The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə20/34
tarix15.10.2018
ölçüsü1,54 Mb.
#74303
1   ...   16   17   18   19   20   21   22   23   ...   34

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
60 
 
qurdunu alandan sonra yola düzəldi. Ləngimək olmazdı, onu qabaqlaya, 
müqəddəslərin ruhunu tapa və ərliyi Qorçatanın əlindən ala bilərdilər. Bir az 
getmişdi ki, nərilti səsinə dayandı. Bu, mağara şiriydi. O, Qorçatanın dağ kəlini 
vurub öldürməsini görmüş, yad iyi uzaqdan almış və çölə çıxmışdı. İndi isə 
mağaranın qarşısında dayanıb iri, qırmızı gözləriylə Qorçatanı izləyirdi. Ər oğlu 
bilirdi ki, mağara şiri ondan əl çəkən deyil. Çünki onun ovlağına girib, ovunu 
əlindən alıb. Mağara şiri olan yerdə, onun izni olmadan kim bu işi görə bilərdi ki, - 
yalnız buralara bələd olmayan adam. Deməli, yad məxluq gəlmişdi və ona meydan 
oxuyurdu.  
Qorçatan ehtiyatlana-ehtiyatlana, qayalara sığına-sığına gedirdi. Qarşıda iri bir 
kaha vardı. Əroğlu həmin kahaya girdi, kahanın ağzını iri qaya parçasıyla örtdü. 
Bura təhlükəsiziydi. Çoxdandı heç kim yaşamırdı. Əroğlu bu kimsəsizliyi içəridəki 
havadan duydu. Görünür, bir vaxtlar burada yaşamış qonur ayı mağara şirinin 
qorxusundan harasa çıxıb getmiş, ya da döyüşdə məğlub olmuşdu.  
Mağara şiri dağ kəllərindən birinin dalına düşsəydi, Qorçatanı yadından çıxarardı, 
amma, deyəsən, onun belə bir fikri yoxuydu. Görünür, Qorçatanın iri, qoca kəli 
vurub öldürməsi mağara şirinə təsir eləmişdi. Bu, onun ərazisindəki ova göz 
dikməyiylə də bağlı deyildi, mağara şirinə ən çox təsir edən özünün qıymadığı bir 
kəlin öldürülməsiydi. Mağara şiriylə qoca dağ kəlini ortaq xatirələr birləşdirirdi. 
Onlar bu ərazilərə birlikdə nəzarət edirdilər. Mağara şirinə ov lazım olanda qoca 
dağ kəli bunu asanlıqla eləyirdi, dəstəni onun qapısının ağzından keçirirdi, özü 
getmək istəməyəndə isə ovu köhnə dostuna tərəf ötürürdü.  
Mağara şiri haqqında Qorçatan çox eşitmişdi: indiyə kimi heç kim onu 
yenməmişdi. Tayfanın çoxgörmüş qocaları bu azman heyvanın boz ayıdan iki dəfə 
yekə olduğunu, onlara düşmən kəsildiyini, odu ilk əldə etdiklərinə görə gözü 
götürmədiyini söyləyirdilər. Çünki od çıxandan mağara şiri ikiayaqlılara yaxın 
düşə bilmirdi.  
O, uzun-uzadı nərildəyəndən, dağı-daşı silkələyəndən, ətrafındakı ağacları 
pəncəsilə vurub parçalayandan sonra bir müddət susdu və az keçmiş kahanın 
qarşısında peyda oldu. Ondan nəmişlik və torpaq iyi gəlirdi. Görünür, çoxdandır ki, 
heç nə ovlamamışdı və qocaydı. Qoca dağ kəlinin ona «xidməti» piylənmək və 
tənbəlliklə nəticələnmişdi. Mağara şiri iri, qırmızı gözlərilə kahanın qapısını 
örtmüş qaya parçasının böyründən içəri baxdı, Qorçatan onun odlu nəfəsini hiss 
elədi. Sonra pəncəsilə qayanı aşırmağa çalışdı. Qorçatan daş nizəni əlində hazır 
tutmuşdu. Mağara şiri bir də həmlə eləsəydi, qaya parçasını aşıra və içəri girə 
biləcəkdi. Qorçatan bunu duydu və nizəsini mağara şirinin gözünə soxdu. Qəfil 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
61 
 
zərbədən və ağrıdan heyvan nərildəməyə başladı, kahanın qapısını bağlamış qaya 
parçasını pəncəsilə parça-parça eləyib içəri soxuldu. O, qəzəbindən yeri-göyü 
dağıdırdı, dırnaqları ilə lağım atırdı. Qorçatan küncə sıxıldı. İlk dəfəydi ki, qorxu 
Əroğluna üstün gəlməyə başlayırdı. O, belə qəzəbli və bədheybət heyvan 
görməmişdi. Amma qorxuyla düşmənə qalib gəlmək olmaz. Qorçatan üçün bu, 
cəngəllik həqiqətinin əlifbasıydı. Od tayfasının güvənci özünü ələ aldı, mağara 
şirini irəli buraxdı, meşələr sahibi Qorçatanın tuşuna çatanda əlindəki toppuzla 
onun boynunun arxasından bir neçə dəfə vurdu. Toppuz elə zərblə dəydi ki, köklü-
köhmərli palıda oxşar heyvanın boynunun sümükləri xıncım-xıncım oldu və o öz 
ətalətilə bir az getdikdən sonra diz üstə çökdü, xırıldayaraq böyrü üstə aşdı. 
Mağara şirinin qoca olması Qorçatanın dadına yetdi, çünki müqavimət göstərməyə 
gücü yoxuydu.  
Qorçatan iri gövdəli düşməninin başının üstündə durub bir müddət ona baxdı, 
axırda mağara şirinin köpək dişlərini daşla vurub çıxardı, belindəki kətan 
kəndirdən bir qıl çıxarıb ona düzdü və boynundan asdı. Bir kənarda oturub dincini 
aldı və özünə gələr-gəlməz kahadan çıxdı.  
Əroğlu üç ulduz gecəsini arxada qoyduqdan sonra düzənliyə çıxdı. Burdan o tərəfə 
susuz səhralar və kolluqlar uzanıb gedirdi. O, Günəşi tutub getdi. Ruhlar 
qoruyucusu demişdi ki, hədəfə çatmaq üçün Böyük oda sarı getmək lazımdır. 
Əroğlu dayanmadan qaçırdı, Günəşin istisi üz-gözünü qarsır, onun qaçışını 
ləngidirdi. Susuzlamışdı. Ağzı qurumuşdu, dodaqları dodağına yapışırdı. Nəhayət, 
qalın kolluğa çatdı. Bir azdan meşəyə girəcəkdi. Amma susuzluq onun gücünü 
yeyirdi. Su içməsəydi, yad ruhlar bədəninə girər, içindəki işığı oğurlayıb özlərilə 
aparar, yerinə qaranlığı hakim edərdilər.  
Bir dəstə ceyran sürüsü yel kimi ötüb keçdi. Görünür, onları kimsə qovurdu. Bir 
azdan iki pələng gördü. Ceyranları qovan onlarıydı, amma ova çata bilmirdilər və 
bir azdan qaça-qaça gözdən itdilər. Qorçatan lap yaxınlıqda nəm iyi duydu, burnu 
ilə suyun havasını tutdu və həmin istiqamətə tərəf yüyürdü. Ona elə gəldi ki, 
hardasa, lap yaxınlıqda su çeşməsi var. Burun havasına su çeşməsini tutub getdi. 
Lakin onun çeşmə zənn elədiyi yerə hələ çox var idi. Nəhayət, Əroğlu istədiyini 
tapa bildi, ancaq onun tapdığı su çeşməsi yox, iri dəmir ağacının altıydı. Ağacın 
altı rütubətli və nəm idi. Qorçatan ağacın dibini çapacaqla qazdı, sonra daş nizəyə 
keçdi, çala getdikcə nəmişlənirdi, suyla dolurdu. O, suyun durulmasını gözləmədi, 
ağzını dirəyib fasiləylə çalaya dolan suyu içməyə başladı. Susuzluğunu yatırandan 
sonra uzanıb yatdı və gecənin bir aləmi ilbizlərin və gecə dovşanlarının səsinə 
oyandı. Kimsə böyük bir kolun dibini eşirdi və ona yaxınlaşırdı. Bu, kol 
kərgədanıydı, qaranlıqda güclə seçilirdi. Qorçatan nizəsini əlində hazır tutdu, 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə