Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə64/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   60   61   62   63   64   65   66   67   ...   70

29. TƏLƏBNAMƏ 
"Tələbnamə"  ərəb  mənşəli  tələb  (istəmə,  tələb  etmə)  və  fars 
mənşəli namə (yazı, məktub) sözlərinin birləşməsindən yaranmışdır. 
Bir şeyin tələb edilməsi, bir işin görülməsi, müəyyən şeyin istənilməsi 
və  ya  bir  adamın  sərəncama  göndərilməsi  haqqında  yazılı  rəsmi 
xahişdir. 
Nümunə: 
Bakı şəhər Təhsil İdarəsinin müdiri cənab T. Ə. 
İsmayılova Bakı şəhəri 159 saylı məktəbin 
direktomndan 
Tələbnamə 
Məktəbdə  bədən  tərbiyəsi  dərslərini  səmərəli  keçirmək  üçün 
aşağıda  adlan  çəkilən  inventarın  alınmasına  maliyyə  vəsaiti 
ayrılmasını xahiş edirik; 
1.
 
Futbol topu - 5 ədəd 
2.
 
Güləşmə xalçası - 2 ədəd 
3.
 
Voleybol toru - 1 ədəd 
4.
 
Stolüstü tennis kompleksi - 1 ədəd 
Nəsimi rayonu 159 saylı ümumtəhsil orta 
məktəbin direktoru: (imza)V. Xəlilov 
6 mart 2010-cu il 
210 


30. TƏLİQƏ 
"Təliqə"  ərəb  mənşəli  "əlaqə"  sözündəndir,  rəsmi  məktub 
mənasındadır. Bir idarənin başqa bir idarəyə, təşkilata yaxud vəzifəli 
bir şəxsə rəsmi xarakterli müraciət formasıdır. Təliqə, adətən, yüksək 
vəzifəli  şəxsə,  idarəetmə  orqanlarının  aidiyyatı  olan  təşkilatın 
ünvanına  göndərilir.  Təli  qənin  sol  küncündə  idarənin  ştampı, 
ştampda  idarənin  adı,  ünvanı,  tarix  və  göndərilmə  nömrəsi  qeyd 
olunur. 
Nümunə: 
150 saylı orta məktəbin direktoruna 
Hörmətli cənab M.Sadixov 
İyun  ayının  10-da  məktəblərdə  təlim-tərbiyə  işlərinin  ümumi 
vəziyyəti  müzakirə  olunacaqdır.  Yığıncaqda  Sizin  və  rəhbərlik 
etdiyiniz  məktəbin  tədris  işləri  üzrə  direktor  müavininin  məlumatı 
dinləniləcəkdir. 
Azərbaycan Respublikası Təhsil Nazirliyi 
Bakı şəhəri Təhsil İdarəsinin müdiri: (imza)Məmmədov Ə. M. 
26 may 2010-cu il 
* * * 
31.
 
TƏLİMAT 
"Təlimat"  ərəb  mənşəli  olub  "təlim"  sözünün  cəm 
formasındadır.  Bir  şeyi  həyata  keçirmək  üçün  qayda  və  üsulları 
müəyyənləşdirən yazılı rəsmi sənəddir. 
Nümunə: 
zn 


2010/2011-ci  tədris  ilində  Azərb.  DBTİA-da  qış  imtahan 
sessiyasında  kredit  sistemi  üzrə  1  və  11  kurslarda  imtahanlann 
aparılması haqqında 
Təlimat 
1.
 
"Azərbaycan 
Dövlət 
Bədən 
Tərbiyəsi 
və 
İdman 
Akademiyasında  tələbələrin  biliyinin  qiymətləndirilməsinin  çəxbalh 
sistemi"  haqqında  əsasnamə  2010/2011-ci  dərs  ili  üçün  qüvvədə 
saxlanılsın; 
2.
 
"İmtahan  sessiyasının təşkili  və  keçirilməsi  qaydalan"  nəzərə 
alınmaqla fakültə dekanları imtahan cədvəllərini dekabnn 10-dan gec 
əlmayaraq hazırlayıb tələbələrə çatdırılmasına nail 
olsunlar; 
3.
 
"İmtahana  görə  balların  yığılması",  "Fənlər  üzrə  dərslərə 
davamiyyətə  və  dərslərin  nəticələrinə  görə  ballann  hesablanması" 
qaydaları bütün qruplarda tələbələrə və müəllimlərə elan edilsin. 
Nəzərdə  tutulsun  ki,  I  və  II  kurs  tələbələri  Təhsil  Nazirliyinin 
müəyyənləşdirdiyi fənləri Bələniya sistemi (kredit üsulu) ilə imtahan 
verirlər. 
Azərb. DBTİA-nın 
rektəm: (imza)professor A. Q. Abıyev. 
32.
 
TƏRCÜMEYİ-HAL (AVTOBİOQRAFİYA) 
"Tərcümeyi-hal" ərəbcə "tərci" (geri çevirmə, təkrar etmə) və 
hal  (surət,  vəziyyət)  sözlərinin  birləşməsindən  düzəlmişdir. 
Tərcümeyi-hal şəxsin öz əli ilə həyatını ətraflı təsvir et- 
zız 


məsi, özü haqqında tam məlumat verməsidir. Tərcümeyi-halda şəxs 
özünün keçdiyi həyat yolunu əks etdirməklə bərabər, ata və anası, ailə 
üzvləri haqqında da məlumat verir. 
Tərcümeyi-hala verilən tələblər: 
1.
 
Tərcümeyi-hal  sözü  başlıq  kimi  vərəqin  yuxarı  hissəsində 
ortada yazılır; 
2.
 
Tərcümeyi-halda  şəxs  adını,  atasının  adını,  soyadını, 
doğulduğu  gün,  ay,  ili  və  yeri  (şəhər,  rayon,  kənd)  şəxsiyyət 
vəsiqəsində olduğu kimi dəqiq göstərir
3.
 
Məktəbdə  oxuduğu  dövrdə  apardığı  ictimai  işləri  və 
nailiyyətləri ardıcıl sadalayır. 
4.
 
Ailə üzvləri haqqında qısa məlumat verir; 
5.
 
Tərcümeyi-hal  şəxsin  öz  xətti  ilə  yazılır,  sonda  şəxsi  imza 
qoyulur və altında yazılma tarixi göstərilir
Nümunə: 
Tərcümeyi-hal 
Mən, Əliyev Məmməd Həsən oğlu, 21 dekabr 1992-ci ildə Bakı 
şəhərində  (İsmayıllı  rayonunun  Mücü  kəndində)  anadan  olmuşam. 
1998-ci ildə Bakı şəhərindəki 150 saylı məktəbin birinci sinfinə daxil 
olmuş, 2008-ci ildə həmin məktəbi bitirmişəm. 
Həmin  ildə  də  ali  təhsil  almaq  üçün  sənədlərimi  Azərbaycan 
Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına vermişəm. Əvvəlcə 
test,  sonra  da  qabiliyyət  imtahanlanm  müvəffəqiyyətlə  verib  bura 
daxil olmuşam. Hazırda "Təkmübarizlik" fakültəsinin ikinci kursunda 
oxuyuram. 
Ailəmiz dörd nəfərdən ibarətdir: 
Atam-Kərim  Məmməd  oğlu  Əliyev  1965-ci  ildə  İsmayıllı 
rayonunda anadan olmuş, 1991-1993-cü illərdə Qarabağ döyüşlərində 
iştirak  etmiş,  yaralanmış,  II  dərəcəli  müharibə  veteranıdır.  Hazırda 
pensiyaçıdır. 
Z13 


Anam-Ofelya  Cümşüd  qızı  Əliyeva  1970-ci  ildə  İsmayıllının 
Sülüt  kəndində  anadan  əlmuşdur.  O,  Bakı  Qızlar  Seminariyasını 
bitirmişdir. Hazırda sinif müəllimi işləyir. 
Bacım-Tünzalə Kərim qızı Əlisoy 1994-cü ildə anadan olmuşdur. 
Hazırda Bakı şəhərindəki 150 saylı məktəbin VIII sinfində əxuyur. 
İmza: M. H. Əliyev 
20 dekabr 20I0-cu il 
*** 
33.
 
TƏŞƏKKÜR 
"Təşəkkür"  ərəb  mənşəli  "şükr"  sözündən  əlub  yaxşı  bir  işə 
görə "minnətdarlıq", "razılıq etmə" anlamındadır. 
Nümunə: 
Azərb. DBTİA üzrə 
Əmr 
12
 
may 2010-cu il 
Bakı şəhəri, №16 
"Təkmübarizlik" fakültəsinin aşağıda adlan çəkilən tələbələrinə 
atletika  üzrə  respublika çempionatında  birinci  yeri  tutduqlan-  na  və 
ölkə rekordunu təzələdiklərinə görə təşəkkür elan edilsin: 
1.
 
Quliyev Ramil Eldar oğlu, TR 07-01 - ci qrup, 200 m məsafəyə 
qaçış üzrə 
2.
 
Əsədov  Namiq  Hüseyn  oğlu,  TA  06-10  -  cu  qrup,  200  m 
məsafəyə qaçış üzrə 
3.
 
Xasanov  Həbib  Xasan  oğlu,  TR  07-02  -  ci  qrup,  uzunluğu 
tullanma üzrə 
Azərb. DBTİA-nın rektoru:(imza)proffessor A.Q.Abıyev 
Z14 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə