Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə5/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   2   3   4   5   6   7   8   9   ...   70

Klassik  Azərbaycan  şairlərindən  Nizami  Gəncəvi,  İmadəddin 
Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli söz, kəlam haqqında 
qiymətli  fikirlər  söyləmiş,  natiqlik  sənətinin  bir  sıra  məsələlərinə 
münasibət bildirmişlər: 
İ.Nəsimi məharətli natiq kimi hürufilik fəriqəfi ideyasını fəb- liğ 
etmək  məqsədilə  müxtəlif  ölkələrdə  kütlələr  qarşısında  etdiyi 
çıxışlarında  natiqlik  məharəti,  nitq  kamilliyi,  nitqin  təsir  qüvvəsi, 
nitqdə forma və məzmun vəhdətinin gözlənilməsi haqqında fikir və 
mülahizələr söyləmiş, söz sənətinə yüksək qiyməf vermişdir: 
Sən bu Nəsiminin dilini anla, bil sözün. 
Kim var bu dildən özgə bizim bir lisanımız. 
xıx əsrin ikinci yarısında və XX əsrin əvvəllərində yaşamış şair, 
rəssam, 
musiqişünas, 
xəttat, 
nəqqaş, 
maarifçi-pedaqoq 
M.M.Nəvvabın  danışıq  mədəniyyəti  haqqında  bir  sıra  maraqlı 
fikirləri,  nəsihəfləri  vardır.  O,  "Nəsihətnamə"  əsərində  (beş  yüz 
nəsihət)  yazmışdır:  "Bacardıqca  qısa  və  mənalı  danış,  əks  halda, 
danışmasan  yaxşıdır;  sözü  deyən  vaxt  fikrini  düzgün  ifadə  et; 
bişirilməmiş  söz  danışma;  Danışarkən  özündən  çıxma;  sözü  çox 
uzadıb  təkrar  etmə  ki,  avamlığa  dəlalət  edər;  Səndən  bir  söz 
soruşmasalar demə; O adam ki, sənin nəsihətini eşitmir, nəsihət etmə; 
Məclisdə  öz  qədərindən  artıq  danışma,  yoldaşlara  da  fürsət  ver; 
Məclis əhli xahiş etsə, danışa bilərsən" 
Sual və tapşırıqlar 
1.
 
Yunan natiqlik sənətinin baniləri kimlərdir? 
2.
 
Aristotelin  hansı  əsərləri  vardır  və  bu  əsərlərdə  o,  hansı 
məsələlərin həllini verməyə çalışmışdır? 
3.
 
Roma natiqlik sənətinin nümayəndələri kimlərdir? 
4.
 
Siseronun  nitq  mədəniyyəti  məsələləri  ilə  bağlı  fikirlərindən 
misal göstərin. 
5.
 
Savadlı  yazmaq  şifahi,  yoxsa  yazılı  nitq  mədəniyyəti  üə 
bağlıdır? 
İS 


6.
 
Şərq natiqlik sənəti və Məhəmməd Peyğəmbər 
7.
 
Nəsrəddin Tusinin əxlaqa və natiqlik sənətinə aid əsərinin adı 
nədir? Bu əsərdəki nəsihətlərdən ən çox yadınızda qalanlarını deyin 
və fikrinizi bildirin. 
Çalışma  5.  Mətni  oxuyun,  yunan  və  Roma  natiqlik  sənəti 
banilərinin  idmana  olan  münasibətini  fiziki  mədəniyyətlə 
əlaqələndirin: 
Bizim  eradan  əvvəl  776-cı  ildə  Qədim  Yunanıstanda  idman 
yarışları  -  Olimpiya  oyunlan  keçirilməyə  başlamışdır.  Yunanlar 
arasında böyük marağa səbəb olmuş bu yanşlar dörd ildən bir, qədim 
yunanlann "Olimpiya tanrısı" adlandırdıqlan Zevsin şəninə keçirilirdi. 
Yunanıstan və Romanın böyük mütəfəkkirlərindən olan Sok- rat. 
Platon  (Əflatun),  Demosfer,  Siseron  qocalana  qədər  gimnastika  ilə 
məşğul  olmuşlar.  Bu,  onlara  uzun  müddət  məhsuldar  fəaliyyət 
göstəməyə köməklik göstərirdi. Böyük riyaziyyatçı Pifaqor idmanla 
məşğul olaraq güclü atletə çevrilmişdi və Olimpiya oyunlannda iştirak 
edərək  onun  qalibi  olmuşdu,  buna  görə  ona  sağlığında  heykəl 
ucaltmışdılar. Müdrik Sokrat idmanla bədənini möhkəmlədərək, qışda 
qarda  ayaqyalın  gəzirdi.  Onun  bir  kəlamı  indi  də  işlədilir:  "Sağlam 
yoxsul xəstə padşahdan xoşbəxtdir" 
Olimpiya  oyunlarının  qalibləri  zeytun  (dəfiıə)  ağacından 
düzəldilmiş  tacla  təltif  edilir,  onların  şərəfinə  dövlətinin  bayrağı 
qaldırılır və dövlət himni səsləndirilirdi. 
İdman  millətin  sağlamlığıdır,  sağlamlıq  isə  insana  verilən  ən 
böyük nemətdir. Millətimizin güclü, sağlam və məğlubedilməz olması 
üçün gənclərimizin fiziki cəhətdən hazırlıqlı olması çox vacibdir. 
Çalışma  6.  Tərcümeyi-halınızı  öz  dialektinizə  (şivənizə)  uyğun 
yazın, ədəbi dillə dialektiniz arasındakı konkret fərqləri göstərin. 
Çalışma  7.  Ədəbi  dilimizdə  işlənməyən,  lakin  dialektiniz 
(şivəniz) üçün xarakterik olan bir neçə söz yazın, sonra onların fo- 
16 


netik, yaxud leksik cəhətdən fərqli əlduğunu ədəbi dildəki qarşılığı ilə 
müəyyənləşdirin. 
Çalışma  8.  Bir  tələbənin  müəyyən  səbəblə  əlaqədar 
Akademiyadan  xaric  olunması  haqqında  rektorun  adından  əmr 
hazırlayın. Əmrin yazılma formasını qısaca qeyd edin. 
Dil. NİTQ 
va 
NİTQ MaDƏNİYYaTİ
 
Dilimizin  fonetik,  leksik  və  qrammatik  qaydalannm  dərindən 
öyrənilməsi  onlann  yazılı  və  şifahi  nitqə  düzgün  tətbiq  edilməsini 
zəruriləşdirir. Lakin savadlı nitq mədəniyyətinə yiyələnmək üçün ilk 
növbədə dilin lüğət tərkibinə dərindən bələdlik əsas şərtdir. Uşaqlıq 
illərini xatırlayın. Az söz ehtiyatına malik üç yaşlı uşaq 2-3 sözdən 
ibarət cümlələr qura bilir. 4-5  yaşda o, müxtəsər və sadə cümlələrə 
üstünlük  verir.  Məktəb  illəri  uşağın  söz  ehtiyatını  ildən-ilə  artırdığı 
kimi,  onun  cümlə  tiplərinin  sayını  artırır,  mürəkkəb  cümlələrin  və 
cümlə  konstruksiyalannm  rəngarəngliyini  də  təkmilləşdirir. 
Dünyagörüşü  geniş,  söz  ehtiyatı  zəngin,  sözlərin  leksik  və  məcazi 
mənalarını  nitqdə  düzgün  əlaqələndirməyi  bacaran  və  dilimizin 
qrammatik  quruluşuna  bələd  olan,  ədəbiyyat  əsas  olmaqla  digər 
fənlərdən  də  fəal  yararlanan,  ilk  növbədə,  müəllimlər  olmaqla 
böyüklərin  danışığını,  radio-televiziya  verilişlərini  diqqətlə 
izləyənlərin danışığı mən- tiqliyi, düzgünlüyü və rəvanhğı ilə, sərbəst 
ifadə  olunması  ilə  diqqəti  cəlb  edir.  Deməli,  nitqin  dəqiqliyi  və 
anlaşıqhğı,  fikrin  ardıcıllığı  və  məntiqliyi,  sözlərin  yerli-yerində 
işlədilməsi bir daha göstərir ki, nitq dilin əməli fəaliyyət formasıdır. 
Azərbaycanın  şair  və  mütəfəkkirləri  nitqin  gözəlliyi,  təmizliyi, 
təsirliliyi və s. kimi cəhətlərindən min ildən bəri bəhs etsələr də, nitq 
mədəniyyəti  dilçilik  fənni  kimi  respublikamızda  XX  əsrin 
əvvəllərindən formalaşmağa başlamışdır. Keçən əsrin 70-cı 
17 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə