The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə15/34
tarix15.10.2018
ölçüsü1,54 Mb.
#74303
1   ...   11   12   13   14   15   16   17   18   ...   34

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
45 
 
- Bəs, bu necə oldu? - deyə yenidən əlimin işarəsilə soruşdum. O isə əlinin işarəsilə 
başa saldı ki, uzun söhbətdir.  
Mən İbrahim dayını son dəfə görəndə əməlli-başlı danışırdı, eşitməyinə də şübhə 
ola bilməzdi. İndi isə qarşımda lal-kar birisi dayanmışdı. Sifət həmin sifətiydi, 
amma dil və qulaq özgəninkiydi. 
Bunun səbəbini mənə anlatmaq üçün İbrahim dayı iki gündən sonra iş yerimə gəldi 
və heç bir söz demədən şagird dəftərini mənə uzadıb getdi. 
Mən həmin dəftəri axşam evə gələndən sonra mətbəxdəcə oxudum. Dəftərin beş 
vərəqi yazılmışdı, qalanlarına isə mənim anlamadığım, heroqlifə oxşar rəsmlər 
çəkilmişdi. Bu, əsəbi və hövsələsiz adamın jestlərinə bənzəyirdi. Diqqətlə fikir 
verdikdə isə körpə uşağın rəsminə oxşayırdı. 
Dəftəri yenidən oxumağa başladım. İbrahim dayının xətti pis olsa da, fikirləri 
aydın və səlis idi: 
«...Mən bütün bunları yazmağa məcburam. Səbəbini özümdən də soruşsanız, cavab 
verə bilməyəcəm. Məyər dünyada hər sualın cavabı var?!  
Uşaq vaxtı çox sevdiyim, məndən iki yaş balaca bacım çaya düşüb boğulmuşdu. O, 
anadangəlmə lal-kar idi. Anam pambığa getmiş və bacımı mənə tapşırmışdı. 
Həmin gün nar ağacının dibində oturub xeyli nar yemişdik, sonra mən yuxuya 
getmiş və bacımı unutmuşdum. O vaxt Nargilənin (yəqin, bacısının adı beləymiş) 3 
yaşı vardı. O, çaya getmiş, sürüşərək çaya yıxılmış və boğulmuşdu. Biz onun 
meyitini üç gündən sonra çayın aşağısından tapmışdıq. Uşağın qırmızı güllü donu 
çayın qırağına yıxılmış ağaca ilişmiş, bir parçası ona yapışıb qalmışdı.  
Mən gecə-gündüz yatmırdım, ağlayırdım, çünki bacım mənə görə ölmüşdü. Amma 
məni yandıran bu da deyildi, lal olduğundan heç kimi köməyə çağıra bilməməsi 
ürəyimin başını göynədirdi. Az qala hər gecə onu yuxumda görürdüm və yerimin 
içində oturub ağlayırdım. Mənim bu halım təxminən bir il davam elədi və sonradan 
yaramın yeri qaysaqladı. Amma orta məktəbi bitirib şəhərə gələndə yenidən həmin 
anları yaşamağa başladım, daha doğrusu, məcbur oldum. Qəzetdən oxudum ki, 
uzaq Altay diyarında lal-karlardan ibarət uşaq yaslisi yanıb və uşaqlar dilsiz-
ağızsız olduqlarından heç kimi köməyə çağıra bilməyiblər. Mən həkim olmaq 
istəyirdim, amma sənədlərimi alıb APİ-nin məktəbəqədər tərbiyə fakültəsinə 
verdim, ora qəbul olundum və söz verdim ki, ömrümü bu cür uşaqlara həsr 
edəcəm... 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
46 
 
Praktikamı da, təyinatımı da «Matros» qəsəbəsindəki lal-kar uşaqlardan ibarət 
yasliyə aldım və nə az-nə çox, düz 31 il həmin yaslidə dayə işlədim. Mən onlara 
uşaqlıqda itirdiyim bacım kimi baxırdım, onları sevirdim, səhərdən axşama kimi 
bir yerdə olurdum, Günəşi bir qarşılayır, bir də yola salırdıq, yeddi yaşlarına 
çatandan sonra onları məktəbə göndərir və yeni uşaqlar qəbul edirdim... Onlar 
hamısı bir-birinə oxşayırdı və mənə elə gəlir ki, yer üzündə ən məsum və günahsız 
uşaqlar lal-karlardır... 
Və bir gün anladım ki, mən onlara oxşayıram, nə eşidə, nə danışa bilirəm. 
Qulaqlarım eşitməyi, dilim danışmağı yadırğamışdı. Yalnız hecaları qırıldada 
bilirdim. Bunu anlayandan sonra mənim həyatım tamam dəyişdi. Məqsədimə 
çatmışdım, dönüb bacım olmuşdum. Mənim ömrüm həyatımı həsr etdiyim 
uşaqların taleyilə eyniləşmişdi... Onların bəzi sözlərini qeydə almışam. Mənə elə 
gəlir ki, lal-karlar qədim insanların dilində danışırlar….» 
İri hərflərlə yazılmış qeydlər burda bitirdi. Başqa bir vərəqdə yenə də nəsə 
yazılmışdı, amma sonradan cidd-cəhdlə pozulmuşdu, nə qədər çalışdımsa onları 
oxuya bilmədim. Yalnız «yorulmuşam» sözünə oxşar bir qeydi oxuya bildim... 
Və birdən yadıma düşdü, daha doğrusu, tam təsəvvür eliyə bildim. İmranbəy də on 
beş il ömrünü həsr etdiyi hominidlə eyniləşmişdi və ona oxşayırdı. Mən indi 
İmranbəyin beyninin, sifətinin niyə bu qədər dəyişdiyini anladım və onu başa 
düşməyə çalışdım. Bəlkə İmranbəyin dediyi qədim dil İdrahim adlı qohumumun 
şagird dəftərində cızdığı heroqliflərə oxşayırdı?!. Maraq məni götürdü. Dəftəri 
qatlayıb pencəyimin cibinə qoydum... 
 
 
Azıxantrop danışdı 
 
Mən İmranbəyin qaldığı yerə, özü demiş, bəşəriyyətin canlandırıldığı məkana 
gələndə qaranlıq çoxdan düşmüşdü. Qapının dalında bir müddət gözlədim. 
İmranbəy tapşırmışdı ki, qapını döyməyim, Azıxantrop oyana bilər. İçəridən səs-
səmir gəlmədi. Məcbur olub qapını astadan üç dəfə döydüm. Yenə də açan olmadı. 
Bir az gözlədim və yenidən qapını döydüm. Qapının o biri üzündən İmranbəyin 
səsi gəldi. O, ağzını qapının açarlığına dirəyib pıçıltı ilə danışırdı. Ona görə də 
qulağımı açarlığa dirəməli oldum. 
İmranbəy həyəcanlıydı: 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
47 
 
-Qayıt get. Bu gün görüşə bilmərik. Kimlərsə məni izləyir. Bayaqdan buralarda 
fırlanırlar. Onlar mənim izimə düşüblər. Bəşəriyyətin ilk övladını oğurlamaq 
istəyirlər. Oğurlamaq istəyirlər, eşitdin?! 
- Burda heç kim yoxdur, - dedim. 
- Sən onları görmürsən. Amma onlar hər tərəfdədir. Onları yalnız mən görə 
bilərəm. Çıx get! Sabah gəl! 
- Doğrudan da burda heç kim yoxdur, - dediyimdə israr elədim, - heç tülkü, çaqqal 
da... 
İçəridə uzun səssizlik yarandı. İmranbəy, deyəsən, mənim dediklərimi götür-qoy 
edirdi. Mən bu pauzadan istifadə elədim: 
- İkimiz bir yerdə olsaq, onlar istədiklərini edə bilməzlər. 
- Səni bu işə qatmaq istəmirəm. 
- Onsuz da qatmısan da! Qorxma, kəşfinə şərik çıxmayacam. 
- Ordan getməsən, hər ikimizin meyidini boş quyulardan tapacaqlar! 
Onun bu həyəcanlı səsi mənə sirayət elədi və doğrudan da qorxdum. Ətraf qaranlıq 
və kimsəsiz idi. Necə deyərlər: gecə xəlvət, tülkü bəy... 
Mən kor-peşman geri qayıtdım. Amma getmək istəmirdim. Ayaqlarımı 
sürüyürdüm. Özümü maraqlı bir söhbətə hazırlamışdım. 
Səhərə kimi qarabasmalar içində yatdım, yuxudan duran kimi işə qaçdım. Amma 
nə illah elədimsə, nüfuzlu bir qəzet üçün nəzərdə tutduğum köşəni yaza bilmədim. 
Həvəsim yox idi. Həmin qəzet pis qonorar vermirdi. Məni Azıxantrop 
maraqlandırırdı. Bu, doğrudan da əsl sensasiya idi və sanki indi, yəni İmranbəy 
təhlükə barədə məni xəbərdar edəndən sonra məsələnin ciddiliyinə, bəşəriyyəti 
lərzəyə salacaq, hay-küyə səbəb ola biləcək bir işə girişdiyimə inanmışdım. Daha 
doğrusu, məni bu işə cəlb eləmişdilər. İndi İmranbəyi başa düşürdüm, onun halına 
acıyırdım... 
Geriyə yol yoxuydu... Geridə Qarabağ və dirilən bəşəriyyət idi.  
Suallar məni rahat buraxmırdı. Amerikalılar ölmüş hüceyrələri diriltməklə nəyə 
nail olmaq istəyirdilər? Bu sualın cavabı İmranbəyin beynində və qəlbindəydi.  
Axşam İmranbəygilə tələsdim. Onlar iki nəfər olduqlarına görə «İmranbəygil» 
ifadəsini işlətmək olar. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə