Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə63/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   59   60   61   62   63   64   65   66   ...   70

Dissertasiya giriş, iki fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat 
siyahısından ibarətdir. 
Girişdə dissertasiya işinin məqsəd və vəzifələri qeyd edilmişdir. 
Birinci fəsildə əzələlərdə ATF resintezinin anaerob və aerob yolla baş 
verməsi məsələləri işıqlandırılır. Təqəllus edən əzələdə üç energetik 
sistemin iştirak etdiyi göstərilir. 
İkinci  fəsildə  magistrant  qeyd  edir  ki,  uzun  müddətli  və  zəif 
şiddətli işdə əzələlərin oksigen tələbi tam ödənilir. Lazım olan enerji 
sulu  karbonların  və  yağların  oksidləşməsi  nəticəsində  alınır.  İşin 
şiddəti  artdıqca  yağların  oksidləşməsi  nəticəsində  alınan  enerjinin 
istehsalına ehtiyac azalır. 
Magistrant  gəldiyi  nəticələri  qısa  şəkildə  xülasə  etmişdir. 
Dissertasiya  magistrantın  tədqiq  etdiyi  mövzunu  yaxşı  başa 
düşdüyünü göstərir. Yüksək səviyyədə yerinə yetirilmiş dissertasiya 
işini müdafiəyə buraxmaq olar. 
Rəyçi: (imza) Əliyev S.A. 
"Ümumi  və  idman  fiziologiyası"  kafedrasının 
dosenti, biologiya elmləri namizədi 
26 aprel 2010-cu il 
 
25.
 
SƏRƏNCAM 
"Sərəncam"  fars  mənşəli  sər  (baş)  və  əncam  (son,  nəhayət, 
aqibət) sözlərinin birləşməsindən düzəlmişdir. Əmr, göstəriş, tədbir 
görmə, həll etmə anlamındadır. 
Nümunə: 
N.  P.  Həsənovanın  dəftərxana  şöbəsinin 
müdiri  vəzifəsinə  təyin  edilməsi  haqqında 
Azərbaycan DBTİA rektorunun 
206 


Sərəncamı 
Ştat cədvəlinə uyğun olaraq qərara alıram; 
Nina  Petrovna  Həsənova  Akademiyanın  dəftərxana  şöbəsinin 
müdiri təyin edilsin. 
Azərb. DBTİA-nın 
rektoru (imza)prof.A. Q. Abıyev 
10 yanvar 2010-cu il 
* * * 
26.
 
TELEFONOQRAM 
"Telefonoqram"  yunanca  tele(uzaq),  fone(səs),  qram-  me(yazı) 
sözlərinin  birləşməsindən  düzəlmişdir.  Müəyyən  bir  məlumatı, 
hadisəni  telefonla  lazımi  yerə  çatdırmaq  üçün  telefo-  noqramdan 
istifadə olunur. 
Telefonoqrama verilən tələblər: 
1.
 
Telefonoqramm nömrəsi göstərilməlidir
2.
 
Telefonoqramm nə məqsədlə vurulması yazılmalıdır; 
4.
 
Çağmlan yerin ünvanı, tarix və saat dəqiq göstərilməlidir
5.
 
Telefonoqramı göndərən və qəbul edən şəxslər vəzifəsini, ad 
və soyadım, telefon nömrəsini, ayın tarixini dəqiq yazmalıdırlar; 
Nümunə: 
Telefonoqram №5 
Azərb.  DBTİA-nın  gimnastika  kafedrasının  müdiri 
professor B. Ə. Nərimanova 
Sizin,  Bakıda  2010-cu  il  may  ayının  28-də  keçiriləcək  bədii 
gimnastika üzrə dünya çempionatının mərhələ yarışlarında bey 
20T 


nəlxalq  dərəcəli  iki  hakimlə  Heydər  Əliyev  adına  İdman-Konsert 
Kompleksində olmağınız qərara alınmışdır. 
Yarışlar 28 may 2010-cu il saat 10““-da başlanır. 
Azərbaycan Respublikası Gimnastika Federasiyası Telefonoqram 
Gimnastika Federasiyasının baş katibi F.Qayı- bov tərəfindəni6 may 
2010-cu il saat 10^“ dəqiqədə vuruldu. Tel; 493-95-00 
Telefonoqramı qəbul etdi; Azərb. DBTİA gimnastika 
kafedrasının dosenti E.Ə.Nərimanov 
16 may 2010-cu il saat 10““ dəqiqədə. Tel; 564-89-72 
 
27.
 
TELEQRAM 
"Teleqram" 
yunanca 
tele(uzaq), 
qramme(yazı) 
söz 
birləşmələridən  yaranmışdır,  "uzağa  köçürmə"  mənasındadır. 
Teleqram vasitəsilə müəyyən məlumat və ya müəyyən miqdarda pul 
uzaq məsafəyə təcili çatdınlır. 
Teleqramın yazılış forması; 
1.
 
Şəxsin ünvanı, adı və soyadı dəqiq göstərilməlidir; 
2.
 
Teleqramın məzmunu yığcam və aydın yazılmalıdır; 
3.
 
Rəqəmlər hərflərlə ifadə olunmalıdır. 
Nümunə: 
Teleqram 
Tovuz rayonu. Quşçular kəndi, Təzəxan müəllim Sultanova 
Sizi Novruz bayramı münasibətilə təbrik edir. Sizə uzun ömür
can sağlığı və işlərinizdə uğurlar arzulayıram. 
Çingiz Əlibəyli 
keçmiş qrup yoldaşınız 



28. TƏQDİMAT 
"Təqdimat"  ərəb  mənşəli  "təqdim"  sözünün  cəm  formasıdır. 
Təqdimatda  yuxan  vəzifəli  şəxs  qarşısında  hər  hansı  bir  məsələni 
qaldırmaq,  ona  müraciət  etmək,  kiməsə  mükafat  və  ya  müəyyən 
vəzifə vermək nəzərdə tutulur. 
Nümunə: 
Azərbaycan  Milli  İdman  Növləri 
Assosiasiyası  və  Azərbaycan  Zorxana 
İdman  Federasiyasının  prezidenti  cənab 
X.K. Qurbanova 
Azərbaycan 
Respublikası 
Güləşmə 
Federasiyasının məşqçisi A.Cəfərovdan 
Təqdimat 
13-17  dekabr  2009-cu  il  tarixdə  Almaniya  Federativ 
Respublikasının Frankfurt şəhərində Zorxana və pəhləvani güləşi üzrə 
18 ölkənin iştirak etdiyi II Avropa çempionatı keçirilmişdir. Dünya 
xalq-  lannın  milli  güləşmə  idmanı  üzrə  keçirilən  bu  çempionatda 
ölkəmizi 1 Dünya Kubokunun qalibləri olan güləşçilərimiz layiqincə 
təmsil etmişlər. İdmançılanmız pəhləvan güləşi, kəbbadə, çərxi surət, 
çərxi çəməni, mil bazı və kom hər növləri üzrə qazamlan qızıl me- 
dallann sayma, eləcə də komandah və fərdi hərəkətlərin cəminə görə 
Avstriya, Belçika və Almaniya kimi ölkələrin komandalarmı geridə 
qoyaraq  ümumi  komanda  hesabmda  birinci  yeri  tutmuşdur.  Qızıl 
medallar əldə etmiş bu idmançılardan nümunəvi davranış, ba- eanq və 
böyük əzmkarlıq göstərmiş adlan çəkilən üç güləşçiyə əmrlə təşəkkür 
və pul mükafatı verməyinizi xahiş edirəm: 
1.
 
Cavadov Vüsal Yaşar oğlu 
2.
 
Qurbanov Vüqar Ağayusif oğlu 
3.
 
Orucov Xəyyam Hüseyn oğlu 
Azərbaycan Respublikası Güləşmə 
Federasiyasının məşqçisi:(imza) A.Cəfərov 
20 dekabr 2009-cu il 



Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə