Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə6/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   2   3   4   5   6   7   8   9   ...   70

illərində  Azərbaycan  Respublikası  Elmlər  Akademiyasının  Dilçilik 
İnstitutu  nəzdində  nitq  mədəniyyəti  şöbəsi  fəaliyyətə  başlamış,  nitq 
mədəniyyəti məsələlərinə həsr edilmiş kitablar (Abdullayev A.S. Nitq 
mədəniyyəti  və  natiqlik  sənəti.  Bakı,  "Maarif'  nəşriyyatı,  1981; 
Yusifov  M.  Nitq  mədəniyyətinin  əsaslan.  Bakı,  1998;  Həsənov  H. 
Nitq  mədəniyyəti  və  üslubiy-  yatın  əsasları.  Bakı,  1999;  Əliyev 
K.Nitq  mədəniyyəti  və  üslu-  biyyatm  əsasları.  Bakı,  2001; 
Abdullayev  N.,  Məmmədov  Z.  Nitq  mədəniyyətinin  əsasları.  Bakı, 
2008; Babayev A. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı, 2009.) 
nəşr  olunmuş,  80-ci  illərdən  isə  bəzi  ali  məktəblərdə  tədris  planına 
daxil edilmişdir. 
Nitq  mədəniyyəti  adı  altında  düzgün  və  aydın  danışıb-yazmaq 
sənəti, nitqdə müxtəlif dil vasitələrindən məqamında, eyni zamanda 
məqsədəuyğun şəkildə istifadə olunması, nitqin aydınlığı, təmizliyi, 
münasibliyi, imkan daxilində ifadəliliyi, sözlərin ədəbi dilin orfoepiya 
qaydalarına uyğunluğu nəzərdə tutulur. Deməli, dilin lüğət tərkibinə 
dərindən  bələd  olmaqla  onun  fonetik  və  leksik  sisteminə,  eləcə  də 
qrammatik  quruluşuna  aid  olan  müəyyənləşmiş  normalara 
yiyələnmək  və  gündəlik  ünsiyyətdə  ondan  faydalanmaq  nitq 
mədəniyyətidir. 
Qrammatik  və  məntiqi  cəhətdən  düzgün  qurulmuş  cümlələrdə 
ədəbi  dilin  orfoqraflya  və  orfoepiya  normalannm  praktik  şəkildə 
tətbiq olunması, vurğu və intonasiyanın gözlənilməsi bacarığı nitqin 
normativliyini  şərtləndirir.  Dilçilər  nitq  mədəniyyəti  fənninin 
məqsədini  ədəbi dil normalannm danışıq dilinə tətbiq olunmaqdan, 
ədəbi  dil  normalan  haqqında  sistemli  bilik  verməkdən,  nitq 
üslublannm  işlədilmə  səviyyəsini  gözləməkdən,  mədəni  nitqin 
məziyyətlərini mənimsəməkdən, yazılı və şifahi nitqə aid normalann 
bir-birinə  təsirini  öyrənməkdən  ibarət  hesab  edirlər.  Nitq 
mədəniyyətinə verilən tələblər isə aşağıdakı şəkildə sadalanır: 1) Dil 
vahidləri ifadə olunan fikrin məzmununa uyğun seçilməli, fikrin dəqiq 
ifadəsinə  xidmət  göstərməlidir;  2)  Fikrin  daxili  məntiqi  əlaqəsini, 
onun  komponentləri  cümlə  və  abzaslar  arasındakı  ardıcıllığı  təmin 
etməli- 
IS 


dir;  3)  Natiq  auditoriyanın  səviyyəsini,  marağını,  hadisələrə 
münasibətini  nəzərə  almalı,  faktların  anlaşıqlı,  inandırıcı  əlma-  sma 
xüsusi  diqqət  verməlidir;  4)  Nitqin  həyat  hadisələrini  yanlış  əks 
etdirməsinə, faktların təhrif olunmasına, rəqəmlərin şişirdilməsinə yol 
verməməlidir; 
5) 
Nitqin 
eməsiənallığı, 
ekspressivliyi 
unudulmamalıdır (18, səh. 14) 
Nitq  mədəniyyətini  mədəni  nitq  və  dil  mədəniyyəti 
anlayışlarından  fərqləndirmək  lazımdır.  Dildən  nitqdə,  ünsiyyətdə 
istifadə  olunur.  Nitq  mədəniyyətində  dil  və  nitq  münasibətləri 
bacarıqla  həyata  keçirilir.  Nitq  mədəniyyətinin  inkişafı  və  fər- 
malaşması  ədəbi  dilin  düzgünlüyü  və  üslub  aydınlığı  ilə  əlaqəlidir. 
Nitq  mədəniyyəti  ədəbi  dil  normalarının  toplusu  olub,  onların 
qanunauyğunluğu,  formalaşması  və  onlara  yiyələnmək  haqqında 
elmdir. 
Nitq mədəniyyəti xalqın mədəni səviyyəsi ilə ölçülür. Məlumdur 
ki, mədəni səviyyə xalqın bütün təbəqələrinin öz ana dilini bilməsi, 
ona  qayğı  göstərməsi,  onu  sevməsi  ilə  bağlıdır.  Azərbaycan  xalqı 
uzun əsrlər bəyu böyük yadelli xalqlann himayəsi altında olmuşdur. 
Azərbaycan dili XVI əsrin əvvəllərində (1501-ci ildən) Sə- fəvilər 
hakimiyyəti  zamanı  Şah  İsmayıl  Xətainin  25  illik  şahlığı  dövrünü, 
1918-ci  ildə  Azərbaycan  Xalq  Cümhuriyyətinin  23  aylıq  tarixini 
nəzərə almasaq dövlət səviyyəsinə yaxınlaşsa da xalqımız ərəb, fars 
və rus hökmranlığı altında yaşadığına görə tam dövlət dili əlmamışdır. 
Dilimiz  ədəbi  bədii,  ailə-məişət  və  danışıq  üslubları  səviyyəsindən 
yuxan qalxa bilməmiş, öz arzu və istəklərini, qəlb dünyasından tutmuş 
adi  məişət  qayğılarına  qədər  bu  dildə  ifadə  etsə  də,  elmi  üslubda, 
"Əkinçi"  qəzetinin  nəşrə  başlamasına  və  milli  teatnn  meydana 
gəlməsinə qədər publisistik, rəsmi-kargüzarhq və natiqlik üslublannda 
öz sözünü deyə bilmirdi. Milli teatrın, çəxsayh və çəxtirajlı qəzet və 
jumallann  nəşri,  1905-ci  il  rus  inqilabi,  Bakının  elm,  incəsənət  və 
sənaye  mərkəzinə  çevrilməsi  hesabına  milli  dilimiz  sürətlə  inkişaf 
etməyə, 1905-ci ildən ərta məktəblərdə müstəqil fənn 
19 


kimi  tədris  olunmağa  başlamış,  1920-ci  ildən  isə  dövlət  dili  elan 
edilmişdi.  Azərbaycanın  1937-ci  il  Konstitusiyasında  da  dövlət  dili 
haqqında  maddə  nəzərdə  tutulmuş,  lakin  təsbit  olunması  “yaddan 
çıxmışdı”.  Yalnız  1956-cı  ildə  Azərbaycan  Ali  Sovetinin  qərarı  ilə 
1937-ci  il  Konstitusiyasına  Azərbaycan  dilinin  dövlət  dili  olması 
barədə maddə yazıldı. 1978-ci ildə qəbul olunmuş Konstitusiyada da 
bu maddə öz əksini tapdı. Lakin konstitusiya aktlarında Azərbaycan 
dilinin  dövlət  dili  hüququ  qeyd  edilməsinə  baxmayaraq  onun  bu 
hüququ tam mənası ilə təmin olunmurdu. Mətbuatda, radio-televiziya 
verilişlərində, təlim-tədrisdə bu dilə geniş yer ayrılsa da, Moskvaya, 
Sovet  dövləti  və  Kommunist  partiyası  rəhbərliyinə  xoş  gəlsin  deyə 
respublikamızda  rəsmi  dairələrdə,  təşkilatlarda,  dövlət  idarələrində 
ana  dilimiz  işlədilmirdi,  yazışmalar,  rəsmi-kargüzarhq  sənədləri  bu 
dildə  aparılmırdı,  ona  sayğısızhq  vardı.  Sovet  hakimiyyəti  illərində 
partiya  və  dövlət  məclislərində,  iclaslarda,  qurultay,  plenum, 
konfrans,  simpozium  və  sessiyalarda  rəsmi  sənədlər,  mühazirə, 
məruzə  və  çıxışlar  rus  dilində  aparılırdı.  VII-XVIII  əsrlər  arasında 
yazılmış elmi əsərlər ərəb-fars dillərində idi, bu dillər eyni zamanda 
dövlət və tədris dili idi. XIX- XX əsrlərdə isə bu missiyanı artıq rus 
dili oynayırdı. 1920- 1991-ci illərdə rus dilinin SSRİ-də rəsmi dil kimi 
qəbul  edilməsi  nəticəsində  rus  dili  aparıcı dil,  milli dillər  isə ikinci 
dərəcəli  dil  kimi  fəaliyyət  göstərirdi.  Deməli,  Azərbaycanda  da 
Azərbaycan  dili  məişət  dili  kimi  işlədilirdi.  Çox  şükürlər  olsun  ki, 
respublikamız müstəqillik qazanandan, 1995-ci il noyabrın 12- də isə 
xalqımız  referendum  yolu  ilə  Azərbaycan  Respublikasının 
Konstitusiyasını qəbul edəndən sonra Azərbaycan dili, sözün həqiqi 
mənasında rəsmi dövlət dili oldu. Burada yazılmışdır: "Azərbaycan 
Respublikasının 
dövlət 
dili 
Azərbaycan 
Respublikası 
Konstitusiyasının  21-ci  maddəsinin  I  hissəsinə  müvafiq  olaraq 
Azərbaycan  dilidir.  Dövlət  dilini  bilmək  hər  bir  Azərbaycan 
Respublikası vətəndaşının borcudur". İndi Azərbaycan dili dövlət dili 
kimi ölkəmizin siyasi, ictimai, iqtisadi. 
20 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə