The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə1/34
tarix15.10.2018
ölçüsü1,54 Mb.
#74303
  1   2   3   4   5   6   7   8   9   ...   34


 
 
www.kitabxana.net
  
 
Milli Virtual Kitabxananın təqdimatında 
 
2012 
“Çağdaş Azərbaycan romanı” 
 
Elçin Hüseynbəyli 
 
Azıx 
 
Roman 
 
 
 
Y
E N I  
Y
A Z A R L A R   V Ə  
S
Ə N Ə T Ç I L Ə R  
Q
U R U M U
.
  E
-
N Ə Ş R  
N
 
0 2
 
( 5 9
 
2 0 1 2 )
 
 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 

 
www.kitabxana.net
 
 
Milli Virtual Kitabxananın təqdimatında 
 
Bu elektron nəşr Yeni Yazarlar və Sənətçilər Qurumu ilə   
http://www.kitabxana.net
  
Milli Virtual Kitabxananın "Gənc yazarların İnternet resurslarında e-kitabla iştirakı 
təlimi" ("Gənc yazarların maarifləndirilməsi. İnformasiya texnologiyaları istifadəsinin 
inkişafı" altbölümü) kulturoloji-innovativ layihə çərçivəsində nəşrə hazırlanıb və yayılır.
 
Elektron Kitab N 02
 
YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 02 (59 - 2012)
 
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:
 
 
Azərbaycan Respublikasının
 
Gənclər və İdman Nazirliyi yanında
  
Azərbaycan Gənclər Fondu
 
 
(
http://youthfoundation.az/
)
 
 
Elçin Hüseynbəyli 
Azıx 
Roman 
 
Tanınmış Azərbaycan yazıçı
-dramaturqunun yeni 
romanının ilk e
-
variantı
...
 
 
YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 02 (59 - 2012) 
 
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov) - yazar-kulturoloq 
 
YYSQ - Milli Virtual Kitabxana 
 
Bakı – 2012 
 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 

 
 
Elçin Hüseynbəyli 
 
 
Azıx 
 
Roman 
 
 
 
 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 

 
 
Vətənpərvər azərbaycanlılara həsr olunur 
 
Tarix 
 
Azıx mağarası Kiçik Qafqazın cənub-şərqində, Azərbaycanın Qarabağ bölgəsinin 
Fizuli rayonunda Quruçayın yaxınlığında, 800 metr yüksəklikdə yerləşir. 
Mütəxəssislər onu paleolit dövrünün aşel zamanına aid edirlər. Buradan tapılmış 
hominidin alt çənə sümüyünün 350 min il yaşı var... 
 
Rəvayət 
 
Azıxın tapılması haqqında bir rəvayətdə deyilir ki, mağaranı keçi otaran Xəlil və 
Zəlil adında iki qardaş tapıb. Onlardan biri keçilərinin itdiyini görür və onu 
axtarmağa başlayır. Birdən eşidir ki, təpəlikdən keçi səsi gəlir. O, təpəyə çıxır, 
amma keçini tapmır. Fikir verir ki, keçinin səsi yerin altından gəlir. O, təpəliyin hər 
tərəfini axtarır və kol-kos basmış mağara girişini tapır. Mağaraya girir. Səs gələn 
tərəfə gedir. Keçi mağaranın o biri başından çıxır. Çoban da onun arxasınca. 
Beləliklə, dünyanın ən qədim insan məskənlərindən olan Azıx mağarası tapılır... 
Başqa bir rəvayətdə isə deyilir ki, anatomiya müəllimi Quruçay vadisindəki 
kəndlərdən birində dərs deyirmiş. Özü başqa kənddə yaşayırmış və hər səhər 
məcbur olub şagirdlərinin yanına tələsirmiş. Bir qarlı günün səhəri çovğuna düşür, 
yolu azır və daldalanmaq üçün kahaya girir. Kahada o, təsadüfən kəllə sümüyü 
tapır. Fikirləşir ki, növbəti dərsdə uşaqlara insan kəlləsinin quruluşu barədə 
məlumat versin. 
Kəlləni məktəbə gətirir. Dərs keçməyə başlayır. Kəllə təsadüfən uşaqlardan birinin 
əlindən yerə düşür, bir neçə yerə parçalanır. Həmin gecə günahkar uşaq havalanır 
və ömründə bir dəfə də görmədiyi kahaya qaçır. Növbəti günü onu kahadan 
tapırlar. Müəllim kəllənin müqəddəs olduğunu anlayır, onu yerinə qoyur. Bu 
barədə rayon qəzetində bir yazı dərc olunduqdan sonra paytaxt alimləri həmin 
bölgəyə axışır və kəllə sümüyünün qədim insana məxsus olduğunu sübut edir... 
 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 

 
Ehtimal 
 
Azıx mağarası barədə roman yazdığımı eşidən ziyalı qardaşlarımdan biri mənə 
qəribə söz dedi: «Yəqin, romanda sübut edəcəksən ki, orada tapılmış çənə sümüyü 
azərbaycanlıya məxsusdur...» 
Təsəvvür edirsiniz!? Eramızdan 350 min il əvvəl... özü də azərbaycanlı?  
 
Start 
 
Səhər o yoxa çıxmışdı... 
 
* * * 
 
Uşaqlıq dostum, hamımızın öyündüyü və gələcəyinə böyük ümid bəslədiyi 
İmranbəy Kaliforniyadan vətənə döndükdən sonra yoxa çıxdı və yalnız 15 ildən 
sonra onu gördüm, daha doğrusu, o özü məni tapdı. Necə gəlmişdi, niyə gəlmişdi, 
niyə, nə zaman yoxa çıxmışdı, heç kim bilmədi...Burası sonranın işi.  
İndi isə... 
Bəyim hey!!! 
Adı da qəribəydi, taleyi də, danışdıqları da... 
 
* * * 
 
Mühafizəçi gəlib dedi ki, məni qəribə bir adam axtarır. Üst-başı elə gündədir ki, 
mənim tanışım olmağına şübhə edir. Ona görə də içəri buraxmayıb. Mühafizəçi 
həmin adamı elə təsvir elədi ki, dərhal Kərim Nalə yadıma düşdü, amma o məni 
tanımırdı, tanımırdısa, deməli, adım da yadında qalmazdı. Onun özünün sağ olub-
olmaması da çayxana şairlərinin müzakirə mövzusu ola bilərdi. Onlar 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə