The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə14/34
tarix15.10.2018
ölçüsü1,54 Mb.
#74303
1   ...   10   11   12   13   14   15   16   17   ...   34

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
42 
 
Qədim dil haqqında mən hələ Bakıda oxuyarkən eşitmişdim, dünya ədəbiyyatı 
tarixindən dərs deyən qoca müəllimimiz, professor idi, bu barədə danışmağı 
sevirdi, amma bu dilin izinə düşə bilməmişdim, çünki qədim dillə bağlı mükəmməl 
kitab yox idi. Yalnız Amerikada olarkən bu barədə bir kitab oxumuşdum. İndi 
Azıxadama qulaq asa-asa onun sözlərini öz-özlüyümdə qeyd edir, mənasını 
anlamağa çalışırdım. İlk sözləri bunlar idi: ək, ər, az, ıx, in, ax... Mən onun dil 
lüğətini iki ilə yazıb hazırladım və bir gün ona dedim ki, təbii öz dilində, başına 
gələnləri, yəni tarixçəsini mənə danışsın. O, uzun zaman yenə də tamam başqa 
şeylərdən danışdı. Əsasən tayfa-qəbilə söhbətləriydi, dava-dalaş epizodlarıydı və 
kimdənsə nə zamansa incik düşməsi barədə sayıqlamalar idi. Sanki o, yenicə 
əməliyyatdan çıxmışdı və narkozdan tam ayılmamışdı. O, əsasən söyürdü, 
danışığında söyüş elementləri bol idi. Görünür, qədim insanlar ilk dəfə söyüşlə 
həyata başlayıblar, yəni dilləri söyüşlə açılıb. Bilirsən, nə yaxşı söyürdü! Yağlı-
yağlı.  
-Qarabağlılar hamısı söyüşcüldür də, -dedim, - gözümüzü açandan söyüş eşitmişik. 
-Yox, bu, ayrı həngamədi, çox yaradıcı söyür. Qayadan, payadan da o tərəfə keçir. 
Raketi-paketi işə salır. Elə söyür ki, adamın tükləri biz-biz durur, özü də təkcə 
tükləri yox: ürəyin o saat arvad istiyir, - deyə o, gülər üzümə baxıb davam elədi, - 
indi tərgidib.  
Nəhayət, bir gün gözləmədiyim halda o özü söhbətə başladı. Yeməyini yenicə 
yeyib qurtarmışdı, yağış suyundan da içmişdi. O, ancaq yağış suyu içir. Ona görə 
də yağış yağanda yığıb bax o qabda saxlayıram. 
- Yaya iylənər ki, - deyə təəccübləndim....  
- Onunçün fərqi yoxdur. İyli, daha dadlı, - güldü. 
- Yaxşı, bəs, nə söhbət elədi sənin Azıx adamın? - deyə marağımı gizlətmədim... 
İmranbəy: 
- Bu barədə sabah danışarıq, indi isə gecdir, - deyə qolundakı nimdaş kəmərli 
saatına işarə elədi,- yeddi dəqiqədən sonra o duracaq və səni görsə, nə olacağını 
deyə bilmərəm. Qorxuram ki, pis bir şey baş versin. Axı o məndən başqa heç kimi 
görməyib. 
Mən söhbətin yarımçıq qurtarmasını istəməsəm də razılaşdım və xudahafisləşib 
çıxarkən o: 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
43 
 
-Mənə bir az borc verə bilərsən? - deyə soruşdu və yazıq-yazıq üzümə baxdı. -
Pulum tamam qurtarıb. Mən heç, amma o yeməlidir. Bəşəriyyətin naminə. 
- Onun yediklərini pulla alırsan ki? 
- Bəs, mən özüm?! Mən yeməsəm, ona kim baxacaq!? Kartofu bazarda pulsuz 
satmırlar ki, hələ su da almaq lazımdır. 
O, son sözləri elə inamla dedi ki, sanki özü də öz dediklərinə ürəkdən inanırdı. 
Mən cibimdəki pulları çıxarıb stolun üstünə qoydum, yalnız yol pulu saxladım. 
Birdən ağlıma gəldi ki, İmranbəy, yəqin bu yolla pul qazanır. Mənim kimilərini 
tora salır, lazım olanda puldan-paradan qopardır. Bu qədər gop olmaz ki! O, mən 
düşündüyüm qədər də ipləmə deyilmiş. Ay səni!... Öz-özümə güldüm və bir 
«ekzellənt» dedim… 
 
* * * 
 
Kim nə deyir-desin, onun danışdıqları maraqlıydı. Bəlkə bir az yorucuydu, o başqa 
məsələ. Amma həyatda nə yorucu deyil ki… Mətbuatda gedən bazar söhbətləri, 
televizorda bayağı şou-biznes, küçə dedi-qoduları, daim xatırlanan «Lazım» kişi. 
Bu düşüncələrim məni ürəkləndirdi və yenidən keçmiş sinif yoldaşımın söhbətinin 
üstünə qayıtdım. Şübhəsiz, o, nəsə bilirdi. Dünyanın bu əyri vaxtı, nə zarafat ola 
bilərdi… 
Yolboyu İmranbəyin Azıxadamın dilini öyrənməsilə bağlı dediklərini çək-çevir 
elədim. Onun qədim dil barədə «nağılları» mənə qəribə gəlirdi. Doğrudan da belə 
dil varmı, bəlkə o özü belə bir dil uydurub?  
Mənim bu düşüncələrim gecə yarısına qədər davam elədi. Yerimə uzanıb yatmaq 
istəsəm də, yuxum gəlmirdi, yatağımda ora-bura çevrikir və qurcuxurdum.  
Mən uşaqlıqdan yerdə yatıram. Döşəmədə boşluq olduğundan hər dəfə yerimin 
içində çevriləndə taxta döşəmə cırıldayırdı. Uşaqlar da narahat olurdu. Ona görə də 
durub mətbəxə keçdim. Orda bir az qurdalanandan sonra aynabəndə çıxdım. 
Bekarçılıqdan kitab rəfinə göz gəzdirdim, mənə bağışlanan kitabları açıb, 
avtoqrafları oxumağa başladım. Bir-birindən elə də fərqlənməyən avtoqraflarda 
mənə yaradıcılıq uğurları arzulayırdılar. «Müəllifdən möhtəşəm yazara kiçik 
hədiyyə», «İstedadına inandığım böyük nasirə», «Gələcəyin böyük yazıçısına 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
44 
 
«cavab zərbəsi» almaq ümidiylə». Sonuncu sözlər sevdiyim ustad müəlliflərdən 
birinin qara üzlü kitabına yazılmışdı. Qara rəngi mən də sevirəm. Onda bir 
möhtəşəmlik var.  
Avtoqrafların bir neçəsini təkrar-təkrar oxudum. Bəziləri qanımı qaraltdı, çünki 
mənə həddən artıq yüksək qiymət verirdilər, bəziləri isə əyləndirdi, çünki orijinal 
görünməyə çalışırdılar. Məsələn, «neçə belə şeirli illərə». İndi həmin müəlliflərin 
çoxu yoxdu, şeir və roman bolluğunda itib-batıblar, ədəbiyyat üfüqlərində 
görünmürlər. Amma iç dünyalarını bu avtoqraflarda qoyub gediblər. 
Mən bu insanların ümidlərini hələ də doğrulda bilmədiyimə görə xəcalət çəkirdim. 
İndi hədəfə yaxınlaşırdım, heç kimin eşitmədiyi bir əhvalata sahibiydim və gələcək 
taleyim onu necə yazmağımdan asılıydı. Mən sevinirdim, ürəyim İmranbəyə 
sevgiylə dolmuşdu. Allah onu mənə durduğum yerdə yetirmişdi. Yazacağım əsərin 
şöhrətini hiss edir və fərəhlənirdim... 
Kitabların arasında şagird dəftərinə rast gəldim. O, yəqin ki, uşaqlarınıydı, elə-belə 
maraq üçün açıb vərəqlədim və gözlərim adda-budda yazılan hərflərə, sözlərə 
sataşanda qeyri-ixtiyari sevindim. Bu dəftər məndən təxminən on beş yaş böyük 
olan qohumum İbrahimin idi. O, təzəlikcə dünyasını dəyişmişdi. 
İbrahim orta məktəbi qurtaran kimi paytaxta köçmüş və yalnız 30 ildən sonra 
təsadüfən qarşıma çıxmışdı. Özü də o məni yox, mən onu tanımışdım. Böyüklər 
uşaqları yadda saxlaya bilmir, çünki uşaqlar böyüyürlər. 
Matros qəsəbəsindəki (yəqin bu ad dənizlə bağlıydı, çünki qəsəbə dənizin sahilində 
yerləşirdi) lal-karların yeni məktəbinin açılışında onu görmüşdüm. Hiss eləmişdim 
ki, İbrahim dayı bu məktəbin say-seçmə kişilərindən biridi, amma təəccübümə 
rəğmən danışmırdı. O, hamı ilə başı ilə salamlaşır və gülümsünürdü. Mən ona 
yaxınlaşıb, özümü nişan verəndə diksinən kimi oldu, qara, ağ xallı qalstukunu 
düzəltdi, sanki boynuna dar gəlirdi, sonra qoluma girib bir tərəfə çəkdi və əl-qolu 
ilə məni anlamadığını dedi. 
- Mənəm də, tanımadınız? Qara Dadaşın oğlu, Qaçaq Dünyamalının nəvəsi, - 
başını buladı, -İbrahim dayı, siz eşitmirsiniz ki? - deyə əlimin işarəsiylə soruşdum. 
O, sualıma yenidən gülümsündü, yenə də başını buladı və cibindən vərəq çıxarıb 
yazdı: 
- Mən nə eşidir, nə də danışıram.  
Kimliyimi vərəqə yazıb verdim. Oxudu, gülümsündü, əlimdən tutdu. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə