The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə16/34
tarix15.10.2018
ölçüsü1,54 Mb.
#74303
1   ...   12   13   14   15   16   17   18   19   ...   34

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
48 
 
Bu dəfə qapını döyməyə macal tapmadım, özü açıldı. İmranbəy məni gözləyirmiş. 
Onda həyəcandan əsər-əlamət yox idi, əksinə kefi yuxarydı. Səsi olsaydı, mahnı da 
oxuyardı. 
O, məni içəri dəvət elədi və oturmamışdan öncə: 
- Dünənkinə görə incimə, ürəyinə də salma, - dedi, - hərdən olur məndə belə 
şeylər. Amma ehtiyat igidin yaraşığıdır. Ürəyimə daman şey başıma gəldiyinə görə 
ehtiyat eləməyinə dəyər. 
O, mənə nanəli çay gətirdi. 
- Nanə ürəyə və yaddaşa xeyirdi. Heyf ki, o içmir, çay içmir, - deyə pərdənin 
arxasına işarə elədi.... 
Mən Azıxantropun əhvalatına qulaq asmaq istəyirdim və onun nanə-manə barədə 
dedikləri beynimə batmırdı. Ondan əvvəl isə İbrahim dayının mənə verdiyi 
dəftərdəki yazıları göstərməliydim. 
- Burada yazılanları oxuya bilərsən? - deyə dəftəri açdım və mənə lazım olan yeri 
ona göstərdim,- bu, nə dilində yazılıb?  
O, dəftəri aldı, diqqətlə heroqlifə oxşayan yazılara baxdı, ağappaq ağardı və özümə 
qaytardı.  
- Oxuya bildin? 
- Yox,- deyə o qanı qaralmış halda cavab verdi. 
Amma mənə elə gəldi ki, o, yalan deyir. 
- Bu dəftərin sahibi iddia edir ki, bunlar qədim insanların danışdığı dildə yazılıb, - 
dedim. 
- Orda yazılanların mənim danışdıqlarıma heç bir aidiyyəti yoxdur. O, ruhların 
dilidir. Onu oxuyan səhərə sağ çıxmaz. Mən də oxumaq istəmirəm. 
Düzü, bərk qorxdum. 
- Mən onları oxudum, axı, elə sən də, -dedim. 
- Sən oxusan da, heç nə başa düşməmisən. Mən də axıra kimi oxumadım. Ona görə 
də qorxusu yoxdur. 
- Mən orda nə yazıldığını bilmək istəyirəm, - tərs damarım tutdu. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
49 
 
- Dedim da. Onun bizə dəxli yoxdur. Çox istəyirsənsə, sonra oxuyaram. İşimizi 
başa vurandan sonra. 
Bir müddət susduq. Handan-hana məni düşündürən sualı verdim. Məni ölmüş 
hüceyrələrin dirildilməsinin səbəbləri maraqlandırırdı. 
- Onlar bunu niyə edirlər? - deyə İmranbəydən xəbər aldım. Öncə o mənim sualımı 
başa düşmədi. 
- Nəyi nəzərdə tutursan? - deyə soruşdu. 
- Bilmək istəyirəm ki, ölmüş hüceyrələri diriltmək amerikalıların nəyinə lazımdır? 
O, bu sualı, yəqin, gözləyirdi. Ona görə də cavab verməyə tələsmədi, bir az 
keçəndən sonra: 
- Mən bu suala cavab verə bilmərəm-, dedi, - çünki mənə də tam aydın deyil, 
amma nələrisə anlayıram. 
- Nələri? - hövsələsizliklə soruşdum. 
- Bunları açıb desəm, dilimi kəsərlər. Yerindən qopararlar. 
- Kim? 
- Onlar. 
- Burda heç kim yoxdur. 
- Var. Sadəcə sən onları görə bilmirsən. Mənsə həm görür, həm də eşidirəm, - dedi. 
- Sən qarabasmalar içində yaşayırsan. Cəhənnəmə gedən özünə yoldaş axtaran 
kimi, məni də özünlə birgə sürüyürsən.  
O, son sözlərimə güldü, daha doğrusu ,dodaqları qaçdı və dərhal da ciddiləşdi. 
- Qulağını bəri elə, deyim. 
Qulağımı ona yaxınlaşdırdım.  
O, qulağıma bunları pıçıldadı: 
- Mən bilən, amerikalılar dünya üzərinə total hücuma hazırlaşırlar. Total hücuma... 
Bubum-bubummm... Onlar çoxdan ölmüş ən ağıllı və döyüşkən adamların 
hüceyrələrini diriltmək, onları klonlaşdırandan sonra dünyanı heyrətə salmaq, 
axırda isə məhv etmək istəyirlər. Gurruppp... 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
50 
 
- Bu, lap ağ oldu, - deyə heyrət və təəccübümü gizlətmədim, - qurtar, bu söhbətləri. 
Yaxşısı budur ondan danış, - deyə pərdənin arxasını göstərdim. 
İmranbəy özünü düzəltdi və mızıldandı: 
- Darıxma, dostum, hər şeyin öz məqamı var. 
Düzü, onun «hər şeyin öz məqamı var» ifadəsi məndə bir qıcıq yaradırdı. Çünki 
məqam çoxdan gəlmişdi, hələ bəlkə əndazəsini də aşmışdı. Yaxşı ki, o, mənim 
hövsələsizliyimi anladı və söhbətə başladı, daha doğrusu, Azıxantropun dilindən 
danışmağa başladı. 
- Qulaq as, dostum, mən indi mən deyiləm, Azıxantropam, yəni mən artıq ona 
çevrilməkdəyəm, onun gördüyü yuxuları görürəm, xəyalları ilə yaşayıram. Keçmişi 
yaxınlaşdırmışam. İndi onu geniş proyeksiyada, yəni geniş ekranda görürəm, 
təfəkkür və dilini anlayıram. Mən o dildə danışmağı öyrənmişəm. Mən Azıxantrop 
nağılçısıyam, bizim Dədə Qorqud kimi. Hazırsan?  
Başımla təsdiqlədim.  
- Onda qulaq as. Onlar Od tayfasından idilər. Söhbət bizim indi alışdığımız Odlar 
diyarından getmir. Sadəcə Od. Çünki odu birinci onlar kəşf eləmişdilər. Tanrı 
onlara bu mükafatı zəhmətsevərliklərinə görə vermişdi. Onlar ucsuz-bucaqsız bir 
meşəlikdə yaşayırdılar. Gözəl çəmənlər, bulaqlar, gur axan çaylar, çaylarda 
balıqlar, düzlərdə ceyranlar, marallar, meşələrdə ayılar, dağlarda pələnglər, təkələr, 
mağaralarda şirlər, qurdlar, səmalarda uçan quşlar vardı. Od tayfası vəhşilərin, 
vəhşilər də onların dilini bilirdilər. İnsanla təbiət vəhdətdəydi. Düzdü, o zaman Od 
tayfasının adamlarına hələ tam insan demək olmazdı. Təfəkkür və şüurları indiki 
kimi aydın deyildi, amma fəhmləri vardı. O dövr insanlar hecalarla danışırdılar. 
Yəni işlətdikləri ilk sözlər də tayfalarının adları kimi bir hecadan ibarət idi. Od 
tayfasının başçısının adı Ər idi. Ərbilən, yəni hər şeyi bilən və görən. 
Adamlar yeldən iti, küləkdən çevik, ceyrandan sürətli, pələngdən qüvvətliydilər, 
amma elə canlılar da vardı ki, onlara biləyin və ürəyin köməyilə qalib gəlmək 
olmazdı. Od onların dadına yetdi. Təsadüfən göydən düşən od parçası ilk 
insanların başqa canlılara qalib gəlməsinə kömək elədi. 
Od müqəddəsiydi, amma ondan da müqəddəs bir şey var idi. Əcdadlarının ruhları 
və həmin ruhu gizlədən sümüklər. Hə, düzdür, bu xristianlarda da dəbdədir. Yüz 
illərdir, bir-birilərinin əcdadlarının sümüklərini oğurlayırlar ki, daha güclü və ağllı 
olsunlar. Bu oğurluqların çoxunda Vatikanın əli var... 
- Vatikanı saxla sonraya, indi mətləbdən danış, -deyə hövsələsizliklə dilləndim. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə