Vaqifin qoşmaları içərisində "Pəri"nin xüsusi yeri var. Şeirdə canlı danışıq dilinin təsiri aydınca duyulur



Yüklə 14,69 Kb.
tarix23.01.2022
ölçüsü14,69 Kb.
#83071
Vaqif


Vaqifin qoşmaları içərisində “Pəri”nin xüsusi yeri var. Şeirdə canlı danışıq dilinin təsiri aydınca duyulur. Sözlərin uğurla seçilməsi, misralarda ustalıqla yerləşdirilməsi güclü ahəngin yaranmasına səbəb olmuşdur.

Mükəmməl təşbeh, epitet, təkrir, zəngin qafiyələr və s. şeirə xüsusi gözəllik, obrazlılıq gətirmişdir.

“Pəri” qoşması həm ideya-məzmununa, həm də bədii xüsusiyyətlərinə görə mükəmməl sənət nümunəsidir. Mətnin üzərində müşahidələri dərinləşdirməklə, mənbələrin əsasında araşdırma aparmaqla bu barədə əhatəli fikir yürütmək mümkündür. Gəlin qoşmanı diqqətlə nəzərdən keçirək:

Boyun sürahidir, bədənin büllur,


Gərdənin çəkilmiş minadan, Pəri!
Sən ha bir sonasan, cüda düşübsən
Bir bölük yaşılbaş sonadan, Pəri!

İxtilatın şirin, sözün məzəli,


Şəkər gülüşündən canlar təzəli,
Ellər yaraşığı, ölkə gözəli,
Nə gözəl doğubsan anadan, Pəri!

Üz yanında tökülübdür tel nazik,

Sinə meydan, zülf pərişan, bel nazik,

Ağız nazik, dodaq nazik, dil nazik,


Ağ əllərin əlvan hənadan, Pəri!

Ovçusu olmuşam səntək maralın,


Çıxmaz xəyalımdan hərgiz xəyalın,
Ənliyi, kirşanı neylər camalın,
Sən elə gözəlsən binadan, Pəri!

Günəş təki hər çıxanda səhərdən,


Alırsan Vaqifin əqlini sərdən,
Duaçınam, salma məni nəzərdən,
Əskik olmayasan sənadan, Pəri!

Vaqif Azərbaycan qadınını daha uca məqamda, yüksək mərtəbədə görməyi arzulayır. Ona görə də “hər yetən gözələ” “gözəl demir”; o həm mənəvi aləmi, həm də xarici görünüşü ilə gözəl olmalıdır. Sifətin göyçək olması, Vaqifə görə, hələ gözəl olmaq deyil; belələri “ellər yaraşığı”, “ölkə gözəli” sayıla bilməz. Ağıllı, ədəbli olanlar, Vaqifə görə, həqiqi gözəllərdir. Şairin fikrincə, gözəl o kəs sayıla bilər ki, şeiri duya bilsin, başa düşsün, ondan zövq alsın. “Qafiyə qəzəldən həm çıxa başı”, — deyən şair “Artıq ola həm kəmalı gözəlin” — fikrini dönə-dönə təkrar etməklə kamil gözəlliyə üstünlük verir.

Pərinin tanınmasına, sevilməsinə, “ellər yaraşığı”, “ölkə gözəli” sayılmasına səbəb onda məhz bu xüsusiyyətlərin olmasıdır. Mənbələrdəki fikirlərin mənimsənilməsi şeirin ideyasının, lirik qəhrəmanın hiss, düşüncə və davranışı üçün mühüm olanların aydınlaşdırılması və qiymətləndirilməsinə imkan yaradır.

Ümumiyyətlə, Vaqif gözəli sələflərindən fərqli olaraq mücərrəd­likdən qurtarır. Eyni zamanda abstrakt məkanı Yer üzündəki konkret məkanla əvəz edir. Be­ləliklə, məkani mənsubiyyətdə də milliləşmə baş verir. Artıq Qaza­ğın, Qarabağın, Kür qırağının, Açıq­başın, Tiflisin gözəlləri təsvir obyektinə çevrilir:



  Bir bölük yaşılbaş sonalar kimi,

Yığılıb gəlibdir Qazağa qızlar…

 
Yüklə 14,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə