məhkəmə bu
barədə aşağıdakılara bildiriş göndərməlidir:
297.1.1. gəmini qeydiyyata alan orqana və ya inşa edilməkdə olan gəmiyə
mülkiyyət hüququnu
qeydiyyata alan orqana;
297.1.2. gəminin və ya inşa edilməkdə olan gəminin qeydiyyata alınmış və
təqdim edənə müəyyənləşdirilməmiş ipotekalarının ipoteka saxlayanlarına;
297.1.3. gəminin və ya inşa edilməkdə olan gəminin qeydiyyata alınmış və
təqdim edənə müəyyənləşdirilmiş ipotekalarının ipoteka saxlayanlarına, habelə bu
Məcəllənin 287.1-ci maddəsində nəzərdə tutulmuş tələblər üzrə gəminin dəniz
girovunu saxlayanlarına, əgər onlar öz tələbləri barədə məhkəməni
məlumatlandırıblarsa;
297.1.4. gəminin və ya inşa edilməkdə olan gəminin qeydiyyata alınmış
mülkiyyətçisinə;
297.1.5. bayrağı altında gəmiyə müvəqqəti üzməyə icazə vermiş
dövlətin gəmini
qeydiyyata almış orqanına.
297.2. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satılmasını tələb edən şəxs
məhkəməyə gəminin və ya inşa edilməkdə olan gəminin qeydiyyata alınmış ipotekasının
ipoteka saxlayanlarının adlarını və ünvanlarını əlavə etməklə müvafiq gəmi və ya inşa
edilməkdə olan gəmi reyestrlərindən çıxarış təqdim etməlidir.
297.3. Gəminin və ya inşa edilməkdə olan gəminin məcburi satışı haqqında bildiriş
məcburi satışa otuz gündən az qalmamış göndərilir və özündə aşağıdakıları əks etdirir:
297.3.1. məcburi satışın vaxtı və yeri haqqında məlumatları, habelə məcburi satışa
və ya məcburi satışa aparan prosedurlara aid olan və öz maraqlarını qorumaq
məqsədi ilə bildiriş almağa hüququ olan şəxslərin bilməli olduqları məlumatları;
297.3.2. məcburi satışın vaxtını və yerini dəqiq müəyyənləşdirmək mümkün
olmadıqda, məcburi satışın təxmini vaxtı və yeri haqqında məlumatları,
habelə
məcburi satışa aid və bildiriş almağa hüququ olan şəxslərin maraqlarının
qorunması üçün kifayət olan digər məlumatları.
297.4. Bildiriş bu Məcəllənin 297.3-cü maddəsinə müvafiq olaraq göndərildikdə, məcburi
satışın faktik vaxtı və yeri haqqında əlavə bildiriş onlar məlum olduqdan sonra, lakin
məcburi satışa yeddi gündən az qalmamış göndərilir.