The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə2/34
tarix15.10.2018
ölçüsü1,54 Mb.
#74303
1   2   3   4   5   6   7   8   9   ...   34

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 

 
həmkarlarının səfil həyatı, çölə düşməyinin səbəbləri barədə, yəqin ki, saatlarla baş 
sındırırdılar.  
Nəysə, axmaq bir vəziyyət idi. Hər halda, baxmağına dəyərdi. Marağım işləmək 
həvəsimə üstün gəldi, ayağa durub, mühafizəçinin göstərdiyi səmtə getdim, hətta 
fikirləşdim ki, bu yekəpər qarovulçunun bir balaca fəhmi və istedadı olsaydı, ya 
rəssam, ya da ortabab yazıçı ola bilərdi. 
Bu kim idi, nə istəyirdi? Doğrudan da mənim belə qəribə tanışım yox idi. Yəni 
mühafizəçinin təsvir elədiyi kimsəni və ona oxşarını tanımırdım.  
Mühafizəçinin müşayiətilə qapıya doğru gedə-gedə bu qəribə adam barədə 
fikirləşirdim, yaddaşımı qurdalayırdım. İlk ağlıma gələn bir fizik dostum oldu. O, 
öncələr təbiət hadisələrilə məşğul olmuşdu, dünyanın bir gün dağılacağını qəti 
yəqin eləmişdi və çox istəmişdi ki, dünya bacardıqca tez dağılsın, yerlə-yeksan 
olsun, onu istəməyənlərin hamısı bir gecənin içində zəbun olsun, o dünyaya kəllə-
mayallaq getsin, amma onun bu arzuları çin olmamışdı. Bütün bunlardan bir şey 
çıxmadığına görə, həyat hadisələrinə girişmiş, dünyanı dəyişmək eşqinə düşmüşdü, 
axırda onun bu niyyəti də fıs çıxmış və bu qənaətə gəlmişdi ki, ən yaxşısı torpağın 
altı ilə məşğul olmaqdı. Əzəl-axır hamımızın son dayanacığımız oradı və heç 
şübhəsiz bir gün o dediyi olacaq, ona görə də indidən orada özünə yer eləmək pis 
olmazdı.  
Fizik dostumun bu şirin söz-söhbətinə olsa-olsa boş-bekar kənd arvadları, bir də 
huşunu tamam itirmiş və xəyalları o biri dünyada fırlanan qoca kişilər inana 
bilərdi. Onlardan biriylə təzəcə görüşmüşdüm. Kənddə yaxın qonşumuz olmuşdu, 
öncələr ermənilərin ünvanına yağlı söyüşlər yağdırardı, özümüzünküləri də o ki var 
söyərdi, danlayardı, işğal altında olan yurdunu fikirləşərdi, «kəndimiz gözlərimdə 
öləcəm» - deyərdi, vaysınardı. Amma indi heç kimi tanımırdı, tanrı ona bu 
xəyallarını da çox görmüşdü və indi doğma yurdunu xatırlamırdı, kəndi gözlərinin 
yaddaşından silinmişdi... 
Lənət şeytana! Şeytan kimi azdırmır ki...İstəsə çoxlarını dağa-daşa salar, sonra da 
aparıb dünyanın o başına çıxarardı. İndi, yəqin, fizik dostumu da gətirib mənim 
qapıma çıxarmışdı. O, müvazinətini saxlayan adamlardan deyildi, dəmdəməkinin 
biriydi. 
Bu cür adamların fikirləri kimi, saçları da dağınıq olur, üst-başlarından səliqəsizlik 
yağır. Yaşasın harmoniya! Belələrinin düşüncəsinə görə, səliqəsizlik və 
intizamsızlıq onların özlərinə də, peşələrinə də ətrafın hörmətini artırır. Hamı elə 
fikirləşir ki, səliqəsizlik işin çoxluğu və adamın sadəliyilə bağlıdır.  


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 

 
İndi o, burdan çox-çox uzaqlarda, dumanlı Albion deyilən bir məkandaydı. Güman 
ki, həmin ölkədə adamlar səliqəsiz geyinir və saçlarını daramırdılar. Düzünə qalsa, 
qızı ingilisə ərə getdiyinə görə bütün ailə üzvləri İngiltərəyə köçmüş və indi 
London ətrafındakı hansısa xırda bir qəsəbədə yaşayırdılar. Yəqin ki, ingilissayağı 
geyindiklərinə və yaşadıqlarına görə həmvətənləri qarşısında öyünürdülər.  
Dostum vətəndə olanda, yəni əli fizikadan və fəlsəfədən üzüldükdən sonra qızıl 
axtarmağa girişmişdi, daha doğrusu, ömrü boyu hansısa mifik xəzinə barədə 
xəyallar qurmuşdu və birdən-birə varlanmaq fikrindəydi, amma bu ona nəsib 
olmamışdı, hətta bir neçə dəfə konkret ərazilərdə qızıl axtarsa da, çaylaq 
daşlarından başqa bir şey tapa bilməmişdi. O, yığdığı bər-bəzəkli çay daşlarından 
gözəl imarət ucalda bilərdi, heyf ki, dərin ağlı və istedadı olmadığı kimi, memarlıq 
məharəti də yoxuydu. Gələcəyə və xəzinəyə olan ümüdsüzlük onu erkən 
qocaltmışdı və indi London yaxınlığındakı qəsəbədə kiçik bankda, yaxud böyük 
bankın xırda filialında işləyirdi, günlərini pullarla birgə sayırdı. Dostlara yazdığına 
görə, bankda pul dəstələyirdi. «Elə bilin ki, ölmüşəm, ancaq cənnətə düşmüşəm». 
Sözə bax e... Onun elektron məktublarından bu cür şən ifadələr oxumaq olurdu. 
Belə demək mümkünsə, o, arzusuna çatmışdı, xəzinənin üstündə oturmuşdu. 
Əslində isə xəzinə onun deyildi və bir zamanlar xəyalında qurduqlarına bənzəyirdi, 
xəzinəni tapırdı, hərçənd ona yaxınlaşa bilmirdi. İlğımlar onu yorurdu
qarabasmalar qarabaqara izləyirdi. Nəysə, fikrim bir az qarışdı, deyəsən, ona görə 
də mətləbə qayıdaq. 
Sinif yoldaşdlarımdan, uşaqlıq dostlarımdan başını bu cür sarsaq işlərə qatan elə 
bir adam tanımırdım. Həyat o qədər ciddiləşmişdi ki, ona yuxarıdan aşağı baxanları 
uçuruma yuvarlayırdı, aşağıdan yuxarı baxanları zirvələrə qaldırırdı. Qürur yox, 
qürursuzluq dəbdəydi. İndi «ən varlı adam borcu olmayandır» deyimi Quran ayəsi 
kimi insanların qafasında dolaşırdı. 
- Bəlkə məni səhv salıb, - deyə uzun, yarıqaranlıq dəhlizdə addımlaya-addımlaya 
mühafizəçidən soruşdum. 
- O, sizi yaxşı tanıyır, - mühafizəçi əminliklə dedi, - harada doğulduğunuzu da, 
neçə yaşınız olduğunu da, ata-ananızın adını da bilir. Ümumən bütün həyatınızı və 
şəcərənizi mənə danışdı. Sizin barənizdə çox şey bilməsəm də, bəzi hadisələrdən 
xəbərdaram. Kitablarınızı oxumasam da, yazıçı olduğunuzu bilirəm. O, sizi dəqiq 
tanıyır. Özü də getmək fikri yoxdur. Mən onu qovmaq istədim, ancaq yerindən 
tərpənmədi. Xətrinizə dəyməsin, sümük gözləyən itlərə bənzəyir. 
Mühafizəçinin son sözləri, təbii, xətrimə dəymədi, amma marağımı da azaltmadı. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 

 
Birdən ağlıma gəldi ki, bu, olsa-olsa, çoxdan şairliyin və adamlığın daşını atmış 
köhnə avara tanışdır, yəqin araq gillətmək üçün qəpik-quruş axtarır. Bax, onda 
qanım qaraldı. İstər-istəməz əlimi cibimə saldım və iri əskinasları çıxarıb sol 
cibimə qoydum, sağ cibimdə isə qəpik-quruş qaldı. Bu cür adamlar asanlıqla əl 
çəkən deyillər, lazım gəlsə, zarafata salıb adamın cibini də yoxlayarlar. 
Yaman yerdə ilişmişdim. Təzəlikcə işlərimi sahmana salmışdım, məşhur 
agentliklərin birində işə düzəlmişdim. Yazmağı da zorən tərgitmişdim. Çünki kitab 
alan və oxuyan yox idi. Kitab heç kimə lazım deyildi. Hətta mənim ailə üzvlərimə 
də. Ona görə də Tanrının ilahi eşq üzrə mütəxəssisləri sayılan mələklərlə də aram 
yoxuydu, hərdən qapımı döyəndə onları acılayıb qovurdum. Onlar da bir müddət 
məni ələ almağa çalışırdılar, hətta qılığıma da girirdilər, yorulandan sonra isə əl 
çəkirdilər. Bu əlçəkmənin də müvəqqəti olduğunu bilirdim, çünki mələklərin bir-
iki lələyi üstümə yapışıb qalmışdı, hərdən onların sürüşkən tükləri və qoxusu 
burnuma dəyirdi, yazmaq həvəsimi şirnikləndirirdi... 
Qapıya çatdıq və mən qapıya bərkidilmiş monitora diqqətlə baxdım. Çöldə 
tanımadığım əcaib-qəraib, üzü tüklü, saqqallı, nimdaş paltarlı bir adam 
dayanmışdı. Daha doğrusu, güman, o keçmişdə adam olmuşdu, yəni belə bir 
statusa malikiymiş, indi sərgərdanın birisiydi. Bəlkə də mən onunla təsadüfən 
«Avara, cənab-92, bir də mən» adlı hekayəyə bənzər məqaləmi yazanda tanış 
olmuşdum, amma sifəti və cizgiləri yadımda qalmamışdı, mələklər acıqlarından 
həmin cizgiləri götürüb aparmışdılar, yaddaşımdan oğurlamışdılar, ağlım başıma 
gələndən sonra qaytarmaq fikrindəydilər. Bir də ki, həmin sərgərdan indiyə kimi, 
çətin sağ qalardı, yəqin küçələrdə əl açıb dilənməkdən bezmişdi, indi Tanrı 
dərgahında oturub qonaqların çay puluna, yəni səxavətinə göz dikmişdi. 
Yadımdadır, həmin avara-dilənçiylə məqaləm jurnalda dərc olunanda çoxları 
heyrətlənmişdi, hətta bunun uydurma olduğunu düşünənlər də olmuşdu, amma 
insaflıları həqiqətə üstünlük vermişdilər. Qəribədir, bir müddət keçəndən sonra 
mən özüm də müsahibənin uydurma, yoxsa gerçək olmasını unutmuşdum, 
dilənçinin obrazı isə hələ də gözlərimin yaddaşındaydı.  
Mən monitordan boylanan adamı diqqətlə süzdükdən sonra mühafizəçinin üzünə 
baxdım, çiynimi çəkdim və başımı buladım. 
- Belə bir adam tanımıram, - dedim. 
Çöldə dayanan adam, sanki söhbətimizi eşitdi və: 
- Məni tanımadın eləmi, ay Qara Dadaşın oğlu, Qaçaq Dünyamalının nəvəsi... 
Eviniz də Quruçayın qırağında, Vəligildən bir az aşağıdaydı. Qonşun da 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə