Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə17/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   13   14   15   16   17   18   19   20   ...   70

....  Hə,  yadıma  düşdü,  günlərin  bir  günü  onun  oğlu  Bahəddin 
gəlmişdi  bizə,  yəni  Bakıya;  bir  ay  qaldı  bizdə.  İstəiyrdi  ki, 
hərbi-komandirlik məktəbinə daxil olsun... Və bir gün Bahəddin mənə 
nə desə yaxşıdır? 
-Nə? 
-
 
Deyim? 
-
 
De da bə? Hələ durubsan? 
-
 
Yaxşı deyirəm, üstümə qışqırma... Hə, dedi ki, pul lazımdır, beş 
yüz dollar... Dedim ki, məndə dollar nədir, heç milli pul da yoxdur, 
qəpiyə  güllə  atıram,  maaşı  hələ  dörd  gündən  sonra  alacağam... 
Bundan sonra Bahəddin məndən incidi, sabahısı günü gedib təyyarəyə 
bilet aldı və kəndə yola düşdü; ancaq evdən çıxanda "sağ olun" demək 
əvəzinə başladı ki; 
-
 
Sən  də  alimsən?  Böyük  bir  yerdə  dərs  deyirsən,  pul  xəzəl 
kimi....İstəsən  bir  ilin içində  oğlanlannm  hərəsinə  bir  ev  alarsan, al 
da?! 
-
 
Nə? Haradan? Kimdən? 
-
 
Rüşvətlə! Evində pendir-çörəkdən və çaydan savayı heç nəyin 
yoxdur... 
... Qərəz, nə başınızı ağrıdım. Yenə kəndə getmişdim. Çayxanada 
şahmat  oynayırdım.  Qəfildən  bir  əl  uzandı  və  fiqurlan  qarışdırdı. 
Baxdıq ki, kim? 
-
 
Ə, kim? 
-
 
Daha  Cəlil  kişidən  başqa  kim  olar  bu  "mədəniyyətin"  sahibi? 
Hə, qardaş. Cəlil başladı nə başladı: 
-
 
Səninki  Bakıda  kitab,  kənddə  şahmat  olsun!  Daha  sözüm 
yoxdur,  heç  demirsən  Cəlil  acından  öldü,  qaldı?  Arpası  -  samanı, 
muşqurdu var, yoxsa, yox? 
-
 
Allah səni bu kəndə, bu camaata çox görməsin... Allahdan bir 
arzum var! 
-
 
Arzun nədir ki? 
-
 
Arzum budur ki, Allah mənim ömrümdən kəsib sənin ömrünə 
çalasm ki, kəndimizi gələcəyə tanıda biləsən... 
Mən dərhal dedim
S3 


-  Yenə  axmaq-axmaq  danışırsan  ha,  mənə  axmaq  adamın  ömrü 
lazım deyil... 
Əlqərəz, Cəlil məndən dönə-dönə üzr istədi, qanmadığını, başını 
daşa döydüyünü dedi və bildirdi ki, səhv edir, sözü bir az köntöy 
çıxıbdır... Mən də onu bağışladım, əlacım yox idi... Axı mən 
müəlliməm. Çox belə qanmazları bağışlayıb müəllimlər... (Şamil 
Zaman, Qarabağları tərənnüm edirəm, səh. 120) Çalışma 30. Pyesi 
oxuyun, dialoji nitqin xüsusiyyətlərini deyin, mikrodialoq haqqında 
fikirlərinizi izah edin: 
Təbrizdə,  yoxsul  Musanın  evi,  Nəbi  yaralıdır.  Yataqda 
uzanmışdır.  (Qapı  döyülür.  Qasım  dayı  kiçik  səbətdə  Nəbiyə  üzüm 
gətirir). 
Nəbi: - Aha, Qasım dayı, xoş gördük səni. 
Qasım: - Vəfasız düşünmə o qədər məni. 
Musa: - Qasım, nə xəbərlə gəlmisən? 
Qasım: - İş var... 
Düşmənlər Nəbiyə quyu qazırlar. 
Musa: - Bəs niyə gecikdin? 
Qasım: - Bir səbəb oldu 
Nəbi: - Tez danış, ürəyim şübhəylə doldu. 
Qasım: - Təbriz hakiminə Tiflis hakimi 
Haqqında yazıbdır belə bir fərman: 
"Gərək təslim etsin Nəbini İran" 
... Odur ki, bu saat Paşa bəy, divan Səni 
axtanrlar, səni, Nəbi can... 
Nəbi: - Deyirsən, buradan çəkilmək geri! 
Qasım: - Deyəsən, duyublar olduğun yeri. 
Nəbi: - Kim verdi sənə bu qara xəbəri? 
Qasım: - Haman Paşa bəyin qoca nökəri. 
Musa: - Nəbi, biz onunla qohumuq bir az, 
O, bizim adamdır, yalan danışmaz. 
Qasım (xatirinə salaraq) 
- Hə... bir də deyir ki, dəstədən kimsə Bu işə 
qol qoyub... 
 


Nəbi (həyəcanla) 
-
 
Necə? 
Qasım: - Nə isə... 
Bir az ehtiyatlı əlsan nə olar? 
Göz-qulaq olmağın nə zərəri var? 
Nəbi: - Dəstəmdə Kərimdir Təbrizdən ancaq 
(fikirləşir) 
Qasım: O, yalan danışmaz, ayıq ol, Nəbi! 
Hər tərəf casusdur, sayıq ol, Nəbi! 
(Qapı üç dəfə döyülür. Qurd Kərim gəlir, həyəcanlanır) 
Qurd Kərim (Nəbiyə) 
-
 
Qardaşım, necəsən? 
Nəbi: - Yaxşıyam bir az. 
Qurd Kərim: - Dolub dilənçiylə küçə və meydan 
İlan oynadanla meymun oynadan 
Bütün camaatı yığır başına... 
Musa (kinayə ilə) 
-
 
Yaman danxırsan deyəsən, aşna! 
Küçədən  bir  neçə  güllə  səsi  eşidilir.  Hamı  bir  an  qulaq  asır. 
(Süleyman Rüstəm. "Qaçaq Nəbi" pyesindən) 
Çalışma 31. Oxuyun, sözlərin vurğusunu qoyun: hakimiyyət, 
başqa, mehmanxana, spartakiada, atletika, göstərmək, tennis, marşrut, 
sessiya, yarış, problem, kommersiya, kənarlaşdırmaq, həkimdir, 
voleybol, göndərmə. 
Çalışma  32.  Aşağıdakı  sözləri  söz  birləşmələri  daxilində  elə 
işlədin ki, vurğunun yeri dəyişərkən məna dəyişsin: 
alma,  asma,  bağlama,  basdırma,  burun,  çəkmə,  əyin,  dolama, 
dondurma, gəlin, süzmə, biçin. 
Çalışma  33.  Mətni tələffüz  qaydalarına  uyğun  oxuyun,  sözlərin 
orfoepik şəklini mötərizədə qeyd edin, ədəbi dildə danışıq üslubuna 
aid məqamları göstərin: 
Koroğlunun bir bəzirgan dostu var idi. Adı Xoca Əziz idi. Xoca 
Əziz neçə illər Koroğlu ilə dostluq eləmişdi. İndi Eyvaz- gilin tutulan 
vaxtda o da mallarını satmaq üçün Bağdada gəlmiş 
53T 


di.  Qoşun  elə  ki,  Eyvazgili  tutub  şəhərə  tərəf  gəlməyə  üz  qoydu, 
bazara  səs  düşdü  ki,  bəs  üç  nəfər  quldur tutublar,  asmağa  apanrlar. 
Bazar  adamı  hamısı  çıxdı  onlann  tamaşasına.  Xoca  Əziz  də  bu 
adamlann içində idi. Gözlə ha gözlə, axırda dəstənin ucu açıldı. Aslan 
paşa  keçdi,  qoşun  böyükləri  keçdi,  atlılar  keçdi.  Bir də  baxdılar  ki, 
budu, bir bölük qəşun dustaqları ortalığa alıb gətirir. Xəca Əziz gördü 
nə? Tutulan Eyvazdı, Dəmirçioğ- lu, bir də Bəlli Əhməddi. Dünya - 
aləm Xoca Əzizin gözündə qaraldı. Dedi: "Ey dadi-bidad!.. Bu zalım 
oğlu  zalım  uşaqları  öldürəcək".  Qaldı  mat-məətəl  ki:  "Nə  təhər 
eləyim?  Mənim  burda  əlimdən  bir  iş  gəlməyəcək.  Burada  qılınc 
vurmaq lazımdır. Xəbərə getsəm də buradan Çənlibelə azı bir həftəlik 
yoldu. ("Koroğlu" dastanından) 
Çalışma  34.  İmtahana  gəlməmisiniz.  Dekana  izahat  yazın. 
İzahata verilən tələbləri göstərməklə onun formasını da qeyd edin. 
MONlllll HİTİİH HİViaRİ 
Monoloji nitqin natiqlik üslubunda ən çox yayılmış növləri çıxış, 
mühazirə və məruzədir. 
ÇIXIŞ  məişət  üslubunun  ən  geniş  yayılmış  növüdür.  Monoloji 
nitqin  bu  növü  daha  çox  prezident  yanında  ilin  yekunlarına  və  ya 
istehsalatın  hər  hansı  bir  sahəsinə  aid  toplantıda,  nazirlərin 
hesabatında, yığıncaqlarda, qurultay və iclaslarda özünü göstərir. 
Məsul şəxs qarşısında başqalarının monoloji nitqi çıxış adlanır. 
Ali məktəb rəhbərliyinin nümayəndələrinin (rektor, prorektor, tədris 
hissə müdiri, dekan, dekan müavinləri, kafedra müdirləri, kitabxana 
müdiri və b.), orta və peşə məktəblərinin, lisey və kolleclərin, mənzil 
istismar  sahələrinin,  idarə,  müəssisə  və  təşkilatların  rəhbərlərinin 
sinfə,  auditoriyaya,  iclas  zalına,  kabinetə  daxil  olub  danışması,  toy 
məclisində  masabəyi  və  qonaqların  təbrik  üçün  söz  deməsi, 
mərasimlərdə, mitinqlərdə, bir tikilinin, qurğunun açılışında, hər hansı 
bir görüşdə deyilən qısa, 
S6 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə