Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə8/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   4   5   6   7   8   9   10   11   ...   70

zinəsi,  bütün  dünyəvi  və  dini  əsərlər  yaranmaz,  təbiətin  sirləri  hər 
xalqda,  hər  əsrdə  yenidən  tədqiq  olunardı,  inkişaf  yerində  sayardı, 
bütün bəşəriyyətin ixtiyanna verilməzdi. Bu xüsusiyyəti nəzərə alaraq 
demək olar ki, dil təbiətinə görə bəşəri, yalnız xidmətinə görə millidir. 
Fikir nitqlə ifadə olunur, nitqdə formalaşır. Dil və nitq arasında 
əlaqə  obyektiv  zərurətdir,  çünki  dil  öz  varlığını  nitqdə,  nitq  isə  öz 
mənbəyini  dildə  tapır.  Nitq  prosesi  olmazsa  dil,  dil  olmazsa  nitq 
prosesi  təzahür  edə  bilməz.  Nitq  dilin  inkişafı  üçün  şərait  yaradır. 
Dilin lüğət tərkibində və qrammatik quruluşunda baş verən yeniləşmə 
nitqdə  özünü  göstərir.  Nitqdə  baş  verən  dəyişikliklər  dildəki  köhnə 
sxemləri, modelləri yeniləşdirir və bu yeniliklər dildə öz əksini tapır. 
Nitq bir şəxs tərəfindən söylənilir, başqaları tərəfindən dinlənilir. Nitq 
prosesində  hər  kəs  özü  bacardığı  şəkildə  danışır,  yazır.  Axı  nitqin 
funksiyası  ünsiyyət  yaratmaq,  məlumat  çatdırmaq,  həmsöhbət 
tapmaqdır. Nitq də yalnız dil vasitəsilə ünsiyyətə xidmət edir. 
Görkəmli  Azərbaycan  yazıçıları  nitq  və  dil  məsələlərinə  xüsusi 
diqqət yetirmişlər. Şah İsmayıl Xətai yazmışdır: 
Söz vardır kasdirar başı, 
Söz vardır kasar savaşı. 
Söz vardır ağulu aşı. 
Bal ilan edar yağ hir söz. 
M.Füzuli sözü, nitq qabiliyyətini insana verilmiş misilsiz sərvət 
adlandırmışdır. O, "Ənisül-qəlb" əsərində yazır ki, insanı onun dili ilə 
fərqləndirirlər. Nitqlə təfəkkür arasında sıx əlaqə görən, nitqi insanın 
şüurlu  fəaliyyətinin  nəticəsi  sayan  şair  dilin  ictimai  mahiyyəti 
barədəki fikrini bir beytdə belə ümumiləşdirir: 
Eylasan tutiya talim adayi-kalimat. 
Nitqi insan olur, amma özü insan olmaz. 
24 


XX  əsrin  əvvəllərində  görkəmli  maarifpərvər,  tənqidçi, 
Azərbaycanda  ilk  seminariyanın  təsisçisi  və  yaradıcısı  Firidun  bəy 
Köçərli ana dilimiz haqqında yazırdı: "Hər millətin özünə məxsus ana 
dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, 
həyatının  mayəsi  mənziləsindədir.  Ananın  südü  bədənin  mayəsi 
olduğu  kimi,  ananın  dili  də  ruhun  qidasıdır.  Hər  kəs  öz  anasını  və 
vətənini  sevdiyi  kimi,  ana  dilini  də  sevir.  Bu,  Allah-təalanın  gözəl 
nemətlərindən  birisidir,  onu  əziz  və  möhtərəm  tutmaq  hər  kəsə 
borcdur"  (Firidun  bəy  Köçərli.  "Ana  dili"  məqaləsi).  Bütün  bu 
deyilənləri  belə  ümumiləşdirmək  olar  ki,  dil  və  nitq  bir-biri  ilə 
dialektik vəhdətdə olub bir- birini tamamlasa da, aralarında müəyyən 
fərqlər də vardır: 1) Dil həcmcə nitqdən genişdir; 2) Dil ümumxalq, 
nitq  fərdi  səciyyə  daşıyır;  3)  Dil  ünsiyyət  vasitəsi,  nitq  ünsiyyət 
prosesidir; 4) Nitq insan fikrinin ifadəçisidir, təfəkkürü formalaşdmr; 
5) Nitqin əsas cəhəti onun məzmunluluğu, aydınlıq, mənahlıq, təsirli- 
lik və dəqiqliyidir; 6) Dil nitqin məhsuludur, kollektivin bəhrəsidir, 
məna ilə akustik obrazı birləşdirən işarələr sistemidir. Nitq dilin hər 
dəfə  yenidən  işlədilməsidir;  7)  Dil  ictimai-tarixi  təcrübənin 
mövcudluğu,  saxlanması  və  verilməsidir.  Nitqə  adlandırmaq, 
ümumiləşdirmək və kommunikativ funksionallıq əlamətləri xasdır; 8) 
Dil ictimai, ümumi, nitq isə fərdi hadisədir. Nitq vasitəsilə fərdin öz 
fikrini ifadə etmə anlama və qavrama aktıdır. Hər şəxsin öz danışıq 
manerası vardır; 9) Dil imkana, nitq gerçəkliyə uyğun gəlir; 10) Dil 
nitqə nisbətən sabit, nitq dilə nisbətdə dinamikdir. 11) Dil dilçiliyin, 
nitq psixologiyanın tədqiqat obyektidir (18 səh. 40). 
Nitq milli səciyyəlidir, hər bir xalqın, millətin özünə məxsus nitqi, 
danışığı,  tələffüz  forması  vardır.  Xalqın  psixoloji  xarakteri  maddi 
yaşayış tərzi və mədəniyyəti dil ümumiliyi ilə bağlıdır. Məhz bu cəhət 
hər  bir  xalqı,  o  cümlədən  də  bizim  xalqımızı,  onun  mədəniyyətini, 
eləcə  də  nitq  mədəniyyətini  başqa  xalqlar-  dakmdan  fərqləndirir. 
Azərbaycan  dili  nəinki  hind-Avropa  dillərindən,  eləcə  də  türk 
dillərindən, hətta oğuz qrupuna daxil olan 
ZS 


Türkiyə  türkcəsindən,  türkmən  və  qaqauz  dillərindən  də  fərqlənir. 
Dilimizin  lüğət  tərkibi,  fonetik  sistemi  və  qrammatik  quruluşu  min 
ildən  artıqdır  ki,  müstəqil  inkişaf  yoluna  qədəm  qoymuşdur. 
Azərbaycan xalqı öz varlığını ortaya qoyana qədər formalaşmış və öz 
dilini də formalaşdırmışdır. Dövrdən asılı olaraq ərəb- fars sözləri ilə 
nə  qədər  yüklənsə  də  K-XI  əsrlərdə  meydana  gələn  "Dədə  Qorqud 
kitabı", XIII əsrdə Həsənoğlunun qəzəlləri göstərir ki, ortaq əlifbadan, 
ərəb-fars söz və ifadələrindən istifadə etsək də, fərq özünü bütün dil 
qatlarında  göstərir,  nitqin  ahəngi,  ritmi,  tempi,  intensivliyi,  məntiqi 
vurğusu,  tembri,  sintaktik  mənaların  ifadəsinə  xidmət  edən 
intonasiyası  dilimizin  özünə  məxsusluğunu  bu  gün  bütün  dünyaya 
nümayiş  etdirir.  Nitq  mədəniyyətinin  bu  xüsusiyyətləri  bütün 
xalqımız  tərəfindən  gözlənilir  və  hər  gələn  yeni  nəsildən,  uşaq 
bağçalanndan başlamış məktəblərə qədər, şagirdlərdən, tələbələrdən, 
qəzet-jurnal  səhifələrində,  radio-televiziya  verilişlərində,  müxtəlif 
dərslik, dərs vəsaitləri, siyasi, elmi, bədii, publisistik kitablara qədər 
dilimizin qrammatik qanun-qaydalarına əməl edilməsi hamıdan tələb 
olunur. Sözlərin fonetik tərkibi, düzgün tələffüzü və yazılışı, leksik- 
semantik mənası, cümlə quruluşu hamı üçün eynidir. Bu da təbiidir ki, 
əgər belə olmasa idi, dil öz əsas vəzifəsini - ünsiyyət vasitəsi olmaq 
funksiyasını icra edə bilməzdi. 
Nitq mədəniyyətinin səciyyəvi cəhətləri də vardır. Dilin leksik - 
semantik  və  sintaktik  yaruslannda  fərqli  cəhətlərə  üslubla  bağlı 
məqamlarda yol verilir. Dram əsərlərində dialoqlarda, şeirlərdə heca, 
qafiyə, vəzn xatirinə cümlələrdə söz sırasının pozulması fərdi səciyyə 
daşıyır. 
Mədəniyyətin  göstəricilərindən  olan  gözəl  nitq  dilin  səlisli- 
yindən, onun ifadə imkanlanndan düzgün faydalanmaq vərdişləri ilə 
şərtləşir. Azərbaycan dili lüğət tərkibi, fonetik sistemi, morfoloji və 
sintaktik  quruluşuna  görə  dünyanın  ən  inkişaf  etmiş  zəngin 
dillərindən sayılır. 
Nitqin  özünəməxsus  xüsusiyyətləri  vardır.  Eyni  məsələdən, 
məlum faktdan danışan və ya yazan iki adamın nitqi (əgər yazı 
2£ 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə