Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə67/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   62   63   64   65   66   67   68   69   70

Allah qoysa, hər şey yaxşı olajax. 
Ana,  mənnən  niyaran  qalmayın.  Özümü  lap  yaxçı  his  edirəm. 
Hammızı öpürəm. 
Hörmətnən: Sənin əskər oğlun Mehti. 
18 may 2010-cu il 
DƏVƏTNAMƏ 
"Dəvətnamə" ərəbcə "dəvət" (çağırmaq, təklif etmək) və farsca 
"namə" (məktub, kağız) sözlərinin birləşməsindən əmələ gəlmişdir, 
çağırış  mənasındadır. Dəvətnamə, adətən, təntənəli məclislərə, elmi 
konfranslara,  yubileyə,  ad  gününə,  toylara  və  s.  yerlərə  çağırış 
məqsədilə yazılır. 
Nümunə: 
Hörmətli K. B. Ramazanov 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Sizi 
xalq şairi Rəsul Rzanın anadan olmasının 100 illiyinə həsr olunmuş 
tədbirə dəvət edir. 
Yubiley  tədbirində  şairin  oğlu,  Azərbaycan  Yazıçılar  Birliyinin 
sədri, xalq yazıçısı Anar, Azərbaycan Milli Elmlər Akademiyasının 
müxbir  üzvü,  professor  Nizami  Cəfərov,  tanınmış  şair  və  incəsənət 
xadimləri  iştirak  edəcəkdir.  Yubiley  tədbiri  2010-  cu  il  may  ayının 
26-da  saat  12""-da  Azərb  DBTİA-nm  akt  zalında  (I  mərtəbə) 
keçiriləcəkdir. 
Ünvan: Fətəli xan Xoyski küçəsi, 98 
Əlaqə telefonu: 564-89-73 
Təşkilat komitəsi. 
ZZZ 


Sual və tapşırıqlar 
1.
 
Ailə-məişət üslubu nədir? 
2.
 
Məişət üslubunda bütün dil vahidlərindən istifadə olunurmu? 
3.
 
Məişət üslubunda obrazlığa, ifadəliyə yol verilirmi? 
4.
 
Epistolyar üslub nədir? 
5.
 
Məktublann hansı növləri vardır? Tələbələr onlardan hansını 
özlərinə münasib hesab edirlər? 
6.
 
Korrespondent və adresat nə deməkdir, hansı üsluba aiddir və 
hansı əməli yazıda əks olunur? 
7.
 
Nitqin intonasiyası dedikdə nələr başa düşülür? 
8.
 
Nitqin zənginliyi hansı üslublar üçün səciyyəvidir? 
9.
 
İntonasiyanın ünsürlərini deyin və onları izah edin. 
10.
 
Bədii nitqdə hansı cəhətlər üstünlük təşkil edir? Bədii nitqin 
dəqiqliyi hansı şərtlərlə əlaqədardır? 
Çalışma  119.  Müəllimlərinizdən  birinin  bir  kitabına  (dərsliyə) 
rəy yazın. Rəyə verilən tələbləri göstərin. 
Çalışma 120. Şeirdə nitq istisnalarını (normativ olmayan halları) 
göstərin.  Şeirin  hansı  üslubda  yazıldığını  söyləməklə  bədii  oxu 
intonasiyasına diqqət edin: 
Başına döndüyüm, ay gözəl Pəri
Adətdi, dərərlər yaz, bənövşəni. 
Ağ, nazik əlinlə dər, dəstə bağla. 
Tər buxaq altında düz, bənövşəni! 
Tanrı səni xoş camala yetirmiş. 
Səni görən aşiq ağlın itirmiş, 
Mələklərmi dərmiş, göydən gətirmiş? Heyif ki, 
dəriblər az bənövşəni. 
Başına döndüyüm, bağa gəl, bağa O 
gözəl hüsnündən bağa nur yağa. 
Dəstə-dəstə dərib taxar buxağa. 
Bənövşə qız iylər, qız bənövşəni. 



Səhər olçaq şeyda bülbül oxuşdu
Hökm olundu, Süleymanlar yerişdi, 
Sərt qış gəldi, gülün vaxtı sovuşdu. 
Daha iyləmirik biz bənövşəni. 
Qurbani der: "Könlüm bundan sayrıdı. 
Nə etmişəm yarım məndən ayrıdı?! 
Ayrılıqmı çəkib boynu əyridi. 
Heç yerdə görmədim düz bənövşəni!" (Aşıq Qurbani) 
DANIŞIQ ETİKASI VƏ NİTQ ETİKETLƏRİ 
Nitq mədəniyyətinin əsas müddəalarından biri danışıq etikası ilə 
bağlıdır.  Etika  insanların  bir-birinə,  cəmiyyətin  insanlara 
münasibətini  tənzimləyən  mədəni,  nəzakətli  danışığı  və  əxlaq 
normalarını özündə ehtiva edir. 
Etikaya  görə  əxlaq  cəmiyyətdə,  insanlar  arasında  qarşılıqlı 
münasibətləri  nizamlayır.  Etika  mövcüd  adət-ənənələrə  tənqidi 
yanaşmaqla  insanlara  cəmiyyətdə  ictimai  rəyə  əsaslanıb  əxlaq 
normalarını könüllü yerinə yetirməyi aşılayır. Etik normalar əx- laqi 
keyfiyyətlərin  toplusudur. Xalqımızın  görkəmli  şəxsiyyətləri,  yazıçı 
və  mütəfəkkirləri  insanın  təhsili,  tərbiyəsi,  mənəvi-  əxlaqi 
keyfiyyətləri haqqında qiymətli fikirlər söyləmişlər. 
N.  Tusi  yazırdı:  "Böyüklər  damşərkən  kinayə  işlətməməli,., 
nalayiq  sözlər  işlətməməli,  dilini  söyüşə  öyrətməməli,  zərurət 
üzündən  ayıb  kəlməyə  ehtiyac  yarananda  onu  obrazlı,  məcazi 
ifadələrlə anlatmalı, şux və zərif ifadələrdən qaçmamalı, hər məclisdə 
münasib danışmağı bacarmalıdır" (14 səh. 182) 
Söz  təkcə  adlandırma  və  ünsiyyət  funksiyasım  deyil,  həm  də 
müraciət funksiyasım yerinə yetirir. Müraciət formalanndan düzgün 
və yerində istifadə nitq mədəniyyəti baxımından mühüm əhəmiyyət 
daşıyır. Əvvəllər, XVIII və XIX əsrin birinci rübün- 
224 


də  Azərbaycanda  xanlıqlar  zamanı  xan,  xanım,  bəy,  bəyim,  ağa 
sözləri  müraciət  formaları  kimi  çox  işlək  olmuşdur.  Məşədi,  hacı, 
kərbəlayi, seyid, şeyx, axund, molla sözləri dini müraciət formasım 
təşkil etmişdir və indi də qalmaqdadır. Xalqımızın milli ənənələrinə, 
təfəkkür  tərzinə,  etik  görüşlərinə  uyğun  olaraq  son  70  ildə  yoldaş, 
müəllim,  bəy  sözləri,  indi  isə  cənab  sözü  rəsmi  və  qeyri-rəsmi 
müraciət formalan kimi istifadədədir. 
İnsanlar arasında ictimai əlaqələrə, qocalara və uşaqlara, qızlara 
və  qadınlara,  yaşça  və  vəzifəcə  böyüklərə  münasibət  məsələsi 
danışıqda  gözlənilən  amillərdəndir.  İnsanlara  edilən  müraciət 
formalanmn müxtəlifliyi əksər hallarda bu baxımdan qiymətləndirilir. 
Məsələn, qohumluq münasibəti bildirən sözlərə baxmaq yerinə düşər; 
atacan,  anacan,  anam-bacım,  atam  balası,  gəlinbacı,  dayıcan, 
əmican, qaqaş və s. Bu sözlərlə, əsasən, ən yaxın adamlara müraciət 
olunur. Amma bu, həmişə belə olmur. "Əmican", "dayıcan"  deyə 
müraciət  olunan  şəxs  sözü  deyənin  doğrudan-doğruya  əmisi  və  ya 
dayısı  olmaya  da  bilər.  Xoş  qılıq  anlamında  "can"  sözü  müraciəti 
doğmalaşdım. Doğmalıq bildirən müraciət formaları adlara da əlavə 
kimi işlədilir: Səfər əmi. Nadir dayı. Zərifə xala və s. 
Azərbaycanda  geniş  şəkildə  işlədilən  müraciət  forması  keçən 
əsrin  iyirminci-doxsanıncı  illərində  "müəllim"  sözü  olmuşdur. 
Hazırda bu sözü adlarla birlikdə təkcə təlim-tərbiyə işləri ilə məşğul 
olanlara  deyil,  həm  də  rəsmiyyət  və  hörmət  naminə  başqa  sənət 
adamlarına da (müəssisə, təşkilat, idarə rəhbərliyinə) şamil edirlər. 
Müraciət olunanda "müəllim" sözü şəxsin adı ilə birlikdə işlədilir; 
Ramiz müəllim, Müslüm müəllim. Rövnəq müəllim. Nailə müəllimə 
və s. Hazırda məsul vəzifəli şəxslərə yaxın adamlarından fərqli olaraq 
geniş  ictimaiyyət  "cənab"  sözünü  həmin  şəxsin  soyadı  ilə  birlikdə 
işlədir.  Cənab  Abdullayev,  cənab  Məmmədov,  cənab  səfir,  cənab 
hakim, cənab nazir, cənab Misir müəllim, möhtərəm Şeyx həzrətləri 
və  s.  rəsmi  məqamlarda  geniş  işləklik  qazanmışdır.  Təkcə  ölkə 
prezidentinə deyi 
2Zİ 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə