The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə25/34
tarix15.10.2018
ölçüsü1,54 Mb.
#74303
1   ...   21   22   23   24   25   26   27   28   ...   34

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
73 
 
Qorçatan Azın bu istəyinə can-başla əməl elədi və çəkinib eləmədən onun əmrinə 
boyun əydi. Onlar sıldırımlı qayanı aşdıqdan sonra düzənliyə çıxdılar, bir ağac 
boyu getdilər, dağ döşündəki meşəliyə qalxdılar və burada məskən salmış Torpaq 
tayfasının düşərgəsinə çatdılar. 
Ər tayfasından fərqli olaraq özgələr mağaralarda, kahalarda yaşayırdılar. Onlar 
hələ yerin üstünə çıxmamışdılar. Yad adamı ilk görən Böyük kahanın gözətçisi -
Yuxugörməz oldu. O, tayfanın əsas keşikçilərindən biriydi və qarovulda olan vədə 
heç zaman yatmazdı. Özgə iyini hamıdan tez o aldı, kahanın olduğu qayanın 
üstünə dırmaşdı, fəhminin düz çıxdığına əmin olandan sonra qayadan aşağı 
sürüşdü və Böyük kahanın qarşısına qoyulmuş daş təbili döyəcləməyə başladı. Bu 
səsi eşidən adamlar öz yerlərindən qalxıb, Böyük kahanın qarşısına axışdılar. 
Az qənimətlə qayıtmışdı, onun gətirdiyi ikiayaqlı ov çox yaraşıqlıydı, yeməliydi. 
Tayfa üzvləri Azla Qorçatanı hər tərəfdən mühasirəyə aldılar, uzun-uzadı, diqqətlə 
Əroğluna baxdılar, amma heç kim cürət edib, ona yaxınlaşa bilmədi. Çünki ov Aza 
məxsus idi. Qarmaqarışıq səslər hər tərəfi bürümüşdü. Tayfa üzvləri çığır-bağır 
salır, yad adamın böyür-başına fırlanır, nəsə oxuyur, hansısa sirli ritualı həyata 
keçirirdilər. 
- Bu cür kadrları kinolarda görmüşəm, - deyə İmranbəyin sözünü kəsdim, - yaxşısı 
budur təfərrüata varma, bu, adamı yorur. 
İmranbəy inciyən kimi oldu: 
- Sən babalarının hansı əzab-əziyyətə qatlaşdıqlarını, necə təhlükəylə üzləşdiklərini 
bilmək istəmirsən? 
- İstiyirəm, ancaq... 
- Onda qulaq as, - deyə o, sözümü ağzımda qoydu... - Söz-söhbət tayfa başçısı 
Yertapana çatdı. O, Böyük kahada mürgüləyirdi. Səs-küy eşidən kimi 
Yuxugörməzi yanına çağırdı, nə baş verdiyini soruşdu, hadisədən agah olandan 
sonra çölə çıxdı. Qorçatana xeyli baxdı, yanındakı qocadan nəsə soruşdu. Bu qoca, 
güman ki, tayfanın çox biləni və çox görəniydi. Qoca Qorçatanı diqqətlə 
süzdükdən sonra başını qaldırıb göy üzünə baxdı. Səma qapqaraydı. Göydə əcaib-
qəraib quşlar uçuşurdu. Qoca göy üzünü bir xeyli seyr etdikdən sonra Yertapanın 
qulağına nəsə pıçıldadı. Tayfa başçısı üzünü tayfa güdükçülərinə tutdu və əmr 
elədi ki, Qorçatanı öldürüb ürəyini çıxarsınlar. Od tayfasının ərəni bu jesti başa 
düşdü, ehtiyatlandı.  


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
74 
 
Güdükçülər Əroğluna yanaşdılar. Qorçatan təhlükəni hiss edib müdafiəyə keçdi, 
nizəsini və toppuzunu əlində hazır tutdu. Özgələr onun üstünə yeridilər. Bu zaman 
Az Qorçatanın qarşısına keçdi, bədənilə onu qorumağa çalışdı və üzünü Yertapana 
tutub dedi ki, yad adamı öldürməyə tələsməsinlər. Çünki yad adam onun həyatını 
xilas eləyib. 
Yertapan ona hirslə cavab verdi: 
- Hər kəs özünü qorumalıdır! Qoruya bilmirsə, ölməlidir! 
Az sakitləşmədi: 
- Onda elə bir şey var ki, tayfanı ömürlük əzabdan qurtara bilər, - dedi. 
Yertapan əlilə işarə elədi ki, güdükçülər dayansınlar. 
Az irəli yeridi, tayfa başçısına təzim elədi və dedi ki, yad adam odun dilini bilir. 
Ocağı necə alışdırdığını gözlərilə görüb. 
Qorçatan Azın jestlərindən başa düşdü ki, söhbət oddan gedir. O, ehtiyatsızlıq 
elədiyinə görə ürəyində özünü qınadı və kinli-kinli Aza baxdı. Az onu satmışdı. 
Halbuki Az vaxt qazanmaq və Əroğlunu ölümdən qurtarmaq istəyirdi. 
Yertapan Qorçatana əmr elədi ki, odu onlara göstərsin. Əroğlu başını buladı, yəni 
«mən odun nə olduğunu bilmirəm». Yertapan hirsləndi, əsasını yerə vurdu və 
güdüküçülərinə əmr elədi ki, yad adamı quyuya salsınlar. 
Güdükçülər Qorçatana sarı yeridilər, Əroğlu döyüşə hazırlaşdı. Az əlinin işarəsilə 
Qorçatanı başa saldı ki, qorxulu bir şey yoxdur, onu incitmək istəmirlər, sadəcə o, 
bir müddət ayrı yaşamalıdır ki, özü ilə gətirdiyi şər ruh canından çıxsın. Belə 
olanda Qorçatanın da yaddaşı özünə qayıdacaq və odu necə əldə eləməyin yollarını 
yadına salacaq. 
Özgələr Qorçatanı dərin quyuya saldılar. Burdan çıxmaq mümkün deyildi, üç adam 
bir-birinin çiyninə çıxsaydı, əlləri çölə çatardı. Quyunun üstü açıq idi, yalnız əl 
boyda səma görünürdü.  
Qorçatan darıxırdı. O, quyunun içində oturmaq bilmirdi, yatmağın nə olduğunu da 
yaddan çıxarmışdı. Ər tayfası və başının böyüyü, tanrısı onun yolunu gözləyirdi. 
O, indi yel kimi qaçmalı, od kimi qarsmalı, sel kimi axmalı, yadları basmalıydı.  
Az hər gün axşam düşəndən sonra xəlvətcə quyunun başına gəlir və çiy tikələri ona 
atırdı. O, tikələri diri-diri udmalıydı, onları bişirməyə odun parçaları yoxuydu, 
olsaydı da bunu eləyə bilməzdi. Çünki düşmənlər odun dilini öyrənə bilərdilər.  


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
75 
 
Üç ulduz gecəsi keçdi. Qurd Günəşi görməmiş, yəni dan üzü söküləndə güdükçülər 
gəldilər, ağac liflərindən olan kəndiri aşağı salladılar, Qorçatanı oradan çıxarıb 
tayfa başçısının yanına gətirdilər.  
Yertapan nə qədər çalışsa da, Qorçatanı inadından döndərə bilmədi. Əroğlu odu 
onlara göstərmək istəmirdi. Bunu eləmək olmazdı. Min illərin tabusunu qırmaq, 
onu düşmənə təslim eləmək tayfadaşlarını dirigözlü ölümə göndərmək idi. Çünki 
Od tayfası bu odun, ocağın hesabına güclüydülər. Müqəddəs sümüklər 
oğurlanandan sonra od da əldən getsəydi, Qorçatanın da, onun tayfadaşlarının da 
işi bitəcəkdi. 
Yertapan qarşısındakı yad adamın höcətliyinə acıqlandı, əlini çapacağına atdı, nə 
fikirləşdisə dayandı, şəhadət barmağı ilə quyunu göstərdi.  
Güdükçülər Qorçatanı yenidən quyuya saldılar, ağzını bərk -bərk bağladılar və 
qalib görkəmdə geri qayıtdılar. Amma onların ürəyindən bu ətli-canlı və qanlı 
oğlanı parçalayıb yemək keçirdi. Gözlərini yesəydilər, yaxşı görərdilər, qulaqlarını 
çeynəsəydilər, eşitmə qabiliyyətləri artardı, dili dillərinə dil qatardı...  
Ayıbasan Torpaq tayfasının qorxmaz ərənlərindən idi. Uşaq vaxtı ovların birində 
boz ayı onu haqlamış, öz kahasına tərəf dartmış, amma yerindən tərpətməyə gücü 
çatmamışdı. Uşaq palıd ağacından möhkəm yapışmışdı. Qəzəbli ayı yekə pəncəsilə 
uşağın qolunu biləkdən aşağı qoparmışdı. O zamandan onun adını Ayıbasan 
qoymuşdular. 
Azın Qorçatının yanına tez-tez getməsi onu qıcıqlandırırdı, çünki qəlbində bu qıza 
qarşı qəribə, izaholunmaz hisslər vardı. 
Qaranlığın səltənəti bərqərar olan gecə Ayıbasan qaya parçalarından birini tək əlilə 
dığırladıb quyunun yanına gətirmişdi və girəvə axtarırdı ki, daşı Qorçatanın başına 
salsın. O, yaxşı bilirdi ki, yad adamı tək əllə öldürə bilməz. Az Ayıbasanın 
niyyətini anlamışdı. Ayıbasan Qorçatanı öldürmək istəyirdi və Torpaq tayfasının 
kahalara, mağaralara girməsini gözləyirdi.  
Şər qüvvələr Günəşin qarşısını kəsib, onu gizlədəndən, qaranlığı yer üzünə hakim 
eliyəndən sonra Az quyunun başına gəldi, güdükçülərin unutduğu kəndiri quyuya 
salladı. Qorçatan kəndiri görən kimi başını yuxarı qaldırdı və ulduzların arasında 
Azın uzunsov sifətini gördü. Qız ona işarə elədi ki, kəndirdən tutub yuxarı 
dırmaşsın. 
Qorçatan, sanki, bunu gözləyirdi, dərhal kəndərin ucundan yapışıb quyudan çıxdı, 
acıqla Aza baxdı, o, qızın xəyanətini hələ unutmamışdı və yerə sinə-sinə Böyük 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə