Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə4/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   2   3   4   5   6   7   8   9   ...   70

muşdur.  O,  eyni  zamanda  Y.Sezara  qarşı  başlamış  mübarizəyə 
başçılıq etmiş, diktator hökmdarın qətlə yetirilməsində şəxsən iştirak 
etmişdi. Senatın iclası zamanı Sezarm təkbaşına hakimiyyətinə qarşı 
çıxan  senatorlar  paltarlarının  altında  saxladıqları  xəncərlə  onu 
öldürmüşdülər.  Sui-qəsdə  Sezarm  özünə  dost  hesab  etdiyi  Brut 
başçılıq  etmişdi  və  Sezara  vurulmuş  23  xəncər  zərbəsindən  biri  də 
onun idi. Yeri gəlmişkən qeyd edək ki, bu hadisədən düz bir il sonra 
respublikaçılar dəstəsində mübarizə aparan Brut Sezarm bacısı nəvəsi 
və  oğulluğa  götürdüyü  varisi  Oktavyanm  komandasına  təslim 
olmamaq üçün özünü qılıncla öldürmüşdü. 
Antik  dövrün  ən  məşhur  natiqi,  yazıçı,  vəkil,  görkəmli  siyasi 
xadim  Mark  Tulli  Siseron  iki  suala  cavab  axtarırdı;  1)  Kimə  natiq 
demək olar? 2) Hər adam natiq ola bilərmi? Siseron natiqlik sənəti ilə 
bağlı "Natiqlik haqqında", "Brut, yaxud məşhur natiqlik haqqında" və 
"Natiq" traktlanm yazmış, natiqlik sənətinin tarixi, üslubiyyat və nitq 
mədəniyyəti məsələlərinin izahını vermişdir. 
Roma  natiqlik  məktəbinin  parlaq  ulduzu  Siseron  natiqin 
qarşısında  üç  tələb  qoyurdu;  1)  Nitq  öyrətməli,  bilik  verməlidir;  2) 
Nitq dinləyiciyə güclü təsir göstərməlidir; 3) Nitq söyləniləndə qulaq 
asana ləzzət verməlidir. 
Siserona görə "Şairlər anadan şair doğulurlar, natiqlər isə həyatda 
yetişirlər". "Əsl natiq o şəxsdir ki, adi işlər haqqında sadə, böyük işlər 
haqqında  əzəmətlə,  orta  səviyyəli  işlər  barədə  isə  yuxarıdakılar 
arasında orta mövqe tutan bir üslubla danışmağı bacarsın" (16, səh. 
17)  Siseronun  başqa  bir  cümləsi  isə  aforizmə  çevrilmişdir;  "Kim 
Demosfen olmaq istəmirsə, o, natiq deyil" (18, səh. 187). Bu fikirdən 
belə məlum olur ki, Demosfen kimi zəhmətə qatlaşmayan, öz üzərində 
daima,  günlərlə,  saatlarla  çalışmayandan  natiq  olmaz.  Natiq  öz 
zəhməti  ilə,  elm  və  mədəniyyət  məsələləri  ilə  bağlı  kitablardan 
möhkəm bilik və məlumat toplamalıdır. O, həmişə nitqi gözəlləşdirən, 
onun təsir gücünü artıran, insanlara əsl insani keyfiyyətlər bəxş edən, 
onlan kamil 
12 


ləşməyə çağıran nümunəvi fikirləri öyrənməli, yaradıcılıq axta- rışlan 
ilə məşğul əlmalıdır. 
Yeni  eraya  həm  Yunanıstanın,  həm  də  Romanın  ən  məşhur 
natiqlərinin  nitq  mədəniyyəti  ilə  əlaqədar  fikirlərini  ümumiləşdirib 
yekunlaşdıran  M.F.Kvintilian  (35-96-cı  illər)  olmuşdur.  O,  natiqlik 
sənətinin  bütün  incəliklərini  özünün  12  kitabdan  ibarət  "Natiqin 
təhsili (fərmalaşması) haqqında" əsərində əks etdirmişdir. Kvintilian 
natiqlik  sənətini  beş  hissəyə  ayırıb  nitq  üçün  söz  və  ifadələrin 
seçilməsini  yadda  saxlanılması  və  ifadəsini  (yüksək,  ərta  və  aşağı 
üslubda) başlıca şərt kimi irəli sürürdü. 
Sonrakı  əsrlərdə  Fransa,  Almaniya,  İtaliya,  İngiltərə,  İspaniya 
antik  mədəniyyətin  bütün  növlərini  Roma  məktəbi  vasitəsilə 
almışdılar.  XII  əsrdə  İngiltərənin  Oksford,  XIII  əsrdə  Fransanın 
Sorbon universitetlərində natiqlik sənətinə aid mühazirələr oxunurdu. 
Şərq ölkələrində - Assuriya, Babilistan, Çin, Ərəbistan, Hindistan 
və Misirdə natiqlik sənəti çox inkişaf etmiş, istedadlı natiqlər xalqın 
hörmət və məhəbbətini qazanmışlar. VII əsrdə İslam dininin meydana 
gəlməsi  ərəb  mədəniyyətinin  inkişafında  xüsusi  mərhələ  əlmuşdur. 
Ərəb ədəbiyyatı, ərəb musiqisi, ərəb elmi misli görünməmiş dərəcədə 
inkişaf etməyə başladı. Bu dövrdə Məhəmməd Peyğəmbər (570-632) 
görkəmli natiq kimi Allahdan gələn vəhyləri (qeybdən gələn nidalan 
-cümlələri), məscidlərdə əxuduğu xütbələrlə adamlara çatdmr, ənlan 
qan  qohumluğu  ilə  deyil,  dini  inanc  əsasında  birləşməyə,  bir  əlan 
Allaha  ibadət  etməyə,  möminliyə  çağmrdı.  Məhəmməd  Peyğəmbər 
(ə.s.)  616-cı  ildə  İslam  (itaətetmə)  dinini  yaradaraq  güclü  bir  natiq 
kimi  müsəlmanlan  (İslam  dininə  inananlan)  Allahın  kəlamlarına, 
Qurani-Kərimin  hökmlərinə,  şəriət  qanunlanna  tapınmağa  dəvət 
edirdi. 
VII əsrin axırlannda Əl Fərabinin ərəb pəeziyası üçün tərtib etdiyi 
ritmik-melədik  mədellərlə  "Qurani-Kərim"  ayələrinin  xüsusi  avazla 
oxunması  hesabına  ərəb  natiqlik  sənəti  daha  da  inkişaf  etməyə 
başladı. Xüsusən, İslamın böyük ideələqu, Peyğəm 
13 


bərin  əmisi  oğlu  və  kürəkəni  Həzrət  İmam  Əli  şəriət  haqqında 
xütbələri ilə özünü mahir bir natiq kimi tanıtmış, 656-661-ci illərdə 
müsəlman dövlətinin başçısı olduğu dövrdə İslam dininə böyük şöhrət 
gətirmişdi. Onun nəsihət və kəlamları indi də bütün dünyada məşhur 
olan "Nəhcül Bəlağə" adlı kitabda toplanmışdır. 
XI-XIII  əsrlərdə  Azərbaycanda  natiqlik  sənəti  inkişaf  etməyə 
başlamışdı. Azəri-türk dilində olmasa da, görkəmli söz ustaları-şairlər 
fars  dilində  söz,  kəlam,  dil  haqqında,  danışığa,  natiqliyə  xüsusi  yer 
ayırır,  fəzilət  sahiblərinin  məntiqli  çıxışlarını  nümunə  kimi  təqdim 
edirdilər.  Bu  sənətkarların  cərgəsində  Niza-  mül-Mülk  (1017-1092) 
və Xacə Nəsrəddin Tusinin (1201-1274) xüsusi yeri vardır. 
Nizamül-Mülk  səlcuq  sarayında  əvvəlcə  Alp  Arslanın,  sonra 
Məlik  şahın  vəziri  olmuş,  söz-kəlam-dil  haqqında  öz  tövsiyə  və 
məsləhətlərini "Siyasətnamə" əsərində toplamışdır. 
Nəsirəddin  Tusi  XIII  əsrin  böyük  mütəfəkkiri,  filosofu, 
riyaziyyatçısı kimi Şərqdə özünə böyük şöhrət qazandırmışdı. O, bi- 
nom  düsturunun  həllini  Nyutondan,  maddə  çəkisinin  saxlanması 
qanununu  isə  M.Lomonosovdan  çox-çox  əvvəl  kəşf  etmiş,  bir  sıra 
astronomik tapmtılann müəllifi olmuşdur. N.Tusi əxlaqa və natiqlik 
sənətinə  aid  "Əxlaqi-Nasiri"  əsərində  natiqə,  natiqin  nitqinə  belə 
tələblər  qoyurdu:  "Çox  danışmamalı,  başqasının  sözünü  yanmçıq 
kəsməməli, başqasının danışdığı hekayət və rəvayəti bilirsə bunu üzə 
vurmamalı  və  onun  danışıb  qurtarmasına  imkan  yaratmalıdır. 
Başqasından  soruşulana  cavab  verməməli,  ümumidən  edilən  sualda 
başqalanm qabaqlayıb tələsik irəli düşməməlidir. Biri cavab verməklə 
məşğul isə, daha qabil cavab verməyə qadir olsa da, səbr etməli, o, 
sözünü  qurtardıqdan  sonra  öz  cavabını  verməlidir.  Lakin  əvvəlkinə 
tənə  etməməlidir...  Böyüklərlə  danışarkən  kinayə  işlətməməli,  nə 
bərkdən,  nə  yavaşdan,  mülayim  səslə  sözünü  deməlidir.  Danışdığı 
məsələ qəlizdirsə, aydın misallarla izah etməyə çalışmalıdır, qısa və 
yığcam danışmalıdır" (14, səh. 182) 
14 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə