The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə6/34
tarix15.10.2018
ölçüsü1,54 Mb.
#74303
1   2   3   4   5   6   7   8   9   ...   34

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
18 
 
- Yalnız aralıdan, - dedi, razılaşdı və məni arxa otağa apardı. Ağ pərdənin 
arxasındakı çarpayıda nəsə, yaxud kimsə qaralırdı. Nəfəs aldıqca qarnı qalxıb 
enirdi. Pərdənin o üzündəki adamın qəribə məxluq olması cizgilərindən bilinirdi. 
Bir müddət dayanıb baxdıq, pərdəni aralamaq istədim. İmranbəy qoymadı və 
qolumdan geri dartdı. 
- Gedək. Burda çox dayanmaq olmaz, yad adamın burda olmasından duyuq düşsə 
oyanacaq. Hominidlər çox həssas olurlar. Çünki onlar hisslərlə yaşayırlar. İybilmə 
qabliyyətləri güclüdür. Burda çox qalsan, içəridə yad adam olduğunu biləcək və 
oyanacaq. Bu isə mənə sərf eləmir. Amma hökmən səhər tezdən onu sənə 
göstərəcəm. Göstərəcəm...Bəlkə də sabah yox, biri gün. Səninçün nə fərqi var, nə 
vaxt. Əsası göstərməkdir. 
- Fərqi var, - dedim. 
O, dediklərimə əhəmiyyət vermədi. Biz geri qayıdıb oturduq. 
- Bilirsən, səni niyə axtarıb tapdım? - Başımı buladım. -İstəyirəm ki, mənim 
danışdıqlarımı qələmə alasan, əlbəttə, əgər xoşuna gəlsə, bunları bir kimsə 
yazmalıdır, ya yox?! Biz dünyanı heyrətləndirməliyik və istəyirəm ki, bu hadisə 
məhz bizim ölkədə baş versin. Sübut eliyək ki, bəşəriyyətin məskəni Azərbaycan 
olduğu kimi, dünyada yaşayan insanların əcdadı da azərbaycanlı olub. Yadında 
saxla, azərbaycanlı! Biz bunu bütün aləmə yaymalıyıq. Azərbaycan bəşəriyyətin 
məskənidir. Biz yəhudiləri də, erməniləri də qabaqlamalıyıq. Gecikmək ölümə 
bərabərdir! Tarix dərsindən beynimizə doldurduqları Atropaten-matrapaten, 
midiyi-lidiya, lülübəylər-qulubəylər, Orxon-Yenisey; hamısı boş şeylərdir. Bizim 
kökümüz daha qədimlərə gedir, bunu sübut eləyəndən sonra alimlərimizin də 
millətimizin tarixi üstündə baş sındırmaqdan, qarınlarını cırmaqdan canları 
qurtaracaq. 
-Bəs, Uzun Həsən, Şah İsmayıl, Şah Abbas? 
-Onlar hamısı olacaq. Biz onlardan imtina eləmirik ki. Sadəcə sən hələ çox şeyləri 
bilmirsən, mənim eksperimentlərimin mahiyyətindən xəbərsizsən. 
-Bəs, ruslar? 
-Onlardan zərər yoxdur. Sadəlövh və səxavətlidilər. Ruslardan nəsə qopartmaq 
lazım deyil, istəsən özləri verərlər.  


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
19 
 
İmranbəy bütün bunları o qədər ürəkdən, o qədər inam və pafosla söyləyirdi ki
məni gülmək tutdu. Düzünə qalsa, o çox danışdı, dediklərinin hamısını yadımda 
saxlamamışam, amma sonda mütləq bir «ekzellənt». 
- Sən gülürsən, amma mən düzünü deyirəm, özü də bütün bunları sübut eləmişəm, 
hər halda, sübut eləməyə yaxınlaşmışam, indi bu kəşfi bütün dünyaya çatdırmaq 
lazımdır. Amma… bəli, amma elə eləməliyik ki, bu kəşfi bizim əlimizdən 
almasınlar. Bir də gördün, almanlar da buna şərik çıxdılar, ya da amerikalılar bu 
yeniliyi öz adlarına çıxmaq üçün bütün bəşəriyyəti güdaza verdilər. Oh may qad.  
«Bu da təzə bir söz» - ürəyimdə dedim. O isə dil boğaza qoymadan danışırdı.  
- Amerika yəhudiləşib qurtarıb. Bircə qalır bütün dünyanı amerikalaşdırmaq. Biz 
buna yol verməməliyik. Hər şeyi ağılla qurmalıyıq və qəfil hamını haqlamalıyıq. 
Hələ sən çox şeyləri bilmirsən, ona görə də gülürsən. 
Doğrudan da mən gülməyimi saxlaya bilmirdim, hətta qarnımın əzələləri də qıc 
olmuşdu. Nəhayət, özümü ələ aldım və dedim, belə demək mümkünsə, bu sözləri 
ağzımdan zorla çıxardım. 
- Yüz min illər bundan əvvəl millət anlayışı yox idi, axı. 
- Düzdü, yox idi. Amma o, indi Azərbaycandadır. Özü də yüz min illərdən sonra. 
Azərbaycanda və yüz min illərdən sonra... İlk insan, ilk millət və ilk azərbaycanlı. 
- İlk qarabağlı, - deyə onu ələ salmaq istədim, - çünki Azıx mağarası Qarabağdadır, 
Azıxantrop da ordan çıxıb. Deməli… 
- Yox, yox, məsələni bu qədər kiçiltmək olmaz, milləti də indidən parçalama.  
- Onda Azıxantrop Azərbaycan türkü olub, - deyə sancmalarımı davam etdirdim. 
- Malı-mala qatma! Azərbaycanlı ayrı, türk ayrı. Əgər türkləri də bura qatsaq, onda 
bizi təkləyərlər. Elə bilərlər ki, biz pantürkistləri diriltməklə məşğuluq. 
- Bu, inandırıcı deyil, -dedim. 
- Qoy, inandırıcı olmasın. Amerikalı olsaydı, necə inandlırıcı olardı, hıy?! Ya 
yəhudi, ya erməni?!... 
Onun gözləri parıldadı. 
- Amerikanı başa düşdüm, bəs erməninin bura nə dəxli? 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
20 
 
- Ay sağ ol! Erməninin heç bir dəxli yoxdur. Çünki hominid Azərbaycandadır, 
deməli, bizdəndir. Ermənistanda olsaydı, erməni olardı. Düzünü bilmək istəsən, 
erməni də elə bizdəndir. Sadəcə o zaman tayfa başçısının üzünə ağ olduğuna görə 
qəbilədən qovulub. Sözə baxmayıb, artıqtamahlıq edib. İndiki kimi. 
- Gör, hara gedib çıxdın? - dedim. 
- Bunlar zarafat deyil, bunların hamısını yazmışam, vaxtı gələndə deyəcəm. Özün 
fikirləş, əgər ilk insan azərbaycanlı olubsa, deməli, ondan törəyən kimlərdir? 
Düzdü, hamısı azərbaycanlıdır… Özü də fəxr eliyək ki, qarabağlıdır. Özün dedin 
ki… Amma biz ehtiyatlı olmalıyıq, çünki amerikalılar məndən şübhələniblər… 
Bəli, biz ehtiyatlı olmalıyıq… 
- Bütün bunlar sayıqlamaya oxşayır, - dedim. 
- Sayıqlamaya oxşayır!? - İmranbəy söhbətin bu yerində əsəbiləşdi. - Bəs, sən 
deyilmidin bütün qəzetlərə müsahibə verib deyən ki, torpaqlarımızı azad eləmək 
üçün gərək dədə-babalarımızı dirildək, gəlsinlər bizə miras qoyduqları torpaqları 
düşmən əlindən alsınlar, bizim gücümüz və qeyrətimiz çatmır!? Elə bilirsən, 
mənim heç nədən xəbərim yoxdur?! Allaha şükür ki, qəzet də oxuyuram, radioya 
da qulaq asıram, bircə televizorum yoxdur. Amma o da eyni şeyləri deyir. İndi 
babamızı diriltmişəm də! Daha nə istəyirsən, ay qırışmal, hə, nə istəyirsən!? Fikrini 
dəyişmisən!? - sualqarışıq hikkəylə dedi və qapını göstərdi, - onda gedə bilərsən! 
Başa düşmürəm, sən mənim əmoğlumsan, yoxsa ayının?! Mən səni yaxın 
bildiyimə görə bu işə qatdım! Fikirlərimiz də üst-üstə düşür. Biz ideya və əqidə 
adamıyıq. Həm də bir elli, bir yerliyik. Eyni bulağın suyundan içmişik, eyni 
torpağın çörəyini yemişik! İstəmirsən, istəmə! Amma söz ver ki, bu barədə heç 
kimə bir söz deməyəcəksən. Mən və mənim eksperimentlərim cəhənnəm, millət 
məhv olar. Düşmənlərimiz bizə gülər. Bilirsən, amerikalılar nə hazırlayır? Ay 
bildin ha, yatmısan fil qulağında, bütün dünya yatır, bütün millətləri oyatmaq 
lazımdır. Mən bilirəm, onlar nə düşünürlər. Amma biz sübut eləsək, heç kimə 
toxunmazlar, öz millətlərini qırmayacaqlar ki! Hamısı bizdən törəmədir... 
- Yaxşı, sən deyən olsun, - çarəsiz qalıb razılaşdım. Onun danışıqlarında nəsə 
cəzbedici bir şey vardı. O çox inamlıydı. Özünə inanan adamlardan hər şey 
gözləmək olar. Onlar dünyanın axırına piyada da gedərlər, eşşək arabasında da, 
əgər ayaqları döyənək olmasa, eşşək də yolun yarısında yıxılıb ölməsə. Yarısında 
ha!... 
İmranbəy üzündə təbəssüm davam elədi: 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə