Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə65/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   62   63   64   65   66   67   68   69   70

34. TÖHMƏT 
"Töhmət"  ərəb  mənşəli  söz  əlub  "danlama",  "qınama", 
"məzəmmət"  mənalanm  verir.Töhmət  idarə,  müəssisə  və 
təşkilatlarda  yazılı  şəkildə  əmək  kitabçasına  və  işçilərin  şəxsi  işinə 
yazılmaqla rəsmiləşdirilir. 
Məktəblərdə şagirdlərə və tələbələrə daxili intizam qaydala- nnı 
pozduqlanna görə rəhbərlik tərəfindən yazılı və ya şifahi töhmət verilə 
bilər. 
Nümunə: 
Töhmət 
Azərb. DBTİA üzrə 
Əmr 
29 aprel 2010-cu il 
Bakı şəhəri, №8 
1.
 
"İdman  oyunları"  fakültəsinin  OA  8-10-cu  qrup  tələbələrinə 
icazəsiz ardıcıl iki gün üçüncü dərsdən getdiklərinə görə töhmət elan 
edilsin. 
2.
 
"Əmr" Akademiyanın bütün qruplarında əxunsun. 
Əsas: "İdman əyunları" fakültəsinin dekanı prəfessər E. A. 
Qədəşəvun məlumatı. 
ADBTİA-nm rektoru: (imza)professor A. Q. Abıyev 
* * * 
35. VƏKALƏTNAMƏ 
Vəkalətnamə  "birdəfəlik  etibarnamə"  olub  vəsiyyətnamə, 
etibarnamə  kimi  əqdin  (bağlama,  tərtib  etmə,  təşkil  etmə)  bir 
növüdür. 
Qiymətli bir əşyanı müəyyən yerdən almaq üçün lazımi şəxsə verilən 
sənəddir. Vəkalətnamə vəkil edilən şəxsin adma ya- 
ZIS 


zılarkən  imza  qoyulur  və  müəssisənin  möhürü  ilə,  yaxud  notarius 
tərəfindən təsdiq olunur. Yalnız şəxsiyyət vəsiqəsi ilə etibarlıdır. 
Nümunə: 
Vəkalətnamə 
Mən,  Masallı  rayonu  Şərəfə  kənd  sakini  İzzət  Adəm  oğlu 
Seyfullayev adıma göndərilmiş qiymətli bağlamanı mərkəzi poçtdan 
almağı  oğlum  Fərhad  İzzət  oğlu  Seyfullayevə  (Şəxsiyyət  vəsiqəsi 
AZE seriya №09876543, 16 dekabr 2005-ci ildə Masallı rayon DPŞ 
tərəfindən verilib) etibar edirəm. 
İmza: İzzət Seyfullayev 
20 dekabr 2010-cu il 
İzzət Seyfullayevin imzasını təsdiq edirəm: 
Masallı Dövlət Notariat 
kontorunun müdiri:imza və möhür;/ Hüseynov R.S. 
*** 
36. ZƏMANƏT 
"Zəmanət"  ərəb  mənşəli  sözdür,  "zamin  olma",  "öhdəsinə 
götürmə"  mənasındadır.  Hüquqi  sənəd  olan  zəmanət  əsasında 
məhkəmə,  prokuror  və  ya  müstəntiq  müttəhimi  azad  edə  bilər. 
Zəmanət  əmək  kollektivləri  və  ictimai  təşkilatlar  tərəfindən  hüquq 
mühafizə orqanlannm adma yazılır. 
Nümunə: 
Zəmanət 
Bakı  şəhəri.  Baş  polis  İdarəsinin  müstəntiqi  İlyas  Həsən  oğlu 
Kərimova 
216 


9-cu mikrorayon, Mir Cəlal küçəsi, bina 12, mənzil 26-da yaşayan 
14  yaşlı  (1997-ci  il  təvəllüdlü),  37  saylı  məktəbin  VIII  sinfində 
əxuyan əğlum Əvəz İlham oğlu Nağıyevin üç nəfər sinif yəldaşı ilə 
avtəməbil qaçıraraq əyləndikləri haqqında məlumatı aldım. Məlumata 
qədər bu barədə xəbərim olmayıb. 
Məktəb rəhbərliyinin iştirakı ilə keçirilən yığıncaqda və evimizdə 
əlan  söhbətdə  əğlum  Əvəz  söz  vermişdir  ki,  bir  də  heç  vaxt  belə 
hadisəyə  yəl  verməyəcəkdir.  Mən  öz  adımdan  söz  verir  və  zamin 
dururam  ki,  əğlum  Əvəz  bir  daha  belə  xoşagəlməz  hallara  -  kiçik 
dələduzluğa yəl verməyəcəkdir. 
İmza: İlham Teymur oğlu Nağıyev 
Əvdz Nağıyevin valideyni 
23 may 2010-cu il 
Sual və tapşırıqlar 
1.
 
Rəsmi-kargüzarlıq  üslubu  nədir,  ənun  elmi  üslubdan  fərqi 
nədədir? 
2.
 
Rəsmi sənədlər üçün səciyyəvi cəhətlər hansılardır? 
3.
 
İşgüzar üslubda bədii obrazhğa, ekspressivlik və emosionallığa 
yer verilirmi? 
4.
 
İşgüzar üslubun əsas xüsusiyyətləri hansılardır? 
5.
 
Ştamp və ya standart söz-ifadələr nəyi nəzərdə tutur? 
6.
 
Əməli yazı nümunələri kimlərdən kimə yazılır? 
7.
 
Əməli  yazıya  aid  sənədlərin  adlarını  xatırlayın,  bir  neçəsinin 
yazılma forması haqqında məlumat verin. 
8.
 
Nitqin  düzgünlüyü,  dəqiqliyi  hamıdan  tələb  olunur.  Bəs 
ifadəlik necə? İfadəli nitq kimlərə aiddir? 
9.
 
Hansı  nitq  təmiz  sayılır?  Nitqin  təmizliyi  ədəbi  dilin 
normalarına  əsaslanmaq  əsasında,  yoxsa  dil  vasitələrinin  təhrif 
olunmaması hesabına təmin olunur? 
10.
 
Hansı hallar nitqin yığcamlığına mənfi təsir göstərir, oxucu və 
dinləyiciləri yorur? 
217 


Çalışma 115. Oxuduğunuz bir kitab (roman, dərslik, dərs vəsaiti) 
haqqında  annotasiya  yazın,  əvvəlcə  sözün  mənasını,  sonra  onun 
formasını qısaca izah edin. 
Çalışma  116.  Qrupunuzda  bir  məsələ  barəsində  iclas  keçirilib. 
İclasın protokolunu yazın. 
Çalışma 117. Mətndə arxaizmləri tapın, necə başa düşdüyünüzü 
söyləyin: 
...  Şeyx  Şəban  yağış  yağanda  sel  gətirən  köhnə  başmaqları, 
çustları,  çəkmələri,  çanqlan  yığıb,  qalıba  vurub,  yamayıb  ucuz 
qiymətlə: cütünü bir abbasıdan, altı şahıdan satardı. Baharda, yayda 
abaya bürünərdi. Plov olmayan günü hökmən gərək bir abbasılıq ət 
alıb göndərəydi evə, ta arvad abguşt bişirsin. 
Gülsüm xala yaxşı çöp ötürərdi, noxud falı açardı, boğaz basardı. 
Şeyx Şəbanm atası da başmaqçı idi. 
Gülsüm cəld başını yastıqdan qalxızıb durdu ayağa: 
-
 
A kişi, daha durginən, azanın vaxtı keçir. 
-
 
Bu saat durram, çay hazırdırmı? (Ə. Haqverdiyev. "Şeyx Şəban" 
hekayəsindən) 
Çalışma  118.  Hazırda  yaşadığınız  ünvana  deyil,  anadan 
olduğunuz  yerə  göndərilmiş  qiymətli  bağlamanı  alıb gətirmək  üçün 
bir nəfərə vəkalətnamə yazın. 
5.
 
AİLƏ-MƏİŞƏT ÜSLUBU 
Bəzən  məişət,  bəzən  də  danışıq  üslubu  adlandırılan  ailə-məişət 
üslubu müəyyən mənada sərbəst üslubdur. Burada canlı danışıq dili 
üstünlük təşkil edir. Bu üslub digərlərindən ayrı-ayrı sözlərə, onların 
tələffüzünə, söz sırası və s. cəhətlərə görə fərqlənir, burada terminlərə, 
poetik sözlərə, bədii ifadə və təsvir vasitələrinə geniş yer verilmir. 
218 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə