Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə68/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   62   63   64   65   66   67   68   69   70

lən "möhtərəm İ. Əliyev cənabları" (cəm şəkildə) müraciət etiketi 
işləkdir. 
Hazırda  xalqımızın  səmimi  şəkildə  yaşa,  qohumluğa,  rəsmi 
münasibətlərə  yanaşması  nəticəsində  əziz,  hörmətli,  çox  hörmətli, 
xüsusi hallarda möhtərəm sözləri üstünlük qazamr. Ailə qohumluğu 
olmayan  adamlar  bir-birinə  "siz"  deyə  müraciət  edirlər.  Ailədə, 
yaxud bacı, qardaş əlaqələri olan adamlar yaşdan və vəzifədən asılı 
olmayaraq bir-birinə "sən" deyə müraciət edirlər; - Ata, sən...; Əmi, 
səni  atam  çağınr;  Dayı,  anam  səni  görmək  istəyir  və  s.  Belə 
situasiya və məqamlar istisna olmaqla, qalan hallarda "sən" forması 
məqbul  sayılmır,  xüsusən,  vəzifəli  və  ya  orta  yaşdan  yuxan  olan 
adamlara bu sözlə müraciət etdikdə onlar bunu özlərinə qarşı kiçiklik, 
hörmətsizlik  sayır,  nəzakətsizlik  kimi  qiymətləndirirlər.  İctimai 
yerlərdə  gədə,  qağa,  a  kişi,  ay  arvad,  lələ,  lələş  kimi  müraciət 
formalanm da münasib saymaq olmaz. 
Müəllimlər  şagird  və  tələbələrə  eyni  sözlərlə  müraciət 
etməməlidirlər.  Şagirdlərə  oğlum,  qızım,  əzizim  kimi  müraciət 
olunması  təbii  qarşılansa  da,  ali  məktəb  tələbələrinə  belə  müraciət 
lazimi  effekti  vermir.  Onlara  "Siz",  "siz,  tələbə  filankə-  sov" 
deyilərsə həm nəzakətli, həm də hörmətli olar. 
Valideyinlərin öz övladlarma, yaxınlanna, ərki çatdığı yeniyetmə 
qızlara qızım, gülüm, ceyranım, göyərçinim, gözümün işığı, şirin 
şəkərim,  oğlanlara  isə  oğlum,  əzizim,  evimin  yaraşığı, 
ömrüm-günüm,  qadan  alım,  qoçaq  balam  və  s.  kimi  əzizləmə 
mənalı, könül oxşayan, qəlbə sığal çəkən söz və ifadələrlə müraciəti 
şərait və məqamından asılı olaraq münasib sayılmalıdır. 
Qadınlara yaşından asılı olmayaraq "xanım", kişilərə isə sadəcə 
olaraq  adından  sonra  "kişi"  sözünü  işlətmək  məqbuldur.  Əgər  bu 
şəxslərin  sənəti,  peşəsi  məlumdursa,  adından  sonra müəllim,  həkim 
(doktor), bəzi məqamlarda addan  əvvəl  mühəndis,  geoloq,  fermer, 
həkim sözlərini işlətmək yerinə düşər. 
Bilmək lazımdır ki, etiket formalan ilk növbədə spesifik situasiya 
ilə bağlıdır. Görüş, günün hansı çağında salamlaşma, xu 



dahafizləşmə,  qonaq  qəbulu  zamanı  işlədilən  etiketlər  situasiya 
haqqında  müəyyən  təsəvvür  yaradır.  "Dil  insanlara  əna  görə 
verilməmişdir  ki,  düşündüklərinin  hamısını  ifadə  etsin,  əna  görə 
verilmişdir  ki,  fikirlərini  gizlətsin"  -  aforizmini  xatırlatmaq  yerinə 
düşərdi. Məşhur natiq Taleyran demişdir; "Dil fikri açmaq üçün yox, 
fikri  gizlətmək  üçündür".  Ümumiyyətlə,  ziyalı,  mədəni  adamlar 
danışıqda səbirli və dözümlü olmağı məsləhət görürlər. 
Müasir  dövrümüzdə  mədəni  danışıq  etikası  və  müraciət  qay- 
dalan hər bir adamın həyatında başlıca davranış, adət halına keçməli, 
hər  kəs  təkcə  ictimai  yerlərdə,  kollektivdə  deyil,  eləcə  də  həyatın 
bütün sahələrində-evdə, ailədə, küçədə, bazarda, nəqliyyatda və s. etik 
nərmalara,  danışıq  və  yazı  etikasına  (bu,  ilk  növbədə  bizim 
saysız-hesabsız mətbuat orqanlarımıza, xüsusən, reket qəzetlərimizə 
aiddir)  riayət  etməli,  kiminlə  necə  danışmaq,  kimə  necə  müraciət 
etmək,  kimdən  necə  yazmaq  qay-  dalannı  həmişə,  hər  yerdə  yadda 
saxlamalı, gündəlik həyat devizinə çevirməlidir. 
Nitq  etiketləri  öz  normaları  daxilində  inkişaf  edir,  təkmilləşir. 
Bugünkü  gənc  nəsil  müraciət  qaydalarına,  müxtəlif  xarakterli 
xəbərləri  çatdırma,  dinləmə,  soruşma,  cavab  vermə  və  söhbətə 
qoşulma  mədəniyyətinə  dərindən  yiyələnməlidir.  Gənclər  həmişəlik 
yadda  saxlamalıdırlar  ki,  ünsiyyətə  girmək,  informasiya  vermək  və 
almaq  nitq  mədəniyyətinin,  insanın  ümumi  mədəniyyətinin  tərkib 
hissəsidir, bunları bilmək və riayət etmək hər bir şəxsin borcudur. 
Ünsiyyət  müraciətlə  başlanır,  -  deyirlər.  Salamlaşmaq,  xoş 
sözlərlə  hal-əhval  tutmaq,  gülümsər  sifətlə  müraciət  etmək  insan 
mədəniyyətində ilkin şərtdir. Kimə, harada, necə müraciət etməyi hər 
kəs  evdən,  ailədən,  bağçadan  görüb,  eşidib  götürür.  Xoş  ünsiyyət, 
səmimi  münasibət  yalnız  mehribanlıq,  qayğı  və  hörmət  əsnasında 
mümkündür  və  bu  da  ilk  tanışlıqdan  başlamış  birgə  yaşayış,  iş 
fəaliyyəti ilə, ümumiyyətlə, bütün ömrümüz boyu müraciət etiketləri 
ilə həmahəngdir. 
2Z7 


ünsiyyət  üslubu  nitq  fəaliyyətinin  müxtəlif  sahələrini  əhatə 
etməklə müraciət etiketlərini həmişə nəzərdə saxlayır. 
1.
 
Salamlaşma - Mədəni nitqin etiketlərindən olan salamlaşmada 
xalqımızın milli mentalitetinə uyğun hazır nitq modelləri insanlarda 
ünsiyyətin başlanğıcı kimi xoş ovqat yaradır, qarşılıqlı anlaşmaya, bir 
növ, körpü salır. Azərbaycanlılar qarşılaşarkən əvvəlcə mütləq salam 
və ya salaməleyküm  sözlərindən birini işlədir, ardınca günün hansı 
çağından asılı olaraq sabahın (sabahınız) xeyir! Günortanız xeyir! 
Axşamınız  xeyir!  -  ifadələrini  işlədirlər.  Müsahib  elə  həmin 
söz-ifadələrlə cavab verir. Yaşlılar cavabında Aqibətininz xeyir! Hər 
vaxtınız  xeyir!  Ağ  bəxt  olasınız!  -  ifadələrini  işlətməyə  üstünlük 
verirlər. 
2.
 
Sağollaşma  -  Yaşlılar  "xudahafiz"  sözünü,  yeniyetmələr, 
gənclər salamat  qahn!  Sağ  olun,  Sağlıqla  qalın!  - ifadələrini, orta 
yaşlılar isə ailədən gələn adət üzrə bu kəlamlardan birini seçirlər. Əgər 
sağollaşma mənzildə və ya birinin həyətində baş tutubsa, yola salan 
"Xoş gəldin!" "Xoş gəldiniz!" deyir, axşamdan xeyli keçmiş gedən 
şəxs  "Gecəniz  xeyrə  qalsın!",  ev  sahibi  -  yola  salan  isə  "Xeyrə 
qarşı!" ifadəsini işlədir. Bu nitq etiketləri yalnız üzbəüz görüşənlərə 
deyil, eləcə də telefonla danışanlara da aiddir. 
3.
 
Üzrxahlıq söz vs ifadshri: Bağışlayın; Üzr istsyiram; Narahat 
etdiyima göra üzr istayiram; Siza zahmat verdim; Allah sizdan razı 
qalsın (olsun)!; Əwalcadan minnatdarlığımı bildiriram va s. 
4.
 
Taşakkür  etma:  Taşakkür  ediram;  Taşakkürlar!  Har  şey 
üçün minnatdaram! Allah (sizdan) razı olsun! Allah sizi (sani) biz9 
çox görmasin! Çox sağ ol! Diqqatiniza göra minnatdaram!; Əziyyət 
çakmayin!  Qulluğunuzda  olum  (olaq);  Əgar  mümkünsa;  Zahmat 
olmasa; Çox şadam! Etiraz etmiram! Bağışlayın, man sizinla razı 
deyilam;  İcaza  verin  deyim;  Sabr  edin;  Bir  qadar  sabrli  olun; 
Özünüzü ala alın; Sizd zahmat verdim; Əziyyət çakdiniz; Yaxşı yol!; 
İşiniz  avand  olsun!  Buyurun  soruşun;  Manim  üçün  xoşdur; 
Bağışlayın, vaxtınızı aldım; De- yasan, sizi yordum! va s. 



Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə