Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə62/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   58   59   60   61   62   63   64   65   ...   70

Eşidildi: 
1.
 
Müzakirə  olunan  birinci  məsələ  haqqında  təşkilat  sədrinin 
müavini  E.  Şükürov  məruzə  etdi  (məruzənin  mətni  protokola  əlavə 
olunur). 
2.
 
İkinci  məsələ  haqqında  Akademiyanın  idman  işləri  üzrə 
prorektoru D.Q.Quliyev məlumat verdi. 
Çıxışlar 
Təkmübarizlik fakültəsinin dekan müavini Q. M.Cəfərov, "İdman 
oyunları"  fakültəsinin  dekan  müavini  A.M.İbrahimli,  tələbələrdən 
Əliyev E. (qrup OA 8-02), Həşimov M. (qrup OA 9- 10), Süleymanov 
Ç. (qrup TA 9-4) çıxış edərək müzakirə olunan məsələyə münasibət 
bildirdilər. 
Qərar: 
1.
 
Birinci  məsələ  haqqında  məruzə  edənlər  və  çıxışçıların 
göstərdikləri  qeydlər  nəzərə  alınsın.  Qərann  icrasına  nəzarət 
Akademiyanın Tələbə-Gənclər Təşkilatının sədrinə həvalə edilsin. 
2.
 
Ali  məktəblər  arasında  keçiriləcək  Spartakiadaya  hazırlıqla 
bağlı ayrı-ayn idman növləri üzrə işləri gücləndirmək aidiy- yatı olan 
kafedra  müdirlərinin  nəzərinə  çatdmlsın.  Növbəti  iclasda  görülmüş 
işlər haqqında Akademiyanın idman işləri üzrə prorektorunun geniş 
məruzəsi dinlənilsin. 
Sədr: (imza) G. Qarayev 
Katib: (imza) F. Həsənova 
201 


21. RAPORT 
"Raport"  fransız  sözü  olub  bir  şəxsin  vəzifəcə  böyük  şəxsə 
verdiyi şifahi və ya yazılı məlumat mənasındadır. 
Nümunə: 
"İdman əyunlan" fakültəsinin dekanı 
professər E. N. Qədəşəva 
II
 
kurs OA 9-IO-cu qrupun 
nümayəndəsi Müzəffər Şükürəvun 
Raportu 
Sizin  tapşırığınıza  əsasən  Akademiya  binasının  cənub  səhəsi  - 
keçmiş  yataqxanaya  tərəf  ərazi  qrupumuzun  tələbələri  tərəfindən 
təmizlənib  qaydaya  salınmışdır.  Tələbələrdən  Ələkbərov  Habil  və 
Əzimov  Möhsün  stadionda  işləyən  8-ci  qrupa  kömək  etməyə 
göndərilmişdir. 
İmza:Müzəffər Şükürov 
25 aprel 2010-cu il 
22. REFERAT 
"Referat"  latın  sözü  əlub  "məruzə  etmək",  "məlumat 
vermək"  mənasındadır.  Referat  elmi  və  ya  bədii  əsərin,  hər  hansı 
kitabın məzmunu, xülasəsi, məxəzin icmalına həsr olunmuş yığcam 
məruzə mənasında da işlədilir. 
Referat incəsənət, elm, texnika və təsərrüfatın, məktəb həyatının 
ən aktual problemləri ilə əlaqədar məsələləri işıqlandırır. 
20Z 


Referatın yazılma forması belədir: 
1.
 
Vərəqin ortasında böyük hərflə "Referat" sözü yazılır; 
2.
 
tki  sətirdən  sonra  abzasdan  "Mövzu"  sözü  və  mövzunun  adı 
qeyd edilir; 
3.
 
Abzasdan "Referat müəllifi" sözü və müəllifin adı, atasının adı 
və soyadı yazılır; 
4.
 
Abzasdan referatın planı verilir, sonra məzmunu şərh olunur
5.
 
Yazının  sonunda  referat  müəllifi  imzasının  qoyur,  imzanın 
altından tarix göstərilir. 
Nümunə: 
Referat 
Mövzu:  "Ağırlıqqaldırma  idmanında  yeniyetmələrin  məşq 
metodikası" 
Referat müəllifi: İntiqam Zahirov 
Son illər ağırlıqqaldırma idmanında yüksək nəticə göstərən gənc 
idmançıların mübarizəsi daha gərgin keçir. 
Azərbaycanın  gənc  ağırlıq  qaldıranları  ildən-ilə  nəticələrini 
yaxşılaşdırmaqla  müxtəlif  miqyaslı  yanşlarda  uğurla  çıxış  edirlər. 
Lakin  bunlara  baxmayaraq  yeni  başlayan  gənc  idmançılann  nəzəri 
biliklərə  lazımınca  yiyələnə  bilməmələrinin  səbəbi  məşq 
metodikasına  aid  dərslik  və  dərs  vəsaitlərinin  az  yazılmasıdır. 
"Ağırlıqqaldırma  və  boks"  kafedrasının  dosenti  Qubad  Əli  oğlu 
Cəbrayılovun  "Ağırlıqqaldırma  idmanında  yeniyetmələrin  məşq 
metodikası" dərs vəsaiti həmin boşluğu doldurmaq və müasir şəraitə 
uyğun məşq prosesinin təşkil olunmasına köməklik göstərməkdir. 
Dərs  vəsaiti  dörd  fəsildən  ibarətdir.  Hər  fəsildə  məşq  yükünün 
təşkilindən,  saatlann  bölüşdürülməsindən,  müxtəlif  yaş  qruplannda 
apanlan  planlaşdırmadan,  məşq  yükünün  tədricən  artmlmasmdan 
geniş və ətraflı danışılmışdır. 
.203 


Vəsaitdə  müəllif  ixtisasçı  tələbələrin  tədris  proqramında  olan 
mövzulann  planlı  və  saatlar  üzrə  bölgüsünü  nümunələr  əsasında 
işıqlandım. 
Dərs  vəsaitinin  nəşri  gənc  idmançılara,  bu  sahədə  fəaliyyət 
göstərən mütəxəssislərə, eləcə də Azərb. DBTİA-nm ağırlıqqaldırma 
idmanı ilə məşğul olan tələbələrinə vaxtında verilmiş faydalı töhfədir. 
İmza:İntiqam Zahirov 
27 fevral 2010-cu il 
23. REQLAMENT 
"Reqlament" fransız sözü olub (reqlement) müşavirənin, iclasın, 
toplantının, konfransın və s. apaniması qaydası haqqında qabaqcadan 
müəyyən  edilmiş  və  açılış  anında  qəbul  edilən  nizamnamə 
mənasındadır. 
Nümunə: 
20 may 2010-cu ildə TA 9-05-ci qrupda keçirilən iclasın 
Reqlamenti 
Birinci  məsələ:  Qrup  nümayəndəsi  Gülhüseyn  Dadaşovun 
"Tələbələrin yay imtahan sessiyasına hazırlığı haqqında" məruzəsi  - 
10 dəqiqə: 
Cari məsələlər: 
1.
 
Tələbələrin  dərsə  davamiyyəti  və  yığma  komanda  üzvlərinin 
dərslərə münasibəti (qrupun həmkarlar təşkilatının nümayəndəsi) - 5 
dəqiqə; 
2.
 
İmtahan  fənləri  üzrə  sərbəst  mövzu  və  son  kollokvium 
ballarının müzakirəsi (dekan müavini Q.M.Cəfərovun məlumatı) - 5 
dəqiqə; 
3.
 
Çıxışlar 1-2 dəqiqə; 
204 


24. RƏY 
"Rəy" ərəb sözü olub bir şey - əsər, tamaşa, konsert, kino- fllm və 
s. haqqında fikir, mülahizə söyləməkdir. 
Rəyin yazılmasına verilən tələblər: 
1.
 
Rəyin başlığında onun nəyə və ya kimə verilməsi göstərilir
2.
 
Başlıq hissənin altında ortada böyük hərflə "Rəy" sözü yazılır; 
3.
 
Yeni  səfirdən  rəyin  ümumi  məzmunu  şərh  olunur.  Haqqında 
rəy yazılan şey, hadisə, fakf fəhlil olunur, onun müsbət və çatışmayan 
cəhətləri göstərilir; 
4.
 
Rəyin  müəllifi  müəyyən  nəticəyə  gələrək  öz  təklif  və 
tövsiyələrini bildirir; 
5.
 
Rəy tamamlandıqdan sonra rəyçi imzasını qoyur, ardınca adını 
və soyadını, titulunu qeyd edir
6.
 
Rəyçi imzasının altından ayın tarixini bütöv şəkildə yazır. 
Nümunə: 
Azərb.  DBTİA-nın  "İdman  oyunlan" 
fakültəsinin  magistrantı  Hüseynov  Hüseyn 
Əli-  hüseyn  oğlunun  "Gənc  futbolçularda 
maksimal  aerob  dözümlülüyün  tədqiqi" 
mövzusunda 
yazdığı 
magistr 
dissertasiyasma 
Rəy 
Gənc  futbolçularda  təkcə  texniki  və  taktiki  fəndlərin 
təkmilləşdirilməsi  məsələsi  deyil,  eləcə  də  futbolçuların  aerob 
dözümlülüyü  məsələsi  bu  gün  bütün  aktuallığı  ilə  bu  sahənin 
mütəxəssislərini  maraqlandırır.  Magistraturanı  qurtarmaq  ərəfəsində 
olan H.Hüseynov Akademiyanın futbol komandasının oyunçusu kimi 
çoxillik  oyun  təcrübəsinə  istinad  etməklə  maraqlı  mülahizələrlə 
dissertasiya işini bitirmişdir. 
ZOS 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə