The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə19/34
tarix15.10.2018
ölçüsü1,54 Mb.
#74303
1   ...   15   16   17   18   19   20   21   22   ...   34

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
57 
 
Tərs kimi həmin gün zaman məndən bir az uzaqlaşdı. Avtobusa səhv mindiyimdən 
şəhərin tamam başqa istiqamətinə getdim və gecə yarısından keçmiş evə gəlib 
çıxdım. Paytaxtın yollarını elə günə qoymuşdular ki, gecənin bir aləmində də 
tıxaclardan qurtulmaq olmurdu…  
 
* * * 
 
Ertəsi günü axşam İmranbəyin yanına gələndə gözlərimə inanmadım. İmranbəyin 
dişi elə şişmişdi ki, sağ gözü almacığının içində itmişdi. 
- İynəni gətirdin? - O, məni görən kimi soruşdu. 
Başımla təsdiqlədim. 
- Ver bura. 
- Neyniyəcəksən onu? 
- İndi görərsən, - İmran bəy belə deyəndən sonra lidokain iynəsini şprisə çəkdi və 
şişmiş dişinin dibinə vurmaq istədi. 
- Belə eləmə, - dedim, -şişmiş dişə iynə vurmazlar. 
- Bəlkə mənə həkimliyi də öyrədəsən? Mən ölü dirildirəm, bu da mənə ağıl 
öyrədir... Nə qədər ki çirk eləməyə imkan tapmayıb, çıxarmaq lazımdır. 
Bu sözləri deyəndən sonra o, iynəni dişinin dibinə vurdu, oturub bir az gözlədi. 
Mən fürsətdən istifadə edib, ətrafa göz gəzdirdim. Otaqda heç nə dəyişməmişdi, 
arakəsmənin o biri tərəfindəki çarpayıda qaralan məxluqun sinəsi həminki kimi 
qalxıb-enirdi. 
İmranbəy taxçadan qursaq götürdü, ağrıyan dişinə bağladı və mənə işarə elədi ki, 
çölə çıxım. Özü də arxamca dişarı çıxdı. Sonra qursağın bir ucunu mənə uzatdı, 
başını aşağı əydi və ötkəmliklə: 
- İndi bunu dart, - dedi. 
- Mənim ürəyim gəlməz, - deyə etiraz elədim. 
- Ağciyər! 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
58 
 
Bu sözü deyəndən sonra o, qursağın ucundan tutub möhkəm dartdı və yarı çürük 
dişi çıxardı. 
Bir-iki dəfə yerə tüpürəndən sonra cibindən pensilin şüşəsi çıxarıb ağzını yaxaladı. 
Şüşənin içindəkinin çay sodası olduğunu qoxusundan bildim. 
İmranbəy heç nə olmayıbmış kimi sakit addımlarla içəri keçdi, mən də onu 
cangüdəni kimi müşayiət elədim. O, dişini taxçadakı kibrit qutusuna qoydu. Fikir 
verdim ki, orada daha bir neçə diş var. 
- Hamısı öz dişlərimdir, ağrıyanda dərmansız-filansız çəkirəm. Mənim ağrı 
hissiyatım korşalıb, - dedi. 
- Mən də bir zamanlar dişlərimi saxlayırdım, - dedim, - uşaq olanda. 
- Dişləri heç zaman atmaq olmaz, onları qorumaq lazımdır. Çünki ilk itirdiyimiz 
sümüklər onlardır, sümüklər isə müqəddəsdir. 
Bu sözlərdən sonra hər ikimiz yerimizdə əyləşdik. O, söhbətinə davam elədi: 
- Hə, Qorçatan vaşaqın dərisi çiynində gecə-gündüz yol gedir, yorulmadan 
yüyürürdü. İstəmirdi ki, kimsə onu qabaqlasın, belə olsaydı tayfada biabır olar, yer 
tanrısını xar edərdi. Əroğlu yorulub əldən düşəndə, onu yuxu basanda ağaca çıxıb 
çimir eləyir, ya da kahaların birinə sığınırdı.  
Ağac ayısı onu elə ağacdaca haqladı. Qəhvəyi burnu ilə iyləyib Qorçatanı tapdı və 
itələyib ağacdan yerə saldı, özü də arxasınca yerə tullandı. Qorçatan yarax-yasağını 
əlindən buraxmamış, belindən açmamışdı. Ayı Qorçatanın çiynindən yapışdı, nə 
illah elədisə, iri caynaqları onun əzələlərini deşə bilmədi, eləcə düşməninin dərisini 
cırdı, Əroğlu kənara sıçradı, nizəsi ilə ayını özündən qovmağa və bu kələ-kötür 
heyvanın qəzəbini soyutmağa çalışdı. O, yoluna savaşsız davam eləmək istəyirdi, 
gücünü gələcək döyüşlərə saxlayırdı. Ağac ayısı onun niyyətini başa düşdü, 
Qorçatanın gözlərində qəzəb qığılcımları görmədi, sakitləşdi və donquldana-
donquldana çıxıb getdi. Bu, o demək idi ki, «bir də qabağıma çıxma».  
Qorçatan iri gövdəli Qurdçiçəyi ağacına yaxınlaşdı, kürəyinin yaralanmış yerini 
onun gövdəsinə dayadı, ağacın şirələri onun yara yerini yağladı, ağrısı azaldı və 
Əroğlu yoluna davam elədi. Bir azdan gəlib bir dağın başına çıxdı. Burdan o yana 
düzənlik uzanıb gedirdi. O, ömründə görmədiyi mənzərəylə rastlaşdı. Uzaqda 
qədim palıdlara oxşayan, iri gövdəli heyvanlar vardı. Bunları ilk dəfə görürdü. Nə 
dillərini bilir, nə bütlərini tanıyırdı. Bunlar momontlar idi. Onlarla üzləşməmək 
daha yaxşı olardı. Ona görə də yanlarından gecə keçməyi qərara aldı. Belə də elədi. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
59 
 
Sağ tərəfdə bataqlıq vardı. Qurbağaların qurultusu, gömgöy mamırlar, kif-kəsafət 
iyi bundan xəbər verirdi. 
O, bir ağacın dibində oturdu, yatacağını ora saldı, ağac yarpaqlarından özünə 
döşək, çöl tısbağasından yastıq düzəltdi. Tısbağanı beli üstə çevirib başının altına 
qoydu. 
Gecənin bir aləmi yad qoxuya oyandı. Kimlərsə onu hər tərəfdən mühasirəyə 
alırdı. 
Qorçatan yerindən sıçradı və müdafiə vəziyyəti aldı. Qulaqları ilə dinşəməyə, 
burnu ilə iyləməyə, gözlərilə qaranlığı dəlməyə başladı. Düşmən hər tərəfdən 
yaxınlaşırdı. Onların addımlarından, hərəkətlərindən xırda canlılara oxşayırdılar. 
Yüngül və cəld idilər... 
Naməlum məxluqlar hər tərəfdən onu dövrələyirdilər. Qorçatan pişik kimi 
yerindən atıldı, tez od çatdı, alov ətrafı işıqlandırdı, kösövləri əlinə alıb, qaranlığı 
işıqlandırmağa başladı. Bunlar qamışlıq adamları idilər. Rəngləri göy, başları və 
qarınları yekə, ayaqları namnazik və əyriydi. O, qamışlıq adamları haqqında çox 
eşitmişdi. Onlar ət yemirdilər, su qurbağası, soxulcanlarla qidalanırdılar. Qamışlıq 
adamlarından qorxmağa dəyməzdi. Çox balaca və çəlimsizdilər, on-on beşini bir 
yumruğa yıxmaq olardı, üfürsən, havaya qalxardılar, çığırsan, ürəkləri gedərdi. 
Qəfil qonaqlar hər tərəfdən ona yaxınlaşmağa və Qorçatana daş-kəsək atmağa 
başladılar. Amma onların atdıqları daşlar-kəsəklər o qədər balacaydı ki, Əroğluna 
kar eləmirdilər. Ona görə də yerindən tərpənmirdi. Sonra qamış oxlara keçdilər, 
amma həmin oxlar gəlmə adamın dərisini də cızmadı. Qamışlıq adamları 
Qorçatanın qorxmadığını görüb ona yaxınlaşdılar, ətrafında dövrə vurub, növbəylə 
dərisinə toxunmağa, iyləməyə başladılar, axırda geri çəkildilər və qamışlıqda 
gözdən itdilər. Çünki yad adam zərərsiziydi, ondan tamam başqa bir qoxu gəlirdi. 
Bir azdan qamışlıq adamlarının sevinc sədaları göyə ucaldı. Onlar bu günün 
şərəfinə nəğmə oxuyur, qələbəni bayram edirdilər. Yad adam onları basa 
bilməmişdi... 
Qamışlıq adamları gedəndən sonra Qorçatan yarax-yasağını götürüb yola düşdü. O, 
yalnız dağ kəllərinin dırmaşa bildiyi qayalıqlardan keçməliydi.  
Əroğlu iri qayalıqları tullana-tullana, dərələri quş kimi süzə-süzə gedirdi. Qarşısına 
çıxan kolluqları göyə sovurur, daş-kəsəyi toza döndərirdi. Bir müddət gedəndən 
sonra aclıq və yorğunluq onu üstələdi. Aclığını öldürmək üçün yekə bir dağ kəlini 
daşla vurub qayadan saldı, iri, qara tikələrini kəsib diri-duru uddu, qanını su yerinə 
içdi. Qarnını doyuran kimi nəhəng bir ağacın koğuşuna girib yatdı, gözünün 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə