Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə7/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   2   3   4   5   6   7   8   9   10   ...   70

elmi  və  mədəni  həyatının  bütün  sahələrində  işlədilir.  Hər  il  avqust 
ayının  1  -i  Azərbaycan  Respublikasında  Azərbaycan  əlifbası  və 
Azərbaycan dili günü kimi qeyd edilir. 
Azərbaycan  dili  dövlət  statusu  alandan  sonra  dil  üslubları  da 
işlənmə genişliyi qazandı, bədii və məişət üslubları ilə yanaşı elmi, 
publisistik və rəsmi-kargüzarlıq üslubları da tam hüquqlu dil üslubları 
kimi inkişafının yüksək səviyyəsinə doğru qalxmaqdadır. Dilsiz nitq, 
nitqsiz mədəniyyətin olmadığını nəzərə alsaq, nitq mədəniyyəti də bu 
axma qoşulmuşdur. Nitq mədəniyyəti 1920-1960-cı illərdə ən çox dil 
mədəniyyəti, yazı mədəniyyəti terminləri ilə verilirdisə, 1960-cı ildən 
sonra  nitq  mədəniyyəti  artıq  dilçiliyin  müstəqil  bir  sahəsi  kimi 
fəaliyyət  göstərməyə  başlayır,  1978-1992-ci  illərdə  "Nitq 
mədəniyyəti  məsələləri"  adlı  məcmuələr  nəşr  etdirilir.  Hazırda  X 
sinfin Azərbaycan dili dərsliyində nitq mədəniyyətinə xüsusi bölmə 
aynimışdır. 
Elmi-texniki inqilabın müvəffəqiyyətlə həyata keçirilməsində və 
yeni  insan  tərbiyəsi  kimi  çox  mühüm  işdə  normallaşdml-  mış  dil 
quruculuğunun,  yəni  nitq  mədəniyyətinin  durmadan  yüksəlməsinin 
böyük əhəmiyyəti vardır. 
Xalqımız  sözü,  gözəl  nitqi,  xüsusən  də  danışığı  həmişə  yüksək 
qiymətləndirmişdir. "Xoş söz könül açar, ucuz söz qan qaraldar", el 
arasında  sözünün  yerini  bilənə,  gözəl  danışana  "Dilinə  qurban", 
"Özünə  də  qurban,  sözünə  də",  yersiz  danışana,  məqamını 
gözləməyənə "Əvvəl düşün, sonra danış", "Dilin qurusun", "Nə özünü 
bilir,  nə  sözünü",  "Sözünü  yeyəsən",  "Ağzının  qaytanı  yoxdur", 
"Ağzından qan iyi gəlir" - demişlər. Bir bayatıda "Məclisdə məqam 
gözlə.  Hər  sözün  öz  yeri  var"  -  deyə  sözün  məqamını  gözləmək 
tövsiyəsi  verilir.  Belə  yanaşmaya  atalar  sözləri,  zərb-məsəllər  və 
aforizmlərdə  də  rast  gəlirik;  "Dadlı  söz  dost  qazandırar,  acı  söz 
düşmən", "Danışan dağı aşar, danışmayan yolu çaşar", "İki dinlə, bir 
söylə",  "Sözü  əvvəl  ağzında  bişir,  sonra  düşür".  Bütün  bunlar 
Azərbaycan  türklərinin  -  biz  azərbaycanhlann  qədim  zamanlardan 
sözə,  sözün  ecazkar  qüvvəsinə,  nitqə,  danışıq  qabiliyyətinə 
münasibətini göstərir. 
Z1 


Nitq  mədəniyyəti  nitq  anlayışı  ilə  paralel  işlənsə  də,  onlar  eyni 
məzmunda  deyildir.  Ümumxalq  səciyyəsi  daşıyan  dil  və  nitq  xalq 
mədəniyyətinin tərkib hissələridir. Xalqın mədəni inkişafı dildə daima 
yeni  söz  və  terminlərin  yaranmasına  səbəb  olur.  Mətbuatın,  radio, 
televiziya  verilişlərinin  kütləviləşməsi  xalqın  nitq  mədəniyyətinin 
yüksəlməsinə  güclü  təsir  göstərir.  Yeni-yeni  söz  və  terminlərin, 
xüsusən alınma sözlərin hesabına dilimizin lüğət tərkibi zənginləşir. 
Bu  sahədə  elmi-texniki  və  idman  terminləri  çoxluq  təşkil  edir. 
İnsanların  ümumi  mədəni səviyyəsinin  inkişafı  hesabına ədəbi  dillə 
xalq danışıq dili arasında yaxınlaşma sürətlənir və bu prosesin nəticəsi 
olaraq  xalqın  nitq  mədəniyyəti  səlisləşir,  nitq  forması  kimi 
elmi-kütləvi üslub formalaşır. 
Dil  ünsiyyət  vasitəsi,  nitq  isə  ünsiyyət  prosesidir.  Dilsiz  nitq 
yoxdur. İnsan öz dünyagörüşü və savad dərəcəsindən asılı olaraq dilə 
şüurlu münasibət göstərərək onun hazır modellərindən məqsədəuyğun 
istifadə  nəticəsində  öz  nitqini  qurur.  Deməli,  nitq  yalnız  dilin  ifadə 
imkanları əsasında meydana gəlir. 
Dilin və nitqin quruluşuna eyni meyarla yanaşmaq olmaz. Dilin 
quruluşu  onun  böyük  vahidi  cümlədə  öz  əksini  tapır,  həm  də  o, 
danışanın  ifadəsindən,  fərdi  zövqündən  tam  asılı  deyildir.  Nitqin 
quruluşu  isə  cümlədən  başlanır,  cümlələr  silsiləsini,  abzas-  lan, 
bütövlükdə fikrin tamamlanmasını bildirən mətni əhatə edir. Deməli, 
dil  sisteminin  ən  böyük  vahidi  nitq  sisteminin  ən  kiçik  vahidinə 
çevrilir.  Nitqin  quruluşu  danışanın  təhsil  səviyyəsi,  dünyagörüşü, 
fərdi zövqü və s. amillərlə bağlıdır. 
Nitqin  formalaşıb  kommunikativ  funksiya  daşımasında  bir  sıra 
fizioloji,  psixoloji  və  ictimai  amillər  iştirak  edir.  Dilin  nitqə 
çevrilməsi çox mürəkkəb bir proses olub insanın sosial həyatla, onun 
fiziologiyası  və  psixologiyası  ilə  əlaqədardır.  Bunlann  qarşılıqlı 
əlaqəsi əsasında nitq axını fəaliyyətə başlayır. Hiss üzvləri, xüsusən, 
eşitmə,  görmə  orqanları,  danışıq  üzvləri,  xüsusən  səs  aparatı  və 
şüurun  akkumulyatoru  rolunu  oynayan  baş-beyin  normal  inkişaf 
etməmişsə,  dinləyib  anlama,  danışma,  oxu  və  yazı  formalannda 
mütləq qüsurlar meydana çıxacaqdır. Əgər in 
22 


san hər hansı bir dildə danışıb yazırsa, əbyektiv və subyektiv tələbləri 
nəzərə alaraq ənun bu dildən istifadəetmə üsulu nitq fəaliyyətini təşkil 
edir.  "Nitq,  şəxsin  müəyyən  kəllektiv  üzvləri  ilə  qarşılıqlı  əlaqə 
saxlamaq  məqsədilə  dildən  istifadə  etmək  fəaliyyətidir.  Nitqin  əsas 
məqsədi  infərmasiya  (məlumat,  xəbər)  mübadiləsi  yaratmaqla 
infərmasiyanm ötürülməsi və qəbul edilməsidir. Lakin bununla yanaşı 
nitq  infərmasiyanm  qeydə  alınması  və  saxlanılması  məqsədinə  də 
xidmət edir" (M.Məhərrə- mov. Psixələgiya. Bakı, 1968, səh.110). 
Dil və nitq anlayışlan bir-biri ilə qarşılıqlı əlaqədə olub bir- birini 
tamamlasa  da,  ənlann  tətbiq  əlunma  sahələri  fərqlidir.  Dil 
mədəniyyəti anlayışı altında hər xalqın öz dilində fikirlərini ifadə edə 
bilməsi  nəzərdə  tutulur.  Hər  dilin  özünəməxsus  fonem-  lər  sistemi, 
zəngin lüğət tərkibi, sabit qrammatik quruluşu və yazı sistemi vardır. 
Dil  dəyişən,  inkişaf  edən  ictimai  hadisədir,  dil  mədəniyyəti  də  əna 
uyğundur, dəyişkəndir. Elm və texnikanın inkişafı ilə əlaqəli dil yeni 
yaranan  söz  və  terminlər  hesabına  zənginləşir.  Dil  ictimai  həyatda 
qazanılmış  bilik  və  məlumatların  söz  və  cümlələrlə  ifadəsi,  fikir 
mübadiləsinin ən ümdə vasitəsidir. Dilin bu xüsusiyyətini XVI əsrdə 
yaşamış  italyan  yazıçısı  Makiavelli  -  "Dil  insana  öz  fikirlərini  açıq 
bildirmək  üçün  yox,  gizlətmək  üçün  verilmişdir"  -  ifadə  edirdi, 
məşhur natiq Ta- leyran da elə o formada - "Dil fikri açmaq üçün yox, 
fikri gizlətmək üçündür" - deyirdi. İmam Həzrət Əli söyləyib: "İnsan 
öz dilinin altında gizlənibdir, danışmaymca onun ağıllı və ya ağılsız 
olması bilinmir". Xalqımız haqlı olaraq deyir: "Dil insanın özüdür". 
Dil  öz  daxili  qanunları  ilə  tənzimlənir,  yeni  milli  sintaktik 
konstruksiyalar  yaranır,  köhnə  ünsürlər,  elementlər,  formalar  dilin 
passiv  fonduna  keçir,  ya  da  dildən  çıxır.  Obyektiv  aləmdə, 
cəmiyyətdə baş verən dəyişikliklər dilə təsir göstərir. Dilin vəzifəsi 
yalnız  fikir  mübadiləsi  aparmaq,  informasiyanı  ötürmək  və  qəbul 
etmək, ünsiyyət vasitəsi olmaqla bitmir. Dil olmasa idi, bəşəriyyətin 
mənəvi ruhu sayılan yazılı və şifahi ədəbiyyat xə 
23 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə