Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə66/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   62   63   64   65   66   67   68   69   70

ictimai yerlərdə olmasa da, adamlan danışıq üslubunda ləqəbi ilə 
adlandırırlar;  At  Balaxanım,  Cin  Hüseyn,  Gömbul  Ələsgər,  Gomuş 
Vəli,  Lal  Vəkil  və  s.  kimi  ləqəbi  ilə  adlandınlan  adamlar  çox  vaxt 
bir-birindən  məhz  bu  ayamalarla  öz  adaşlanndan  fərqləndirilir. 
Yazıçılar  bədii  üslubda,  xüsusən,  mənfi  sürətlərin  adla-  nnda  bu 
üsuldan  istifadə  edirlər.  Məsələn:  M.  İbrahimovun  "Böyük  dayaq" 
romamnda  Yarməmməd,  Lal  Hüseyn,  Yastı  Salman  kimi  obrazlar 
təkcə  adlan  ilə  özlərini  tanıtmırlar,  həm  də  öz  nitqləri  ilə  -  məişət 
üslubuna  xas  dolaşıq  ifadələrə,  yad  kəlmələrə,  özlərini  savadlı 
göstərmək üçün kənd təsərrüfatı ilə bağlı terminlərə çox yer verməklə 
də  tanınırlar.  Ümumiyyətlə,  ailənin,  onun  ayn-ayn  üzvlərinin 
təhsilindən, mədəni səviyyəsindən asılı olan damşıq üslubu hamı üçün 
anlaşıqlı və başa düşülən nitqdir. 
Danışıq  üslubunda  məqsəd  ünsiyyət  yaratmaq,  informasiya 
mübadiləsi  aparmaqdır.  Danışıq  üslubunda  fikri  ifadə  etmək  sər- 
bəstdir,  danışıq  sadə,  təbii  və  fərdidir,  deyilənlərə  münasibət 
subyektivdir.  Hər  kəs  fikrini  öz  bildiyi  kimi  şərh  və  ya  ifadə  edir. 
Nitq,  əsasən,  dialoq  şəklindədir.  Nitqin  hansı  məcrada  aparılması 
onun  qurulmasına  təsirsiz  ötüşmür,  fərdlərin  daxili  təbiətindən, 
savadından, dünyagörüşündən, sosial mövqeyindən asılı olaraq cümlə 
tipləri  və  sintaktik  konstruksiyalar  sadə  formalarda  qurulur. 
Müsahiblər elliptik və yarımçıq cümlələrdən, söz cümlələr, sintaktik 
təkrarlar,  sual  və  nida  cümlələrindən,  in-  versiyaya  məruz  qalmış 
cümlələrdən istifadə  edirlər.  Standart  ifadələr  müəyyən  hissi  halları 
ifadə etmək üçün işlədilir (Üzr istəyirəm; Təşəkkür edirəm! Nə dedin? 
Dedi... Çox yaxşı! Boş şeydir! Belə de! Ay sağ ol! və s.) 
Şərait və situasiyadan asılı olaraq ictimai yerlərdə rəqəmlərə, elmi 
faktlara,  sübut  və  dəlillərə  az  müraciət  olunur.  Məlumat  və 
söhbətlərdə  fikirlər  bir  qədər  səthi,  üzdən,  rabitəsiz  cümlələrlə, 
subyektiv rəylərə əsasən verilir. Əgər söhbət ciddi planda, dərsdə və 
ya mühazirə otağında, savadlı adamlar arasında gedirsə, fikirlər daha 
dəqiq, məntiqi, obyektiv, səbəb - nəticə əlaqələri əsasında qurulur. 
219 


Deməli,  adi  danışıq  üslubunda  söhbətin,  informasiyanın 
xarakterindən, harada və kimlər üçün, nə məqsədlə danışıldığı nəzərə 
alınır, münasibət bildirilir. Situasiya yadda saxlanmaqla ona müvafiq 
nitq  qurulur.  Nitqdə  ədəbi  dilin  üslubi  normalan,  müxtəlif  çalarları 
diqqətdə saxlanılır. 
AĞDAŞ RAYONU ŞİVƏLƏRİNDƏN BİR PARÇA 
Patcah əlin hara atdısa, boşa çıxdı. Oğlan unun əlin, qolun sarıdı, 
arvatdı-uşaxh saldı qazamata. Patcah burda qalmaqda olsun, sə hindi 
danışım  oğlannan.  Oğlan  təzə  patcah  oldu,  xalxı  çox  ədalətnən 
dolandırdı.  Ölkədə  hamı  and  işdi  unun  başına.  Qoyşu  döylətlər  də 
ettiyat eləməyə başdadı. Vəzir yalvanf-yapışıf oya vəzir olmağ issədi. 
Təzə  patcah  unun  şirin  dillərinə  məhəl  qoymadı.  "Qurd  oğlu  qurd 
olar" - deyif unu da saldı qazamata (19, səh.378). 
6.
 
EPISTOLYAR USLUB 
"Epistola"  sözü  latınca  "məktub",  "yazıb  göndərmə",  "iki 
tərəf  arasında  yazışma"  mənasında  işlənir.  Epistolyar  üslubda 
korrespondent  (yazan)  və  adresat  (yazını,  məktubu  alan)  olur.  Bu 
üsluba nəsihətnamə, öyüdnamə, dəvətnamə və məktublar daxildir. 
Ərəb  mənşəli  məktub  (yazılmış  kağız)  yazışmanın  ən  qədim 
növü  hesab  olunur.  O,  monoloji  daxili  və  yazılı  nitq  formasında  öz 
əksini  tapır.  Münasibətdən  asılı  olaraq  yazışanlar  müəyyən  söz  və 
ifadələrlə  -əziz,  əzizim,  hörmətli  qardaşım,  atam,  anam,  bacım, 
dostum,  həmkarım  və  s.  kimi  nəvazişli  müraciət  etiketləri  ilə 
bir-birinə müraciət edirlər. 
Məktubların  rəsmi-işgüzar,  ədəbi,  açıq  və  intim-məişət  növləri 
məlumdur. 



Rəsmi-işgüzar məktublar, adətən, ölkə başçılan arasında əlaqələr 
qurmağa hesablanır. 
Açıq məktublar ictimai-siyasi mahiyyətli əlur və mətbuatda- qəzet 
və jurnallarda çap edilir, kərrespəndentin adresata müsbət və ya mənfi 
münasibəti  açıqlanır,  ənun  faydalı  və  ya  ziyanlı  fəaliyyəti  ilə  bağlı 
ziyalı mövqeyi bütün təfərrüatı ilə ortaya qoyulur. 
Ədəbi məktublar səsial mahiyyətdə əlur, yazanın dünyagörüşünü, 
həyata münasibətini əks etdirir. Ədəbi məktublara misal olaraq XIX 
əsrin  böyük  satirik  şairi  Qasım  bəy  Zakirin  Azərbaycan 
dramaturgiyasının banisi, dəstu Mirzə Fətəli Axundova, Seyid Əzim 
Şirvaninin  "Əkinçi"  qəzetinin  naşiri  və  redaktoru  Həsən  bəy 
Zərdabiyə,  Cəlil  Məmmədquluzadənin  Məhəmməd  Tağı  Sidqiyə, 
Ömər Faiq Nemanzadəyə, Cənubi Azərbaycan şairi Məmmədhüseyn 
Şəhriyarın  Süleyman  Rüstəmə,  Məmməd  Rahimə,  Bəxtiyar 
Vahabzadəyə və bu şairlərin Şəhriyara və.s. məktublarını göstərmək 
olar. 
İntim-məişət məktublan isə ən yaxın, əziz adamlann, sevgililərin 
bir-birinə yazışmasıdır. Bu tipli məktublar ən xəş söz və ifadələrlə  - 
atama,  anama,  bacıma,  qardaşıma,  dəstuma,  sevdiyimə,  əzizimə, 
gözəlimə və s. başlanır və elə bu ruhda da tamamlanır. 
Nümunə: 
Şannı məktub 
Əziz anam, salam! 
Mənim  işlərim  lap  yaxşıdı.  Yavaş-yavaş  əskərliyə  öyrəşirəm. 
Kamandirlərimin  gösdərişlərin  cannan-başnan  yerinə  yetirirəm. 
Əskər yoldaşlanmm qeydinə qalıram, onlar da məni dəst tuturlar. 
Allaha şükür ki, müstəqil döylətimiz günnən-günə güjdəşir. Onun 
güjdəşməsinnən  ötəri  gücdü  də  ordu,  əskər  lazımdı.  Biz  var 
güjümüznən xidmət ediriy kin. Vətənimizi müdafə eləyək. 



Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə