Mövzu № torpaq- təBİİ obyekt və İstehsal vasiTƏSİDİR. Torpaqlarin kateqoriyalari



Yüklə 115,04 Kb.
səhifə1/6
tarix22.12.2023
ölçüsü115,04 Kb.
#154380
  1   2   3   4   5   6
movzu 1


MÖVZU № 1. TORPAQ- TƏBİİ OBYEKT VƏ İSTEHSAL
VASİTƏSİDİR. TORPAQLARIN KATEQORİYALARI.
Plan

  1. Torpaq- təbii obyekt və istehsal vasitəsidir.

  2. Torpaqların kateqoriyası.

  3. Torpaq fondunun mülkiyyət formalarına görə təsnifatı.

  4. Azərbaycanın torpaq fondunun zonalaşdırılması.

  5. Təsərrüfat əhəmiyyətli torpaq sahələri (uqodiyalar).

  6. Kənd təsərrüfatına aid olmayan uqodiyalar.

Dünyada torpaq qədər möcüzəli və qiymətli ikinci bir şey yoxdur. Yaradılanların alisi olan insan torpaqdan yaranıb torpağa geri dönür. Torpaq və cəmiyyət ayrılmaz varlıqlardırlar. Torpaqsız insan, cəmiyyət yoxdur. Yer planeti lap qədimdən insanlara məskunlaşmaları üçün məkan olmuş, yaşamaları üçün maddi və enerji mənbəyi rolunu oynamışdır. İnsan və heyvanat aləmi torpağın istehlak xüsusiyyətlərini bilavasitə mənimsəyən canlı orqanizmlərdirlər. Bəşəriyyətin ilkin dövrlərində insanlar tərəfindən bu xüsusiyyətlərin mənimsənilməsi ov, balıqtutma, təbii enerji mənbələrindən istifadə vasitəsi ilə həyata keçirilirdi. Torpağın istehlak xüsusiyyətləri onun yeraltı (qaz, neft, qızıl, civə və. s.) və yerüstü (dəniz, meşə və s.) sərvətləri ilə xarakterizə olunur. Torpağın bu istehlak xüsusiyyətləri yerin altında və üstündə bərabər paylanmadığından, zaman keçdikcə torpaq və onunla bağlı olan sərvətlər insanların və insan cəmiyyətlərinin maraq obyektlərinə çevrilirdilər. Bu maraqlar həyat üçün daha əlverişli, münasib yerlərin axtarışından, habelə bu yerlərin digər insanlardan qorunmasından ibarət olub.
Bəşəriyyətdə əhalinin sayının durmadan artımı, istehlak üçün əlverişli yerlərin zaman keçdikcə məhdudluğu ilk dövrlərdə insanları özlərinin yaşamaları naminə fəth etdikləri ərazilərin sərhədlərini çox sürətlə, bəzi hallarda hətta güc tətbiq etməklə-müharibələrlə genişləndirməyə vadar edirdi. Təbii ehtiyatlar üzərində, o cümlədən torpaq üzərində hakimlik hərisliyi bəşər tarixində bütün müharibələrin yaranma səbəbləri olmuşdur.
Zaman keçdikcə xammal şəklində olan təbii ehtiyatlar emal edilərək istehlak predmetlərinə çevrilirdilər ki, bütün bunlar da torpağın istehlak xüsusiyyətlərini genişləndirmiş olurdu. Bunlar isə müxtəlif istehsal sahələrinin zaman-zaman genişləndirilməsi ilə müşayiət olunurdu. İstehsal prosesləri torpağın istehlak xüsusiyyətlərinin daha da genişləndirilməsi üçün təbii kompleksə təsir edən mexanizmlərə çevrilirdi.
Təbii ehtiyatlardan, o cümlədən torpaqlardan təbii varlıq kimi istifadə zamanı insanın təbiətə müdaxiləsi insan cəmiyyətinin yaşaması üçün ilkin və zəruri şərtdir. Amma təbiət də öz növbəsində insanlara öz tələblərini irəli sürür: təbiətdən istifadədə təbii ehtiyatlar mühafızə edilməli, təbii mühitin komponentləri arasındakı harmoniya pozulmamalı, cəmiyyətin tələbatı təbiətin imkanları ilə uzlaşdırılmalıdır.
İctimai-siyasi formasiyanm növündən asılı olmayaraq əmək prosesi üç tərkib hissədən ibarətdir: a) insanın məqsədyönlü fəaliyyətindən və ya əməyin özündən; b) əmək predmetindən (əməyin yönəldiyi obyektdən); c) əmək predmetinə təsir etmək üçün lazım olan əmək alətindən. İstehsal prosesində əmək aləti ilə əmək predmetinin vəhdəti istehsal vasitəsini əmələ gətirir. Beləliklə, torpaq əmək prosesinin həyata keçirilməsi üçün vacib şərtlərdəndir.
İstehsal prosesində torpaq qarşılıqlı əlaqədə olan üç formada çıxış edir:
1) Fəza (məkan) bazisi kimi (şəhər və yaşayış məntəqələrinin, zavod və fabriklərin tikilməsi, yol və körpülərin salınması üçün). 2) Əmək predmeti kimi (torpağın üst qatını kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi üçün yararlı hala salmaqdan ötrü insan əməyi buraya yönəlir. 3) Əmək aləti kimi (torpağın və ətraf mühitin komponentlərinin təsiri ilə insan öz fəaliyyətinin nəticəsi olan məhsulu alır). Deməli, torpaq əmək prosesinin baş verməsi üçün əsas amil olub, iqtisadiyyatın bütün sahələrində istehsal vasitəsidir. Kənd təsərrüfatında torpaq təkcə məkan bazisi deyil, həm də əsas istehsal vasitəsi hesab edilir.
Torpaq istənilən istehsalın mövcudluğu üçün vacib olan maddi şəraitdir. Ona görə də, torpaq istehsal vasitəsi kimi təkcə kənd təsərrüfatında deyil, eyni zamanda iqtisadiyyatın bütün sahələrində-sənayedə, nəqliyyatda, insanın maddi fəaliyyətinin digər sahələrində də istehsal vasitəsi kimi çıxış edir.
İstehsal vasitəsi kimi torpağın kənd təsərrüfatında rolu digər qeyri-kənd təsərrüfatı sahələrindəki rolundan fərqlidir. Emal sənayesində torpaq passiv rol oynayır. Burada o, yalınız məkan bazisidir.
Mədən sənayesində isə torpaq artıq təkcə məkan bazisi rolunu oynamır, əmək predmeti kimi çıxış edir. Belə ki, yeraltı sərvətlərin əldə edilməsi üçün torpağa daima insan əməyi təsir göstərir. Torpaq münbitliyi burada istehsalatın inkişafına heç bir təsir göstərmir.
Torpaq kənd təsərrüfatında mühüm əhəmiyyət kəsb edir, başlıca istehsal vasitəsidir, istehsalatın aktiv və əvəzedilməz faktorudur. Burada istehsalat prosesi bütövlükdə bilavasitə torpaqla, onun münbitliyi ilə, torpaqda gedən təbii-bioloji proseslərlə sıx surətdə bağlıdır. Kənd təsərrüfatında torpaq məkan bazisi funksiyasından əlavə, həm də əmək predmeti (insan torpağı şumlayır, səpir, sulayır) və istehsalın aləti (torpağa səpilmiş toxumlara torpaq öz təsirilə lazımi məhsulu yetişdirir) kimi çıxış edir.
Torpağın ən ali xüsusiyyəti onun münbitliyidir. Torpağın münbitlik xüsusiyyəti onu digər istehsal vasitələrindən əsaslı şəkildə fərqləndirir. Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı bilavasitə torpağın münbitliyindən asılıdır.
Torpağı başqa istehsal vasitələrindən fərqləndirən xüsusiyyətlər aşağıdakılardır:
1)Bütün digər istehsal vasitələri insan əməyinin məhsuludur, torpaq isə özünün təbii vəziyyətində təbiətin bəxşidir, onun əmələ gəlməsinə insan əməyi sərf edilməmişdir.
2) Torpaq əvəzedilməzdir, başqa sözlə, onu hər hansı bir digər istehsal vasitəsi ilə əvəz etmək olmaz.
3)Torpaq məkanca məhduddur, onun sahəsini genişləndirmək olmaz.
4)Torpaq eyni istehsal prosesində həm əmək predmeti, həm də əmək aləti kimi çıxış edə bilər.
5)Torpaq özünün yerləşmə vəziyyətinin daimiliyi ilə xarakterizə olunur. Onu bir yerdən başqa yerə köçürmək olmaz.
6)Torpaq sahələri keyfıyyətinə görə eynicinsli deyildirlər. Onlar bir-birindən münbitliyinə, relyefınə və digər əlamətlərinə görə fərqlənirlər.
7)Bütün digər istehsal vasitələri onlardan istifadə prosesində fıziki cəhətdən aşınırlar mənəvi baxımdan köhnəlirlər. Onlardan fərqli olaraq torpaqdan düzgün istifadə etdikdə o nəinki köhnəlmir, əksinə onun münbitliyi artır.
Bazar iqtisadi münasibətləri şəraitində torpaq da əmtəə kimi çıxış edir, istehlak və mübadilə dəyərlərinə malikdir. Torpağa qiymət torpaq bazarında əsasən iki faktoru nəzərə almaqla formalaşır: bazarda tələb və təklifın səviyyəsi ilə və torpağın mənimsənilən xüsusiyyətlərinə görə.
Torpaq əmtəə kimi digər əmtəələrdən aşağıdakı xüsusiyyətlərinə görə fərqlənir:
-torpaq daşınmaz əmtəədir, yəni alıcınm arzusu ilə onun yerini dəyişmək mümkün deyildir. O, olduğu yerdə satılır və istifadə olunur.
-torpaq-çoxfunksiyalı, çoxtəyinatlı əmtəədir və sahibkarlıq fəaliyyətinin bütün növləri tərəfındən ona tələb vardır.
-torpaq istehsal prosesində insan əməyinin fəaliyyəti nəticəsində deyil, ilahi varlıq tərəfındən yaradıldığından, o, ilkin başlanğıcdan istehlak dəyərinə malik deyildir.
-torpaqlann ilkin təbii istehlak dəyəri tədricən torpaqlardan istifadə prosesində istehsalatın istehlak dəyəri ilə əvəz olunurlar ki, bu dəyərin də həcmi istehsal qüvvələrinin inkişaf səviyyəsi ilə müəyyənləşdirilir.
-torpaq istehlak vasitəsi kimi əvəzedilməzdir, mənəvi cəhətdən köhnəlməyə, aşınmaya məruz qalmayır, daimi istehlak dəyərinə malikdir.

Yüklə 115,04 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə