The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə17/34
tarix15.10.2018
ölçüsü1,54 Mb.
#74303
1   ...   13   14   15   16   17   18   19   20   ...   34

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
51 
 
Razılaşdı: 
- Hə, düz deyirsən, bu, başağrıdan məsələdir... Əvvəlcə oddan danışım. Qonşu 
tayfalar odu almaq üçün bu tayfaya qalın, geniş meşələr, çaylar bəxş edirdilər
kənizlər, qullar bağışlayırdılar. Odları sönəndə yenə də onların yanına gəlirdilər. 
Çünki od yandırmağın və onu qorumağın sirrini bircə bu tayfa bilirdi. 
Bir gün bədbəxtlik baş verdi. Tayfanın müqəddəs sümükləri oğurlandı. Onu qonşu 
tayfalardan kimsə oğurlamışdı. Və onu tapmaq lazımıydı. Çünki sümüklərin 
oğurlanması, bar-bərəkətin, dözümlülüyün, gücün-qüvvətin itirilməsi demək idi. 
Müqəddəs itkiləri tapmasaydılar, tayfaya elə bir bədbəxtlik üz verərdi ki, onun 
altından çıxmaq olmazdı. Kişilər gücsüz, qadınlar sonsuz olar, düzənlər, meşələr 
yanıb külə dönər, çaylar quruyar, bulaqlar susuz qalardı. Tədbir tökmək lazımıydı. 
Od tayfasının başçısı Ərbilən üç gün, üç gecə fikirləşdi, mərədən bayıra çıxmadı, 
oğul-uşaq, qız-gəlin, arvad üzü görmədi. Üç günün tamamında dan üzü mərədən 
çıxdı, Böyük palıd ağacının dibinə gəldi. Böyük tonqal qalandı, daş təbillər işə 
düşdü, Səsyayan adamları harayladı. Şirbilək, Qurdürək gəldi, onların dalınca 
Yelötən, Qurdgüdən özünü yetirdi. Bu xəbəri eşidənlər sağdan-soldan, dağdan-
meşədən tökülüşüb gəldilər. Hamı böyük ocağın başında cəm oldu. 
Gün çırtlayıb, göy üzünün bağrını qana döndərəndə Ərbilən oturduğu yerdən ağır-
ağır ayağa qalxdı, üzünü tayfanın seçilmişlərinə tutub hüznlü xəbəri çatdırdı: 
- Çox işlədik, çox yedik, çox gəzdik, çox bildik, amma ruhlarımızı qoruya 
bilmədik. Arxayınlaşdıq, o qədər rahat olduq ki, biganələşdik, yadırğadıq, ehtiyat 
əldən getdi. Yağılar ruhlarımızı oğurladılar. Ruhlarsız biz heç nəyik. Onları 
hökmən tapmalıyıq, tapmasaq gərək buralardan çıxıb gedək, özümüzə təzə məkan 
seçək,- dedi. 
Şirbilək: 
- Mən gedərəm, sümükləri onların əlindən dartıb alaram,-deyə nərildədi. 
Yelötən: 
- Düşmənlərə mən hamıdan tez çataram, -deyə qürurla uğuldadı. 
Qurdürək: 
- Mən onların izinə tez düşərəm, -deyə uzun-uzun uladı. 
Ər oğlu Qorçatan dinmədi. İri-qara gözlərini yer tanrısının üzünə dirədi, sifəti alov 
kimi alışıb-yandı. Bu, o demək idi ki, mənə etibar eləsən, daha tez taparam. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
52 
 
Ərənlər arasında dava-dalaş düşdü, hərə öz cəsurluğunu sübut eləmək üçün 
dəridən-qabıqdan çıxdı. Ağız deyəni qulaq eşitmədi.  
Ərbilən ayağa durdu, əlini yuxarı qaldırdı. Bu, sakit olmaq işarəsiydi. Hamı onun 
qərarını gözlədi. Tayfa başçısının ürəyindən öz oğlunu sınağa çəkmək keçirdi, 
çünki varis Qorçatan olmalıydı, amma bunun üçün nəyə qadir olduğunu 
göstərməliydi. Bu qərar həmtayfalarına xoş getməzdi, araya nifaq düşərdi.  
Ərbilən mübahisəyə son qoymaq üçün: 
- Hərə bir tərəfə getsin, - dedi, - Gün çıxanda yüyürün, Ay çıxanda yeriyin, çayı 
tutub gedin, düşmən çaydan kənar düşməz, sudan doymaz. Kim tez qayıtsa, ərliyi 
ona verəcəm. Qoy, tayfa başçısı o olsun! Çünki mən pis başçı oldum, ruhlarımızı 
qoruya bilmədim. 
Ruhları qorumaq asan məsələ deyildi. Onu qoruyan dovşandan ayıq olmalı, 
yarasadan iti görməli, qulağı itdən tez eşitməliydi. Bu dəfə qoca Yatmaz ocağa 
xəyanət eləmişdi, uzun sürən xəstəlik onu əldən salmış, kimisə çağırmağa taqəti 
qalmamış, yerindəcə keçinmiş və Göylər Qoruyucusunun, Səma Tanrısının yanına 
getmişdi. Düşmənlər bunu gözləyirmişlər, sən demə, kahaya girmiş ruhlar uyuyan 
sümükləri aparmışdılar... 
Müqəddəs ruhların dalınca gedənlərin şərəfinə şadyanalıq düzənləndi. Ocaq çatıldı, 
Ay maralı, Gün ayısı kəsildi. Od tayfasının igidləri onların qanından içdilər, qara 
tikələrindən odda bişirib yedilər, çoxillik şəhər şehindən içdilər ki, qollarına 
qüvvət, beyinlərinə ağıl hakim olsun...  
İmranbəyin şirin söhbətinin bu yerində arakəsmənin arxasından inilti səsi gəldi. O, 
barmağını dodaqlarına dirəyib susmaq işarəsi verdi. Azıxantrop, deyəsən, 
oyanmışdı, ya da qarabasmalar içindəydi, inildəyirdi. Nəfəsimizi içimizə salıb, bir 
müddət dinməz dayandıq, arakəsmənin arxasındakı səs kəsəndən sonra İmranbəy 
pıçıltı ilə dedi ki, onun yetirməsi bir azdan oyanacaq, yemək istəyəcək, qarnı 
doyandan sonra fantaziyalarını işə salacaq. O, indi qədimdən yox, bu zamandan 
danışır, radio söhbətləri hamı kimi onun da başını pozub, Amerika prezidentinin 
andiçmə mərasimində dediyi nitqdən tutmuş, Əfqanıstan müharibəsinə qədər hər 
şeyi əzbər bilir, hətta dünyanın tezliklə məhv olacağı, Axirət gününün gələcəyi 
barədə proqnozlara da inanır. 
- Meymunlar indi adamlardan da yaxşı proqnoz verir, -deyə yersiz bir söhbət 
eləmək istədim. İmranbəy mənim bu sözlərimə əhəmiyyət vermədi və söhbətinə 
davam elədi. O, çox şirin və bəlağətli danışırdı, sözlüyü xoruz səsi eşitməmiş 
ifadələrlə zəngin idi, sanki kimsə, İmranbəyin qulağının dibində durub, dediklərini 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
53 
 
pıçıldayırdı, o isə bütün bunları mənə ötürürdü. Ekzellənt-mekzellənt, fayn-mayn 
yaddan çıxmışdı. İmranbəy bunları deyirdi: 
- Xülas, Şirbilək cənuba, Qurdürək şimala, Yelötən qərbə, Ər oğlu Qorçatan şərqə 
getdi. 
Qorçatan oddan isti, küləkdən yüngül, sudan duruydu. Sevən qəlbi, vuran qolu, iti 
qaçışı vardı. Amma onu sevməyənlər, gözü götürməyənlər də az deyildi. 
Bunlardan biri və ən fəndgiri Tülkügüdən, o birisi isə Qurdötürən idi. Onlar ayrı-
ayrılıqda Əroğlunun arxasınca getdilər. Ürəklərində gecədən qara niyyətləri vardı. 
Görüm, uca tanrı onların niyyətlərini gözlərində qoysun! Necə ki qoydu da! - deyə 
İmranbəy söhbətinin bu yerində arvadfason bir qarğış da elədi.  
- Əclaflığa bax e. Həmişə özümüz özümüzə qənim olmuşuq, - deyə mən də onun 
bu sözlərinə qəhmər çıxdım. 
- Qorçatan qorxmaz və cəsur idi, ağacı köklü-köməcli dibindən çıxarırdı, dırnaqları 
ilə qaya çapırdı, sinəsilə seli dayandırırdı, gözlərindən qığılcım yağırdı. O, tezliklə 
düşmənin mətəsinə çatıb müqəddəs sümükləri ya zorla, ya da xoşla alıb geri 
gətirərdi. Tülkügüdən bunu bilirdi, özü tayfa başçısı olmaq istəyirdi, Qurdötürəni 
də aldatmışdı ki, ona vəzifə-filan lazım deyil, eləcə müqəddəs sümüklərin 
qarovulunu çəksə bəsdi. Çünki müqəddəs sümüklərin qoruyucusu tayfa 
başçısından sonra ikinci adam sayılırdı. Sümüklərə yaxın olduğundan onların 
dilini-sirrini bilirdi, ruhları rəngindən, pıçıltılarını səsindən tanıyırdı. Ruhlar ona, o 
da ruhlara etibar eləyirdi. Tayfa başçısı qərar verməzdən öncə onunla 
məsləhətləşirdi. Müqəddəslərin qoruyucusu «hə» desə, qərar verilərdi, «yox» desə, 
qırağa qoyulardı. Başçının sözçüsü qərarı oxuyandan sonra hamı gözünü 
qoruyucuya dikərdi, o, baş barmağını qaldırsaydı, qərar keçərdi, aşağı endirsəydi, 
yan ötərdi.  
Ərbilən qərarını elan edəndə qoruyucu yoxuydu, o biri dünyada müqəddəslərin 
ruhları qarşısında hesabat verirdi, ona görə də kimsə dinmədi, bu hökmə boyun 
əydi. Hərə bir tərəfə üz tütdü. 
Tülkügüdən düşərgədən ayrılandan bir ay günü sonra Böyük Kahanın yanında 
dayandı, yatacağını orda saldı və Ər oğlu Qorçatanı gözləməyə qərar verdi. 
Qurdötürən yerini Kahanın o biri üzündə saldı ki, Qorçatan qayıdanda duyuq 
düşsün və hərəsi bir tərəfdən Ər oğluna hücum eləsinlər. Tülkügüdən bir fəndlə 
onu kahaya salsın, Qurdötürən isə arxadan hücum eləsin. Qorçatanın işini 
bitirəndən sonra gətirdiyi qəniməti alıb, Ərbilənə aparsınlar, igidliklərini sübut 
eləsinlər.  


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə