The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə10/34
tarix15.10.2018
ölçüsü1,54 Mb.
#74303
1   ...   6   7   8   9   10   11   12   13   ...   34

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
30 
 
hücrəsinə özgə bir adamla, yaxud maşınla getməyim, çünki kimlərsə ondan duyuq 
düşər və başladığı iş finiş olar, yəni sona yetər… 
O, məni gözləyirdi. Qapını döyməmiş açdı. Görünür, ayaq səslərinin kimə məxsus 
olduğunu yaxşı bilirmiş. Tək yaşayan adam kənar səslərə həssasdır, addım səslərini 
də seçə bilir.  
- Bəlkə, sənə çay verim, - deyə o, canfəşanlıq elədi. 
Düzü, İmranbəyin bu ovqatı mənə təəccüblü gəldi, çünki birinci dəfə görüşəndə 
kefi belə yuxarı deyildi. 
Mən etiraz elədim, dedim ki, hüzr yerindən gəlirəm və çay normamı artıqlaması ilə 
içmişəm. 
- Bəlkə aclığın var? - qayğıkeşliklə soruşdu. 
Onun bu sualı mənə qəribə gəldi. «Nəyi var, mənə də nə versin?» deyə fikirləşdim. 
Birdən anladım ki, səhv eləmişəm, gərək özümlə nəsə alıb gətirəydim. 
- Əslində, gərək yolda nəsə alaydım, - günahkarcasına dedim. 
- Ürəyini sıxma, bilirsən ki, mən çox az yeyirəm, o isə -pərdənin dalına işarə elədi, 
- yeməyini yeyib, indi yatır. 
- Ona baxmaq olar? - soruşdum. 
Başını buladı. 
- Sonra. İndi isə yerini rahatla və dinlə. 
Təkid eləməyin mənası yoxuydu. Onun dediklərinə əməl elədim və İmranbəy 
Azıxantrop əhvalatını davam etdirdi: 
- Xadiməni qovandan sonra hormonoid olan ampulanı yenidən müayinə elədim və 
onda azacıq həyat işartıları tapdım. Bakıya qayıdanda hamilə arvadların qarnını 
güdməli olacaqdım. Belə də oldu. Amma bu barədə sonra danışaram.  
Kaliforniyada olarkən laboratoriyamıza Fransadan mütəxxəsis gəlmişdi. Hə, hə, 
Fransadan, dəqiq yadımdadır. -İmranbəy sözləri təkrar eləməkdən yorulmurdu, 
sanki yaddaşına arxayın deyildi. - O, bir dəfə ağzından qaçırdı ki, qədim Aşel 
dövrünə aid, hə, Aşel dövrünə aid, preneandertal sümükləri üzərində işləyir və 
onların ölmüş hüceyrələrini bərpa etməyə çalışır.  
- Nə üzərində işləyir? 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
31 
 
- Pre-ne-an-der-tal, - deyə o, sözü hecaladı. - Fransalı mütəxəssisin dedikləri 
yadımda qalmışdı. Qalmışdı nədi e, onu əzbərləmişdim. Ona görə də daim 
Azıxantrop barədə düşünürdüm. Hələ ilk gündən, yəni laborotoriyada aparılan 
eksperimentlərin mahiyyətini anlayan andan Azıxadam beynimə girmişdi. O, 
Fransanın Araqon mağarasından tapılmış preneandertallarla eyni zamana məxsus 
idi. Fransız aliminin dediyi sümüklər məhz oradan tapılmışdı... (O, 
«preneandertal» sözünü ustufca tələffüz edirdi, amma mən nə qədər çalışsam da, 
onu yadımda saxlaya bilmirdim və romanı yazanda kitablara müraciət eləməli 
oldum). Azıxantropa qədər mən işə düzəlməli, Bakıdakı həyatımı qaydasına 
salmalı və bəzi eksperimentləri həyata keçirməliydim.  
Yadındadırsa, Bakıda mən biologiya təmayüllü məktəbdə oxuyurdum. Hə, 
biologiya təmayüllü məktəbdə. Əmimgildə qalırdım. O, məni çox istəyirdi, 
gələcəyimin böyük və parlaq olacağına inanırdı və daim təkid eləyirdi ki, xaricə 
gedib təhsilimi davam etdirim, Bakıya qayıtmayım. Çünki Bakıda adamın heç bir 
perspektivi yoxuydu. Gör e, rəhmətlik əmim hələ o vaxt mənim əsl qimyətimi 
veribmiş.  
Əmim də alim idi, amma həyatında uğur qazana bilməmişdi. Əsəb xəstəsiydi. 
Arvadı kaqebenin (o, «keqebe» yox, «kaqebe» dedi) gizli tapşırığına əsasən onun 
eksperimentlərini məhv etmişdi, daha doğrusu, əmimin üzərində eksperiment 
apardığı küçüyü zəhərləyib öldürmüşdü… Ay səni, ləçər! - Son sözündən sonra 
İmranbəy uzun-uzadı donquldandı, bibisinin ünvanına o ki var söyüş yağdırdı, 
söyüşləri dünyanın bütün dillərində deyirdi, hər şeyi qatıb-qarışdırmışdı, nəhayət 
sakitləşdi, ağzının köpüyünü siləndən sonra söhbətini davam etdirdi. - Küçüyün 
üzərində hansı eksperimentin aparıldığını deyə bilmərəm, çünki mahiyyətindən 
xəbərsizəm. Əmim də bu barədə mənə bir söz demirdi. Amma eşitmişdim ki, 
əmimin eksperimentlərinin məhv edilməsinə səbəb Amerikanın o vaxtkı 
prezidentinə şikayət məktubu yazması olmuşdu. Prezidentin adı, adı? Eh, nəysə. 
Məktubda o, Sovet İttifaqında vəziyyətin qəzetlərdə yazılan kimi olmadığını, insan 
haqlarının pozulduğunu yazmışdlı. Təbii ki, əmimin bu səmimi ürək sözləri 
Moskvadan o tərəfə keçməmişdi və sovet məmurları atamın kiçik qardaşının 
«vətənə xəyanətini» ona bağışlamamış, öncə eksperimentlərini məhv eləmiş, özünü 
əsəb xəstəliyinə salmış, sonra isə ruhi xəstəxanada yatızdırmışdılar. Bilirsən, - 
səsinin xodunu aldı, - mənə elə gəlir ki, əmimin başını «Azadlıq» radiosu xarab 
eləmişdi. Deyirdilər ki, o, gecələr həmin radioya qulaq asırmış. 
Əmim uğursuzluğa düçar olduqdan sonra qaraqabaq olmuşdu, həyat yoldaşı ilə, 
demək olar ki, danışmırdı. Ramiz adında adar-madar bir oğlanları dənizdə 
batmışdı. Atamgilin dediyinə görə, uşaq əmimin arvadının güdazına getmişdi, yəni 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
32 
 
onun mərdiməzarlığının qurbanı olmuşdu. Küçüyü zəhərləməsəydi, bu müsibət baş 
verməzdi. Küçük də canlıdı, axı. Eh, dünya! 
Əmim ömrüboyu boynu əyri gəzirdi. Deyilənə görə, buna səbəb xəstəxanada 
boynuna iynə vurulması olub. Əclaflığa bax e, guya kişinin bədənində ayrı yeri 
yoxuymuş! Atamla anam bu barədə biz yatannan sonra xısın-xısın danışırdılar, elə 
hey vaysınırdılar. Anam bibimin qarasına o ki var deyinirdi, onu hökümətin şpionu 
adlandırırdı. Biz də bibimə elə şpion kimi baxırdıq, qorxurduq ki, atamın da 
«başını yeyər». O vaxt baş yeməyə nə vardı ki... Xoşbəxtlikdən biz kənddə olurduq 
və bibimin ona əli çatmazdı… 
Mən Kaliforniyadan qayıdanda məlum oldu ki, əmimin arvadı dünyasını 
dəyişəndən iki il sonra əri də onun arxasınca o biri dünyaya yollanıb və yəqin ki, 
orada - Moskva məmurlarının və kaqebenin əli çatmadığı yerdə uğursuz 
eksperimentlərini davam etdirir. Amma o biri dünyaya təşrif aparmazdan öncə evin 
sənədlərini vəsiyyətilə birgə ən etibarlı dostuna verib. Vəsiyyətində evi mənə miras 
qoyduğunu yazıb. Yazıq əmim, məni doğrudan da çox istəyirmiş!.. Oh, may qad!!! 
- İmranbəy başını tutdu, bir müddət beləcə qaldı… - Əmimin dostu «Kamaz» 
sürücüsüydü; Aləmdar dayı. Əmimdən doqquz yaş kiçik idi, əmimin ağır günləri 
onun yanında olmuşdu, hesaba görə mülk də ona qalmalıydı. O, əmimin 
vəsiyyətini qısqansa da, dostluğu adi bir mülkə qurban vermədi və sənədləri ədəb-
ərkanla mənə ötürdü. O da indi haqq dünyasındadır. Nijnivartovsk şəhərində 
alverlə məşğul olduğu yerdə güllələyiblər. Kimlərsə gecənin bir vaxtı evinə girib 
və bax... Vardı, indi yoxdu... 
Xülasə, Aləmdar dayı Rusiyaya qayıtmazdan əvvəl evin sənədlərini mənə verdi. 
Əmimgilin mənzili Beşmərtəbənin arxasındakı yertəni evlərin arasındaydı. Oraları 
sən də tanıyırsan, gərək ki, bir dəfə bizdə olmuşdun. 
Mən: 
- Xatırlamıram, - dedim. 
- Eybi yox, indi bunun elə bir əhəmiyyəti yoxdur. Onsuz da səni ora bağlayan bir 
şey də qalmayıb. Xatırlamırsansa, deməli, o ev də səninçün əhəmiyyətsiz bir 
şeydir. Mən həmin evdə bir neçə ay yaşadım. Gətirdiyim məhlulla aptekdən 
aldığım dedeqonusu qarışdırdım və xüsusi distilə olunmuş qaba yerləşdirdim. Onu 
saxlamaq elə də asan deyildi, ciddi nəzarət lazımıydı. Pula ehtyacım da gün-
gündən artırdı. Mən heç yerdə işə düzələ bilmirdim. Öz ixtisasım üzrə iş yox idi. 
Bizdə klonlaşdırma inkişaf eləməsə də, ona yaxın nəsə tapmaq olardı. Məsələn, 
peyvənd. Amma qorxurdum. Çünki işə düzəlsəydim, Amerika xəfiyyəsi bundan 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə