Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə69/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   62   63   64   65   66   67   68   69   70

5.
 
Hal-əhval  tutma:  -  Necəsiniz?  Kefiniz  (əhvalınız)  necədir? 
Necə  dolanırsınız?  Xanımınız  necədir?  Uşaqlar  (mız)  necədir? 
İşləriniz yaxşıdırmı? Özünüzü yaxşı hiss edirsiniz? və s. 
Müəllimlər və valideynlər uşaqlara öyrətməlidirlər ki, qocalara, 
xüsusən, xəstələrə baş çəkməyə gedəndə "Allaha şükür, yaxşısınız", 
"Xəstəliyiniz  yüngüldür",  "Bu  xəstəlik  indi  boş  şeydir,  qabaqki 
dövrlərə  baxmayın  ",  "İnşallah,  iki-üç  günə  sağalarsınız  ", 
"Həmişəki  kimi,  gümrahsınız  "  -  desinlər.  Ağır  xəstəyə  də  "Siz 
tezliklə  sağalacaqsınız"  demək  lazımdır.  Bunların  əvəzinə  "Nə 
yaman  qocalmısınız!",  "Niyə  belə  arıqlamısı-  nız?  ",  "Xəstə-zad 
deyilsiniz ki? ", "Gözümə belə birtəhər dəyirsiniz, nə olub?" - kimi 
cümlələrlə həmin adamın qəlbini yaralamaq, ovqatını korlamaq işin 
xeyirinə deyil. Buna görə də həyatda hər bir şəxsə hörmət, dəyərindən 
artıq qayğıkeşlik göstərmək lazımdır. 
6.
 
Qarşılama:  Xoş  gördük!  Nə  gözəl  təsadüf;  Xoş  gəlmisiniz; 
Lap vaxtında gəlmisiniz; Həmişə siz gələsiniz; Gəlişinizə şadıq; Sizi 
çoxdan  gözləyirdik;  Buyurun,  buyurun;  Keçin  içəri;  Buyurun, 
əyləşin və s. 
7.
 
İntizama dəvət etmə: Sizdən bu hərəkəti gözləməzdim; Sizdən 
(bunu)  heç  gözləmirdim;  Belə  hərəkət  (etmək)  sizə  yaraşmaz; 
Adınıza  yaraşan  iş  deyil;  Siz  adınıza  layiq  hərəkət  etməlisiniz; 
Danışığınıza  fikir  verin;  Bir  az  nəzakətli  olun;  Çalışın,  başqaları 
sizdən ibrət götürsün; Bir qədər səmimi olun; Səhvinizi etiraf edin 
və s. 
Xalqımızın  təfəkkür  tərzinə  uyğun  etik  görüşlərini,  danışıq 
etiketlərini özündə əks etdirən N. Tusinin "Əxlaqi-Nasiri" (XIII əsr), 
A. A. Bakıxanovun "Nəsihətnamə", M. M. Nəvvabm "Nəsihətnamə" 
(XIX  əsr),  M.  T.  Sidqinin  "Həkimanə  sözlər",  M.  S.  Yusifzadənin 
"Ata-baba  nəsihətləri"  (XX  əsrin  əvvəlləri)  və  başqa  maarifpərvər 
yazıçı  və  ziyalıların  neçə-neçə  əsərində  olduqca  qiymətli  fikirlərə, 
mülahizələrə  rast  gəlirik.  Bunlar  əsrlər  boyu  xaqdan  toplanmış 
insanlıq  normalarının,  əxlaq  qaydalarının  yazıya  alınmış 
nümunələridir. 
22S 


Uşaqlara  ünsiyyət  etiketlərini  bir  sistem  halında  mənimsətmək 
üçün onlara öncə ailədə, sonra bağçada, daha sonra məktəbdə geniş 
söhbətlər  aparmaq,  etika  qaydalarına  riayət  etməyi  vərdiş  halına 
salana  qədər  daim  işləmək  lazımdır.  Uşaqlar  ana  dilimizi,  onun 
qrammatik  quruluşunu,  fonetik,  leksik,  morfoloji  və  sintaktik 
normalarını  mükəmməl  mənimsəməklə  ətrafındakı-  ların  kimlər 
olduğunu  dəqiq  bilməsələr  də,  kiçiklərlə  öz  yaşıdı,  özündən 
böyüklərlə böyük kimi danışmağı, fikrinin ifadəsində söz və ifadələri 
uğurla seçməyi bacarmalıdırlar. 
Məktəblilər müraciət edərkən təkcə müəllimə və ya qarşısındakı 
şəxsə  "əziz  müəllim",  "hörmətli  filankəs  "-deməli  yox,  eləcə  də 
sual  verməyi,  suala  cavab  verməyi,  sağollaşmağı,  üzrxahlıq  və  ya 
təşəkkür etməyi, yeri gələndə hal-əhval tutmağı öyrənməli, bunu adi 
həyat  normasına  çevirməlidirlər.  Onlar  sualın  münasibliyini, 
vacibliyini  götür-qoy  etməyin,  ölçülü-biçili  olmasının  fərqinə 
varmalıdırlar. 
Sorğu -sual insanın insanlıq səviyyəsinin, dünyagörüşünün, bilik 
və  məlumat  dərəcəsinin  aynasıdır.  Sual  vermə  məqamına  qədər 
diqqətli  olmaq,  söhbətin  nədən  getdiyini  dəqiq  bilmək  zəruridir. 
Şagirdlərə  öyrədilməlidir  ki,  sual  söhbət  gedən  mövzudan  olmaqla 
məntiqli,  düşündürücü  və  öyrədici  xarakter  daşımalıdır.  Müəllimə, 
lektora,  məruzəçiyə,  rəsmi  yerlərdə isə  müsahibə  "Zəhmət  olmasa 
deyin..", "Zəhmət olmasa başa salın", "Sizə belə bir sual vermək 
olarmı?",  "Sizin  şəxsi  fikrinizi  bilmək  olarmı?"-və  s.  kimi 
sual-cavabdan 
sonra  üzrxahlıq  etmək,  cavabın  qaneedici 
olub-olmamasına  baxmayaraq  "Çox  sağ  olun",  "Razı  qaldım", 
"Təşəkkür  edirəm",  "Minnətdaram"  kimi  söz  və  ifadələri 
işlədilməlidir. Təbii ki, danışan,  çıxış edən fikrinin şərhindən sonra 
"Diqqətinizə görə təşəkkür edirəm", "Məni axıra qədər diqqətlə 
dinlədiyinizə görə sağ olun" deməyi unutmamalıdır. 
Bu  hal  auditoriyada,  sinif  otaqlannda,  mühazirə  salonunda  baş 
vermişsə, müəllim (lektor, məruzəçi) sualın müqabilində "Sizi başa 
düşdüm", "Sualınız aydındır", "Suahnıza görə 
230 


təşəkkür  edirəm",  "Çox  yerində  verilmiş  sualdır",  "Çalışaram, 
məsələyə aydınlıq gətirəm" və s. kimi nəzakətli ifadə və cümlələrlə 
dinləyicilərdə xoş təəssürat yaratmalıdır. 
Suallar  sinfin  və  ya  auditoriyanın  səviyyəsinə  uyğun  olmalı, 
mövzudan kənara çıxmamalıdır, Sual sual xatirinə verilməməli, eləcə 
də hamının bildiyi sual səsləndirilməməlidir. Cavab verməli olan şəxs 
sualları  nəzakət  və  razılıqla  qarşılamalı,  onlara  öz  münasibətini 
bildirməlidir.  Hazırda  biz  televiziya  verilişlərində  aparıcı  ilə 
müsahibə verən şəxslər arasında bu aspektdə gedən sual və cavabların 
şahidi oluruq. 
Müsahib  "Sual  yerində  verilmişdir",  "Yaxşı  sualdır", 
"Düşündürücü  sualdır", "Mən  bu sualı  gözləyirdim"  kimi fikrə 
münasibət  bildirən  ifadələrdən  istifadə  edərkən  diskusiya  xoş 
təəssürat yaradır. 
Sinifdə, auditoriyada dərs və ya məşğələ zamanı müəllim şagird 
və ya tələbələrin yerində, məqamında verilməyən bəsit suallarına da 
nəzakətlə,  dözümlülük  göstərməklə  təmkinli  cavab  verməlidir.  O, 
"Bu nə sualdır?", "Belə də sual olar?", "Sən onu da bilmirsən?", 
"Vaxtımızı almayın, əyləşin", "Mane olmayın, oturun!" və s. kimi 
ifadələr  işlətməməlidir.  Təəssüf  ki,  kobud  ifadələr  işlətməkdən 
çəkinməyən  müəllimlər  də  vardır.  Onlar  "uşaqdır"  deyə  "Zəhləmi 
tökmə",  "Başımı  ağrıtma",  "Açıl  başımdan",  "Sən  belə  şeyləri 
başa  düşməzsən",  "Səni  başa  salmaq  çətindir",  -deməklə  öz 
"mədəni" səviyyəsini göstərirlər. 
Dinləmə  zamanı  tez-tez  əsnəmək,  saata  baxmaq,  laqeydliklə 
başını  yelləmək,  barmaqlarını  əzişdirmək,  telefonda  mesajları 
nəzərdən  keçirmək  və  s.  kimi  hallar  da  müəllimin  sayğısızhğı-  nm 
nümayişidir.  Yadda  saxlamaq  lazımdır  ki,  cavab  vermək  bacarığı 
insanın əsas keyfiyyətlərindəndir. Əlbəttə, suallara düzəliş də etmək 
olar.  "Gərək  bu  sualı  belə  qoyaydınız",  "Bəlkə  soruşmaq 
istəyirsiniz ki...?", "Bu sualı bir az başqa şəkildə vermək olar" və 
s.  kimi  ifadələrlə  müəllim  qismən  olsa  da,  gərginliyi  azaltmış  olar, 
düzgün qurulmayan, yaxıd müəllimi sı 
Z31 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə