The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə9/34
tarix15.10.2018
ölçüsü1,54 Mb.
#74303
1   ...   5   6   7   8   9   10   11   12   ...   34

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
27 
 
mənzildə yaşamağa başladım. Təbii, xüsusi nəzarət altında. Amma mən çox şey 
bilmədiyimdən, yəni aparılan eksperimentlərin mahiyyətinə məni yaxın 
buraxmadıqlarından elə də təhlükəli deyildim və tez bir zamanda məni sərbəst 
buraxdılar. Külbaşlar elə bilirdilər ki, bəşəriyyətin döğuş nöqtəsini axtaran bir 
adam onların eksperimentlərinin mahiyyətini başa düşməyəcək. Özü də kim, imam 
övladının nəvəsi... Hı-hı-hıııı.  
İmranbəy axırıncı «hı»-nı çox uzatdığına görə öskürdü, qızarmış gözlərini siləndən 
sonra dərhal söhbətə başladı, sanki kimsə onu tələsdirirdi. 
- Mən indi də həmin laboratoriyada uzun illər çalışan, ömrünün sonlarında dəli 
olan insanları, onların qırışmış üzlərini, hədəqəsindən çıxan gözlərini xatırlayıram 
və acıyıram. Bilirsən necəydi onlar? Bilməzsən! Yatsan yuxuna da girməz. Bax 
beləydilər, belə! -Gözlərini bərəltdi, əllərilə qulaqlarını dartdı, əsl meymuna 
bənzədi. - Xəstəxanada olarkən «hormonoid» olan ampulanı daim ovcumda 
saxlayırdım. Onun xarab olmaması üçün sabit temperatur lazımıydı. 
«Xəstələnəndən» sonra əlim, guya, iflic olmuşdu və açılmırdı. -Bunun həqiqət 
olduğunu mənə əyani sübut eləmək üçün İmranbəy əllərini bərk-bərk yumdu. - Bu, 
mənə imkan verirdi ki, həmin maddə eyni temperaturda qalsın və xarab olmasın. 
Həkimlərin əlimi açmaq cəhdləri nəticəsiz qaldı. Əlim ömürlük qıc olmuşdu.  
O, hələ də əllərini açmamışdı. Yumruq kimi düyünləmişdi. 
- Deyirsən, yəni həmin maye sənin əlində xarab olmadı? Ağ eləmə də! - dedim. 
- Heç sən ana bətnində uşaq görmüsən? Fikir vermisən ki, onların əlləri yumulu 
olur. Bilirsən niyə? Çünki onların hərarəti əllərindədir, əllərini açsalar ölərlər… 
- Hmm… - deyə şübhələrimi dodaqlarımın mızıltısında gizlətdim. 
- Vətənə qayıtmaq istəyirdim. Amma bank hesabımın ixtiyarı həkimlərdə və 
nəzarətçidə olduğundan onlara yaxın düşə bilmirdim. Mənim cib xərcliyim cüzi 
idi. Onları yığıb saxlamağa məcbur idim. Ona görə də xadiməni işdən azad elədim. 
Lazım olan qədər pul toplayandan sonra bilet alıb Bakıya gəldim. Vətənə dönmək 
prosesi çox uzun çəkdi. Amma mən xırdalıqlarla səni yormaq istəmirəm.  
-Onsuz da yordun, - dedim. -Sabah tezdən işə getməliyəm, özüm də acam. İstəsən 
havaya çıxıb gəzişərik, həm də bir şey yeyərik. 
- Yox, mən gedə bilmərəm, - deyə o etiraz elədi, - yeməyə öyrəşməmişəm, daha 
doğrusu, çox yeməyə. Mənim yeməyim qabıqlı soyutma kartofdur. Biri bəs edir. 
Onları tezdən qaynatmışam. Həm də onun yeməyini verməliyəm, - İmran bəy 
pərdənin arxasına işarə ilə dedi. - Yox, çox yemir, amma yeməyini tapmaqda 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
28 
 
çətinlik çəkirəm: yerkökü, çürümüş almalar, çöl qurbağası, soxulcan... Onları 
zibilliklərdən, kimsəsiz baxçalardan yığıram... Elə sevimlidilər ki… Xüsusən də 
qurbağalar, ağıllı gözləri var... 
- Danışma! - deyə az qala qışqırdım, - ürəyim bulanır. Və həmin an dostumun 
qarnını yardığı məsum gözlü qurbağalar yadıma düşdü. 
- Elə bilirsən, bəşəriyyətin çıxış nöqtəsini tapmaq asandır!? Gərək hər şeyə 
dözəsən, dostum. Lazım gəlsə, qurbağa da yeyəsən, tısbağa da, soxulcan da. 
Eşqbaz fransızlardan, ya elə müdrik çinlilərdən artıq deyilik ki... Bilirsən, onlar nə 
deyir. Çinlilər deyir ki, suda üzənlərdən sualtı qayığı, göydə uçanlardan təyyarəni, 
ayaqlılardan stol və stulu yemək olmaz, qalanları hamısı nuşi-candır. Mən də elə 
bilirdim, asıb-kəsən babalarına oxşamısan. Bəlkə də heç asıb-kəsməyiblər, eləcə 
gopa basıblar. Hə, hə, gopa basıblar. Gopbazlar. Ay sizi... 
- Bəsdir! - dedim, - sarsaqlama! 
- Yaxşı, qurtardıq, indi gedə bilərsən. Sabah səni burda gözləyəcəm. Yəqin ki, 
hominidin, azıx adamının taleyi səni az da olsa maraqlandırdı. 
- Az yox, çox maraqlandırdı. Sabah, mütləq elə bu vaxt gələrəm. Amma babalarımı 
bura qatma! 
- Məni ələ salırsan!? 
- Ələ salmaq niyə, düz sözümdür. Sənin tutuquşu kimi ötməyin olmasa, daha yaxşı 
olar.  
- Çalışaram. Məndən asılı deyil. 
- Mütləq gələcəm!  
- Bu zaman yox, bir az əvvəl, bayaqkı vaxt, -dedi. 
- Bə çeşm, əfəndim,- dedim və mazut qoxuyan biyabana çıxdım.  
Sərin hava üzümə vurdu.  
 
Azıxantropun taleyi, İmranbəyin danışdıqları doğrudan da mənimçün çox 
maraqlıydı. Amma bu həm də sayıqlamağa oxşayırdı. Mən onun dediyi 
dərmanların, vaksinlərin adını birinci dəfəydi eşidirdim. Onları dəqiqləşdirməyə 
isə elə bir adam yox idi. Həm də bunları kiməsə danışmaqla özümü gülünc 
vəziyyətə qoya bilərdim. Siz gülməzsiniz, heylə? Hər halda, İmranbəyin «nağılına» 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
29 
 
sona qədər qulaq asmaq lazımıydı. Necə deyərlər, gop da olsa maraqlıydı. Bəlkə 
də, o, düz deyirdi və mənim ondan şübhələnməyə əsasım yoxuydu. Kəşflər bir 
andaca, insanın özündən asılı olmayaraq açılmırmı? Məsələn, Nyutonun alması, 
Arximedin vannası… 
«Ay Qara Dadaşın oğlu, Qaçaq Dünyamalının nəvəsi, sən elə bunu istəmirdinmi? 
İstəmirdinmi ki, şöhrətlənəsən, bütün dünya səni tanısın, qohum-əqrəba, qonum-
qonşu başına and içsin? Nazir də olmasan, heç olmasa, deputatdan-zaddan olasan, 
düşmənlərin bağrını çatdadasan? İstiyirdin, boynuna al!» -deyə ürəyimdə 
fikirləşirdim, öz-özümə hesabat verirdim.  
Hər şey gözəl idi, parıltılı gələcək məni gözləyirdi... «Üfüqlər aydınlaşanda...» 
Fikrimin dalını gətirə bilmədim. Yanımdan keçən maşın gölməçənin çirkli suyunu 
üstümə vurdu... 
Bəyim hey!!! Görək daha nələr olmuş… 
 
İmranbəyin və Azıxantropun üçüncü azı dişi 
 
Səhər yuxudan oyananda ilk yadıma düşən İmranbəy və onun kəşfi oldu. Üzünü 
görməsəm də, Azıxantropun orta məktəb kitablarında rast gəldiyim təsvirləri 
yadımdaydı. Bir müddət əvvəl altıncı sinifdə oxuyan oğlumun tarix kitabını 
vərəqləyəndə, lap düzü, onunla birgə tarix dərsi oxuyanda həmin təsvirlərə rast 
gəlmişdim… 
Adətim üzrə şirinçayımı içib işə tələsdim. Günün ikinci yarısı həmkarlarım 
xatırlatdılar ki, bu gün cümə axşamıdır və iş yoldaşımızın iki həftə əvvəl rəhmətə 
getmiş atasının yasına dəymək lazımdır. Mən hüzrdən gec xəbər tutmuşdum, 
mərhumun yeddisində iştirak eləyə bilməmişdim, buna xarici səfərim mane 
olmuşdu. Müdir başda olmaqla, uşaqların bəziləri də müsəlman qardaşımızın 
dərdinə şərik olmağa macal tapmamışdılar və indi Bayıl dairəsində darısqal bir 
həyətdə yaşayan həmkarımızı ovundurmaq üçün ora yığışmalıydıq. Dünyanın 
faniliyi, hamının gec-tez öləcəyi barədə təsəllimiz onun işinə yaramasa da, 
idarəmizin ayırdığı pul atasının baş daşını «sevindirməyə» çatardı.  
Düzü, hüzr məsələsi planımda yoxuydu, amma getməmək də olmazdı. İncəvardan 
cümə axşamına tez getdik və mən müdirdən icazə alıb, Qaraçuxur tərəfə 
yollandım. Avtobusdan düşüb xeyli piyada getdim. İmranbəy tapşırmışdı ki, onun 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə