Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı (çıxarış)



Yüklə 8,36 Kb.
tarix06.05.2018
ölçüsü8,36 Kb.
#42804

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı (çıxarış)

27 dekabr 2011




Milli Fəaliyyət Proqramı insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə təsdiq edilir.

. . .
İkinci Fəsil


Əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi

Bu fəsildə əhalinin müxtəlif qruplarının, o cümlədən insan hüquqlarının həyata keçirilməsi nöqteyi-nəzərindən zəif hesab olunan qrupların – qaçqın və məcburi köçkünlər, məhkumlar, hərbi qulluqçular, qadınlar, uşaqlar, ahıllar, əlillər və başqalarının insan hüquq və azadlıqlarının daha səmərəli qaydada təmin edilməsi məqsədilə fəaliyyət istiqamətləri müəyyən olunur. Göstərilən istiqamətlərdə artıq bir çox mühüm tədbirlər həyata keçirilmiş, bu qrupların insan hüquqlarının müdafiəsi məqsədilə beynəlxalq təşkilatlarla birgə layihələr icra edilmişdir. Bununla yanaşı, göstərilən istiqamətlərdə fəaliyyətin mütəmadi qaydada davam etdirilməsi əlavə tədbirlərin həyata keçirilməsini zəruri edir.


. . .
Dördüncü Fəsil
İnsan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirləri


4.8. YUNESKO-nun «Təhsil hamı üçün» prinsipinin təbliği, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə əhalinin müxtəlif qrupları (qadınlar, uşaqlar, gənclər, əlillər, ahıllar, qaçqın və məcburi köçkünlər, məhkumlar, hərbi qulluqçular, narkomaniya və HİV / AİDS-ə yoluxmuş insanlar) üçün hüquqi maarifləndirmə sahəsində təlimçilərinhazırlanması
İcra orqanları: Azərbaycan Respublikasının Daxili İşlər, Ədliyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, Müdafiə, Səhiyyə nazirlikləri, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman).
İcra müddəti: mütəmadi.

. . .

4.11. İnsan hüquq və azadlıqlarına mühüm təhlükə yaradan təcavüz, terrorçuluq, korrupsiya, insan alveri kimi cinayətlərin qarşısının alınması, mədəniyyətlər və dinlərarası dialoqun, eləcə də dini tolerantlığın gücləndirilməsi mövzularında ölkədaxili və beynəlxalq tədbirlərin (dəyirmi masa, seminar, konfrans və s.) davam etdirilməsi
İcra orqanları: Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Xarici İşlər, Ədliyyə, Daxili İşlər nazirlikləri, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman).
İcra müddəti: 2012-2015-ci illər.


Yüklə 8,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə