The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə22/34
tarix15.10.2018
ölçüsü1,54 Mb.
#74303
1   ...   18   19   20   21   22   23   24   25   ...   34

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
64 
 
ortadan sındırdı və görünməmiş qəzəblə Qorçatanın üstünə yeridi, Əroğlu ətrafa 
sıçradı, bəbirin belinə atıldı, toppuzu ilə onun boynunun dalından vurdu, bəbir başı 
üstə yerə yıxıldı, Qorçatanı üstündən atdı, bir az sürünəndən sonra dayandı və 
böyrü üstə aşıb xırıldadı. Onun ağzından qan qarışıq köpük axırdı. Ağacın başında 
oturan Az Qorçatanın bu qələbəsinə əl çaldı və cingiltili səslə gülməyə başladı. 
Qorçatan gülümsündü, daş çapacağı ilə xallı heyvanın dərisini soydu və ona 
yaxınlaşan Aza uzatdı. Qız bu ərməğanı aldı və çiyninə saldı. Bayaqdan pərən-
pərən düşmüş heyvanlar da onlara yaxınlaşdılar. Meymunlar ağacdan-ağaca 
tullanmaqla sevinclərini büruzə verdilər.  
Qorçatanla Az meşənin dərinliyinə üz tutdular. Qız Əroğlunu öz tayfası ilə tanış 
eləmək istəyirdi. Bunu onun gözlərindən də oxumaq olardı. Düşmən deyilsənsə, 
deməli, səni özümlə apara bilərəm.  
Bir az getmişdilər ki, göy guruldadı, leysan yağmağa başladı. Ağaclar onları 
yağışdan qorumaqda aciz idilər. Az Qorçatanı başa saldı ki, onlar yaxınlıqdakı 
kahaya sığına bilərlər... 
İmranbəy söhbətini burda kəsdi, arakəsməyə tərəf boylandı, sonra mənə tərəf 
dönüb: 
- Ardını sabah danışaram, - dedi, axırda nə fikirləşdisə, -yox, yaxşısı budur 
birisigün gəl, - deyə əlavə elədi. 
Mən təəccübləndim: 
- Birisigün niyə? 
- Belə lazımdır, - biz onu çox yorduq, - deyə arakəsməyə işarə ilə dedi. 
- Sənin söhbətin «yeddi gözəlin nağılı»na bənzəyir. Bunun bir sonu olacaq, ya 
yox? - deyə xəbər aldım. 
İmranbəy: 
- Hər şey nə zamansa qurtarır, amma yenisi başlayır, -deyə gülümsündü və ayağa 
qalxdı. 
Mən durmaq istəmirdim, getməyə həvəsim yoxuydu, o, əhvalatın ən maraqlı 
yerində söhbəti kəsmişdi. 
- Məqsədə çatmaq üçün hövsələli olmaq lazımdır. Mən bu yolu çoxdandır gəlirəm, 
hələ də yorulmamışam, -deyə İmranbəy qapını açıb çölə çıxdı. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
65 
 
Mən qeyri-ixtiyari onun ardınca getdim. Çöldə ulduzlar sayrışırdı. İmranbəy göyə 
diqqətlə baxırdı, sanki öz ulduzunu axtarırdı. 
- Azıx, bax oradadır, - deyə ulduz cığırını göstərdi.  
Mən o göstərən tərəfə baxdım, dodağımın altında mızıldandım: 
-Hmmm…  
 
* * * 
 
İmranbəydən ayrılandan sonra avtobus dayanacağına gəldim. Hava aydın və ayaz 
idi. Şimal tərəfdən əsən külək adamın üzünü yalayırdı. Qulaqlarım üşüdüyündən 
plaşımın yaxalığını (boyunluğunu) yuxarı qaldırdım və göyə baxdım. İmranbəyin 
göstərdiyi ulduz cığırı indi görünmürdü, bulud üstünü örtmüşdü. 
Dayanacaqda yaşlı bir qadınla kişi vardı. Mən həmin kişiyə altdan-altdan, amma 
diqqətlə baxdım. Kişi avtobusun ləngiməsinə görə hökuməti söyür, arvadı isə onu 
sakitləşdirirdi.  
Fikrim Azıxadamın yanındaydı, ona görə də bu lopabığ kişiylə Azıxantrop adam 
arasında oxşarlıq axtarmağa çalışırdım. Hər necə olsa da, biz hamımız bəşəriyyətin 
ilk adamının övladlarıydıq, amma həmin bəşəriyyətin cəmi bir neçə addımlıqda 
olmasından bu bədbəxtlərin xəbəri yoxuydu. Onu bircə mən bilirdim və ürəyimdə 
sevinirdim. İmranbəyə də minnətdar idim ki, öz sirrindən məni agah eləmişdi. Biz 
indi hansı millətin oğlu olmağımızla ürəkdən fəxr edə, qürurla gəzə bilərdik. Eyfel 
qülləsinə də, Trafalqar meydanına da, Misir piramidalarına da, Semiramida 
bağlarına da iddia edə bilərdik. Dünyanın bütün möcüzələrini öz adımızla 
bağlayardıq. Hamımız bunu istəmirdikmi? Mahnılarımızı, yeməklərimizi, 
geyimlərimizi, ümumən bütün kəşfləri biz elədiyimizə baxmayaraq onları qoruya 
bilmirdik. Qonşularımız, hətta yad planetlilər də əfəlliyimizdən istifadə edib hər 
şeyi öz adlarına çıxırdılar. İndi alın, bu da sizə bəşəriyyətin ən böyük kəşfi! Onu ki, 
əlimizdən ala bilməyəcəklər. O burdadır - dünyanın orta göbəyində... 
Bütün bunları fikirləşərkən daha da coşurdum, öz-özümə gülürdüm. Birdən ağlıma 
gəldi ki, İmranbəyin kəşf elədiyi Azıxantrop Adəm peyğəmbərin klonlaşdırılmış 
forması da ola bilər. Bəlkə elə kimsə, İmranbəydən əvvəl bu kəşfi edib. Nahaq yerə 
demirlər ki, bizdən əvvəl daha yüksək sivilizasiya olub.  


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
66 
 
Məni bu fikirlərdən lopabığ kişinin arvadının çığırtısı ayırdı. Kişi daha da 
coşmuşdu, «dərə xəlvət, tülkü bəy» deyib ağlına və ağzına gələni danışırdı. Arvadı 
naəlac qalıb əli ilə onun ağzını yumanda ərinin tərs silləsi qadını yerə sərmişdi və 
qadın öz ağrılarını azaltmaq üçün bərkdən çığırmışdı.  
Nəhayət, avtobus gəldi və biz bir neçə fəhlənin oturduğu avtobusa mindik. 
Fəhlələr, çox güman, yaxıqlıqdakı neft mədənindən gəlirdilər, yorğun və ac 
olduqlarından əsəbiydilər, acıqlarını tökmək üçün hərif axtarırdılar. Onlar tez-tez 
yerlərində qurcuxur və qızarmış, yuxulu gözlərilə avtobusun təzə sakininə 
baxırdılar. Mənə elə gəldi ki, avtobusda mərəkə qopacaq, fəhlələr hələ də dil 
boğaza qoymayan lopabığ kişini əzişdirib avtobusdan yerə atacaqlar. İncəvardan 
dil pərgarı da bunu başa düşdü və səsini kəsdi. Sən demə, bu lotu arvadının 
yanında kişilənirmiş...  
Gecədən xeyli keçmiş evə çatdım. İndi nəinki adamlar, hətta itlər də yatmışdılar, 
zirzəmilərdə və zibilliklərin ətrafında mürgü döyürdülər. Hardansa cütləşmək 
ehtirasında olan pişiklərin səsi gəlirdi, küçüklər zingildəşirdi.  
Binamızda bir neçə pəncərədən, o cümlədən də bizdən işıq gəlirdi. Mən sorğu-
suallara cavab vermək istəmirdim. Bəşəriyyətin gizləndiyi yeri heç kimə, heç 
arvadıma da deyə bilməzdim. İnanclı adam olduğumdan bunun düşər-düşməzi 
olacağını bilirdim. Bir işi görüb qurtarmamış ağzımdan nəsə qaçırsaydım, dediymə 
çata bilməyəcəkdim. İçəri girən kimi hamını qabaqlamaq istədim və: 
- İndiyə kimi nə əcəb yatmamısınız? - deyə qonaq otağına tərəf söz atdım. 
Sualıma lal sükut cavab verdi. Arvadım və cocuqlar yatmışdılar, yatanda 
qorxularından işıqları keçirməmişdilər. Mən onların üstünü örtdüm, işıqları 
ehmalca söndürdüm, mətbəxə keçdim, mədəmi aldadandan, yəni Allah verəndən 
yeyib qarnımı doyurandan sonra divanı açıb yerimə uzandım. Yorğanı üstümə 
çəkəndə nəsə yerə düşdü, qaldırıb baxdım. Bu, qızımın oyuncağıydı. Eybəcər, 
amma suyuşirin oranqutanq idi. Cocuğum onu çox istəyirdi, nədənsə mənə 
oxşadırdı. Görünür, evdə olmadığıma görə, oyuncağını ata əvəzi bilib yatağıma 
qoymuşdu. Uşaq fəhmi güclü olur. Deməli, İmranbəy dünyanın ilk adamının bizim 
əcdadımız olmasını deyəndə səhv eləməyib. Ona bizdən yaxın kim ola bilər ki... 
Oranqutanqa bir də baxdım, gülümsündüm, onu bağrıma basdım, «ax, babacığım» 
- deyə inildədim və işığı söndürüb yatdım...  
Qəribə yuxu gördüm. Gördüm ki, İmranbəy göydə, ulduzlu cığırın üstündə dayanıb 
mənə əl eləyir. O, məni harasa çağırır və naməlum istiqaməti göstərirdi, yəqin 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə