The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə7/34
tarix15.10.2018
ölçüsü1,54 Mb.
#74303
1   2   3   4   5   6   7   8   9   10   ...   34

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
21 
 
- Onda yaxşı-yaxşı qulaq as. Çünki bu çox maraqlı hekayətdir. Bəli, bəli, maraqlı 
hekayətdir. 
- Ekzellənt, - dedim, - dinləməyə hazıram. Amma bilmək istəyirəm ki, sənin 
söhbətin çoxmu çəkər? Çünki sabah tezdən işdə olmalıyam. 
- Azını-çoxunu bilmirəm. Yorulanda gedərsən. Bildin, yorulanda gedərsən.  
Bu sözlərdən sonra o, bədəninin hər yerini qaşımağa başladı. 
«Bircə qoturumuz çatmırdı», - deyə ürəyimdə fikirləşdim. İstədim ona yenə də 
etiraz edəm, amma düşündüm ki, İmranbəylə mübahisəyə girişsəm, onun səfeh 
fəlsəfəsinə qulaq asmalı olacam, ona görə də susdum, tale yüyənimi İmranbəyin 
əlinə verdim. İndiyə kimi arvadlar yüyənimi dartırdı, qoy indi də uşaqlıq dostuma 
etibar eləyim. 
- Razıyam, - dedim. 
- Ekzellənt, - İmranbəy dedi və daha yeni bir söz əlavə elədi, - veri fayn, yəni əcəb 
gözəl, çox gözəl. 
 
 
* * * 
 
İmranbəy söhbətinə başladı. Mən onun danışdıqlarını bir neçə fəsilə bölməyə 
məcburam. Çünki o özü danışdıqlarını fəsillərə bölmüşdü.  
Beləliklə, aldı görək nə dedi.  
Bəyim hey!!! 
 
İmranbəyin Kaliforniya həyatı 
 
- Mən Kaliforniya universitetinin bioloji tədqiqatlar laboratoriyasına praktikant 
kimi işə götürülmüşdüm, bəli, praktikant kimi, özü də harda? Kaliforniya 
universitetində, Amerikanın düz göbəyinin ortasında - deyə İmranbəy söhbətə 
başladı, - əvvəllər canlılarda hüceyrə toxumalarının artırılması problemlərilə 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
22 
 
məşğul olurduq. Bu elə də çətin iş deyildi. Biz bir neçə qoca siçovullar üzərində 
tədqiqat aparırdıq. Onların bədənində ölmüş hüceyrə toxumalarını vaksinlər 
vasitəsilə bərpa edirdik. Vaksinlər gizli şifrələrlə müəyyən olunmuşdu. Bəli, bəli, 
şifrələr gizliydi... Heç bizim özümüzə də onun adını və tərkibini demirdilər. İşimiz, 
təcrübə keçənləri nəzərdə tuturam, vaksinləri vaxtlı-vaxtında təcrübə altında olan 
siçovullara peyvənd eləmək, onları nəzarətdə saxlamaq və nə dərəcədə səmərəli 
olub-olmaması barədə hesabat yazmaq idi. Bilirsən niyə siçovullar? Çünki onlar 
çox ağıllıdırlar, bir az elə bizə oxşayırlar. 
- Doğrudan, heç bilmirdim, - deyə yalançı təəccübümü gizlətmədim. 
- Hesabatlar anbaan, dəqiqəbədəqiqə yazılırdı. Yadında saxla: anbaan və 
dəqiqəbədəqiqə. Bu hesabata siçovulların özünü aparması, hərarəti, kardioloji 
ölçüləri, psixoloji durumu daxil idi.  
Altı ay bu işlə məşğul olandan sonra məni başqa bölməyə keçirdilər. Çünki eyni 
bir işlə məşğul olmaq bezikdiriciydi, həm də mən yeni bir mərhələyə daxil 
olmalıydım. Sonradan başa düşdüm ki, bir alimi eyni bölmədə çox az saxlayırlar. 
Qorxurlar ki, dərmanların tərkibini öyrənər. Bu, çox vacibdir. Sənin bütün bunları 
yadında saxlamağını deyirəm...-İmranbəy sözləri təkrarlayarkən hər dəfə şəhadət 
barmağını işə salırdı, vacib məqamları təkrarlayırdı və sanki başıma taqqıldatmaq 
istəyirdi ki, dediklərini unutmayım. Əlbəttə, bütün bunlar müvəqqətiydi və 
İmranbəy transa girdikdən sonra yadından çıxdı... -Yeni işim ölmüş siçovulların 
hüceyrələrinin canlandırılması ilə bağlıydı. Biz hüceyrə toxumalarını xüsusi 
kimyəvi məhlul doldurulmuş şüşələrə yığırdıq və onun hərarətinin eyni dərəcədə 
qalmasına nəzarət edirdik. 
Mən öncələr bu eksperimentlərin mahiyyətini anlamırdım. Çünki heyvanların 
hüceyrə toxumalarının canlandırılması, özü də iyrənc məxluqların, kimə lazım idi. 
İyrənc də ki nə iyrənc... Tfu… Düzdü, mən elə də sadəlövh deyildim və dünyada 
klonlaşdırma deyilən yeniliklərdən də xəbərim vardı, nəinki xəbərim vardı, hətta 
ondan dərs də keçmişdim, təcrübə aparılan laboratioriyalarda ötəri olmuşdum da. 
Amma bu başqa bir elm sahəsiydi. Klonlaşdırma elə də çətin məsələ deyil. 
Klonlaşdırma da!? Yəqin eşitmisən!? - deyə suallı baxışlarını üzümə zillədi. - 
Başımla təsdiqlədim. - Canlı hüceyrələri çoxaltmaqla, onları xüsusi məhlullarda və 
rejimdə saxlamaqla istədiyini əldə edə bilərdin. Bu eksperimentlər isə tamam başqa 
məqsədlər üçün idi.  
Onların mahiyyətilə maraqlanmaq, bu eksperimentlərin tərkibini öyrənmək 
qadağan idi. Buna cəhd edənləri laboratoriyadan qovurdular, lap dərinə gedənlərin 
başını əkirdilər. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
23 
 
Laboratoriyadan çıxış yolu, demək olar ki, yoxuydu. Çünki burada işləyənlər 
əsasən yaşlılar idi. Onlar uzun illər idi ki, burada çalışırdılar. Ailə də 
qurmamışdılar. Heç kimlə, hətta öz aralarında da münasibət saxlamırdılar. Sanki 
onlar bir-birilərindən çəkinirdilər.  
Biz xüsusi şəhərcikdə yaşayırdıq. Ora «klozd zon», yəni qapalı zona hesab 
olunurdu. Ətraf mühitlə əlaqədən söhbət gedə bilməzdi. Əslində, bizim kimi iddialı 
alimlərə, yəni bəşəriyyətin başlanğıc nöqtəsini axtaranlara bu cür həyat şəraiti sərf 
edirdi. Axı, biz bəşəriyyətin başlanğıc nöqtəsini axtarırdıq... Başlanğıc nöqtəsini!.. 
Söhbətin bu yerində hövsələm daraldı: 
- Olmaz ki, sözü bir dəfə deyəsən!? Təkrar nəyə lazımdır. Dedin, eşitdim də! 
- Məyər, mən sözləri təkrarlayıram? 
- Təkrarlayırsan. Özü də tutuquşu kimi! Həm də tez-tez danışırsan… 
- Bir də belə eləmərəm. Həm də məndən asılı deyil. Sebinayla elə buna görə 
ayrıldıq də. 
- Sebina kimdir? 
- Vaxtı gələndə deyəcəm. İndi isə qulaq as... Laboratoriyadan çıxmaq üçün ya 
morqa, ya da dəlixanaya getməliydin. Sənin dəliliyinə tam əmin olandan sonra da 
nəzarətdə qalacaqdın. Mən bütün bunları lap sonralar, illər keçəndən sonra başa 
düşdüm. İmam övladı olasan, özü də bunu bilməyəsən? Ay hay!.. - Gözləri yol 
çəkdi, köksünü ötürdü. - Eh, gör üstündən nə qədər keçib!.. 
İndilikdə sakit dayanmaq fikrində deyildim. Nəyin bahasına olursa-olsun, həmin 
məhlulun tərkibini öyrənməliydim. Bu, məni heç kimin bilmədiyi mətləblərə 
gətirib çıxara, üstüörtülü sirlərdən agah edə bilərdi. Bilirsən, - söhbətin bu yerində 
o səsini yavaşıtdı, - o zaman başa düşdüm ki, mənim ayrıca bir missiyam var. Tanrı 
məni bu missiyanı yerinə yetirmək üçün göndərib. Mən seçilmişlərdənəm. Düzdü, 
başımda şeytan nömrəsi-filanı yoxdu, amma bədənimdə çoxlu xallar var, baxa 
birəsən - dedi və köynəyini yuxarı qaldırdı.  
Mənə elə gəldi ki, onun bədənindəki xallar qoturluq əlamətidir. Amma heç nə 
demədim, eləcə başımla təsdiqlədim və bir hmmm… 
- Elmi rəhbərim zahirən qılıqlı, daxilən xəbis yəhudiydi. Hə, yəhudiydi...- O sözləri 
təkrarlamaqdan yorulmurdu. - Nə ürəkdən gülə, nə də qəmlənə bilirdi. Amma 
üzündən təbəssüm əskik olmazdı. Gözləri sopsoyuq idi və heç nə ifadə eləmirdi, 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə