The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə12/34
tarix15.10.2018
ölçüsü1,54 Mb.
#74303
1   ...   8   9   10   11   12   13   14   15   ...   34

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
36 
 
- Hövsələn bura qədərmiş? Heç olmasa, sevgin olsun, vətən sevgin, özün də 
qarabağlısan. Azıx da Qarabağdadır. Deməli, Azıxantropun birbaşa sənə dəxli var. 
İlk adam da qarabağlıdır. Axıra kimi dözməlisən. Yoxsa sən də Lazım kişini 
gözləyirsən? 
İmranbəy «lazım gələndə torpaqlarımızı işğaldan azad edəcəyik» deyənlərə eyham 
vururdu. 
- Yox, sən dediklərin doğrudan da maraqlıdır, amma burda hava çatışmır, elə bil. 
- Bir azdan çırağı yandırarıq. 
- Çölə çıxaq, - təkid elədim. 
İmranbəy heç nə demədi, ayağa qalxdı və ayaqlarının ucunda yeriyərək çölə çıxdı. 
Mən də onun dalınca.  
Mazut iyi burnuma vurdu. Qarşıdan nəsə qaçdı. Yəqin, çaqqalıydı. 
- Burda nə var yeməyə, a bədbəxt, tapsam, özüm yeyərəm da, - deyə İmranbəy 
naməlum dördayaqlının qarasına deyindi, axırda da şaqqanaq çəkib güldü. 
Lap uzaqdan siqnal səsi gəldi. Sanki maşınlar yarışa girmişdilər. Darıxdım. Amma 
evə getmək tez idi. Başımı qaldırıb ulduzlara baxdım. 
İmranbəy fikrimin ulduzların yanında olduğunu görüb: 
- Ulduzların belə göründüyünə baxma, onların ən balacası yer kürəsindən beş-altı 
dəfə böyükdür. 
- Onları sənsiz də bilirəm, - dedim. 
- Əlbəttə, bilirsən, amma təsəvvür eləmirsən. O, hər adamın işi deyil. İncimə, elə 
belə dedim. Hər şeyi bilməli deyilsən ki. Bəs onda biz nəyə lazımıq, biz alimlər? 
Amma maraqlıdır da, o yekəlikdə olasan, belə xırda görünəsən, işığın da bura gəlib 
çata. 
Bura səhra kimiydi, külək hər tərəfdən əsirdi, onun istiqamətini müəyyən eləmək 
də çətiniydi, sanki dəlmə-deşik çadırda oturmuşduq. Soyuq iliyimə işlədi. 
- Hələ çox qalıb? - soruşdum. 
İmranbəy dərhal cavab vermədi, deyəsən, sualı anlamadı, axırda məni başa düşdü.  
- İstəmirsənsə danışmayım, başqa adam axtarım? 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
37 
 
Mən cavab vermədim və içəri keçdim. Bu, o demək idi ki, söhbətin gerisini 
eşitmək istəyirəm. 
İmranbəy taxçadakı çırağı yandırdı, amma piltəsini çox qaldırmadı. Hər birimiz 
şahmatçılar kimi yerimizi tutduq. 
İmranbəy başladı:  
- Azıxantropun sümüyünü bura gətirəndən sonra uzun müddət onu sakit buraxdım 
və aralıdan-aralıya tamaşa eləməyə başladım. Transformasiya, proyeksiya üsulu 
oralarda, - yenə də Amerikanı nəzərdə tuturdu, - geniş yayılıb. Bu üsulla mən onun 
kodlarına yaxınlaşmaq istəyirdim. Sümüyün toxumalarına əl vurmağa, yəni onu 
sındırıb-dağıtmağa, hüceyrələri axtarmağa ürəyim gəlmirdi. Bunu eləmək də düz 
olmazdı. Min illərin yadigarıydı. Ruhları incitmək olmaz... Əzəl-axır onu geri 
qaytarmalıydım.  
Hərdən yuxulayırdım, qarabasmalar məni yatmağa qoymurdu. Elə bil ki, 
Azıxadam qarşımda dayanmışdı. Nəsə demək istəyirdi, amma dili açılmırdı. 
Demək istəyirdi, deyə bilmirdi. Hıqqanırdı, səsi çıxmırdı. Bəlkə mən yaxşı 
eşitmirdim. Zəhrimar külək də bir yandan. Axı burda külək bərk əsir. Buralar 
küləyin oylağıdır. Atlarını hara gəldi çapırlar. Eşidirsən, indi də külək başlayıb...  
- Külək çoxdan başlayıb, - dedim. 
 
- Hə, sən də hiss eləmisən. Çölçülük belədir də. Deməli, belə. Qarabasmalar məni 
yatmağa qoymurdu. Bəlkə də bu işin xeyrinəydi. İpin ucunu tapmağa kömək 
eliyirdi... Nəhayət, qərara gəldim ki, üçüncü azı sümüyünü elektron səs dalğaları 
vasitəsilə müayinə edim. Həmin aparatı mən çox ucuz qiymətə bir xəstəxanadan 
almışdım. Daha doğrusu, oranın gözətçisi həmin aparatı çırpışdırıb mənə satmışdı. 
Alman malıydı. Heç kimin başı çıxmadığından həmin bahalı aparat kimsəsiz 
qalmışdı və onun oğurlanmasından xəbər tutmayacaqdılar. SSRİ təzə dağılmışdı. 
Görünür, həmin aparatı da sovet höküməti son nəfəsində həkimlərə hədiyyə 
eləmək qərarına gəlmişdi. Özəlləşdirmə, yəni soxasox başlamışdı. İt yiyəsini 
tanımırdı, ata oğuldan, oğul anadan küsmüşdü. Heç kimin kitabını oxuyan yox idi.  
Xəstəxana gözətçisi içkiyə meyilliydi, yaman vururdu, ha! Vururdu e! «Alkaş» 
deməyə ürəyim gəlmir, çünki yaxşı adamıydı, bu yaxınlarda dünyasını dəyişdi, 
Allah rəhmət eləsin. Adı Mamediydi, yekə dişləri vardı. Bax o yekədiş, qarasifət 
adamla dərdləşməyi, hərdən də yüz-yüz gillətməyi xoşlayırdım; iş yerlərimiz də 
böyür-böyürə idi. O, bir dəfə sözarası mənə dedi ki, yaxşı bir aparat var, münasib 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
38 
 
adam olsaydı, onu satardıq. Mən maraqlananda məlum oldu ki, bu, mənim çoxdan 
axtardığım aparatdır, heç ağlıma da gəlməzdi ki, qulağımın dibində dayanıb 
sahibini gözləyir. Mən axtardığım aparat, özü də su qiymətinə... 
Həmin aparatla Azıxantropun dişini uzun müdət müayinə elədim, amma 
kodlarımız üst-üstə düşmədiyindən istəyimə nail olmadım. Ulu babamızın 
hüceyrələri məni tanımaq istəmirdi. İşə bax e! Dişdə həyat işartıları yoxuydu. 
Toxumalarda lal sükut hökm sürürdü. Axırda məcbur olub diş suxurlarını xüsusi 
elektron bizlər vasitəsilə yoxlamağa başladım və quru, amma dağılmamış hüceyrə 
toxumalarından birini çıxarıb məhlula yerləşdirdim. Azı dişi ən gec xarab olan və 
hüceyrələrini uzun müddət qoruyan orqandır. Oxumaq belə şeydi də! 
Bu eksperiment baş tutsaydı, dünya üçün, ölkəmiz üçün nə qədər dəyərli və 
əhəmiyyətli olacağını demək artıqdır. Bu, mənə dünya şöhrəti gətirər, vətənimizin 
başını ucaldardı. Mən onun baş tutmasına çox inanırdım. Azıxantropun 
diriləcəyinə, bəşəriyyətin, sivilizasiyanın necə və nə cür yaranmasına aydınlıq 
gətirəcəyinə şəkk-şübhəm yoxuydu.  
Bir müddət keçdi, amma hüceyrədə heç bir keyfiyyət dəyişikliyi hiss olunmadı. 
Mən əməlli-başlı depressiyaya düşmüşdüm. İçkiyə qurşanmışdım. Elə hey içirdim, 
ayılmağa qorxurdum, fikirləşirdim ki, eksperimentim baş tutmaz, onda dəli olaram. 
Dəli olmaqdan qorxurdum. - «Onsuz da dəlisən də» - deyə ürəyimdə fikirləşdim. O 
isə dil qəfəsə qomurdu. - Birdən yadıma düşdü ki, yüz min illər öncə ölmüş 
hüceyrəni diriltmək üçün uzun bir zaman lazımdır. Ona görə də məhlulu bir neçə 
dəfə dəyişdim və temperaturu artırdım. Nəhayət, gözləntilərim özünü doğrultdu və 
istədiyim alındı. Hüceyrələr əvvəlcə qızarmağa, sonra ağarmağa başladı və üç 
aydan sonra öz rəngini aldı, yəni çəhrayı oldu. Bəli, dirildi və çəhrayı oldu! Amma 
ona kimi mən ciddi problemlə üzləşmişdim. Embrionu daha geniş qabda 
yerləşdirmək lazımıydı. Bunun üçün qadın bətnində olan hormonoidə, yəni körpəni 
saxlayacaq cift mayesinə ehtiyac vardı. Bayaq sənə bu barədə demişdim. Üstəlik 
körpəni yerləşdirmək üçün şüşə qalpaq da lazımıydı. Mənə verilən puldan bir az 
qalırdı. Ona görə də doğum evlərinin birindən, onun adını çəkməyəcəyim haqda 
öhdəlik götürmüşəm, istədiklərimi əldə edə bildim. Hə, elə həmin qadın vasitəsilə, 
bayaq sənə demişdim… 
Söhbətin bu yerində İmranbəy dayandı və siçovul kimi qulaqlarını şəklədi. 
Görünür, siçovullar üzərindəki eksperimentlər hədər getməmiş, sinif yoldaşıma 
müəyyən vərdişlər miras qoymuşdu. 
- Nə olub? - deyə soruşdum. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə